![]() |
|
2015-ci ildə Storskoq sərhəd-keçid məntəqəsi vasitəsilə Rusiyadan Norveçə gələn miqrantlar arasında xarici kəşfiyyat xidmətlərindən tapşırıq almış şəxslər də olub.
"Bunu ölkənin əks-kəşfiyyatının rəhbəri Atle Tangen deyib.
"Norveçə üz tutan qaçqınların orada qeyri-qanuni kəşfiyyat aparmağa cəlb edilməsi hələ də davam edir. Bu səbəbdən indi bu barədə ətraflı danışa bilmərik", - o bildirib.
Ukrayna Rusiyanın həyata keçirdiyi raket hücumunda 11 nəfərin öldüyünü bildirib.
“Bu barədə xarici KİV xəbər verir.
Belə ki, Ukraynanın şərqindəki Pokrovsk şəhəri və ətraf ərazilərə Rusiyanın raket hücumu nəticəsində beşi uşaq olmaqla azı 11 nəfər həlak olub.
Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin qubernatoru Vadim Filaşkin isə bildirib ki, əraziyə Rusiya raketlərinin vurulması nəticəsində 8 nəfər də yaralanıb.
2023-cü ildə Fransa diplomatiyası Afrikada təsirini əhəmiyyətli dərəcədə itirib.
"Bu barədə Fransanın yerli radiostansiyası məlumat verib.
Qeyd olunub ki, Parisin keçmiş müttəfiqləri hərbi çevrilişlər və siyasi qarışıqlıqlar fonunda nəzərlərini başqa səmtə yönəldiblər.
“Fransanın keçmiş müttəfiqləri bir sıra hərbi çevrilişlərdən sonra xarici siyasət səylərini başqa səmtlərə yönəltdikcə, Fransa diplomatiyası 2023-cü ildə Afrikadakı mövqelərini əhəmiyyətli dərəcədə itirib. Xarici vətəndaşların Fransaya immiqrasiyasını çətinləşdirən yeni qanun isə vəziyyəti daha da çətinləşdirib”, - deyə məlumatda qeyd olunub.
Fransızların Afrikadakı maraqları 2024-cü ildə böyük problemlərlə üzləşəcək - xüsusən də Mali kimi bir vaxtlar Sahel bölgəsində fransız hərbi mövcudluğunun dayaqları olan Niger və Burkina Fasoda liderlərin devrilməsindən sonra. Gözlənilməz dövlət çevrilişi Mərkəzi Afrikada əsas oyunçulardan olan Qabon ilə uzunmüddətli tərəfdaşlığa da son qoyub.
Seneqaldakı Timbuktu İnstitutunun tədqiqatçısı Babakar Ndyayanın sözlərinə görə, Fransa Afrika ilə əlaqələrində dönüş nöqtəsini yaşayır. Fransanın Kot-d'İvuar, Seneqal, Qabon, Cibuti və Çaddakı hərbi qüvvələri hələ qalır, lakin bu mövcudluğun gələcəyi bəlli deyil. Almaniya artıq Fransanı əvəz etməyə çalışır.(oxu.az)
Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a ukraynalı məhbusların əvəzində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Kadırov Qroznıda güc strukturlarının nümayəndələri ilə görüşdə deyib.
Kadırov əsirlərin siyahısını Qroznıya gələn keçmiş amerikalı kəşfiyyatçı Skott Ritterə verib.
“Qonağımıza maraqlı təklif var. Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən istisna olmaqla, anamdan, qızlarımdan və günahsız insanlardan, atlardan sanksiyaları götürsələr, o zaman bu adamları təhvil verərik. Mənə qarşı bir az da sanksiyalar əlavə edə bilərlər. Əgər bu şərtləri yerinə yetirsəniz, o zaman 20 ukraynalı əsgər öz evlərinə qayıdacaq”, - Kadırov bildirib.
Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 100-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin regional rəhbərliklərinin verilənlərindən məlum olub.
Məlumata görə, 500-ə yaxın insan yaralanıb. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.
