![]() |
|
İran Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib.
"Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, ələ keçirilən gəmilər ABŞ ilə əlaqəlidir.
Bundan əvvəl Yunanıstanın Gəmiçilik və Ada Siyasəti Nazirliyi “St Nikolas” tankerinin ələ keçirildiyini bildirmişdi. Məlumata görə, ölkənin “Empire Navigation” şirkəti ilə əlaqəli olan gəminin heyətində yunanıstanlı kapitan və 18 filippinli dənizçi var.
Yunanıstanın “Efimerida ton Syntakton” qəzeti tankerin əvvəllər beynəlxalq sanksiyalar altında olan İran neftinin daşınması üçün istifadə edildiyini, sonralar ABŞ tərəfindən cərimələndiyini və müsadirə edildiyini yazıb.
Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından Avropada birinci, dünyada isə beşinci olub.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizi hər tərəfdən boğur, əzirlər, amma bütövlükdə iqtisadiyyatın həcminə görə Avropada birinciyik. Almaniyanı üstələdik və dünyada beşinci yeri tutduq: Çin, ABŞ, Hindistan, Yaponiya, Rusiya. Avropada isə bir nömrəyik. Alıcılıq qabiliyyəti paritetinə görə biz bütün Avropanı ötmüşük, lakin adambaşına düşən məbləğdə hələ də cəhd etməliyik. Buna görə də işləməliyik”, - Putin bildirib.
Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib.
Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.
Məlumata görə, müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb.
Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib.
Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyətcə azərbaycanlıdır.
2023-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihəsindən yararlanan Gürcüstan azərbaycanlılarının sayında da artım qeydə alınıb.
BMqT-nin dəstəyi ilə Gürcüstana qayıdan şəxslərə, kiçik fermer təsərrüfatı, xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmaq üçün nağd və qeyri-nağd şəkildə ödənişlər edilib.
Ermənistan tərəfi ümid edir ki, Azərbaycanla konstruktiv görüşlər bundan sonra da davam edəcək.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib.
Azərbaycanla danışıqlar prosesi ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, ötən il onlar Bakıdan konstruktiv addımlar görüblər.
Regional iqtisadi kommunikasiyaların bərpa olunması məsələsinə toxunan Mirzoyan əlavə edib ki, Azərbaycan kimi Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə etmək imkanına malik olmalıdır.
Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri (iki zabitin güllələnərək öldürülməsini – red.) komandanlıqla müzakirə edib.
"Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb.
Qeyd edək ki, ötən gün Göyçə bölgəsində, Basarkeçər rayonundakı mövqelərdə (2-ci Korpusun məsuliyyət zonasına daxildir) iki ölümcül insident baş verib. Belə ki, yanvarın 9-da saat 06:20-də döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Həmin gün saat 11:30-da isə baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən aşkar edilib.
“Paşinyan ilin yekunları ilə bağlı toplantıda komandasına qarşı elə davranıb ki, bəzilərində elə təəssürat yaranıb ki, vəzifələrindən məhrum olanların bir qismi yaxın gələcəkdə yeni, daha yaxşı vəzifələr alacaq…”
Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır.
Söhbət ondan gedir ki, 2023-cü il dekabrın 23-də “Vətəndaş sazişi”(“VS”) partiyasının bütün elitası “Sevan” adlandırılan Göyçə gölünün sahilindəki hökumət malikanəsində qonaq olub və gecə yarısına qədər bayram öncəsi şənlik keçirib.
“İclasda Ermənistan prezidenti Vaaqn Xaçaturyan da iştirak edib. Üstəlik, baş prokuror, daxili işlər naziri və digər partiya üzvü olmayanlar iştirak etməyiblər. Yəni toplantı sırf “VS”-nin toplantısı olub. Vaaqn Xaçaturyan da özünün himayə etdiyi indi artıq keçmiş yüksək texnologiyalar sənayesi naziri, tezliklə prezident fərmanıyla azad olunacaq Robert Xaçatryanla yanaşı əyləşib”, - deyə xəbərin davamında bildirilir.
Xəbərdə tədbir zamanı Ermənistan baş nazirinin kefinin kök olduğu vurğulanır.
“Paşinyan prezidentin sağlığına tost söyləyərək ona xüsusi hörmət edib. Ümumiyyətlə, onun əhval-ruhiyyəsi yaxşı olub, komanda yoldaşlarına qarşı heç bir inciklik ifadə etməyib. O, bəzi hökumət üzvlərini, o cümlədən az sonra işdən çıxarılan yüksək texnologiyalar sənayesi nazirini tərifləyib… Bundan sonra bəzi “VS” üzvləri də güman ediblər ki, həqiqətən növbədənkənar seçkilərə gedirlər, burada hər bir səs və hər bir seçici vacibdir”- erməni qəzeti belə yazır.
Xatırladaq ki, dekabrın 29-da vəzifəsindən azad edilən Ermənistanın yüksək texnoloji sənaye naziri Robert Xaçatryan Rusiya telekanallarının ölkədə yayımının dayandırılmasının əleyhinə olub…h
İsveçdə də müharibə ola bilər, xalqımız müharibəyə hazır olmalıdır.
Bunu İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin beynəlxalq konfrnasda çıxışı zamanı deyib.
"Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da pis olan Avropada təhlükəsizlik vəziyyəti son bir ildə daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır", - nazir qeyd edib.
Rusiyanın ciddiyə alınması lazım olduğunu bildirən Bohlinin sözlərinə görə, təxminən 210 ilə yaxındır ki, sülh isveç xalqı üçün xoş yoldaş olub. "Lakin bu gün belə deyil. Təhlükəsizlik vəziyyəti pisləşib. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm".
İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.