Ermənistan Prezidenti Armen Sərkisyan polis qüvvələrinə yeni komandan təyin edib.

Axar.az xəbər verir ki, bu məlumatı prezidentin mətbuat xidməti yayıb. Yeni komandanın polkovnik Vahe Kazaryan olduğu bildirilib.

Qeyd edək ki, Ermənistanda inqilabdan sonra bu vəzifə boş qalmışdı.

Kazaryan bu vəzifəyə qədər Tavuş vilayətinin polis idarəsinin rəisi olub.

Türkiyə Venesuelaya 100 min dollarlıq dərman preparatı göndərəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 21-ci Amerikaarası konfransda iştirak edən Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Baş katibi Kərəm Kınık bildirib.

Onun sözlərinə görə, humanitar yardım Panamanın hava məkanından keçməklə Venesuelaya çatdırılacaq.

K.Kınık deyib ki, rəhbərlik etdiyi cəmiyyət dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir: “Haiti, Meksika və Qvatemalada fəaliyyət göstərmişik. Venesuela Qızıl Xaç Cəmiyyətinin sədri ilə Qızılay Dərnəkləri Federasiyamızın Amerka Direktoruluğu görüşüb. İlk mərhələdə Venesuelaya Panama üzərindən 100 min dollarlıq dərman pereparatı göndərəcəyik. Hazırda bu istiqamətdə işlər görülür. Venesuelada hökumət və müxalifət nümayəndləri ilə humanitar yardım dəhlizi açılması barədə müzakirə aparılıb. Razılıq əsasında bu yardım oraya çatdırlacaq”.

Onun sözlərinə görə, Venesueladan Kolumbayaya 1,9 milyon qaçqın gedib və onlar humanitar yardıma möhtacdır:

“İki ölkə arasında bununla bağlı müqavilə imzalayaraq əməkdaşlığımızı davam etdirəcəyik”.

10:50

Yevlax rayonunda mikroavtobusun aşması nəticəsində ölən və yaralanan şəxslərin adları açıqlanıb.

Report-un məlumatına görə, "Mersedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə hadisə yerində, daha 1 nəfər 20 yaşlı Sadət Müzəffər qızı Musayeva xəstəxanada ölüb.

Qəza nəticəsində mikroavtobusda olan 20-dən çox sərnişin xəsarət alıb.

Yaralılar:

Nəsibli Ülviyyə Ədalət qızı (2000)

Məmmədova Nigar Azər qızı (1999)

Məmmədova Rüfanə Hüseyn qızı (1993)

Cəbrayılov Elzamin Pərviz oğlu (2003)

Qədirli Afət Seymur qızı (2002)

Nəcəfli Aygün Azər qızı (2002)

Həsənov Ümüd İsmayıl oğlu (2001)

İmanova Gülər Adil qızı (1982)

Əkbərov Əziz Əkbər (2001)

Cəfərova Fizzə Mahmud qızı (1959)

Hüseynova Aynurə Adil qızı (1977)

Şəhriyarov Xüdaverdi Qəmbər (1967)

Alıxanov Elşən Röşən oğlu (2000)

Şahmali İlahə Ramil oğlu (2001)

Məmmədli Aygül Azər qızı (1994)

Behbudov Murad Hüseyn oğlu (2002)

Məmmədova Gülər Vidadi qızı qızı (1989)

Ibrahimov Şəhlar Abbas oğlu (1999)

Yaralıların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb:

"Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır".

ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra 2018 və 2019-cu ildə yaşadığımız vəziyyəti inqilab dövründə belə yaşamamışıq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.

Ruhani ABŞ-ı nəzərdə tutaraq deyib: "Düşmən ölkəmizin iqtisadiyyatını təşkil edən neft satışı və bank sektorunu əngəlləmək istiqamətində bütün səylərini əsirgəmir".

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən futbol oyunlarında nəticələrin qabaqcadan danışılmasına görə saxlanılan futbolçulardan 4 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər 7 nəfər isə 10 min lari pul girov qoyulmaqla zaminə buraxılıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə futbolçulardan Nika Dauşvili, Vaxtanq Djakeli, Laşa Çapidze və İrakli Xuçuanın həbs müddəti uzadılıb.

“Vit Corciya” komandasının digər futbolçuları Conni Şeroziya, Nikolaz Maisuradze, Paata Quduşauri, Qeorqi Qetiaşvili və Nodar Kiknavelidze, eləcə də Lançxutinin “Quri” komandasının futbolçuları Robert İmerlişvili və İrakli Bedjelidze isə 10 min lari girov müqabilində azadlığa buraxılıblar.

Məlumat üçün qeyd edək ki, danışılmış oyunlara görə saxlanılan futbolçulardan biri, Nikolaz Maisuradze vaxtilə Azərbaycanın "Turan" komandasında çıxış edib. Futbolçu 2012-2013-cü mövsümün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib.

Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar Fransa Prezidenti Emmanuel Makronla telefon söhbəti zamanı beynəlxalq əsasda tanınmış Fayez Sərrac hökuməti ilə atəşkəsdən imtina edib.

Axar.az xəbər verir ki, bunu Makron administrasiyasının nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Atəşin dayandırılması ilə bağlı danışıqlar başlanan vaxt Haftarın cavabı belə oldu: Bu gün atəşin dayandırılmasını kiminlə müzakirə edək?” – deyə fransalı rəsmi bildirib.

