![]() |
|
Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.
Bu barədə BNA-dan bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
“Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik”, – deyə BNA-dan bildirilib. (baku.ws)
Ötən il yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücüləri qaydalara əməl etməyə səsləmək məqsədilə yeni təcrübədən istifadə edildi. Belə ki, yollarda Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri quraşdırıldı. Maket kənardan baxanda patrul avtomobili kimi görünür. Maketlərin quraşdırılmasında məqsəd sürücülərin sürət həddini aşmasına mane olmaq, yarana biləcək qəzanın əvvəlcədən qarşısını almaq idi. Qaydaya görə, sürücülər maketlərin yerini əzbər bilməsin deyə onların yeri tez-tez dəyişdirilməli idi. Lakin bəzi yollarda bu maketlər quraşdırılsa da, demək olar ki, üsulun tətbiqi geniş yayılmadı. Quraşdırılan maketlər ya eyni yerdə qalır, ya da ümumiyyətlə nadir hallarda rast gəlinir.
Maraqlıdır, bu üsul niyə geniş tətbiq edilmir? Maketlərin çoxaldılması istiqamətində işlər gedirmi?
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bəzi yollarda quraşdırılan avtomobil maketlərinə vətəndaşlar tərəfindən müdaxilə edildiyini deyir: “Maketlərin quraşdırılması məsələsi bir çox dünya ölkələrində mövcuddur. Bizdə də ötən il belə maketlərin yollarda quraşdırılması istiqamətində işlər getdi. Lakin çox təəssüf ki, hələ bu prosesi qəbul etməyən bəzi vətəndaşlar maketlərin üstündəki sayrışan işıqlara müdaxilə edir, sındırmağa çalışır. Ümumiyyətlə, maketlərin daimi olaraq bir yerdə qalması heç bir uğurlu nəticə vermir, verməyəcək. Gərək mütəmadi olaraq bu maketlərin yeri dəyişdirilsin. Çünki mütəmadi olaraq qaydaları pozan sürücülər bütün yolları, daha doğrusu daimi olaraq bir yerdə olan maketlərin yerini əzbər bilirlər. Ona görə də hazırda quraşdırılan maketlər lazımi effekti vermir”.
"Ölkə.Az" oxu.az-a istinadən bildirir ki, ərazinin sürüşmə zonası olması isə vəziyyəti daha açıq şəkildə göz önünə qoyur. Yaşayış binası ilə tikiləcək yolun arasında məsafə 5 metr olar, ya olmaz. Mövcud problemlə bağlı rayon icra hakimiyyətinə edilən müraciətlərə verilən cavab isə qaneedici olmayıb.
Problemlə bağlı Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov müsahibə verərək bildirdi ki, sözügedən problemdən xəbərdardırlar. Məsələ artıq şəxsən icra başçısının da nəzarətindədir. İcra nümayəndəsi onu da əlavə etdi ki, sakinlər etiraz edirlərsə, demək ki, problem var. Hazırda bu barədə araşdırmalar apararaq başqa alternativlər axtarılır.
Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, bu çərçivədə, nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq. Qanunsuz parklanma hallarının daha dəqiq qeydə alınması və operativliyinin artırılmasına imkan verən avtomobillər fasiləsiz nəzarəti həyata keçirmək baxımdan əhəmiyyətlidir.
Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyinin təmin etməkdir. Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də, avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək. Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik.
"2019-cu il ərzində Bakıda və ölkənin ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş verib". Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 kvadrat metr informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşüb. "Ümumilikdə, yol təsərrüfatına 680,4 min manatdan çox maddi ziyan dəyib, bundan 423 911 manatı ödənilib", - deyə S. Məmmədov qeyd edib.
Əlavə olaraq bildirilib ki, dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 483 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Daxili İşlər Nazirliyindən polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirilib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yeni formanın tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür: “Bu yenilik Dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü və artıq bildiyiniz kimi ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir.”
Sosial şəbəkələrdə Şəhid Milli Qəhrəmanın anasına qarşı Tovuz Regional İmtahan Qeydiyyat Şöbəsində haqsızlıq edilməsi ilə bağlı video yayılıb. Avtosfer.az-a müraciət edən Şəfiqə Qurbanova bildirib ki, nəvəsi sürücülük vəsiqəsi almaq üçün müraciət edib və imtahanları uğurla verib. İddia olunduğu kimi ona qarşı hər hansı kobudluq və rüşvət faktı olmayıb. Vətəndaş bildirib ki, övladı şəhid olandan sonra onda mütamadi olaraq bu cür hallar baş verir. Özünü pis hiss edir.
Şəfiqə Qurbanova yol polislərindən heç bir şikayəti olmadığını da bildirib.
Videomüraciəti təqdim edirik:
"Ölkə.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışında bildirib:
"Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin".
Bakıda qayda pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yanvarın 11-i Koroğlu metrostansiyasının yanından hərəkətə başlayan 60 nömrəli avtobusun sürücüsü sükan arxasında mobil telefonla danışıb. Bunu görən sərnişinlərdən biri görüntünü qeydə alaraq sürücüyə irad bildirməyə başlayıb. Bundan sonra o, telefonu kənara qoyaraq yoluna davam etməyə başlayıb. Qeyd edək ki, sürücü telefonla danışan zaman o biri əli ilə pul sayaraq sükanı nəzarətsiz qoyub.
Bir neçə gün əvvəl vətəndaşa məxsus sənədlər, 1200 manat, 3000 ABŞ dolları pul və qızıl zinət əşyalarını taparaq sahibinə təhvil verən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun sürücüsü Sahib Quliyev Bakı Nəqliyyat Agentliyinə dəvət edilib. Yol-xeber.az xəbər verir ki, vətəndaşa qarşı göstərdiyi diqqətə və insanlığa örnək olan hərəkətinə görə Sahib Quliyevə təşəkkürnamə və mükafat təqdim olunub.
Bildirilib ki, sürücü Sahib Quliyev xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa göstərdiyi diqqət təqdirə layiqdir. İctimai nəqliyyat üzrə xidmət edən hər bir sürücü sərnişinlərə diqqət və qayğı ilə yanaşmalıdır.