Almaniya Rusiyanın mümkün hücumuna hazır olmalı və bunun üçün də təcili silahlanmalıdır.

ZDF telekanalı xəbər verir ki, belə bir bəyanatla Almaniyanın müdafiə naziri Boris Pistorius çıxış edib.

Onun sözlərinə görə, belə bir ehtimalın mövcudluğuna görə Almaniya NATO müttəfiqləri ilə birlikdə silahlanır.

Nazir bildirib ki, Almaniya ordusunun briqadası Rusiyanın mümkün hücum ehtimalına qarşı Litvada yerləşdirilib. Pistorius bildirib ki, alman hərbi ekspertlərinin fikrincə, Rusiya Federasiyası bir neçə ildən sonra müttəfiq ölkəyə hücum edə biləcək. O bunun sadəcə təxmin olduğunu, lakin Almaniyanın mövcud vaxtdan intensiv silahlanma üçün istifadə etməli olduğunu vurğulayıb.

Qeyd edək ki, bu məqsədlə yanvarın 19-da Estoniya, Latviya və Litvanın müdafiə nazirləri Rusiya və Belarusla sərhəddə müdafiə xəttinin yaradılması barədə razılığa gəliblər. Estoniya Müdafiə Nazirliyi işin dəyərini 60 milyon avro qiymətləndirir.

Bundan əvvəl "Bild" nəşri Almaniya Müdafiə Nazirliyinin NATO ilə Rusiya arasında mümkün müharibə ssenarisini hazırlayan sənədindən çıxarışlar dərc edib. Materiala görə, müharibə 2025-ci ildə başlaya bilər. Almaniya Müdafiə Nazirliyi sənədin həqiqiliyini təsdiq və ya təkzib etməkdən imtina edib.

Hazırda oxunan: Qərb Ukraynada müharibənin bitməsini istəmir: Rusiyanın cavab həmləsi...
Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib. Hücum nəticəsində azı 27 nəfər ölüb. Bundan əlavə, Ukraynanın son dövrlərdə Rusiya ərazisindəki strateji obyektlərə də hücumları artıb.

Maraqlıdır, Rusiyanın intiqam həmləsindən sonra gedişat necə olacaq?

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, müharibə gedə-gedə tərəflər cəbhəxanalarını zəngiləşdirməklə məşğuldular:

“Biz görürük ki, zərbələr gücünü yavaş-yavaş artırır. Mülki əhali sıralarında itkilərin də sayı artıb. Burada əsas səbəbi Qərbin canfəşanlığında görürəm. Qərbin məqsədi iki slavyan ölkəsi arasında uzunmüddətli müharibə olmasını təmin etməkdir. Avropa İttifaqında slavyan ölkələrindən olan təmsilçilər bunu təsdiqləyirlər. Qərb institutları, dairələri bu müharibənin uzanması üçün bütün variantlara əl atacaqlar.

Rusiyada buna “xüsusi hərbi əməliyyat”, Ukraynada isə “müharibə” deyirlər. Bu, əslində müharibədir. Fevral ayının 24-də iki il tamam olacaq, belə uzun sürən hərbi əməliyyat sözün əsl mənasında müharibə anlamına gəlir.

Təbii ki, Donetskdə mülki insanların ölümü ilə bağlı Rusiyanın da cavabı olacaq. Amma mən bu müharibənin artıq bir mənasını görmürəm.

Həm Rusiya, həm də Ukrayna daxilində müharibədən uzaq duran qüvvələr deyirlər ki, gəlin, dayanaq, atəşkəs elan edək və danışaq. Mənə elə gəlir ki, xarici qüvvələrin müdaxiləsi buna imkan verməyəcək”.

"Zəngəzur dəhlizi məsələsi 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra gündəmdədir. Bu yol türkdilli ölkələrin birləşməsi və inteqrasiyası üçün Azərbaycanla quru əlaqəsinin yaradılması baxımdan da gündəlikdədir. Lakin Zəngəzur dəhlizində beynəlxalq güc mərkəzlərinin də öz maraqları var".

Bunu erməni politoloq Qarik Kerayan deyib.

Kerayan bu məsələ ilə bağlı daha sonra deyib: "Beynəlxalq aktorlar və güc mərkəzləri üçün prioritet Ermənistanın ərazi bütövlüyü deyil, bu mühüm strateji yola nəzarət etməkdən ibarətdir. Ona görə də onlar ikili oyun oynayırlar və nə Moskvada, nə Brüsseldə, nə də Vaşinqtonda aydın siyasi mövqe bildirmirlər".

Bakının İrəvanla birbaşa ikitərəfli formatda danışıqlar təklifinə mövqeyini açıqlayan Kerayan bildirib ki, ikitərəfli danışıqların müsbət və mənfi tərəfləri var: "Müsbət tərəfi odur ki, ikitərəfli danışıqların uğur şansı daha yüksəkdir. Vasitəçilik missiyalarının iştirakçıları həmişə və hər yerdə münaqişələrin həllində öz maraqlarını güdürlər, nəticədə vasitəçilik çox vaxt çaşqınlığa və pərdəarxası intriqalara çevrilir. Bunun bariz nümunəsi Minsk Qrupunun fiaskosu idi. İşin mənfi tərəfi odur ki, ikitərəfli danışıqlarda əldə olunan razılaşmaların beynəlxalq təminatları yoxdur. Burada müəyyən təhlükələr var. Müqavilə bağlandıqdan sonra onun yerinə yetirilməsinə dair heç bir aydın təminat yoxdur".

