![]() |
|
Qəzzada əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaranması mümkün görünmür.
"Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O, bu mövqeyini ABŞ-a izah etdiyini söyləyib:
“İstənilən gələcək razılaşmada İsrailin İordan çayından qərbdə bütün ərazilərdə təhlükəsizlik nəzarətinə ehtiyacı var”.
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin vikipediya könüllüləri “Vikipediya”nın özbək dili bölməsində Zəngəzur məqaləsi əsaslı redaktə olunub.
Bu barədə Publika.az-a AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Redaktə olunmuş məqalədə qeyd olunur ki, Zəngəzur Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi ərazidir. Zəngəzur toponimi haqqında verilmiş məlumatda bildirilir ki, “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün də ərazidə əksər coğrafi toponimlər Türk mənşəlidir.
Məqalənin “Tarix” bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci illər, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri tərəfindən Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumların törədilmiş və bu hücumlar nəticəsində 100-dən çox kənd talan edilmiş, yandırılaraq yer üzündən silinmişdir.
Məqalədə 1920-ci il 10 avqust tarixində Rusiyanın Qafqaz Bürosunun Azərbaycanın Bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etdiyi, Qarabağ və Zəngəzur bölgələrinin isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunması vurğulanır. Burada o da qeyd olunur ki, daha sonra Azərbaycan Sov.K(b)P Siyasi və Təşkilat Bürosunun ümumi yığıncağının qərarı ilə Zəngəzurun Ermənistana verilməsi qəbul edilir.
Materialda 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan ərazisindən) təkcə Zəngəzurlular deyil, Göyçə, Dərələyəz və İrəvan mahalı sakinlərinin də öz ata-baba yurdlarından qovulduğu və terrora məruz qaldığı, habelə tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı qeyd olunur.
Vikiməqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb.
Özbək dilində redaktə olunmiş vikiməqalədə tarixi sənədlərə isnad edilir və Fransanın “L'OEuvre jurnalı”nda 1920-ci il iyulun 14-də dərc olunmuş məqalənin fotoşəkili əks olunmuşdur. Jurnalda dərc olunmuş məqalədə isə Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında həmin ilin iyul ayının 1-də imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi faktı da əks olunub.
Vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb.
Burada qeyd olunur ki, 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir. Özbək dilində yaradılmış bölmədə 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatın təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdığı da əks olunub.
Vikiməqalənin “Iqtisodiy afzalliklari” (İqtisadi üstünlüklər) adlı bölməsində Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunub. Burada vurğulanır ki, sözügedən layihə ümumdaxili məhsulu 1,1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirən strateji və iqtisadi əhəmiyyət daşıyır və region ölkələri üçün əlavə üstünlüklər yaradır.
Məqalədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakları, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.
Məqalə ilə bu https://uz.wikipedia.org/wiki/Zangezur linkdə tanış olmaq mümkündür.
İlk türk astronavt Alper Gezeravcının kosmosa səyahəti başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.
Bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir. Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep və bir çox digər şəhərlərdə keçirilən tədbirlərlə bölüşüblər.
Uçuşdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk türk astronavtın kosmik səyahəti ilə bağlı videomüraciəti yayımlanıb.
Türkiyə Prezidenti uçuşla bağlı bildirib: “Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz tarixdə daşıdığımız missiyanı yenidən yerinə yetirmək üçün çox dəyərli yeni bir başlanğıc edirik”.
Türkiyənin Cümhuriyyət tarixində ilk insanlı kosmik missiyasını yerinə yetirmək üçün seçilən astronavt namizədlər Alper Gezeravcı və Tuva Cihangir Ataseverin adları ilk dəfə ötən il aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” Festivalında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə açıqlanıb. Bundan sonra namizədlər ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçiblər.
İlk kosmik missiya üçün seçilən Alper Gezeravcı 1979-cu ildə Türkiyənin Mersin vilayətinin Silifke rayonunda anadan olub. O, Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.
Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.
ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşən “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.
Ermənistanla ilə Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının iclasında, ilkin razılaşmalarımıza görə biz komissiyaların birgə fəaliyyətinin əsasnaməsi məsələsini müzakirə etməliyik.
Bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşıdakı iclasda 8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı sualına cavab verərkən deyib.
8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı ilə bağlı dəqiqləşdirici suala isə Qriqoryan cavab verib ki, əlavə edəcək heç nə yoxdur və sualı artıq cavablandırdım.
Pakistanın İran ərazisində antiterror əməliyyatı keçirməsi Tehranın kəskin reaksiyasına səbəb olub.
İki ölkə arasında münasibətlər yanvarın 16-da İran Silahlı Qüvvələri Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə hücumundan sonra kəskin formada gərginləşib.
