Rusiya Xarici İşlər Nazirliyi, Kiyev rejiminin İl-76 təyyarəsinə hücumunu “öncədən düşünülmüş addım” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında qeyd olunub.

Bildirilib ki, terror aktı Kiyev rejiminin danışıqlar aparmaq qabiliyyətinin olmadığını açıq şəkildə göstərir.

Bəyanatda o da vurğulanır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və NATO güclərindən qidalanan cinayətkar rejimi təkcə Rusiya üçün deyil, həm də Ukraynanın özü, onun sadə vətəndaşları və bütün dünya üçün ciddi təhlükədir .

Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi var idi və onlar mübadilə üçün Belqorod vilayətinə aparıldı.

İdarədən verilən məlumata görə, Rusiya Aerokosmik Qüvvələri komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün qəza yerinə gedib.

İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.

 

 

Ruslar Ukraynanın 150-dən çox yaşayış məntəqəsinə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki vəziyyətlə bağlı məlumatında deyilir.

Məlumata görə, rus ordusu həm hərbi, həm də mülki obyektlərə zərbələr endirməkdə davam edir.

"Düşmən qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə ümumilikdə 48 raket və 112 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 73 hücum həyata keçirib. Hücumlar nəticəsində ölən və yaralanan mülki insanlar, o cümlədən uşaqlar var. Kiyev, Pavloqrad, Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Dnepropetrovsk, Xerson və Nikolayev vilayətlərində 150-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb", - məlumatda deyilir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yeni müttəfiq axtarışında olduqlarını təsdiqləyib.

Mirzoyan müttəfiq axtarışının nəticələri barədə bunları qeyd edib:

"Rasional düşünən hər bir cəmiyyət daim yeni müttəfiqlər tapmaq üçün səy göstərməlidir", - o qeyd edib.

Mirzoyanın sözlərinə görə, bizim müttəfiqləri istər 2020-ci il müharibəsi, istərsə də sonrakı hadisələr zamanı ən azı gözləntilərini doğrulmadı.

“Təbii ki, yeni müttəfiqlər axtarmağa başladıq, ilk növbədə, təhlükəsizlik sahəsindəki problemləri həll etmək üçün”, - nazir bildirib.

O həmçinin təhlükəsizlik sistemləri ilə bağlı hər hansı sənədlərin imzalanması barədə məlumatı təkzib edib.

Baş nazir Nikol Paşinyanın Ermənistanın yeni konstitusiya hazırlanması ölkədə ciddi rezonansa səbəb olub. Erməni revanşist qüvvələr hesab edir ki, yeni konstitusiyada "erməni soyqırımı", Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası kimi müddəalar çıxarılacaq. Ona görə də yeni konstitusiyanın qəbuluna qarşı çıxırlar.

Ermənistan parlamentinin hakim partiyadan və konstitusiyanın yenilənməsinin tərəfdarlarınan bir olan deputat Ovik Ağazaryan erməni mediasına müsahibəsində deyib ki, Türkiyə "soyqırımı" məsələsini qəbul etmir. "Biz dövlət olaraq belə tələblər irəli sürə bilmirik. Türkiyəni qınamağa belə, hüquqi əsasımız yoxdur", - o bildirib

Qarabağ məsələsinə gəldikdə isə deputat bildirib ki, bununla bağlı tarixi sənədlər, xüsusən də Almatı bəyannaməsi var və ona istinad etməliyik. "Elə etməliyik ki, gələcək nəsillərin bizi tənqid etmək üçün əlavə əsasları olmasın. Biz Konstitusiyanı yalnız dövlət idarəetmə sistemini daha məqsədəuyğun etmək üçün dəyişirik", -o vurğulayıb.

Erməni diasporu ilə bağlı mövqeyini açıqlayan deputat deyib ki, 200 ildən sonra diaspor yox olacaq, amma biz dövlətçiliyi qoruyub saxlamalıyıq: "Erməni xalqının tarixinə istinadın davam etməsi, gələcəkdə də eyni səhvlərə yol aça bilər. Bir də axı Ermənistan tək erməni xalqına aid deyil, burada başqa millətlər də yaşayır, ona görə də, bu, düzgün yanaşma deyil.

"Yəni Ermənistan həm də hindlilərin vətənidir" sualına gəldikdə Ağazaryan bunları deyib:

"Hindistanlılar yox, yezidilər, kürdlər. Hindlilər qalarsa, 500 ildən sonra onların vətəninə çevriləcək".

Kremldən prezident Putinin Şimali Koreyaya və Türkiyəyə səfər vaxtına aydınlıq gətirilib.

Bu barədə açıqlama verən RF prezidentinin sözçüsü Dmitri Peskov Putinin prezident seçkiləri öncəsi Şimali Koreyaya səfəri planlarını təkzib edib.

