|
İngiltərənin Mançester şəhərində bıçaqlı şəxs insanlara hücum edib.
Axar.az xəbər verir ki, şəhərin "Viktoriya" dəmir yolu stansiyasında 3 nəfəri yaralayan şəxsın saxlanıldığı bildirilib.
Şəhərin nəqliyyat polisi stansiyanın bağlanıldığını, araşdırmaların aparıldığını bəyan edib.
Bu gündən Rusiyada benzin və dizel yanacağının qiyməti də bahalaşıb.
Axar.az xəbər verir ki, Rusiya Enerji Nazirliyi ƏDV-nin 20% qalxması səbəbindən baş verən benzin bahalaşmasının 1,7%-dən çox olmayacağını bildirib.
Qeyd edək ki, 1 yanvardan Moskvada elektrik enerjisinin qiyməti qalxıb.
Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill Konstantinopol Patriarxı Varfolomeyə məktub göndərilib.
Axar.az xəbər verir ki, məktubda Kirill Varfolomeyi Kiyevə avtokefaliya verməkdən imtinaya səsləyib. O, həmçinin, Ukrayna məsələsinin siyasiləşdirildiyini və onun müqəddəs qaydalara uyğun qaydada həll edilmədiyini bildirib.
Kiril məktubunda Varfolomeyə yalan məlumatlar verildiyini də iddia edib. Rus Pravoslav Kilsəsinin rəhbəri Varfolomeyin Ukrayna məsələsində mövqeyini dəyişməyəcəyi təqdirdə pravoslav dünyasında liderliyini itirəcəyini və ukraynalılara vurduğu zərərə görə dəhşətli məhkəməyə məruz qalacağını deyib.
Vladimir Putinin dövlət başçısı kimi səlahiyyətlərinin artırılması üçün variantlardan biri də Belarus Respublikası ilə birləşmə, anneksiya, işğal ola bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov çıxış edib. Onun sözlərinə görə, Moskva artıq qardaş ölkəyə subsidiyalar ayırmaq gücündə deyil və buna görə də ondan kompensasiya gözləyir:
“Belarus Moskvaya nə ilə hesab ödəyə bilər? Məsələn, suverenliyi vasitəsilə. Bu mənada əgər hər şey bu cür getsə, o zaman vahid sahibi olacaq vahid dövlətin 3-4 il ərzində yaradılacağını düşünürəm. Birləşmədən sonra Lukaşenko vitse-prezident, Təhlükəsizlik Şurasının Sədri və hətta Krımda yaşayan təqaüdçü vəzifələrini tuta bilər”.
Breksitdən sonra Britaniya Asiya və Karib regionunda yeni hərbi bazalar yaratmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu “Deyli Teleqraf” qəzetinə müsahibəsində Britaniya Müdafiə naziri Gevin Uilyamson deyib.
“Britaniyanın hərbi mövcudluğunu necə təmin edəcəyimizə böyük diqqət ayırıram. Biz belə imkanları təkcə Uzaq Şərqdə yox, həm də Karib dənizi regionunda tədqiq edirik. Britaniya digər ölkələrə anlatmağa çalışmalıdır ki, o, 1968-ci ildən başladılan, Süveyş kanalının şərqindən, xüsusilə də cənub-şərqi Asiyadan öz hərbi bazalarının çıxarılmasıyla nəticələnən siyasətindən imtina edir və yenidən qlobal güc olur. AB-nin tərkibindən çıxmaq Britaniyaya dünyanın ondan beynəlxalq arenada gözlədiyi rolu oynamağa və Avstraliya, Kanada, Yeni Zellandiya, eləcə də Karib ölkələriylə əlaqələri gücləndirməyə imkan verəcək”, – deyə o bildirib.
Uilyamson məhz hansı ölkələrdə Londonun baza yaratmaq istədiyini açıqlamayıb.
Rusiya Prezidenti Vladimir Putin Krım uğrunda böyük müharibəni başlatmaq üçün bəhanə axtarır.
Axar.az xəbər verir ki, bu iddia ilə “Krım Realiya” saytı çıxış edib.
“Bu müharibə rejimin məhvi olsa belə, Putin bu savaşa hazırdır. Ukrayna hərbi gəmilərinin ələ keçirilməsi buna açıq işarə idi. Krımda Putin rejimi genişmiqyaslı aqressiya üçün hər şeyə sahibdir. Rusiyada hesab edirlər ki, Ukrayna ordusu 2014-cü ildəki səviyyədədir. 4 il ərzində Ukrayna müasir ordu qurmağı bacarıb. Hər bir halda bu savaş III Dünya savaşının başlanğıcı olsa belə, o, Rusiyanın özü üçün pis nəticələrə, daha dəqiq desək, süqutuna gətirib çıxaracaq. Burada Putin rejiminin tam sonu yaxınlaşacaq. Problem odur ki, Putin rejimi özünüməhvə belə hazırdır, buna görə də o heç vaxt olmadığı qədər təhlükəlidir. Müharibə başlayacağı halda Krım tatar xalqını yeni deportasiya gözləyəcək. Bu dəfə onları Sibirə sürgün ediləcəklər”, – deyə sayt bildirib.
YPG Suriya böhranı ilə bağlı yekun qərar verilənə qədər silahı yerə qoymayacaq.
Axar.az xəbər verir ki, bunu “Əl Hadas” televiziyasına açıqlamasında YPG-nin rəsmi nümayəndəsi Nuri Mahmud deyib. Onun sözlərinə görə, Menbiçə Suriya ordusunun daxil olması xahişi hökumət qüvvələrinin Suriyanın bütün ərazilərini müdafiə öhdəliyi çərçivəsində edilib.
O, YPG-nin İŞİD-ə qarşı müharibəsinin davam etdiyini bildirib.
ABŞ-ın YUNESKO-dan çıxması qərarı rəsmən qüvvəyə minib.
Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi mılumat yayıb. Bunun sayəsində ABŞ YUNESKO-nun tamhüquqlu üzvlüyündən məhrum olaraq, müşahidəçi statusu daşıyan dövlətə çevrilib.
Qeyd edək ki, Vaşinqton YUNESKO-dan çıxacağını keçən ilin oktyabrında elan edib. Təşkilatdan çıxmasını Vaşinqton öz xərclərinə qənaət, təşkilat üzvlərinin öz öhdəliklərini icra etməməsi və kəskin antiisrail mövqe tutmasıyla əlaqələndirib.