İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard ABŞ dollarına çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard dollara düşüb. Bu rəqəmin 30 milyard dollara yüksəldilməsi hədəflənir.

Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb.

Yanvarın sonunda Tehranda keçiriləcək Birgə İqtisadi Komissiyanın iclasında iki ölkə arasında ticarətin inkişafı istiqamətində səylərin artırılması gözlənilir.

Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Türkiyə ilə İran arasında daha üç sərhəd-keçid məntəqəsi (Gürbulak, Kapıköy və Esendere) qurmaqla onların sayını artırmaqdır. İran tərəfinin razılığı ilə daha iki məntəqənin açılması nəzərdə tutulur.

Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilir.

İran Prezidenti ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində İranın xarici işlər, yol və şəhərsalma, ticarət, neft, enerji, daxili işlər və müdafiə sahələri üzrə rəsmi şəxslərinin olması gözlənilir.

Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olduğu Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.

APA xəbər verir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Hər il yanvarın 2-də on minlərlə yapon Tokionun mərkəzində yerləşən İmperator sarayına gəlir, burada imperator və monarxın ailəsinin digər üzvləri onları Yeni il münasibətilə təbrik edir. 2022-ci ildə bu mərasim üç ildə ilk dəfə keçirilib - əvvəlki illərdə koronavirusun yayılması ilə bağlı vəziyyətə görə ləğv edilmişdi.

İmperatoru təbrik etmək Yaponiyada yeni ilin əsas adətlərindən biridir. Ənənəyə görə, monarx və ailə üzvləri ziyarətçiləri İmperator sarayının gülləkeçirməz şüşə ilə bağlanmış eyvanından qarşılayır.

Rusiya Liberal Ddemokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yayılıb.

Axar.az xəbər verir ki, bu barədə “Gorodche” nəşri yazıb.

Bildirilib ki, Jirinovski ABŞ-ın 2024-cü ildə mövcudluğuna son qoyacağını proqnozlaşdırmışdı:

“2024-cü ildə ABŞ-da seçkilər olmayacaq, çünki Amerikanın özü də olmayacaq”.

Jirinovskinin fikrincə, ABŞ-ın dağılmasının səbəbi, SSRİ kimi, ölkə daxilində millətlərarası münaqişələr olacaq.

Nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını da xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırmışdı.

“Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki İran KXDR, Vyetnam və ya Kosova deyil. Ən dəhşətli hadisələr burada baş verəcək”, - deyə siyasətçi bildirmişdi.

İraqın İslami Müqavimətinə aid silahlı şiə birləşmələri Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasını atəşə tutub.

“Şam FM” radiostansiyasının verdiyi məlumata görə, hərbi obyektə atəş raket sistemlərindən açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib.

Bundan əvvəl silahlılar Hasəkə əyalətinin cənubunda, Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əl-Şəddadidəki Amerika bazasına hücumda kamikadze pilotsuz uçan aparatdan istifadə ediblər. Pilotsuz təyyarənin hücumunun nəticələri barədə məlumat verilmir.

İraqda təhlükəsizlik mənbələrinin məlumatına görə, ABŞ-nin qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazası vurulub. Dekabrın 31-də İraqın hava hücumundan müdafiə sistemləri ABŞ-nin rəhbərlik etdiyi Qərb koalisiyasının qüvvələrinin istifadə etdiyi Ərbil vilayətində Harir aerodromunun üzərində pilotsuz uçan aparatı vurub.

turkiyede-avtobus-asib

Türkiyənin Malatya şəhərində avtobus aşıb.

 Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 3-ü ölüb, 29 nəfər isə yaralanıb.

Avtobusun Malatyada bir turizm şirkətinə məxsus olduğu bildirilib.

Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan "Qalatasaray" və "Fənərbağça" arasında Superkubok finalının ləğvindən sonra matçın təşkilatçısı "Riyadh Season"dan ilk açıqlama gəlib.

Baku.ws bildirir ki, final qarşılaşması hər iki klub futbolçularının Atatürk yazılı köynəklərlə matçdan əvvəl isinmə hərəkətləri etmək istəməsi səbəbindən ləğv edilib.

"İlk növbədə qardaş Türkiyə Cümhuriyyəti ilə müxtəlif sahələrdə sıx əlaqələrimizdən qürur duyduğumuzu vurğulamaq istərdik. Matçın kənar şüarlar olmadan keçirilməsini tələb edən reqlamentə əməl olunacağını gözləyirdik. Bu məsələ xüsusilə TFF ilə görüşlərdə müzakirə olunmuşdu.

Türkiyə Cümhuriyyətinin statusunun tanınması üçün Türkiyə Respublikasının dövlət himninin səsləndirilməsi, stadionda və tribunalarda türk bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Buna baxmayaraq, hər iki komandanın razılaşmaya əməl etməməsi təəssüf doğururdu ki, bu da matçın keçirilməməsinə səbəb oldu" -deyə şirkətdən bildirilib. 

 

 

 

Polşa Xarici İşlər Nazirliyi raket insidentinə görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb.

Bu barədə Polşa XİN-in saytında yerləşdirilən məlumatda deyilir.

“Axşam saatlarında xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Andrey Ordaşı çağıraraq ona nota təqdim edib. Sənəddə Polşanın hava məkanının qanadlı raketlə pozulmasına dair izahat və bu cür hərəkətləri dərhal dayandırmaq tələb edilib” , - məlumatda qeyd olunur.

Xatırladaq ki, dekabrın 29-da Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı naməlum uçan obyektin respublikanın hava məkanına daxil olması barədə məlumat yayıb. Polşa prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Vayslav Kukula ölkənin hava sərhədlərinin müvəqqəti olaraq Rusiya raketi tərəfindən pozulduğunu bəyan edib.

İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.

O, bu barədə yerli mediaya müsahibəsində danışıb.

Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.

Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.

Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib.

Husilər İran tərəfindən maliyyələşdirilir.

Bunu respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalında deyib.

Senator bildirib ki, İran vurulmalı və dünya xəritəsindən silinməlidir.

“İransız husilər olmayacaq. Husilər İran tərəfindən tam dəstəklənir. Artıq altı aydır deyirəm ki, İranı vurun. Onların açıq ərazilərdə neft yataqları var. Siz kosmosdan görə bilərsiniz, onu xəritədən silə bilərsiniz,” Qrem deyib.(APA)

ABŞ-dan vaxtında yardım gəlməsə, Ukrayna Silahlı Qüvvələri şəhərləri tərk etmək məcburiyyətində qalacaq.

"Bu barədə Ukrayna Ali Radasının deputatı Yeqor Çernev deyib.

“İndi bir sıra əraziləri itiririk, lakin ABŞ-ın yardımı gecikərsə, şəhərləri itirəcəyik”, - deyə deputat bildirib.

Xəbər lenti