"Rusiya lideri Vladimir Putinin KXDR-ə səfəri Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq", - o qeyd edib.

Türkiyəyə səfər gəldikdə Peskov bildirib ki, Putinin Türkiyə səfəri Şimali Koreyaya səfərdən fərqli olaraq bu ilin martında Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta bilər. “Güman edirik ki, qrafikləri razılaşdıran zaman prezident bu təklifdən yararlanacaq”, - Peskov bildirib.

Rəsmi Parisin Ukrayna savaşı ətrafında qurduğu hiyləgər oyunlar Almaniya başda olmaqla, əksər Avropa Birliyi ölkələrində ciddi narazılıq doğurmaqdadır... Rusiyaya qarşı yalnız hay-küylə işini bitmiş hesab edən Fransanın ucbatından Avropa ölkələri arasında kəskin ziddiyətlərin artıq idarəolunmaz səviyyəyə çatıb...

Ukrayna savaşının ABŞ və Qərbin planlarından kənar ssenari üzrə inkişaf etməsi müəyyən hərbi-siyasi problemlər yaratmağa başlayıb. Ötən ilin əvvəllərində Qərb strateqləri tamamilə əmin idilər ki, Ukrayna ordusu əks hücum əməliyyatlarına başladıqdan sonra Rusiya küncə sıxışdırılacaq, hətta məğlubiyyətə uğradılacaq. Və məhz bundan sonra Qərb siyasi dairələri Kremllə təmaslar quraraq, Rusiyanın gələcək taleyini müəyyən edəcəklər.

Təbii ki, Qərb siyasi dairələrinin Rusiyanın gələcək taleyinin müəyyən edilməsi prosesi birmənalı şəkildə Kremlə şərtlərin diqtə olunması üzərində indeksləşdiriləcəkdi. Yəni, əslində, ABŞ və Qərb Rusiyanın gələcək taleyini elə əvvəlcədən planlaşdırmışdı. Sadəcə, həmin planın reallaşdırılması prosesi kəskin ziddiyyətlər və maraq toqquşmaları ucbatından pozulmuş oldu. Və bütün problemlər də məhz kollektiv Qərbin daxilində baş qaldırmaqda olan narazılıqlardan qaynaqlanırdı.

 Məsələ ondadır ki, bəzi Qərb ölkələri Ukrayna savaşının maliyyələşdirilməsindən yayınmaqla, Rusiyanın gələcək taleyinin müəyyən edilməsi prosesindən qazanacaqları siyasi-strateji payın daha ucuza gətirilməsinə üstünlük verdilər. Onlar hesab edirdilər ki, əgər, Kreml azsaylı tərəfdaşlarından silah-sursat və hərbi texnika toplamağa çalışırsa, deməli, Rusiyanın sonuna çox qalmayıb. Yəni, Rusiyanın məğlubiyyəti qaçılmazdır və Ukraynaya göndərilmiş silah-sursat və hərbi texnika bunu reallığa çevirmək üçün yetərlidir. Və ona görə də, Qərb ölkələri müxtəlif bəhanələrlə Ukrayna savaşının maliyyələşdirilməsi prosesindən tədricən kənara çəkilməyə başladılar.

13135124-a73d-4d7a-a1c6-d325367249c8.jpg (237 KB)

Əvvəlcə ABŞ Ukraynanın gələcək taleyini növbəti prezident seçkilərinin girovuna çevirdi. Belə ki, Bayden administrasiyasi ABŞ Konqresində üstünlüyü ələ keçirmiş respublikaçıların göstərdiyi müqavimət qarşısında geri çəkilərək, Ukraynaya hərbi yardımları dayandırdı. Ardıncasa, ABŞ Ukrayna savaşının maliyyə yükünü Avropa Birliyinin öhdəsinə buraxdı. Ağ Evdə ümid edirdilər ki, Rusiyanın qələbəsindən qorxan Avropa ölkələri Ukrayna savaşını maliyyələşdirmək məcburiyyətində qalacaqlar. Halbuki, Avropa Birliyinin ləng və həvəssiz davranışları savaş poliqonunda situasiyanı tərsinə dəyişmiş oldu. Və Ukraynanın əks hücum əməliyyatı artıq iflasa uğramış kimi görünür.

Təbii ki, Qərb strateqləri Ukrayna savaşı ətrafında Avropa məkanı üçün real hərbi-siyasi təhlükə vəd edən situasiyanın yarandığını anlamamış deyildilər. Ona görə də, avropalı siyasətçilər çaşqınlıq içərisində tez-tələsik çıxış yolları axtarmaq məcburiyyətində qaldılar. İlk olaraq, hərbi büdcələrin artırılması ilə müdafiə potensialının gücləndirilməsinə dair çağırışlara paralel şəkildə, yeni ümumi Avropa ordusunun yaradılması ideyası gündəmə gətirildi. Yəni, Ukraynaya hərbi yardım yenə də prioritet deyildi, üstəlik, NATO-ya alternativ alyansa doğru can atma cəhdi göstərildi.

