Çində Şərqi Türküstan Universitetinin ətraf ərazilərində uyğur türkçəsi ilə yazılan nəqliyyat lövhələrinin üzəri örtülüb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə sözügedən universitetin tələbələri məlumat verib. İddiaya görə, Çin polisi bu yaxınlarda müsəlmanlara aid məscidlərdən birinə basqın edərək xeyli sayda insanı həbs edib:

“Səhərdən axşama qədər, gecə yatmazdan əvvəl hər an izlənirik. Qaçmaq imkansızdır. İnancımızın müalicəyə ehtiyacı olan virus olduğunu deyirlər”.

Türküstan TV-nin məlumatına görə, Çində insan hüquqlarının pozulmasını sübut edən foto və videoları yayan 45 jurnalist casusluq və dövləti parçalamaq ittihamı ilə saxlanılıb. Sözügedən jurnalistlərin işgəncə verilərək dindirildiyi bildirilir.

Çinin Şərqi Türküstan ərazisində yoxsulluqla mübarizə və işlə təmin etmək adı ilə yeritdiyi siyasət nəticəsində 103 nəfər müxtəlif bölgələrə sürgün edilib. Daha 3000 nəfərin də sürgünə göndəriləcəyi qeyd edilir.

Almaniyanın Botrop şəhərində 50 yaşlı sürücü avtomobilini miqrantların üzərinə sürüb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində əfqan və suriyalı olduğu deyilən 4 nəfər yaralanıb.

Cinayətkar bu əməlini ölkənin Essen şəhərində də həyata keçirib. Polisdən qaçan alman sürücü maşını dayanacaqdakı insanların üzərinə sürsə də, onlar ərazidən uzaqlaşaraq xilas ola biliblər.

Cinayətkarın həbs olunduğunu bildirən polis, onun etnik zəmində bu olayı törətdiyini deyib.

İranda ilk dəfə bir sünni qadın səfir təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə İran Prezidentinin birinci müşaviri İshaq Cahangiri məlumat yayıb.

O bildirib ki, Hümeyra Rici bundan sonra İranın Bruneydəki səfiri vəzifəsini yerinə yetirəcək.

Bununla da Hümeyra Rici ilk sünni qadın səfir kimi İran tarixinə düşüb.

ABŞ polisi Yeni il gecəsi 500 min dollarlıq tekila oğurlayan 4 nəfəri saxlayıb.

Axar.az xəbər verir ki, hadisə dekabrın 31-də Florida ştatının Tonotosassa şəhərində baş verib.

İçkiləri daşıyan sürücü nahar fasiləsindən sonra yük maşınının yoxa çıxdığını görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları saat yarımlıq axtarışdan sonra “Patron Tekila” tekila qutularını başqa bir maşına yükləyən 4 nəfəri saxlayıblar.

Polisdən bildirilib ki, yük maşınında 507 min 105 dollarlıq 966 qutu tekila olub.


Media 2019-cu ilin əsas trendlərinin nədən ibarət olacağını qruplaşdırıb.

Axar.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli həmin siyahını təqdim edib.

- Süni intellektin daha geniş tədbiqi;

- Süni intellektin hüquq subyekti olması perspektivləri;

- Daha tez enerji yığan və daha uzun müddət çalışa bilən elektik batareyaları;

- Hidrogen və bərpa olunan enerjisinin daha geniş tədbiqi;

- Kəsintisiz və ucuz, hətta pulsuz İnternet xidmətinin şəhərləri, ölkələri tam əhatə etməsi;

- Ağıllı ev texnologiyasının daha geniş tədbiqi;

- Daha mükəmməl 3D printerlərinin yaranması;

- Ali təhsilin əlçatan və pulsuz olması;

- İdarəetmədə təmsilçi demokratiyadan texnologiyaların tədbiqi ilə birbaşa demokratiyaya keçid;

- Elmi naliyyətlərin üzərindən gizliliyin qaldırılması.


Ermənistanda ağır və xüsusi ağır cinayətlərin kəskin artımı qeydə alınıb.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Ölkənin Milli Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, Ermənistanda cinayət halları 13 faiz, xüsusi ağır cinayətlər isə 30 faiz artıb.

Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə ərazisində 20267 cinayət faktı qeydə alınıb. 2017-ci ilin eyni dövründə bu rəqəm 17898 cinayət faktı təşkil edib. Ötən il ölkədə 209 xüsusi ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub.

Bundan əlavə, odlu silahla törədilən cinayət halları da çoxalıb. Əgər 2017-ci ildə bu rəqəm 49 faktdan ibarət idisə, 2018-ci ildə bu qəbildən olan 53 cinayət hadisəsi törədilib.


Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, bu gün Ermənistanın problemli vəziyyəti, dünya bazarlarından məhrum olması və kommunikasiyaların fəaliyyətsiz qalmasının bir nömrəli səbəbi Qarabağ məsələsinin asılı vəziyyətdə qalmasıdır:

“Paşinyan bunu anlasa da, heç nə edə bilmir. Çünki Ermənistanın daxilində ona qarşı böyük reaksiya var. Ona görə də Nikol Qarabağ problemində kompomisə gedə bilmir. Ancaq hesab edirəm ki, Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər. Nikol başa düşür ki, işğaldan əl çəkməsə, Ermənistanda heç bir irəliləyiş baş verməyəcək. Ola bislin ki, işğal tərəfdarları ona bu istiqamətdə təzyiq göstərsinlər. Ancaq bu basqılar sona qədər davam edə bilməz, çünki Qarabağ probleminin həllinin gecikməsi Ermənistan üçün çox təhlükəli tendensiyaya çevrilir. Bütün müharibələrin sonunda danışıqlar və güzəştlər durur. Bu güzəştlər isə həmişə qarşılıqlı olur. Azərbaycan Ermənistana çox güzəştə gedib. İndi isə növbə İrəvanındır”.

T.Abbasov qeyd edib ki, Azərbaycan Qarabağ problemini öz imkanları ilə də həll edə bilər:

“Ancaq Azərbaycan dünya birliyi qarşısında danışıqlar prosesini sona qədər aparacağına və nəticə əldə olunana qədər bu formatı davam etdirəcəyinə dair öhdəlik götürüb. Buna baxmayaraq, vəziyyət hər an dəyişə bilər. Siyasətdə hər zaman gözlənilməz dəyişikliklər baş verir. Ermənistan Azərbaycan kimi güclü bir dövlətlə siyasi müstəvidə oyunlar apara bilməz. Buna ilk növbədə Ermənistanın iqtisadi və hərbi gücü çatmaz. Ona görə Ermənistan baxışlarına və dəyişməyən mövqeyinə görə çox böyük bədəl ödəməli olacaq”.

Suriyada gördüyüm işləri başqası etsəydi, milli qəhrəman elan olunardı. İŞİD demək olar ki, məhv edildi.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri yavaş-yavaş evlərinə, ailələrinin yanına qayıdır: "Eyni zamanda İŞİD-in qalıqları ilə mübarizəmizi davam etdiririk", - deyə ABŞ prezidenti vurğulayıb.

Vatikanın mətbuat katibi Qreq Berk və onun müavini Paloma Qarsiya gözlənilmədən istefa verib.

Teleqraf.com xəbər verir ki, Qreq Berk Tvitter mikrobloqunda 2019-cu ilin yanvarın 1-dən istefaya getdiklərini qeyd edib.

Vatikan nümayəndələrinin istefa səbəbi Roma Papası Frensiskin ötən həftə italyalı jurnalist Andrea Torniellini ictimaiyyətlə əlaqələr üzrə şöbənin yeni rəhbəri təyin etməsi ilə əlaqələndirilir.

Moskvada 1 yanvardan elektrik enerjisinin qiyməti qalxıb.

Axar.az xəbər verir ki, artıq yeni ilin ilk günündən başlayaraq, moskvalılar bir kv/s üçün 5,47 rubl ödəyəcəklər.

Məlumatda bildirilir ki, bu tarif 1 iyul 2019-cu ilə qədər qüvvədə olacaq. 1 iyuldan qiymətlər daha 4% qalxacaq.

Qeyd edək ki, bu, paytaxt sakinlərinə aiddir.

Xəbər lenti