İranın ali lideri Əli Xamenei hərbi rəhbərləri nəyin bahasına olursa olsun, ABŞ ilə birbaşa toqquşmanın qarşısını almağa çağırıb.

Ölkə.Az-ın xəbərinə görə, bu barədə “New York Times” mənbələrinə istinadən yazıb və bildirib ki, Xamenei hesab edir ki, İranın Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışlar İsrailin qəzəbli dünya ictimaiyyətini Qəzza zolağındakı müharibədən yayındırmaq üçün təşkil etdiyi kampaniyanın tərkib hissəsidir.

Buna cavab olaraq o, İsrailə qarşı gizli əməliyyatlar və proksi qüvvələrinin İraq və Suriyadakı Amerika bazalarına hücumu ilə bağlı əmr verib.

“Xamneyi İran komandirlərinə “strateji sakitliyi” qorumaq və İslam Respublikasının ABŞ ilə birbaşa hərbi qarşıdurmaya cəlb edilməməsi üçün mümkün olan hər şeyi etmək zərurətinə işarə edib”, - nəşr yazıb.

“The Wall Street Journal” isə mənbələrə istinadən yazır ki, İsrail hakimiyyəti öz müttəfiqlərinə Kirman şəhərindəki partlayışlarla heç bir əlaqəsi olmadığını bildirib.

Məlumata görə, İsrail qeyd edib ki, bu cür partlayışlar yəhudi dövləti tərəfindən həyata keçirilən hücumların nümunəsinə bənzəmir, Tel-əviv adətən, daha konkret olaraq İran təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxsləri və ya infrastrukturu hədəf alır.

Ermənistan Baş naziri Nikol Paşinyan daha bir görüntüsü ilə diqqət çəkib.

Məktəbin açılışında iştirak edən hökumət başçısı asılqanları əli ilə yoxlayan zaman o qoparaq yerə düşüb.

Kuryoz hadisədən sonra Paşinyan həmin yeri dərhal tərk etməsi, gülüşlə qarşılanıb.

Onun həm asılqanı qırması, həm də reaksiyası sosial media istifadəçilərinin marağına səbəb olub.

abs-nin-suriyadaki-bazasi-hucuma-meruz-qalib

“İraqın İslami Müqaviməti” şiə silahlı təşkilatının nümayəndələri ABŞ-nin Suriyadakı “Ət-Tanf” bazasına hücum etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkatın sosial şəbəkə hesablarında məlumat verilib.

Bildirilib ki, Suriyadakı ABŞ hədəflərinə hücum İsrailin Qəzza zolağında Fələstin əhalisinə qarşı hərəkətlərinə cavab, eləcə də ABŞ-nin İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.

Qeyd edək ki, “Ət-Tanf” bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqın düşərgəsində yerləşir.

iranda-bas-vermis-partlayislarda-abs-ve-israilin-eli-yoxdur

ABŞ Dövlət Departamenti İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli olmadığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışlara görə İsrailin məsuliyyət daşıması üçün heç bir səbəb görmür: "ABŞ heç bir şəkildə bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”.

Qeyd edək ki, SEPAH generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. Həmçinin İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb.

yaponiyadaki-zelzelede-olenlerin-sayi-artdi

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “47 News” portalı İsikava prefekturasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Statistikaya görə, Vacima şəhərində ölənlərin sayı 78 nəfər olub. Yerli hakimiyyət orqanları itkin düşənləri tapıb xilas etməyə tələsir”, - nəşr yazır.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Yaponiyada müxtəlif gücdə 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal gücündə olub. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi 20 saatdan çox davam edib. Bu, 1885-ci ildən bəri Yaponiyanın bu hissəsində baş verən ən güclü zəlzələ olub. Seysmoloqlar xəbərdarlıq edir ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və 7 baldan yuxarı yeni güclü zəlzələlər riski var.

Husilər Fransanın CMA CGM şirkətinə məxsus “Tage” ticarət gəmisinə hücum ediblər.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM şirkətinin “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, - o əlavə edib.