Bölgə uğrunda gedən geosiyasi savaşla bağlı mövqeyini açıqlayan politoloq deyib ki, hazırda Rusiyanın xarici siyasətinin əsas problemi bütün postsovet ərazisində nüfuzun bərpasıdır. "Azərbaycan da istisna deyil. Lakin Cənubi Qafqazda yeni qüvvələr balansının yaradılması Ukrayna müharibəsinin nəticəsindən asılıdır", - o qeyd edib.

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarlarının mitinqində bəyan edib ki, zehni qabiliyyətləri baxımından indi özünü 25 il əvvəlkindən daha yaxşı hiss edir.

“Mənə elə gəlir ki, ağlım 25 il əvvəlkindən daha güclüdür. Həqiqətən də belədir”, - 77 yaşlı Tramp bildirib.

O qeyd edib ki, hazırkı prezident Co Baydenin dövründə ABŞ dünyanın qalan hissəsi üçün zibilxanaya çevrilib.

Tramp Baydeni “demokratiya üçün təhlükə” adlandırıb.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkii 2024-cü ilin noyabrında keçiriləcək.

Əgər Ukrayna uduzsa, o zaman ABŞ-ın düşmənləri dünya nizamını müəyyən edəcək.

Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi lord Corc Robertson deyib.

“Əgər ukraynalılar uduzsalar, Putin qalib gəlsə, biz hamımız uduzacağıq. Ukrayna üzərində qələbədən sonra Putin Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer zonası yaradacaq”.

Tehran 24 saatdan az müddətdə İraq, Suriya və Pakistanda müxtəlif hədəflərə raket və PUA zərbələri endirib. İranın İraq, Suriya və Pakistana raket hücumları İsrailə xəbərdarlıqdır.

Bu barədə "Bloomberg" yazır.

Nəşrin yazdığına görə, İranın hərəkətləri Yaxın Şərqdəki münaqişə fonunda hərəkətsizliyinin birbaşa qarşıdurmadan qaçmaq istəyindən xəbər verdiyinə inananlara kəskin cavab idi.

"İran bununla dünyaya, xüsusən də İsrailə elan etdi ki, buna məcbur olarsa, döyüşməyə hazırdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu hədəflərini vurmaq üçün lazım olduğundan daha uzun mənzilli raketlərdən istifadə edib və bu raketlər Təl-Əvivə çatmağa qadirdir", - "Bloomberg" yazır.

İran və Pakistan arasındakı gərginlik fonunda vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı proqnoz verməyə hazır deyilik.

Bunu ABŞ prezidenti Co Bayden yaranmış gərginliyi şərh edərkən deyib.

“Gördüyünüz kimi, İran regionda o qədər də bəyənilmir. Bu, gələcəkdə necə inkişaf edəcək? Biz bunun üzərində işləyirik. Bunun daha da necə gedəcəyini və nə ilə nəticələnəcəyini bilmirəm”, - Bayden bildirib.

İordaniya Hərbi Hava Qüvvələri Suriyanın cənubuna hava zərbəsi endirib.

Xarici KİV xəbər verir ki, hücum nəticəsində aralarında uşaq və qadınların da olduğu 10 nəfər həlak olub.

İordaniyanın hücumu həyata keçirdiyi bölgə ölkədə aktiv müxalifət fəalları və narkotik tacirləri ilə tanınır.

Rəsədxananın prezidenti Rami Abdurrahman öldürülənlərin qaçaqmalçılıqla heç bir əlaqəsi olmadığını və İordaniyanın yanlış kəşfiyyat məlumatı almış ola biləcəyini söyləyib.

İordaniya hələlik rəsmi açıqlama verməyib.

 

"10 noyabr 2020-ci il sənədində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə təminat verməsi və bu nəqliyyat rabitəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin həyata keçirilməsi əksini tapıb. Lakin indiyədək bu məsələ reallaşmayıb".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyannamələrin qiymətləndirilməsinin vacibliyindən çəkinməməliyik.
Zəngəzurdan (Sünik) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki bir şeyin hələ də kağız üzərində qalması çox təəssüf doğurur”, - Lavrov bildirib.

Rusiyalı nazir əlavə edib ki, bu məsələ dəfələrlə müzakirə edilib və qarşılıqlı razılşamaya gəlinib, lakin sonradan İrəvan tamamilə fərqli mövqe sərgiləyib. "Mən əsasən Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsipləri haqqında razılaşmanın kağız üzərində tamamlanmasına nəyin mane olduğunu bilmirəm”, - Lavrov qeyd edib.

Onu da əlavə edib ki, Ermənistan Rusiya sərhədçilərinin Azərbaycandan Naxçıvana gedən yolda, Zəngəzurda yerləşdirilməsini istəmir.

Lavrovun fikrincə, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geriyə çəkilməsinin əsas məsləhətçiləri Qərbdir.

Qəzzada əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaranması mümkün görünmür.

"Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O, bu mövqeyini ABŞ-a izah etdiyini söyləyib:

“İstənilən gələcək razılaşmada İsrailin İordan çayından qərbdə bütün ərazilərdə təhlükəsizlik nəzarətinə ehtiyacı var”.

Xəbər lenti