Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın ABŞ-a səfəri uğursuz olub.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın ABŞ-dakı səfirliyinin bütün səylərinə rəğmən Qriqoryanın ABŞ-da ciddi görüşlər keçirə bilmədiyini qeyd edib. Üstəlik, Qriqoryanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonunun da qəbul etməkdən imtina etdiyi bildirilib.

Qeyd edək ki, Bolton keçən ilin oktyabrında Ermənistana səfəri zamanı da Qriqoryanla təkbətək görüşdən imtina etmişdi.

Hazırda Yaxın Şərqə əlavə hərbi kontingent göndərməyə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib. O, lazım gələcəyi təqdirdə ordunu Yaxın Şərqə göndərəcəyini də bildirib:

“Baxaq görək, İranla nə baş verir. Düşünmürəm ki, qüvvəyə ehtiyacımız olacaq. Əgər ehtiyac yaranarsa, mən mütləq əlavə kontingent göndərəcəyəm”, – deyə o bildirib.

Tramp İranı yenidən “təhlükəli oyunçu” adlandırıb və İranın terror dövləti olaraq qalmasıyla heç vaxt barışmayacağını deyib.

Biz bu kanalları açıq tutacağıq və ən yaxşı nəticəni almaq üçün səylərimizi davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bunu Yunanıstan Müdafiə naziri Yevanqelos Apostolakis Türkiyə Müdafiə Nazirliyi ilə aparılan danışıqları şərh edərkən deyib.

Danışıqların müsbət məcrada aparıldığını deyən Apostolakis Türkiyə ilə danışıqların davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Yunanıstan son zamanlar dənizdə artan gərginliyin azaldılması istiqamətində danışıqlar aparır.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünya ölkələrini ABŞ sanksiyalarına qarşı hərəkətə keçməyə çağırıb.

Axar.az-ın məlumatına görə, XİN rəhbəri vurğulayıb ki, beynəlxalq birlik Birləşmiş Ştatlara təzyiq edərsə, dünyadakı mövcud düzən də dəyişər.

“Şübhəsizdir ki, ABŞ öz sanksiyaları ilə dünya düzənini nəzarətə götürüb. Əgər beynəlxalq aləm buna qarşı hərəkət etməzsə, olduqca çətin vəziyyətdə qalacaq”, - deyə XİN rəhbəri bildirib.

İqtisadi müharibə ilə xalqın yaşayışını və sakitçiliyini hədəf alan ABŞ-ı peşman edəcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.

"İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi, bu gün isə iqtisadi müharibə ilə xalqın dolanışığı və dincliyi hədəf altındadır. Düşmən ürəyimizdə ümidsizliyin yeri olmadığını anlamalıdır. Torpaqlarımız bombalansa və bir daha şəhid versək də, müstəqilliyimizdən imtina etməyəcəyik", - Ruhani qeyd edib.

Vahid Milli Hərəkat Partiyasında mübarizə taktikası barədə fərqli fikirlər var, amma komandanın strategiyası və prinsipləri eynidir.

Axar.az xəbər verir ki, bunu “Pirveli” televiziyasına açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri olan Nika Meliya deyib. O, proseslərin radikallaşdırılmasının tərəfdarı olmadığını deyib. Meliya mer seçkisi günü verdiyi açıqlamadan sonra Saakaşvili ilə görüşmədiyini, amma yaxın zamanlarda bu görüşün planlaşdırıldığını deyib:

“Mənim Saakaşvili ilə münasibətlərim yaxşıdır. Biz tez-tez mübahisə edirik, lakin tez-tez mövqelərimiz üst-üstə düşür. Düşünürəm ki, bu, Vahid Milli Hərəkat Partiyasının uğurudur. Mən Sandra Rulofsun “İvanişvili hökumətini seçkiylə dəyişmək mümkün deyil” fikriylə razı deyiləm. İvanişvilini təkcə seçkidə yox, onunla qumar oynasaq belə qumarda da udmalıyıq. Heç kim bizim partiyanın parçalanmasını gözləməsin”.

Qeyd edək ki, Gürcüstanda mer seçkisindən sonra Saakaşvili və Rulofsun sərt bəyanatlarını Meliya dəstəkləməmişdi. O yaydığı bəyanatda ad çəkməsə də inqilab və küçələrdə mübarizənin qəbuledilməz olduğunu bildirmişdi. Bundan sonra bəzi mətbuat orqanları Vahid Milli Hərəkatın parçalanacağına dair məlumat yaymışdılar.