Qeyd edilib ki, husilər gəmiyə hücum edib, çünki gəmi heyəti xəbərdarlıqlara cavab verməkdən imtina edib. İsrailə gedən gəmilərə hücumların davam etdiriləcəyi də vurğulanıb.

Y.Sariya bildirib ki, ABŞ-nin husilərə qarşı mübarizə cəhdləri cavabsız qalmayacaq.

Qeyd edək ki, bundan öncə ABŞ hərbi komandanlığı husilərin ticarət gəmilərinə atəş açdığını açıqlamışdı.

İran prezidentinin Türkiyəyə səfəri lazım və vacib idi.

Bu səfərin baş tutmaması üçün lazım gəlsə, Qırmızı dənizdən Kerman şəhərinə başıboş şəkildə "gəzən" nüvə başlıqlı raket də atardılar.

Bunu beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

"İndi qaldı B variantı - Putinin Türkiyəyə səfəri ərəfəsində Rusiyada hansı bomba partlayacaq.

Bax, belə idarə edilir dünya", - deyə o əlavə edib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış olub.

Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. Ölənlərin sayı 100-ü keçib, 200-dən çox insan yaralanıb.

İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib ki, İbrahim Rəisinin Türkiyə səfəri terror aktı ilə əlaqədar təxirə salındı.

Xatırladaq ki, İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulmuşdu.

Səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilirdi. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard ABŞ dollarına çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard dollara düşüb. Bu rəqəmin 30 milyard dollara yüksəldilməsi hədəflənirdi.

Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb.

Məlumata görə, yanvarın sonunda Tehranda keçiriləcək Birgə İqtisadi Komissiyanın iclasında iki ölkə arasında ticarətin inkişafı istiqamətində səylərin artırılması gözlənilir.

Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Türkiyə ilə İran arasında daha üç sərhəd-keçid məntəqəsi (Gürbulak, Kapıköy və Esendere) qurmaqla onların sayınının artırılması idi. İran tərəfinin razılığı ilə daha iki məntəqənin açılması nəzərdə tutulur.

Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilirdi.

İran Prezidenti ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində İranın xarici işlər, yol və şəhərsalma, ticarət, neft, enerji, daxili işlər və müdafiə sahələri üzrə rəsmi şəxslərinin olması gözlənilirdi.

blinkenin-israile-seferi-texire-salindi

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərini təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Bildirilir ki, Blinkenin bu həftənin sonuna planlaşdırılan səfəri gələn həftənin əvvəlinə təxirə salınıb.

Nəşrin yazdığına görə, Blinkenin İsrailə səfərinin təxirə salınması yanvarın 2-si HƏMAS rəhbərliyinin üzvü Saleh əl-Arurinin Livanda öldürülməsi ilə bağlı deyil.

Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda “Axios” portalı öz mənbələrinə istinadən Entoni Blinkenin yanvarın ilk həftəsində İordan çayının qərb sahilinə, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməsi, Qəzza zolağındakı münaqişənin həllini müzakirə etməyi planlaşdırması barədə məlumat yaymışdı.

Qeyd edək ki, bu, Blinkenin oktyabrın 7-si Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsindən sonra İsrailə beşinci səfəri olacaq.

Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 62 nəfərə çatıb.

Xarici KİV xəbər verir ki, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici qüvvələrin respublikada turizm sektorunu sarsıtmaq üçün kampaniya aparmağa çalışdığını bildirib.

O, bunu Türkiyə İxracatçılar Birliyinin tədbirində çıxışı zamanı deyib.

“Ölkəmiz üçün ən mühüm gəlir mənbələrindən biri olan turizmə xələl gətirmək üçün xarici qüvvələr kampaniya aparırlar. İndi də idman mövzusundan istifadə edərək müxalifət partiyalarının köməyi ilə oxşar dalğa yaratmağa çalışırlar. İnsanlar, cəmiyyətlər, inanclar və ölkələr nifrət ritorikasının hədəfinə çevrilir. İslama qarşı düşmənçilik və ksenofobiya tendensiyası ilə üzləşmişik. Biz bunu heç vaxt qəbul etməyəcəyik”, - Türkiyə lideri bəyan edib.
Mənbə: TRT

Xəbər lenti