![]() |
|
İsrail və HƏMAS arasında yeni razılaşma əldə edilib.
Xarici KİV xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Qəzzada olan israilli məhbusların ehtiyac duyduqları dərmanlarla təmin edilməsi müqabilində sektordakı mülki şəxslərə dərman və digər humanitar yardımların çatdırılması barədə razılıq əldə olunub.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu razılaşmanın Qətər və Fransanın vasitəçiliyi ilə uğurlu olduğunu bildirib.
"Qətər Silahlı Qüvvələrinə aid iki təyyarə ilə Qəzza zolağına nəql edilmək üçün sabah Misirin Əl-Ariş şəhərinə dərman və yardım göndəriləcək. Qətər Qəzza zolağında müharibəyə son qoymaq üçün regional və beynəlxalq tərəfdaşlarla səylərini davam etdirəcək”.
Bundan əlavə, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən İsrail əsirləri Yossi Şərabi və İtay Svirskinin İsrailin Qəzza zolağına havadan və qurudan təşkil etdiyi hücumlarda həlak olduğunu açıqlayıb.
Yanvarın 17-dən 18-nə keçən gecə yerli saatla 01:11-də türk astronavt ilk dəfə kosmosa səyahət edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mərasimi saat 23.00-dan etibarən Ankara-Kızılay və İstanbul-Taksimdəki planetariumlardan izləmək mümkün olacaq.
Gezeravcının Ax-3 uçuşunda ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından İsveçli Markus Vandt da iştirak edəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 fevral 2021-ci il tarixində Milli Kosmos Proqramını açıqlayıb. O, kosmosa 10 hədəf arasında Türkiyə vətəndaşının da göndərilməsi ilə bağlı başlatdığı layihənin sona çatdığını bildirib.
HƏMAS-la İsrail arasında müharibə başladığı gündən, yəni oktyabrın 7-dən bugünədək azı 25 778 nəfər həlak olub, 73 884 nəfər isə yaralanıb.
“Bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, İsrail tərəfdən azı 1 139 nəfər həyatını itirib, 8 730 nəfər isə yaralanıb. Qəzzada həlak olanların sayına gəldikdə 9 600-ü uşaq olmaqla 24 285 nəfər təşkil edib, yaralıların sayı isə 8 663 nəfər uşaq olmaqla 61 154-dür.
Bundan başqa, İordan çayının qərb sahilində 95-i uşaq olmaqla 354 nəfər ölüb, həmçinin 4 min nəfərdən çox insan yaralanıb.(Report)
ABŞ hərbçiləri yaraqlıların təkrar hücumları səbəbindən Əl-Kamışlı yaxınlığındakı (Dəməşqdən 700 km) Hemo bazasından şəxsi heyəti təxliyə edir.
“Bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bazada 350-yə yaxın amerikalı hərbçi yerləşdirilib. O, Əl-Kamışlı hava limanından 4 km aralıda yerləşir və ABŞ-nin Suriyadakı strateji əhəmiyyətli bazalarından biridir.
ABŞ rəsmiləri hələlik bu məlumatı təsdiqləməyib.
Qeyd edək ki, yanvarın 9-da ABŞ ordusunun sözçüsü Patrik Rayder bildirib ki, 2023-cü il oktyabrın 17-dən İraq və Suriyadakı ABŞ qüvvələri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-nin İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına hücum olub.
Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi yardım edəcək.
"Bu barədə Almaniya hökumətinin bəyanatında bildirilib.
“Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi dəstək verəcək”, - bəyanatda qeyd olunub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Kürdüstan bölgəsində "İsrailin casusluq qərargahına" hücum edib və həmçinin Suriyada İŞİD-ə qarşı zərbələr endirib.
Ərbildə ABŞ konsulluğunun və yaşayış binalarının yaxınlığında partlayış səsləri eşidilib.
SEPAH bəyan edib ki, ballistik raketlər bölgədəki anti-İran terror qruplaşmalarının casusluq mərkəzlərini və yığıncaqlarını məhv etmək üçün istifadə edilib.