Şimali Koreyanın Cənubi Koreya istiqamətinə 200-ə yaxın artilleriya mərmisi atması nəticəsində Seul Sarı dənizindəki Yeonpyonqdo adasını boşaltmaq məcburiyyətində qalıb.
“Yonhap” xəbər verir ki, Seul adanın boşaldılmasını Şimali Koreya tərəfindən mümkün təxribat ilə izah edib.
Seul “Şimali Koreyanın hərbi təxribatının açıq əlamətləri fonunda” mülki şəxsləri sığınacaqlara təxliyə etməyi əmr edib. Əmr Cənubi Koreya hərbçilərinin tələbi ilə saat 12:02-də verilib və yerli vaxtla saat 12:30-da təkrarlanıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislər Komitəsindən jurnalistlərə bildirib ki, Şimali Koreya Yonpyonq adası yaxınlığında 200-ə yaxın atəş açıb. Mülki sakinlərdən və hərbçilərdən xəsarət alan olmayıb.
Qeyd edək ki, 2010-cu ildə Yonpyonq adası KXDR tərəfindən atəşə tutulub. O zaman Pxenyanın atdığı 170 artilleriya mərmisi nəticəsində 4 nəfər həlak olub.
İsrail “Hizbullah” təşkilatının silahlı birləşmələrinin fəaliyyət göstərdiyi Livanla sərhəddə gərginliyi azaltmaq üçün diplomatik yola üstünlük verir, lakin bu problemin sülh yolu ilə həllinə getdikcə daha az vaxt qalıb.
“Bunu müdafiə naziri Yoav Qalant bu barədə İsrailə səfərə gəlmiş ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstin ilə görüşdə bildirib.
Görüş zamanı Qalant ölkənin müdafiə qurumunun İsrailin şimalında və Livan sərhədi boyunca təhlükəsizlik reallığını dəyişmək əzmində olduğunu bildirib və 80 mindən çox köçkün israillinin öz evlərinə qayıtmasına imkan yaradılmasının prioritetini vurğulayıb.
İranın Kirman şəhərində partlayıcı qurğular terrorçu-kamikadzelər tərəfindən işə salınıb.
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinin və videogörüntülərin ətraflı tədqiqindən sonra partlayışın kamikadze tərəfindən törədildiyi aydınlaşır.
Belə ki, terrorçular qəbiristanlığın girişindəki yoxlama məntəqəsindən asanlıqla keçə bilmədikləri üçün Qasım Süleymaninin məzarından 1,5 və 2,7 km məsafədə partlayışlar törədiblər.
Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.
“2024-cü il Ukrayna münaqişəsində həlledici olacaq”.
Bu fikirləri Almaniyanın istefada olan generalı Roland Kater “Welt” telekanalının efirində deyib.
Ekspertin fikrincə, cari ildə münaqişənin diplomatik yolla həlli imkanları məsələsi qaldırılacaq:
“Mən belə hesab edirəm ki, bu il həlledici olacaq, yəni hərbi baxımdan həlledici il olacaq. Ukrayna ilə bağlı vəziyyəti çox real qiymətləndirmək lazımdır. Kiyev təşəbbüsü ələ keçirə biləcəkmi? Hazırda məndə belə bir təəssürat var ki, təşəbbüs əsasən rusların əlindədir”.
“ABŞ Ukraynaya hərbi dəstək verməyə davam edəcək, lakin 2022-2023-cü illər səviyyəsində olmayacaq”.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bu o demək deyil ki, biz onlara 2022 və 2023-cü illərdə verdiyimiz hərbi maliyyə səviyyəsində dəstəyi davam etdirəcəyik”, - Miller deyib.
Onun sözlərinə görə, gələcəkdə Kiyevə ABŞ və müttəfiqlərindən maliyyə ayrılmasına ehtiyac olmayacaq, çünki Qərbin məqsədi Ukraynanın özünü hər şeylə, o cümlədən silahla təmin etməsidir.