Pakistan Xarici İşlər Nazirliyi Tehranın bu hərəkətini pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırıb və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Baş verən hadisədən sonra İslamabad dərhal Tehrandakı səfirini geri çağıraraq İranla yüksəksəviyyəli münasibətlərinə yenidən baxacağını bəyan edib.
Bununla belə İslamabad Tehranı cavab addımı ilə hədələyib. Bunun nəticəsi olaraq Pakistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, həyata keçirilən antiterror əməliyyatı çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Hücum zamanı 7 nəfər ölüb və ölənlərin hamısının əcnəbi olduğu bildirilir. Bundan sonra Tehran İslamabaddan Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı izahat tələb edib. Vəziyyət o həddə çatıb ki, hətta Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvar-ül-Haq Kakar səfərini yarımçıq qoyaraq təcili İslamabada dönüb. Odur ki, iki ölkə arasında gərginlik artmaqda davam edir.
Ümumiyyətlə, son günlərdə İran İraq, Suriya və Pakistan ərazisinə hava zərbələri endirməklə bölgədə vəziyyəti gərginləşdirmə taktikasını seçib.
ABŞ və Britaniya "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan Yəmənə gecə ərzində ikinci silsilə zərbələr endirib.
bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, zərbələr Yəməni Damar, Taiz, Hodeyda və Əl-Bayda əyalətlərinə endirilib. Zərbələrdən biri Qırmızı dəniz sahilindəki Hodeyda əyalətində yerləşən Əl-Salif kəndində husilərin hədəfinə endirilib.
Pakistan Hərbi Hava Qüvvələri gecə saatlarında İrandakı hədəflərə raket zərbələri endirərkən respublikanın hava məkanına daxil olub.
APA xəbər verir ki, bu barədə “Reuters“ Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İranın hava məkanına daxil olduğu, terrorçuların sığınacaqlarına zərbələr endirdikdən sonra geri qayıtdığı bildirilib.
Əməliyyatda neçə təyyarənin iştirak etdiyi açıqlanmır.
Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.
Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib
"Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır.
İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.
***
Pakistan İran ərazisinə aviazərbələr endirib.
APA xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb. Agentlik Pakistan ordusunun İrandakı silahlı qruplaşmaları hədəfə aldığını bildirib.
İRNA agentliyi Saravan şəhərində partlayış səsləri eşidildiyini bildirib.
Qeyd edək ki, İran bir gün əvvəl Pakistanın Bəlucistan əyalətindəki hərbi hissəyə dronla hücum etmişdi.
“Əsgəri düşünən yoxdur. Taleyimiz bilinmir, biri öldürülür, biri fədadır, çünki nizam-intizam yoxdur. Bu insanların ürəyi boş yerə ağrıyır. Ordumuz bu vəziyyətdə olanda sabah özlərini dünyaya necə təqdim edəcəklər? Ordumuzun ideologiyası belə olmalıdır ki, bu dünyada Allahdan başqa şərəfdən üstün heç nə yoxdur, namusunu saxlamasan, Allah da səndən üz döndərər. Görürsünüzmü, Əliyev nə edir və bizim ordunun, əsgərlərin və xalqın təhlükəsizliyini düşünməli olan qüdrətli dövlətimiz yoxdur”.
Bu sözləri erməni mediasına hərbçi Manvel Yeqiazaryan deyib.
Onun sözlərinə görə, bu gün erməni əsgəri və erməni kişi alçaldıcı vəziyyətə düşüblər6 “Bir şeyi deyə bilərəm: 30 il ərzində çox şey çatışmırdı, çox şey yox idi, amma biz heç vaxt belə alçaldıcı vəziyyət, belə böhran görmədik. İnsanlara yalançı titullar verildi, bilinməyən işlər gördülər. Vətəni belə aldatmaq olmaz. Bu gün erməni əsgəri və erməni kişi alçaldıcı vəziyyətə düşüblər. Anlamaq lazımdır ki, mədə daha önəmlidir, yoxsa namus. Bu gün çox adam siçan kimi divarın deşiklərinə girib, səsi çıxmır. İllərdir, bizi aldatdılar və bu onları sona çatdırır”.
"Rusiyanın Cənubi Qafqaz regionunu tərk etməsi ilə bağlı fikirlər həqiqətdən uzaqdır. Rusiya regionu tərk etmir, lakin mövcudluq formasını dəyişmək mərhələsindədir".
Bunu erməni şərqşünası Ruben Safrastyan deyib.
Onun sözlərinə görə, Rusiya özünü həm Ermənistandan, həm də Azərbaycandan bərabər məsafədə yerləşdirməyə çalışır: "Rusiya Federasiyası Azərbaycanı da özünün müttəfiqi hesab edir. Bəzi hallarda isə müttəfiq kimi Bakıya üstünlük verir. Bunlar Rusiyanın bizim regiondakı siyasətinin reallıqlarıdır".