|
Cənubi Kipr Türkiyədən BMT-yə şikayət edib.
Axar.az xəbər verir ki, Cənubi Kipr Türkiyəyə məxsus "Barbaros Xeyrəddin Paşa" araşdırma gəmisinin bölgədəki fəaliyyətindən dolayı Türkiyədən şikayətlənib.
Bu barədə danışan Cənubi Kiprin BMT-dəki daimi nümayəndəsi Kornilios Korniliun Baş katib Antonio Quterreşə məktub ünvanladıqlarını deyib.
Şəffaf şəkildə istintaqın aparılması barədə təkrar çağırış edirik.
Axar.az xəbər verir ki, bunu Camal Qaşıqçı cinayəti ilə bağlı aparılan istintaq işinə münasibət bildirən BMT baş katibinin müavini Fərxan Xak söyləyib.
Xak bəyanatında Qaşıqçı cinayəti ilə bağlı açıq prosesin aparılmasını gözlədiklərini deyib:
"Son prosesləri izləyirik və çağırışımız dəyişməyib".
ABŞ-ın Vaşinqton ştatında sakinlərin odlu silahdan istifadəsini məhdudlaşdıran qanun qəbul edilib.
Axar.az xəbər verir ki, 2019-cu ilin yanvarından qüvvəyə minən qanuna görə, yarımavtomatik silahlar yalnız 21 yaşına çatmış şəxslərə satıla bilər. Yeni qanun ötən ilin noyabrında keçirilmiş aralıq seçkilərin nəticəsində qəbul olunub. Həmin vaxt ştatda seçicilərin 59 faizi yeni məhdudiyyətlər haqqında təklifləri dəstəkləyib. Onların qənaətinə görə, bu addım kütləvi atışma hallarının qarşısını almaqda və hüquq-mühafizə orqanlarının odlu silahların dövriyyəsinə nəzarətin həyata keçirilməsində səmərəli ola bilər. Beləliklə, uzunlüləli silah almaq istəyən hər bir şəxs Federal Təhqiqat Bürosunda yoxlamadan keçməli olacaq.
ABŞ-ın Milli Atıcılıq Assosiasiyası yeni qanunu sərt tənqid edib və bildirib ki, bu addım ölkə Konstitusiyasına ziddir. Assosiasiyanın rəhbərliyi qanunun ləğvi üçün Vaşinqton məhkəməsinə iddia ərizəsi verib.
Ermənistan hökuməti keçmiş prezident Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanın ekstradisiyası üçün Çexiya hökumətinə sorğu ünvanlayıb.
Axar.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun rəsmi nümayəndəsi məlumat yayıb.
O, sorğunun 28 dekabr tarixində göndərildiyini bildirib.
Qeyd edək ki, Narek Sərkisyan silah, narkotik maddə saxlama, dələduzluq, adam oğurluğu ittihamı ilə beynəxalq axtarışa verilmişdi. N.Sərkisyan Çexiyada saxlanılıb.
Çinə məxsus “Change 4” kosmik gəmisi Ayın “qaranlıq üz” adlandırılan hissəsinə enib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, ötən il 8 dekabrda Yer kürəsindən yola çıxan aparat 25 gündən sonra hədəfə çatıb.
“Chnge 4”ün Ayın səthindəki ən dərin krater olan Aitken hövzəsində araşdırmalar apararaq Yer kürəsinə məlumatlar göndərməsi nəzərdə tutulub. Bununla da Ayla bağlı araşdırmalarda yeni mərhələnin başlayacağı bildirilir.
Qeyd edək ki, daha öncə də Ayın qaranlıq hissəsinə kosmik aparat göndərilsə də, uğurlu eniş etmək mümkün olmayıb.
ABŞ-ın bufer zona ilə bağlı Türkiyəyə təklifi tələ ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik və terrorizmlə mübarizə üzrə mütəxəssis Abdullah Ağar deyib.
“Türkiyənin hər yerindən sərhədə qoşun yeridilir. Bu qoşunların sayı “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarında iştirak edən hərbçilərin sayından 5 dəfə çoxdur. Cümhuriyyət tarixinin ən böyük əməliyyatı saymaq olar”.
