![]() |
|
Qərblə döyüşməyən İslam ölkələri Şeytana biət edir.
Bunu rusiyalı politoloq Aleksandr Duqin deyib.
"Yaxın Şərqdə yeni müharibə başlayıb. Dənizdən çıxan yırtıcı qəhrəman husilərə hücum etdi. Bütün İslam ölkələri İsrailin Qəzza zolağında total soyqırımı törətməsinə hər gün sakitcə baxırlar. Qərb yırtıcıdır, onunla döyüşməyənlər Şeytana biət etmiş olurlar. Biz əsl Qiyamət savaşındayıq", - ekspert bildirib.(Teleqraf.com)
“Biz təklif edirik, təhlükəsizliyi təmin etmək üçün qoşunları Almatı bəyannaməsi əsasında müəyyən edilmiş sərhəd xəttindən çıxaraq, beləliklə toqquşma təhlükəsini neytrallaşdıraq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Bakıya başqa təklifinin olduğunu bildirib:
“Yeni bir təklifim var, Azərbaycanla silahlara nəzarətlə bağlı saziş imzalayaq. Nəticədə iki ölkə arasında silahlarla əlaqədar konkret razılaşma əldə edilsin və bu razılığın icrası üçün bir-birilərinə nəzarət etmə imkanına malik olsunlar”.
Türkiyə PKK terrorçularına qarşı əməliyyat zamanı çoxsaylı şəhid verməsi ilə əlaqədar olaraq ölkə ərazisində nəzərdə tutulan tədbirlər təxirə salınıb.
Yaranmış vəziyyətlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda təhlükəsizlik iclası keçiriləcək.
Bununla bağlı Türkiyə Prezidentinin kommunikasiya direktoru Fahrettin Altun sosial media hesabında paylaşım edib:
"Cənab prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 13 yanvar şənbə günü saat 14.30-da İstanbuldakı Dolmabahçe İş Ofisində təhlükəsizlik toplantısı keçiriləcək.
İclasda xarici işlər nazirimiz cənab Hakan Fidan, daxili işlər nazirimiz cənab Ali Yerlikaya, milli müdafiə nazirimiz cənab Yaşar Gülər, Baş Qərargah rəisimiz, ordu generalı cənab Metin Gürak və Baş Qərargah rəisimiz Milli Kəşfiyyat Təşkilatı cənab İbrahim Kalın prezidentimizin sədrliyi ilə keçiriləcək toplantıya qatılacaq".
Türkiyənin hakim AK Partiya sözçüsü Ömər Çelik bildirib ki, həftə sonu Ankarada keçiriləcək tədbirlər təxirə salınıb:
"Həftə sonu keçirəcəyimiz namizəd irəli sürmə toplantımız şəhidlərimizə görə prezidentimiz və sədrimiz cənab Rəcəb Tayyib Ərdoğanın qərarı ilə təxirə salındı. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənimizi bütün təhdidlərdən qorumaq üçün mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.
CHP və İYİ Partiya da tədbirlərini təxirə salıb.
Qeyd edək ki, yanvarın 12-də PKK-yə qarşı keçirilən əməliyyat zamanı Türkiyə ordusunun 9 əsgəri şəhid olub.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə gizli siqnal göndərib.
Belə iddia ilə “Bild” nəşri çıxış edib.
“Beləliklə, Ukrayna lideri hər hansı ərazi güzəştlərindən imtina etdiyinə işarə edib”, - nəşrin müəllifləri iddia ediblər.
Eyni zamanda, Kallas danışıqlara sarı-mavi kostyumda gəlib. (Publika.az)
Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. ABŞ Prezidenti Co Bayden isə bu əməliyyatın İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab olduğunu bildirib.
Bəs Qırmızı dənizdə gəmilərə hücum edən husilər kimlərdir?
“Qafqazinfo” BBC-yə istinadən onlar barədə məlumatı təqdim edir:
Adını hərəkatın qurucusu Hüseyn əl-Husidən götürən husilər Yəmənin silahlı qrupudur. “Ənsar Allah” (Allahın tərəfdarları) kimi tanınan qrup 1990-cı illərdə ovaxtkı prezident Əli Abdullah Salehə qarşı mübarizə aparmaq üçün yaradılıb. Səudiyyə Ərəbistandan dəstək alan sabiq prezident Saleh 2003-cü ildə husiləri məhv etməyə çalışsa da, əksinə oldu. Belə ki, husilər hər iki tərəfin hücumunu dəf etməyi bacardılar.
İranın dəstəklədiyi husilər gəmilərə hücum etdikdən sonra Qərb qüvvələri hərəkətə keçib. Belə ki, paytaxt Səna və husilərin Qırmızı dəniz limanı olan Hudeyda da daxil olmaqla, 12-dən çox obyekt vurulub. Yəməndəki husilərin hədəfləri logistik mərkəzlər, hava hücumundan müdafiə sistemləri və silah anbarları olub.
Husilər 2014-cü ildən Yəmən hökumətinə qarşı vətəndaş müharibəsi aparır. BMT-nin 2022-ci ilin əvvəlinə olan məlumatına görə, indiyə kimi bu müharibədə təxminən 377 min insan ölüb, 4 milyon insan isə evindən didərgin düşüb.
Xatırladaq ki, Yəmən Xarici İşlər Nazirliyi isə hücumdan sonra açıqlama yayıb. Açıqlamada bildirilib ki, rəsmi London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların bədəlini ödəməyə hazır olmalıdır.
"Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün heç bir ilkin şərt görmürəm. Düşünürəm ki, sülh üçün ilkin şərtlər var, amma vaxt haqqında heç nə deyə bilmərəm".