Ancaq çox tezliklə anladılar ki, yeni ordunun yaradılması da, hərbi büdcənin artırılaraq, müdafiə potensialının gücləndirilməsi indiki situasiyada effektiv çıxış yolu deyil. Çünki bütün bunları etmək üçün kifayət qədər uzun müddət çalışmaq lazım gələcək. Ukrayna isə Rusiya qarşısında məğlub duruma düşdüyündən Avropa məkanı üçün real hərbi təhlükə daha sürətlə irəliləyir. Və Rusiya Ukrayna üzərində hərbi qələbə qazanacağı təqdirdə, Kreml Avropa Birliyinin güclənəcəyi zamanı qətiyyən gözləməyəcək.

9784939d450a6b96e96805fe2687e10c.jpg (210 KB)

Ona görə də, Avropa Birliyi ölkələri yenidən Ukraynaya hərbi yardımların göstərilməsi variantına geri dönüş etməyə üstünlük verir. Son məlumatlara görə, Avropa Birliyi hazırda Ukraynaya hərbi dəstək üçün təxminən 50-60 milyon avro məbləğində maliyyə fondunun yaradılmasına çalışır. Sadəcə, bu qurumun bəzi üzvləri hələ də belə nəhəng məbləğin birdəfəyə ayrılması variantına müqavimət göstərirlər. Və bu məsələnin yaxın vaxtlarda həllini tapa biləcəyi də qətiyyən istisna olunmur.

Digər tərəfdən, Almaniya Ukraynaya Avropa ölkələrinin birbaşa maliyyə yardımları ayrılmasına da israrla çağırır. Hətta Rusiyanın yaxın gələcək üçün ehtimal edilən hərbi təcavüzündən qorxuya düşən rəsmi Berlin Almaniyanın Ukraynaya vəd etdiyi 4 milyar avroluq maliyyə paketini iki dəfə artıraraq, 8 milyard avroya çatdırıb. Eyni zamanda, Almaniya Hollandiyanın da 2,5 milyard avro dəstək ayırmasından məmnun qaldığını qətiyyən gizlətmir.

Ancaq rəsmi Berlinin ciddi şəkildə narazı qaldığı Avropa ölkələri də mövcuddur. Belə ki, Almaniya hazırda Avropa Birliyinin aparıcı ölkələrinə, xüsusilə də, İtaliya, İspaniya və Fransaya təzyiqlər göstərməyə çalışır. Çünki bu üç ölkə digər Avropa ölkələrindən daha yüksək maliyyə-iqtisadi imkanlara malik olsalar da, Ukraynaya yardım göstərməyə qətiyyən həvəsli deyillər. Bu səbəbdən də, rəsmi Berlin ABŞ-ın kənara çəkildiyinə eyham vurmaqla yanaşı, Ukrayna ordusunun əks hücum əməliyyatının da iflasa uğradığını xatırlatmağa başlayıb. Və Ukraynanın məğlub olacağı təqdirdə, Rusiyanın Avropaya yolunun tamamilə açıla biləcəyi barədə sərt xəbərdarlıq etməyi də qətiyyən unutmur.

scholz-macron-putin-1786358_2.jpg (35 KB)

Maraqlıdır ki, rəsmi Berlin əsasən, məhz Fransanı hədəfə alıb. Olaf Şolts hökuməti açıq şəkildə bəyan edir ki, Almaniya, Hollandiya və bəzi digər Avropa ölkələri Ukraynaya göstərəcəkləri dəstəyin məbləğini açıqlasalar da, Fransa bu mövzuda israrla susur. Halbuki, Rusiya əleyhinə ən sərt beynəlxalq çağırışların müəllifləri sırasında Fransa ön planda yer alır. Bu səbəbdən də, rəsmi Berlin Fransaya siyasi çağırışlar etmək əbəzinə Ukraynaya göstərəcəyi maliyyə dəstəyinin konkret məbləğini elan etməyi məsləhət görür. Və Ukraynanın tezliklə məğlub ola biləcəyini qabardan Almaniya rəsmi Parisi bu məsələdə mümkün qədər tələsməyə çağırır.

Maraqlıdır ki, rəsmi Berlinin çağırışları və iradları Fransanı olduqca çətin vəziyyətə salıb. Belə ki, Makron administrasiyası beynəlxalq məkanda Fransanı Rusiya əleyhinə mübarizənin avanqard güc mərkəzi kimi təqdim etməyə çalışır. Hazırda rəsmi Paris Kremli hədəfə alan siyasi bəyanatları bir-birinin arxasınca sıralamaqdadır. Halbuki, Fransa Rusiya əleyhinə mübarizəyə maliyyə vəsaiti xərcləməyə qətiyyən həvəsli deyil. Əksinə, Makron hökuməti sadəcə, başqalarının sərf etdiyi maliyyə vəsaiti hesabına Rusiyaya qarşı mübarizə platformasının az qala şəriksiz liderinə çevrilməyə üstünlük verir.