Ekspert əlavə edib ki, ordu bölmələri birbaşa deyil, mərhələli şəkildə əməliyyatlara start verə bilər:
“Terror qruplaşmasının nəzarətində olan Tel-Abyad və Ayn əl-Ərəb şəhərləri böyük önəm kəsb edir. Bu iki mərkəzin alınması terrorçuların psixoloji məğlubiyyətini də bərabərində gətirəcək”.
ABŞ Prezidenti Donald Trampın impiçment məsələsi istisna olunmur.
Report xəbər verir ki, bunu Demokratlar Partiyasının Konqresin Nümayəndələr palatasındakı qrupunun lideri Nensi Pelosi bildirib.
Ölkə başçısına siyasi səbəblərlə təzyiq göstərilməsinə qarşı çıxan deputatların dediyinə görə, Demokratlar Partiyası Robert Müllerin “Rusiya davası”na dair xüsusi prokurorun məruzəsindən sonra qərar verə biləcək.
Qeyd edək ki, yanvarın 3-dən etibarən N.Pelosi oktyabr ayında keçirilən aralıq seçkilərinin nəticəsinə əsasən, Nümayəndələr palatasının spikeridir.
Prezident D.Trampın impiçmentdən ciddi çəkindiyi bundan əvvəl də bildirilmişdi.
2019-cu ildə ABŞ iqtisadiyyatı və dünyanın növbəti böhranla üzləşəcəyi ilə bağlı bir çox əlamət ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu sözlər fransız iqtisadçı David Kaylanın “Le Fiqaro” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın fəaliyyəti dünya iqtisadiyyatının idarəetməsini məhv etməkdədir.
O qeyd edib ki, Trampın maliyyə sektorunun idarəsini zəiflətməyə və vergi yükünü azaltmağa yardım etməsinə rəğmən, ABŞ birja indekslərində sürətli azalmalar müşahidə olunub ki, bu da iqtisadi böhranın qaçılmaz olmasıyla bağlı işarələr ortaya çıxarıb. İqtisadçının fikrincə, ABŞ iqtisadiyyatında ciddi sıxıntıları yaradacaq başqa bir məqam isə uzunmüddətli iqtisadi artımın qeydə alınması olub:
“Belə ki, dünyanın digər yerlərində zəifləmə, geriləmə müşahidə edildiyi bir zamanda ABŞ iqtisadiyyatında 9 ildir artım müşahidə olunur. Daha bir vacib faktor Tramp administrasiyasının ziddiyətli iqtisadi siyasətidir. ABŞ-ın strategiyası ona yönəlib ki, nə AB, nə Çin, nə də başqa bir ölkə ABŞ-ın uzunmüddətli hədəflərini proqnozlaşdıra bilsin.
Yeni yaranacaq böhran əvvəlkilərə bənzəməyəcəjk. ABŞ-da və dünyada baş verənlər iqtisadi idarəetmədə yeni məntiqi və yeni qətiyyətli dönüşü nümayiş etdirir. Trampın siyasəti dünyanın əksər hüquqi institutuları, o cümlədən Ümumdünya Ticarət Təşkilatına təsir edib. Bu təşkilat artıq bütün mübahisələr və problemləri həll etmək gücündə deyil. Yeni böhran yeni dövrün başlanğıcı olacaq. Belə ki, hazırda kollektiv olaraq hazırlanan üsullarla təşkil edilən dünya iqtisadiyyatında beynəlxalq tənzimləmənin yerini çoxlu sayda suveren iqtisadi siyasət əvəzləyəcək.
Bu gün yaranan dünya nizamı artıq hüquqa yox, gücə söykənir və hər ölkəni öz maraqları çərçivəsində iqtisadi vasitələrdən istifadəyə məcbur edir. Bu keçid o deməkdir ki, siyasət yenidən gücə malik olur və özbaşına hərəkət etmək qabiliyyətinə yiyələnir”.
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının cinayətində şübhəli bilinən 11 nəfərin mühakiməsinə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Prokurorluğundan informasiya yayılıb.
Məlumata görə, Camal Qaşıqçının cinayətində əli olan 5 nəfər barəsində edam tələb edilib.