![]() |
|
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirildiyi üçün nəqliyyat vasitələri ölkə sərhədlərini tərk edənə qədər onların təhlükəsizliyi təmin edilir və yalnız müəyyən edilən məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə icazə verilir.
İstirahət yerlərində sürücülər DİN-in hesabına isti yeməklə təmin olunur. Bu yerlərdə sürücülərin ibadətlə məşğul olmaları və tibbi müayinədən keçmələri üçün xüsusi otaqlar da ayrılıb.
Sürücülər qeyd olunan yerlərdə istirahət etdikdən sonra onlar yol polisinin müşayəti ilə yollarının davam etdirirlər. Onların yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00 – 05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bununla əlaqədar sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Muxtar Respublikanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib. Xəstəlik müşahidə edilərsə, onların hospitalizasiyası, karantinə alınması və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.
Bildirilib ki, məktəb həkimləri tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdlər ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də tibb otaqlarının zəruri tibbi vasitələr ilə təchiz olunmasına nəzarət artırılıb.
Ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayırlar.
Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu, epidemioloq köməkçiləri, dezinfektor təlimatçıları mövsümi virusların yayılma ehtimalına qarşı şəhər orta məktəblərində dezinfeksiya işləri aparırlar. Bu tədbir uşaq bağçalarında, musiqi məktəblərində, kolleclərdə, ali təhsil müəssisələrində də həyata keçirilir.
Martın 10-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzi, lisey və kolleclər, uşaq bağçaları, musiqi və idman məktəbləri, ali təhsil müəssisələri, avtobus və dəmiryol vağzalları, hava limanı, şəhər məscidləri və mərasim zalları, muzey və kitabxanalar da dezinfeksiya tədbirləri ilə əhatə olunacaq.
Tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun şəhər və rayon təşkilatları tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Bu barədə açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
"Report" xəbər verir ki, şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
***
Daha sonra şəhidlə vida mərasimi başlayıb. Mərasim Cəfərxanlı kəndində keçirilir.
Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qafqazinfo xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinə yeni direktor təyin olunan Xalq artisti Murad Dadaşov deyib.
O, dünən kanalın kollektivi ilə görüşü zamanı tövsiyələrini verib, kanalın daha da uğur qazanması üçün çalışacağını söyləyib: "Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var.
Report xəbər verir ki, martın 6-da ailəsinin yaşadığı kənddə şəhidlə vida mərasimi keçiriləcək.
Mərasimdən sonra şəhid kənd qəbiristanlıqda torpağa tapşırılacaq.
Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.
Qeyd edək ki, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.
Binəqədi rayonu üçüncü mədən, 125-ci korpus və əraziyə bitişik küçələr bərbad vəziyyətdədir.
Yol-xeber.az Baku Tv-ə istinadən xəbər verir ki, küçələrin palçıq olması hərəkəti çox çətinləşdirib.
Sakinlər bildirirlər ki, bu barədə aidiyyəti qurumlara şikayət etsələr də, problemlər həll olunmayıb.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, yaxın gələcəkdə həmin ünvanda yolları asfaltlamaq nəzərdə tutulur.
Qurumdan daha dəqiq məlumat üçün isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etməyi məsləhət görüblər.
AAYDA-dan isə bildirilib ki, qəsəbədaxili yollarda təmir işləri növbəli şəkildə aparılır:
“Bakı şəhərinin bütün qəsəbələrinin təmirə ehtiyacı olan yolları təmir olunacaq. Tədbirlər planı hazırlanıb. Bu işlər 2023-cü il də daxil olmaqla həyata keçiriləcək”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Bu barədə Yol-xeber.az-a qurumdan bildirilib. Məlumata görə, dezinfeksiya işləri işçi otaqlarda və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitariya qovşaqlarında və s. yerlərdə aparılıb.
Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11
Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirləri davam etdirilir. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.
Bu gün sosial şəbəkələrdə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yüzlərlə pnevmaniyalı uşağın gətirildiyi iddia olunub.
İddiaya görə, xəstəxanaya gətirilən bu uşaqlarların koronavirusa yoluxduğunu ehtimal edən həkimlər onları müalicə etməkdən imtina edir.
Məsələni 26 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə dəqiqləşdirdik.
Xəstəxananın baş həkimi Tərlan Bəbirov Cebhe.info-ya açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib. O, xəstəxanaya pnevmaniya şikayəti ilə müraciət olunmadığını deyib:
“Bizim xəstəxanada pnevmaniya əlamətindən yatan xəstə yoxdur. Uşaqlar arasında da belə bir xəstəlik yoxdur. Ümumiyyətlə, o xəstəlik uşaqlara belə yoluxmur. Yalnış məlumatdır”.