Pentaqon raket zərbələrinin heç birinin Amerika obyektinə zərər vermədiyini bildirib.
Kürdüstan Bölgəsi Təhlükəsizlik Şurası İranın İraqın Ərbil şəhərindəki hədəflərə raket zərbələri endirməsi nəticəsində 4 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını bildirib.
Kürdüstan Demokratik Partiyası bildirib ki, ballistik raket hücumu nəticəsində tanınmış kürd iş adamı olmaqla bir neçə mülki şəxs həlak olub.
ABŞ administrasiyası SEPAH-ın Ərbil şəhərinə endirdiyi zərbələri ağılsızlıq adlandırıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Vatsonun bəyanatında deyilir ki, onlar vəziyyəti qiymətləndirməyə davam edəcək.
Rusiyada hər ay 30 minə yaxın insan könüllü olaraq orduya gəlir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
Onun sözlərinə görə, söhbət gündə təxminən 1000-1100 nəfərin işə götürülməsindən gedir, onun köməyi ilə Rusiya itkiləri kompensasiya edir və ehtiyat alaylar formalaşdırır:
“Rusları orduya getməyə həvəsləndirirlər: bu, maaşdır, xüsusən də maaş az olan və yaxud işsizliyin çox olduğu böhranlı bölgələrdə. Rus hərbi əsirləri açıq etiraf edirlər ki, onlar maaş aldıqları üçün orduya gediblər və onların ipoteka, ailə və s. problemləri var”.
Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynada döyüşən rus əsgərlərin maaşı ayda təxminən 220-250 min rubl (2500-2850 dollar) təşkil edir. Hərbi əməliyyatların bir günü üçün 8 min rubl məbləğində maaş artımı var.
ABŞ prezidenti Co Bayden Yəməndəki husi hədəflərinə qarşı hava hücumlarının zəruri və mütənasib olduğunu bildirib. Onun sözlərinə görə, onlar hərəkatı daha da çəkindirmək və zəiflətmək üçün tətbiq edilib.
Bu barədə Baydenin Senat və Nümayəndələr Palatasının spikerlərinə ünvanladığı məktubda deyilir: “Birləşmiş Ştatlar beynəlxalq hüquqa uyğun və millətin özünəməxsus özünümüdafiə hüququndan istifadə edərək bu zəruri və mütənasib hərəkətləri etdi".
O əlavə edib ki, zərbələr eskalasiya riskini məhdudlaşdırmaq və mülki əhali arasında itkilərdən qaçmaq məqsədilə həyata keçirilib: "Hücumun məqsədi husilərin Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə növbəti hücumlar etmək qabiliyyətini sarsıtmaqdır".
Yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndə 16 məntəqədə husilərin hədəflərinə 60 zərbə endirib. Ölkə bu qərarı hərəkatın Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının artması ilə əsaslandırıb. Husilərin bildirdiyinə görə, 73 hava zərbəsi endirilib, nəticədə 5 əsgər həlak olub.
Almaniya Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır.
Bu barədə Almaniyanın "Bild" nəşri yazır.
Nəşr belə bir nəticəyə Bundesver məxfi sənədlərinə əsasən gəlib.
"Bildi"in qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər.
Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aydan-ay təsvir edən təlim ssenarisidir.
Bu Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq. Bundan sonra Almaniya qısa müddətdə on minlərlə alman əsgərini döyüşə göndərilməli olacaq.
Qərblə döyüşməyən İslam ölkələri Şeytana biət edir.
Bunu rusiyalı politoloq Aleksandr Duqin deyib.
"Yaxın Şərqdə yeni müharibə başlayıb. Dənizdən çıxan yırtıcı qəhrəman husilərə hücum etdi. Bütün İslam ölkələri İsrailin Qəzza zolağında total soyqırımı törətməsinə hər gün sakitcə baxırlar. Qərb yırtıcıdır, onunla döyüşməyənlər Şeytana biət etmiş olurlar. Biz əsl Qiyamət savaşındayıq", - ekspert bildirib.(Teleqraf.com)