Türkiyə bu günə qədər Suriyada İŞİD-lə mübarizədə çox səy göstərdi.

Ardını oxu...

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Məhməd Əli Şahin eks-baş nazir Əhməd Davudoğlu ilə bağlı önəmli bəyanat verib.

Axar.az xəbər verir ki, M.Ə.Şahin bəyanatında yeni partiya hazırlığında iştirak etdiyi iddia edilən Ə.Davudoğludan verdiyi sözü tutmasını istəyib.

"Əhməd Davudoğlu ilə birgə çalışdıq. Mənim sədr müavini, siyasi və hüquqi işləri sədri kimi bir vəzifəm var idi. Davudoğlu 2016-cı ilin 5 mayında AKP-də mətbuat konfransı keçirdi. "Partiyalı dostlarım və Prezidentimizlə apardığım məsləhətləşmələr nəticəsində vəzifəmdə qalacağam və son nəfəsimə qədər cənab Ərdoğanla münasibətlərimi davam etdirəcəyəm, AKP-də siyasətə davam edəcəyəm". - dedi. Mən cənab Davudoğlunun sözündə durmasını gözləyirəm. Sonra 22 mayda ümumi qurultayımız keçirildi. Özü bu konqresin vida deyil, "vəfa konqresi" olduğunu bildirdi. Son nəfəsinə qədər də AKP daxilində siyasətə davam edəcəyini söylədi. Mənim yaxından tanıdığım, sevdiyim müəllimimin bu yerdə qalmasını arzu edirəm", - Şahin qeyd edib.

Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini işə salmamağına üstünlük verərdik.

Ardını oxu...

Əgər ABŞ-ın İranla qarşılıqlı münasibətləri hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman amerikalıların güvənə biləcəyi yeganə ölkələr – Böyük Britaniya və Səudiyyə Ərəbistanıdır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov Vaşinqtonun Yaxın Şərqdəki ənənəvi müttəfiqi Türkiyə ilə münasibətlərinin pozulması fonunda Pentaqonun İrana hücum üçün Azərbaycana arxalanmasına dair İrəvanda yayılan fərziyyələrə münasibət bildirərkən deyib.

“Erməni “ekspert”lərin yazdığı kimi ABŞ arxalanmalı olmayacaq. Bakı nə üçün öz ərazisini İrana zərbə endirilməsi üçün təqdim etməlidir? Bu absurd və anlamsızdır”, - Mixaylov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan İranla konfliktə girməyəcək. Üstəlik tamamilə aydındır ki, rəsmi Bakı Türkiyə və Rusiyanın da maraqlarına zidd hərəkət etməyəcək. Çünki bu cür addım sözügedən ölkələr üçün, yumşaq şəkildə desək, “dostcasına olmayan” addım kimi görünəcək. Bu fikirlər dırnaqarası ekspertlər tərəfindən bilərəkdən yayılır.

“Biz başa düşürük ki, İrana hava zərbəsi endirilməsi üçün ən münasib ərazi kimi Gürcüstan və tamamilə Qərbə tərəf çevriləcəyi halda Ermənistanı göstərmək olar. Qoy İrəvanın yeni rəhbərliyi sədaqət və strateji tərəfdaşlıq barədə sözlərini Ermənistanda baş verənləri anlamayanlara saxlasın”, - ekspert bildirib.

Sonda ekspert vurğulayıb ki, Bakı özünün bloklarsız mövcudluq strategiyasını izləyir.

“İrəvan titrəyir, siyasi cəhətdən stabil deyil, Bakı isə heç bir hərbi-siyasi bloka qoşulmamaqla bağlı qəti mövqeyə sahibdir. Bu, daha düzgündür”, - politoloq bildirib.


Məşhur amerikalı aktyor Silvester Stallone milyon dollar dəyərində olan “Rokki” filmləri üzərində müəlliflik hüququnun olmadığından şikayətlənib.

Ardını oxu...


ABŞ Türkiyənin regional güc olmasını istəmir.

Ardını oxu...

Yəməndəki husi qiyamçıları Səudiyyə Ərəbistanının cənub-qərbindəki Hamis-Muşayt bölgəsinə genişmiqyaslı hücum təşkil edildiyini açıqlayıb.

Ardını oxu...

Rusiya, İran və Türkiyə liderləri avqustun sonunda bir araya gələcək.

Ardını oxu...

Bildiyiniz kimi, Böyük Britaniyanın yeni Baş naziri Boris Conson (Aleksandr Boris de Pfeffel-Conson) olub.

Ardını oxu...

Bu gün Ziya Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində ("Koroğlu" m/st. istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

Ardını oxu...

Xəbər lenti