Təbii ki, rəsmi Parisin belə hiyləgər oyunları Almaniya başda olmaqla, əksər Avropa Birliyi ölkələrində narazılıq doğurur. Üstəlik, Qərb mətbuatında da Fransanı Ukraynaya göstərilən yardım məsələsində Böyük Britaniya, Almaniya, Polşa, Baltikyanı dövlətlər və Şimali Avropa ölkələrindən çox-çox geri qalmasına görə sərt şəkildə tənqid edilir. Rəsmi Parisin bütün bu iradlarla razılaşmaması və müxtəlif bəhanələrlə Ukraynaya dəstəkdən yayınmağa çalışması Fransa və Avropa Birliyi arasında çatların əmələ gəlməsinə də səbəb olmaqdadır. Və bu baxımdan, yalnız hay-küylə işini bitmiş hesab edən Fransanın ucbatından Avropa ölkələri arasında ümumi ziddiyətlərin artıq idarəolunmaz səviyyəyə çatmaq üzrə olduğu bildirilir.(musavat.com)

Fransada ermənilər aksiya keçirən fermerləri avtomobillə vurub, ölən və yaralılar var

Hadisə yanvarın 23-də səhər saatlarında Fransanın cənubunda baş verib. Belə ki, üç nəfərlik ailə yolu bağlayan saman blokunun arxasında dayanıb. Bu zaman avtomobillə sürətlə gələn şəxslər maneəyə reaksiya verməyib və üç etirazçını vurub.

Nəticədə gənc qadın olub, onun yeniyetmə qızı və həyat yoldaşı ağır xəsarət alıb. Qəzadan sonra avtomobildə olan 3 nəfər nəzarətə götürülüb.

“Le Parisien” nəşri bildirib ki, cinayəti törədən Ermənistan vətəndaşları olub. Onlar 2022-ci ildən qaçqın statusu almaq istəyiblər, lakin 2023-cü ilin payızında ermənilər imtina cavabı alıb və ölkəni tərk etmək əmri verilib.

Hazırda polis magistralın bu hissəsində etiraz aksiyası keçirən fermerlərin qəsdən vurulub-vurulmadığını müəyyənləşdirir.

Xəbər verildiyi kimi, ötən gün Qazaxıstan-Qırğızıstan sərhəddində 6,7 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi məlumat yayıb.

Zəlzələ Almatı şəhərində 5 bal gücündə hiss olunub. Qazaxıstan Səhiyyə Nazirliyi zəlzələdən sonra Almatıda 44 nəfər həkimə müraciət etdiyini bildirib: "Müxtəlif yüngül və orta dərəcəli xəsarətlər, məsələn, kəllə-beyin travması, qançırlar, əzaların yerindən çıxması kimi xəsarətlər alan 44 nəfər həkimə müraciət edib".

Yanvarın 24-25-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatıya səfər edəcək və şəhərdəki vəziyyətlə bağlı müşavirə keçirəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali öz "Facebook" səhifəsində məlumat verib.

Dövlət başçısı bir sıra obyektlərə, o cümlədən 2022-ci ilin yanvarında ölkədə baş vermiş etiraz aksiyalarından sonra əsaslı təmir olunmuş inzibati binaya baş çəkəcək. 

Bu arada, Almatıda zəlzələ anı kameralara düşüb. Həmin görüntüləri təqdim edirik:

 

İran Yaxın Şərqdə yerləşir və özlüyündə orada böyük problemlər yaradır, Tehranın hələ də kifayət qədər gücü var.

Bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

“Bəs İran Ermənistana görə savaşacaqmı? Xeyr, olmayacaq. Türkiyə ilə müharibəyə gedəcəkmi? Xeyr, olmayacaq. Azərbaycanla da müharibə olmayacaq. Təhdidlər isə ola bilər”, - o hesab edir.

Satanovski xatırladıb ki, Ermənistan-İran əməkdaşlığı, Ermənistan-Türkiyə qarşıdurması, Ermənistan-Azərbaycan qarşıdurması, İran və Azərbaycan arasında mürəkkəb münasibətlər və Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri uzun tarixə malikdir.

“Ermənistanın hazırkı rəhbərliyi ABŞ və Fransaya arxalanır. Baxaq görək, bütün bunlar Ermənistana, o cümlədən Zəngəzur dəhlizi məsələsində necə kömək edəcək”, - ekspert qeyd edib.

Xəbər lenti