2019-cu ildə Rusiya və Almaniya arasında münasibətlərdə kəskin pisləşmələr gözlənilir.

Axar.az xəbər verir ki, bunu “Pfalzische Merkur”a müsahibəsində Almaniya hökumətinin keçmiş SSRİ ölkələri ilə münasibətlər üzrə səlahiyyətli nümayəndəsi Dirk Vize deyib. Onun sözlərinə görə, bu, daha çox Rusiyanın 2018-ci ildə qeyri-müəyyən siyasət nümayiş etdirməsiylə bağlıdır:

“Rusiya ilə münasibətlərdə qlobal problemlərə gəlincə, buna mən daha skeptik yanaşıram. Biz münasibətlərimizdə kəskin pisləşmələrlə üz-üzə qalacağıq. Bu, daha çox 2018-ci ildə bütün baş verən insidentlərə görə Rusiyanın məsuliyyət daşımasıyla bağlıdır”.

Dağlıq Qarabağ məsələsinin həlli ətrafında tamamilə yeni bir vəziyyət yaranıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bunu son aylar danışıqlar prosesi ilə bağlı yaranmış nikbinliklə əlaqələndirib:

“Düzdür, hələ detallar tam məlum deyil, ancaq danışıqlar prosesindəki nikbinlik birbaşa konkret mövzuların müzakirəsi ilə bağlıdır. Hələ ki, bu məsələlərin müzakirəsi gizli şəkildə aparılır. Söhbət əlbəttə ki, ilkin mərhələdə Azərbaycan torpaqlarının boşaldılmasından və qaçqınların qayıtmasından gedir. Çox güman ki, Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağ nümayəndələrinin də iştirakını irəli sürür. Bakı İrəvanın ideyasına Azərbaycan icmasının da danışıqlar prosesində iştirakı qarşılığında razılıq verə bilər. Əslində, bu tamamilə yeni bir vəziyyətdir. Çünki Ermənistan tərəfi illərlə icmalararası dialoqun əleyhinə çıxıb. Görünür, İrəvan artıq bu ideyanı dəstəkləyir”.

Ekspert Rusiyanın hələ ki, bu məsələyə konkret münasibət göstərəcəyini düşünmür:

“Moskva-İrəvan dialoqu demək olar ki, bərbad vəziyyətdədir. Rusiya daha çox bu dialoqu normal vəziyyətə qaytarmağa çalışacaq. Yalnız bundan sonra Dağlıq Qarabağ məsələsi Rusiya-Ermənistan dialoqunda prioritet olacaq. Əks təqdirdə Rusiyadan problemin həllinə dair yeni təkliflər gözləmək çətin olacaq. Bütün hallarda əsas situasiya yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq. Məhz bu görüş Rusiyanın nə dərəcədə fəal olacağını ortaya qoyacaq”.

ABŞ ordusunun Suriyadan çıxmasından sonra Rusiya özünün regiondakı müttəfiqləri arasında seçim etməli olacaq.

Axar.az xəbər verir ki, bunu “Foks Nyus” televiziyasına müsahibəsində ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor deyib.

“Rusiya uzun müddət İran, Türkiyə və Suriyadakı müttəfiqləri arasında münasibətləri bərpa etməyə çalışıb. ABŞ ordusunun buradan çıxarılması Rusiyanın tərəflər arasında seçiminə səbəb olacaq. Biz mümkün olduğu qədər tez bir zamanda Şimali Suriyadan getməliyik. Ona görə ki, burada kürd terrorçularına hücum etməyə hazır olan onminlərlə türk əsgəri var. Biz Suriya hökumətini buraya daxil olmağa məcbur etdik, özümüz isə gedirik. Putin seçim etməli olacaq. Əgər Rusiya Türkiyəni Suriya ərazisinə buraxsa, suriyalılar və İrana təsirini itirəcək”, – deyə o bildirib.

PKK terrorçuları türk ordusunun Türkiyə-İran sərhədində - Aralıq mahalında yerləşən postuna hücum edib.

Axar.az xəbər verir ki, hücum zamanı raket və yüngül silahlardan istifadə olunub.

