![]() |
|
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedib.
Axar.az xəbər verir ki, 4 gün davam edəcək səfər ərzində Trampın imperator Naruxito və Baş nazir Sindzo Abe ilə görüşəcəyi, eləcə də ABŞ hərbi bazasını ziyarət edəcəyi bildirilib.
Ukrayna müstəqillik qazandıqdan sonra Rusiya Krımı ələ keçirmək istəyib.
Axar.az xəbər verir ki, bunu “Unian” agentliyinə açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak deyib.
“Əgər biz o zaman informasiyaya sahib olsaydıq, hər şey fərqli olardı. Mən bilmirəm ki, kəşfiyyat və xarici kəşfiyyatdan gələn informasiyalar hara gedirdi, amma mənə həmin vədə heç bir informasiya daxil olmurdu. Əlbəttə, 2014-də hərbçilər fəaliyyətə keçə bilərdilər, amma Krımda hansı situasiyanın olduğunu başa düşən. Rusiya Krımı Ukrayna müstəqil olduğu gündən bu yana ələ keçirməyə hazırlaşırdı”, - deyə o bildirib.
ABŞ-ın Yaxın Şərqə 1500 hərbçi göndərməsi regiondakı və bütün dünyadakı sülhə təhdid yaradır.
Axar.az xəbər verir ki, bunu İRNA agentliyinə açıqlamasında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Amerikalılar belə addımı özlərinin düşmənçilik fəaliyyətinə haqq qazandırmaq və Ərəbistan yarımadasında gərginlik yaratmaq məqsədiylə atıblar. Bu fəaliyyətlər bütün dünyada stabilliyə və sülhə təhdid yaradır”, - deyə o bildirib.
3 hindli alpinist və bir nepallı bələdçi Everest dağından enən zaman həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Onlar demək olar ki, eyni anda həlak olublar.
Qeyd edək ki, 2019-cu ildə Everest yüksəkliyində artıq 12 nəfər həyatını itirib.
Fransanın millətçi Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen Lion şəhərində baş verən partlayışı terror aktı adlandırıb.
Axar.az xəbər verir ki, partiya lideri olayda zərərçəkənlərə dəstəyini ifadə edib.
“Lion şəhərində partlayışda xəsarət alanlara öz dəstəyimi bildirirəm. Bu terror aktı tamamilə aydınlaşdırılmalıdır”, - deyə Le Pen bildirib.
Qeyd edək ki, son məlumata görə, Lion şəhərində baş verən partlayışda 13 nəfər yaralanıb.
ABŞ-ın Ticarət Nazirliyinin mayın 17-də “Huavey” şirkətini qara siyahıya salmasından sonra bir sıra nüfuzlu kompaniyalar Çin şirkəti ilə əməkdaşlığa son qoyub.
Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.
Məlumata görə, Quqlla yanaşı “İntel”, “Qualcomm”, “Xilinx”, “Broadcom”, “Panasonik”, “Maykrosoft”, “Vodafon” mobil operatorunun Britaniya bölməsi, Yaponiyanın mobil rabitə korporasiyaları “SoftBank”, KDDİ, NTT, Amazon şirkətinin Yaponiya bölməsi və ARM şirkətləri də “Huavey”lə əməkdaşlığı dayandırdığını rəsmi şəkildə açıqlayıb.
ABŞ-la İran arasında diplomatik müzakirələr başlanıb.
Publika.az xəbər verir ki, bunu Küveyt Xarici İşlər Nazirinin müavini Xalid əl-Carullah açıqlayıb.
Müavin bildirib ki, bölgədə artan gərginliyin sona çatması üçün başlanan tərəflər (Vaşinqton və Tehran – red.) arasında dialoq və hərəkətlilik yaranıb. Bu çərçivədə son olaraq Oman Xarici işlər naziri Yusif ibn Ələvinin İranda bir sıra görüşlər keçirməsini qeyd edən Carullah bölgədə ağlın və məntiqin qalib gələcəyinə inandıqlarını bildirib. Həmçinin qeyd edib ki, İranın da, ABŞ-ın da müharibəyə meyli yoxdur.
Yunan hökuməti Brüsselə təqdim etdiyi statistik hesabatları saxtalaşdırıb.
Axar.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. O, məhz belə məlumatlar sayəsində Afinanın 2001-ci ildə Avrozonaya daxil olduğunu bildirib:
“Ölkəni Avrozonaya qəbul etməzdən əvvəl öncəki dövrlərə nisbətdə diqqətli yoxlamalar aparılmalıdır. Avrozona etibarlı olmalıdır, əks təqdirdə ona heç kim inanmayacaq. Yunanıstanla bağlı məsələdən sonra Avropa öz səhvlərindən dərs çıxarmağa başladı və indi AB-yə daxil olan hər ölkəni Avrostat tam yoxlaya bilər”.