O qeyd edib ki, Haftarın Tripolidən geri çəkilmək niyyəti yoxdur və paytaxtı döyüşçülərdən təmizləməyi düşünür.

İranın Ali dini lideri Əli Xamenei İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi tənqid edib.

Axar.az xəbər verir ki, Xamenei hər iki siyasətçini nüvə razılaşmasını reallaşdıra bilməməkdə ittiham edib.

“Mən nüvə razılaşmasının reallaşdırılması üçün seçilən vasitəyə inanmıram. Dəfələrlə bunu aydın şəkildə prezident və xarici işlər nazirinə demişəm”, - deyə o bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar prosesinin formatı barədə referendum keçirəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan deyib.

"Biz təkcə deputatlar və prezidentin deyil, həm də Ukrayna xalqının qərar qəbul etməsi üçün məsələnin xalq referendumuna çıxarılmasını nəzərdən keçiririk", - deyə o, "112 Ukraina" telekanalının efirində bildirib.

Məmurun sözlərinə görə, referenduma Rusiya ilə sülh danışıqlarının nailiyyətləri və Donbas münaqişəsi üzrə qərar barədə məsələ çıxarılacaq.

Zelenskinin komandası bunun üçün referendum barədə qərar qəbul etməyə ümid bəsləyir.

ABŞ Moskvaya qarşı tətbiq etdiyi yeni sanksiyalarla Mayk Pompeonun Rusiya səfərinin nəticələrini silməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“ABŞ Pompeonun səfərindən sonrakı bir həftə ərzində ikinci dəfə Rusiyaya qarşı qərarları elan edərək, bu səfərin müsbət nəticələrini silməyə tələsir. Suriya havadan müdafiə sisteminin gücləndiriməsi üçün edilən yardımlardan dolayı ABŞ-ın hesablaşmaq istəyi ortadadır. Əlbəttə ki, Rusiya öz mövqeyindən dönməyəcək. Vaşinqton bunu istəsə də, istəməsə də...” - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Rusiyaya qarşı növbəti sanksiyalarını elan edib.

Nikol Paşinyan xalqa çağırış etməklə öz acizliyini və siyasi zəifliyini bir daha sübut etdi.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş ölkə rəhbərlərini Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa çalışmaqda ittiham etməsi ilə bağlı çağırışına münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Paşinyan Robert Köçəryanın azadlıqda olmasının onun hakimiyyəti üçün böyük təhlükə olduğunu yaxşı başa düşür:

“Nikol Paşinyanın xalqa çağırışı və səsləndirdiyi fikirlər çox gülünc və sərsəmdir. O, Ermənistanın keçmiş hakimiyyətini torpaqları Azərbaycana müharibə yolu ilə qaytarmaq istəməkdə ittiham edir. Paşinyan indi çox sərt mövqe ilə üzləşib. Robert Köçəryanın azadlığa buraxılması onun hakimiyyətdə olduğu müddətdə ilk ciddi məğlubiyyəti idi. Məğlub olduğunu qəbul etməyən Paşinyan xalqı küçələrə çağırdı. Bu çağırışın baş nazir tərəfindən edilməsi onun acizliyini göstərir.

O ki qaldı Qarabağ məsələsinə, Ermənistanda hakimiyyətdə qalmaq və güclənmək üçün bütün erməni siyasətçilər oradan istifadə etməyə çalışır. Paşinyan da indi Qarabağ ermənilərini öz tərəfinə çəkməyə səy göstərir, lakin bu, elə də asan məsələ olmayacaq”.

Politoloq İrəvanda iqtidar və müxalifət arasında razılıq əldə olunmasının mümkünsüz olduğunu deyib:

“Nikol Paşinyanla Robert Köçəryanın razılığa gəlməsi mümkün deyil. Onlar arasında mübarizə daha da gərginləşəcək. Paşinyanın əsas məqsədi Köçəryanı yenidən həbsə atmaqdır. Lakin məhkəmə qərarına görə, hələlik o, həbs edilə bilməz. Bu qərar onu çox narahat edir. Çünki Paşinyan çox yaxşı başa düşür ki, Köçəryanın azadlıqda olması siyasi revanşa gətirib çıxara bilər. Sərkisyan və Köçəryan onun üçün çox ciddi rəqibdir. Qarabağ demək olar ki, hələ də onların əlindədir. Hələ ki, cəmiyyətin bütünlüklə bölünməsindən söhbət getmir. Lakin gələcəkdə Paşinyanın siyasəti uğurlu nəticə verməsə, bu zaman onun reytinqi aşağı düşəcək. Bundan istifadə edən müxaliflər xalqı ikiyə bölməyə çalışacaq. Hesab edirəm ki, bu, çox uzun çəkməyəcək. Artıq sosioloji araşdırmalara görə, Paşinyanın reytinqi 30 faiz aşağı düşüb”.

Qeyd edək ki, Ermənistanda Robert Köçəryanın azadlığa çıxmasından sonra Paşinyan xalqa müraciət edərək, onları küçələrə çağırıb. Erməni baş nazir həmçinin, ölkədəki keçmiş hakimiyyət nümayəndələrinin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını iddia edib.

Xəbər lenti