Nəticədə türk ordusunun 1 əsgəri şəhid olub, daha 2 əsgər yaralanıb. Yaralılar İqdır Dövlət Xəstəxanasına çatdırılıb.

Ərazidən qaçan terrorçuların məhv edilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.

Yaponiya Xarici İşlər naziri Taro Kono yanvarın 12-də Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, Kono yanvarın 14-də Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Görüş çərçivəsində əsas müzakirə mövzusu Kuril adalarıyla bağlı vəziyyətin müzakirəsi olacaq.

Kono yanvarın 16-na qədər Rusiyada qalacaq

Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda polis idarəsinin binasına kustar üsulla hazırlanmış partlayıcı atılıb.

Axar.az xəbər verir ki, 16-17 yaşlı yeniyetmələrin atdığı partlayıcılar idarənin qarşısında quraşdırılan beton maneəyə dəyib.

Məlumata görə, partlayışdan dolayı ətrafa səpələnən daş parçaları yaxınlıqdakı şəxslərdən birinin gözünü yüngülcə zədələyib.

Polis hadisəni törədən 5 yeniyetməni yaxalayıb.

Prezident Donald Trampın hərbçilərin Suriyadan çıxarılması ilə bağlı qərarı ABŞ dərin dövlətinə edilən üsyan idi.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi yazar, təhlükəsizlik üzrə ekspert Mətin Gürcan deyib.

“2019-cu ildə Suriyada yarımçıq qalan işlərə baxanda təəssüf ki, gözümüzün önündə müsbət mənzərə canlanmır. Xüsusilə, Suriyanın şimalında iki kor düyün - biri İdlib, digəri isə Fəratın şərqi... “ - deyə Gürcan bildirib.

O əlavə edib ki, Pentaqonun rəhbərliyi altında olan ABŞ dərin dövləti ilə Tramp arasında daxili gizli mübarizə gedir və birinci tərəf qoşunların Suriyadan çıxarılmasının tərəfdarı deyil:

“Ərdoğanla telefon danışığından sonra Trampı razı saldılar. Məncə, son bir neçə gündə Trampın Suriya ilə bağlı ikibaşlı açıqlamaları bunun əyani göstəricisidir”.

İstanbulun Pendik rayonu sahilində dayanmış yük gəmilərinin birində yanğın başlayıb.

Axar.az xəbər verir ki, böyük çətinliklə təxminən 1 saatdan sonra yanğının qarşısı qismən alınıb. Gəmidə olan 15 nəfər şəxsi heyət vaxtında təxliyə olunub.

Gəminin sahildən kənarda olması yanğınsöndürənlərin ona yaxınlaşmasına imkan vermir. Sadəcə dəniz suyu vasitəsilə yanğını söndürməyə çalışırlar. Yanğınsöndürmə qrupları qurudan müdaxilə edə bilmədiyi üçün geri dönməyə məcbur olub.

Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.

ABŞ-ın Minnesota ştatından Nümayəndələr Palatasına seçilən Somali əsilli qadın İlhan Ömər dünən Konqresdə keçirilən andiçmə mərasimində Qurani-Kərimə əl basıb.

Axar.az xəbər verir ki, Ömər Tvitter hesabında foto paylaşaraq bu sözləri yazıb:

“Uşaq vaxtı partiya məclislərində babamın tərcüməçiliyini etdim və məndə siyasətə böyük maraq oyandan da babam oldu. Kaş ki, bu tarixi anı görmək üçün burada olardı, amma andiçmə mərasimində onun Quranına əl basdığım üçün ruhu burada idi”.

Qeyd edək ki, İlhan Ömər Konqresə seçilən ilk müsəlman qadın siyasətçisidir.

Ukraynalı boksçu Pyotr Oçeretyanıy Prezident Pyotr Poroşenkonun cangüdəni Vasili Xmelyuku öldürüb.

Azvision.az xəbər verir ki, 25 yaşlı Vasilinin yaşadığı kompleksin ərazisinə yaxınlaşarkən itlərini gəzdirən Pyotrla mübahisəsi düşüb. Nəticədə boksçu Xmelyukun başından yumruq zərbəsi vurub. Yerə yıxılan cangüdən keçinib.

Törətdiyi cinayətə görə idmançını 15 ilədək həbs gözləyir.

Xəbər lenti