Bazar günü Gürcüstanın Zuqdidi şəhərində baş tutan mer seçkisində Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs hakimiyyətin nümayəndəsinə uduzdu. Maraqlı məqam Rulofsun uduzduğu şəhərin Saakaşvilinin aktiv dəstəkçisi olması idi. Bəzi analitiklər Saakaşvilinin bu məğlubiyyətinin şəxsi olduğunu və bunun onun blokuna təsir göstərə biləcəyini söylədilər. Bununla belə ekspertlər Zuqdidi seçkisində kifayət qədər saxtakarlığın olduğunu və İvanişvilinin bütün dövlət resursunu Rulofsu məğlub etməyə yönəltdiyini bildiriblər.

ABŞ Çinin “Huavey” şirkətinə qarşı başladılmış kampaniyaya qoşulması üçün Cənubi Koreyaya dəfələrlə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Çoson İlbo” nəşri yazıb.

“ABŞ müxtəlif diplomatik kanallar vasitəsilə “Huavey” şirkətinin məhsullarından istifadənin təhlükəsizlik problemləri yarada biləcəyi ilə bağlı Xarici İşlər Nazirliyimizə müraciət edib”, - Cənubi Koreyanın diplomatik mənbələrindən nəşrə bildirilib.

Yaponiyanın “Toşiba” korporasiyası “Huavey”ə yarımkeçirici avadanlıqların satışını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Kyodo Nyus” məlumat yayıb.

Bildirilib ki, yapon şirkəti göndərişlərdə ABŞ istehsalı olan avadanlıqların olub-olmamasını yoxlamaq üçün belə qərar qəbul edib.

Qeyd edək ki, bundan öncə “Panasonik” “Huavey”lə əlaqələri dayandırdığını elan etmişdi.

 

Çin ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

O bildirib ki, “Huavey”in hakim Çin Kommunist Partiyası ilə dərin əlaqələri mövcuddur və şirkət istifadəçilərin şəxsi məlumatlarını hakimiyyətə ötürür.

Pompeo düşünür ki, Quqldan sonra bir sıra texnologiya şirkətləri də “Huavey”lə əlaqələri kəsəcək.


12 Punto 14 Punto 16 Punto 18 Punto

“Chatham House” təşkilatının analitiki Kristina Gerasimov Gürcüstan, Ukrayna və Moldova siyasi elitalarının necə dəyişməsi və yenilənməsiylə bağlı tədqiqatını təqdim edib.

Axar.az xəbər verir ki, təqdimata Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri də qatılıb. Hesabatda Gerasimov Gürcüstanda Bidzina İvanişvili və klanının dövlət institutlarını ələ keçirdiyi, eləcə də Qızılgül inqilabından sonra yox olan korrupsiya və nepotizmi (qohumbazlıq – red.) geri qaytardığı bildirilib. Belə ki, İvanişvilinin aktiv şəkildə özünün nəzarət etdiyi KİV-lərdən rəqiblərini vurmaq və saxta xəbərlər yaymaq üçün istifadə etdiyi qeyd olunub. Gerasimov İvanişvilinin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu və bunun da dövlət institutlarını, eləcə də dövləti zəiflətdiyini deyib.

Hesabatda xüsusi vurğulanıb ki, Gürcüstanda İvanişvili və ailəsinə məxsus biznes şirkətlərini, eləcə də media təşkilatlarını müəyyən etmək çətindir, çünki bu qurumlar daha çox ofşor zonalardakı hüquqi şəxslərin adına qeydiyyatdan keçirilib. Gerasimov tədqiqatında İvanişvilinin biznesinin adətən qohumları tərəfindən idarə edildiyini bildirib.

Bununla belə hesabatın müəllifi olan Gerasimov “Kuryer” qəzetinə açıqlamasında Gürcüstanda gedən proseslərin mütləq gələcək parlament seçkisinə təsir edəcəyini deyib:

“Biz elitanın yenilənməsindən danışanda ilk növbədə Saakaşvili erasını xatırlayırıq. O, müxtəlif dairələrdən olan gəncləri, düşünən peşəkarları hakimiyyətə gətirərək, onlara ölkələri üçün işləmək imkanı verdi. Bu, siyasi elitanın yenilənməsinin başlanğıcı idi. Gürcü Arzusu hakimiyyətə gəldikdən sonra ümid var idi ki, reformlar davam edəcək, amma bu gün bütün əsas məsələlərdə durğunluq müşahidə edilir. Reformlara meyilli qüvvələr var və onlar ölkəni irəli aparmaq istəyirlər. Elə qüvvələr var ki, onların potensialı var, amma onlara bunu istifadə imkanı verilmir”.

 

Xəbər lenti