Bunu erməni deputat Ovik Ağazaryan deyib.
Yaranmış mövcud durumu şərh edən deputat deyib: “Birincisi, bir-birimizlə ikitərəfli dialoqa başlamağımızdır. İkincisi, müharibəyə başlamaq üçün heç bir səbəb yoxdur. Bu, sülhün bərqərar olması üçün ən mühüm amildir.
Bu mənada indi elə bir vəziyyət yaranıb ki, istəsək də, istəməsək də sülh şəraitində yaşamalıyıq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm, bu, illər çəkə bilər, çünki bu sənəd Azərbaycan üçün sərfəli deyil. Və bu sənəd olmadan dünyada hər şey ola bilər və Bakı hansısa bəhanə ilə Türkiyə ilə birlikdə indi həlli mümkün olmayan məsələni həll etməyə cəhd edə bilər”, - Ağazaryan deyib
ABŞ Hərbi Hava Qüvvələri Yəməndə husilərin 60 hədəfinə 100 raketlə zərbələr endirib
Ötən gecə ABŞ Hərbi Hava Qüvvələri nəzarət mərkəzləri, sursat anbarları, buraxılış məntəqələri, istehsalat obyektləri və hava hücumundan müdafiə radar sistemləri də daxil olmaqla, İranın dəstəklədiyi 16 Husi hərbi obyektinə 60-dan çox hədəfə zərbələr endirib.
Qeyd olunur ki, zərbələr zamanı “müxtəlif tipli 100-dən çox dəqiq idarə olunan hərbi sursat” istifadə edilib.
Dekabrın 18-də ABŞ-nin müdafiə naziri Ostin husilərin ticarət gəmilərinə hücumları fonunda Qırmızı dəniz və Ədən körfəzində təhlükəsizliyi təmin etmək üçün 20-dən çox ölkənin iştirak etdiyi “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.
Yəməndəki husilərin "Ənsar Allah" təşkilatı ABŞ və müttəfiqlərinin husilərin hərbi hədəflərinə hücumlarına cavab olaraq Yəməndən Amerika gəmilərinə atılan ballistik raketlərin görüntülərini paylaşıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani ABŞ və müttəfiqlərinin Yəməndəki husi hərbi obyektlərinə birgə zərbələr endirməsi ilə bağlı deyib: "ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hücumlarını qətiyyətlə pisləyirik və bunu özbaşına hərəkət və Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması hesab edirik".
Aya eniş ABŞ kosmik sənayesinin ən böyük nailiyyətidir. NASA hələ də heç kimə unutdurmur ki, bu sirli peyki ilk fəth edən amerikalılar olub. İndi Ay Yerdən başqa insanın ayaq basdığı yeganə kosmik cisimdir. Lakin NASA-nın son qərarları tədqiqatçıları peykin fəth edilməsinin böyük bir yalan olduğuna inanmağa vadar edir.
"İnsanın Aya enişindən keçən 50 il ərzində mətbuatda hər cür sui-qəsd nəzəriyyələri ortaya çıxdı. Uzun müddət çoxları peykdəki astronavtların çəkilişlərinin məşhur rejissor Stenli Kubrikin işi olduğuna inanırdı. Bununla belə, uzun müddət heç kim amerikalıların nailiyyətlərini açıq şəkildə şübhə altına almadı. NASA-nın son mübahisəli qərarı olmasaydı, hər şey eyni ruhda davam edərdi.
ABŞ bu il Aya qayıtmağı planlaşdırırdı. Ekipaj artıq təlim keçib. Lakin NASA uçuşu təxirə salmaq qərarına gəlib. İndi şirkətin planlarına görə, insan Aya yalnız 2026-cı ildə qayıdacaq. Bəzi ufoloqların fikrincə, bu, keçmişdə Ayın fəth edilməsi ilə bağlı saxtakarlığın birbaşa sübutudur.
Alimlər məntiqli sual verirlər: "Əgər amerikalılar hələ 1969-cu ildə Aya enə bilirdilərsə, niyə indi problemlər yaradırlar?"
Eyni zamanda, NASA qərarını təhlükəsizlik mülahizələri ilə izah edir. Qəribədir ki, indi Amerikanın inkişaf etmiş kosmik sektoru təkrar uğurlu eniş üçün şərait yarada bilmir.
Sosial media istifadəçiləri artıq bu qərarı şərh ediblər: "Görünür, onlar bunu ilk dəfə necə bacardıqlarını başa düşə bilmirlər".
"Ay fırıldaqçılığı" ilə bağlı bir vaxtlar çılğın sui-qəsd nəzəriyyələrini təsdiqləmək üçün "Daily Mail" amerikalı tədqiqatçı Bill Kayzinqin "Biz heç vaxt Aya getməmişik" kitabına istinad edir.
"Mənim fikrim belədir: Əgər mühərrik təxminən on illik inkişafdan sonra etibarlılığa nail ola bilmədisə, daha böyük, daha güclü raket mühərriki necə uğurlu ola bilərdi?"
Aya ilk enişlə bağlı bütün sənədləri tədqiq edən alimin sözlərinə görə, o zaman bəşəriyyətdə sadəcə olaraq lazımi avadanlıq yox idi. NASA-nın hərəkətlərinə görə, hələ də mövcud deyil.(Publika.az)
London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.
Bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi deyib.
“Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, bu hücumlar cavabsız qalmayacaq. London və Vaşinqton bunun ağır bədəlini ödəməyə hazır olmalıdırlar”, - Livanın “Al Mayadeen” telekanalı onun sözlərini sitat gətirib.