Azərbaycan haqqında qərəzli fikirlər səsləndirən Türkiyənin “Foks” televiziyasının aparıcısı Fateh Portakal barəsində cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə “CNN türk” informasiya yayıb.

Fateh Portakal barəsində 10 dekabr 2018-ci il tarixində “Foks” telekanalının əsas xəbər buraxılışında işlətdiyi sözlərlə bağlı “cinayət törətməyə açıq-aşkar təhrik” maddəsi ilə istintaq başladılıb.

Məlumata görə, prokurorluq proqramın görüntülərini tələb edib və başladılan istintaqa Portakal barəsində daha 16 şikayət ərizəsi daxil edilib.


Cənab prezidentin gördüyü bütün işlər əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı deyib. O, prezidentin bu sahədə gördüyü işlərin vacibliyindən danışıb:

“Hazırda dövlətimizin imkanları dəfələrlə artıb. Qaçqın və məcburi köçkünlər üçün lazımi şərait yaradılıb, onlar evlə təmin edilib. Prezident bayramı öz yurdundan kənarda qeyd edən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün sərəncamlar verib.

Ümumiyyətlə, ölkə prezidenti sosial məsələlərin həlli, əhalinin rifahının yüksəlişini daim prioritet məsələ hesab edir. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb.

Ötən gün Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin açılışı bunu bir daha sübut edir. Sözügedən kompleksdə 1000-dən çox qaçqın və məcburi köçkün ailəsi üçün lazımi şərait yaradılıb. Qaçqınlar nəinki evlə təmin olunub, hətta onların övladlarının təhsil alması üçün də kompleksdə uşaq bağçaları və məktəblər inşa edilib. İnanıram ki, yaxın gələcəkdə də bu istiqamətdə atılan addımlar davam etdiriləcək”.

Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Öttinger ABŞ Prezidenti Donald Trampın Rusiyanın dəstəklədiyi “Şimal axını-2” boru xətti layihəsini tənqid etməsinə cavab olaraq bildirib ki, artıq bu layihənin həyata keçirilməsinə başlanılıb və onun dayandırılması heç bir məntiqə sığmır.

Axar.az Röyters-ə istinadən xəbər verir ki, D.Tramp 11 milyard dollara başa gələcək bu layihənin Almaniyanın Rusiyadan enerji asılılığını gücləndirəcəyini bəyan edib və alman hökumətini kəskin tənqid edib. ABŞ-ın energetika naziri Riçard Perri də ötən ay Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu layihədə iştirak edən şirkətlərə sanksiyalar tətbiq olunacağını bəyan etmişdi.

Krımın ilhaqından sonra münasibətləri gərginləşən Berlin və Moskva “Şimal axını-2” layihəsi üzrə ortaq maraqlara malikdirlər. Öttinger əlavə edib ki, onun özü bu layihənin tərəfdarı olmasa da, davam edən tikinti işlərinin dayandırılmasını məntiqsiz və qeyri-mümkün hesab edir. “Trampın hədələri bunun üçün əsas ola bilməz”, -deyə Avropa Komissiyasının komissarı vurğulayıb.

Almaniya hökuməti bu qaz kəmərinin çəkilməsinin əleyhdarı olan Avropa İttifaqının bir sıra ölkələrinin də tənqidlərinə etinasız yanaşıb, bildirib ki, bu, özəl sektorun həyata keçirdiyi layihədir. Vaşinqton isə Ukraynanın ərazisindən keçməyən bu boru xəttinin Kiyevi çox vacib tranzit gəlirindən məhrum edəcəyi və Moskvanın layihədən Avropanın parçalamaq üçün istifadə edəcəyini bəyan edib.

Öttinger onu da bildirib ki, ən ədalətli variant Ukrayna ərazisindən keçən boru kəmərlərinin istifadəsini gələcəkdə də davam etdirməkdir.

“Şimal axını - 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Rusiyanın “Gazprom”, ingilis-holland qrupu “Shell”, Avstriyanın “OMV”, Fransanın “Engie”, Almaniyanın “Uniper” və “Wintershall” enerji şirkətləri layihənin əsas tərəfdaşlarıdırlar.

Türkiyə ilə Yunanıstan arasında aparılan silahlanma yarışında Ankara Afinanı çox üstələyir.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı hərbi mənbələrə istinadən təhlil aparıb.

“Türkiyə bizdən çox öndədir, çünki öz silahlarını istehsal edir. Bizim kimi tək bir ölkədən asılı deyillər. Rusiya ilə də ortaqlıqları var. 2000-ci illərdən etibarən müdafiə sənayesi sahəsində Türkiyədən çox geridə qaldıq. Aradakı məsafə hər ötən gün artır. Türklər F-35 qırıcılarını ölkələrinə gətirmək üçün gün sayır. Ordumuzu idarə edənlər vəziyyətin fərqindədir. Hökumət artıq ağlını başına toplamalıdır. Ölkəmizin müdafiəsi bir sonrakı seçkilərdən daha önəmlidir”, - təhlildə deyilib.

Təhlildə Yunanıstanın müdafiə sənayesində ABŞ-dan asılı olduğu, silah diplomatiyası ilə boğuşduğu vurğulanıb. Türkiyənin eyni zamanda həm Rusiya, həm də ABŞ-la ortaqlıq qura bilmək qabiliyyəti yüksək qiymətləndirilib. Ankaranın Çin və İran kimi ölkələrlə də ortaq müdafiə problemlərini müzakirə masasına qoymasının əhəmiyyətindən bəhs edilən araşdırmada Türkiyənin öz silahlarını istehsal edəcək səviyyəyə gəlməsinin böyük bir uğur olduğu etiraf edilib.

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İraqa səfərini tənqid edib.

Axar.az xəbər verir ki, rəsmi Tehran bu səfəri ölkə suverenliyinə hörmətsizlik adlandırıb:

“Trampı İraqdakı məmurlar və xalq soyuq qəbul etdi. Region ölkələri heç vaxt aqressiv əcnəbilərə imkan verməyəcək ki, onlar arasında düşmənçilik toxumu səpilsin”.

Quql şirkəti qondarma “Böyük Kürdüstan” xəritəsini silib.

Axar.az xəbər verir ki, xəritəyə baxmaq istəyənlər “Bu xəritə istifadə qaydalarını pozduğuna görə artıq əlçatan deyil” sözləri ilə qarşılaşır. Şirkətin bu addımının dünya ictimaiyyətini çaşdırmaq məqsədi daşıdığı güman edilir.

Türkiyə mətbuatı isə saxta xəritənin Türkiyənin tələbi əsasında silindiyini yazıb. Məlumata görə, Türkiyənin etirazından iki gün sonra xəritədən istifadə dayandırılıb.

Qeyd edək ki, qondarma “Böyük Kürdüstan xəritəsi” Türkiyənin bir hissəsi ilə yanaşı, Güney Azərbaycanın qərb bölgəsini də əhatə edib.

Pakistan Ali Məhkəməsi FETÖ-nu terror təşkilatı kimi tanıyıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb. Bu qərardan sonra ölkədə FETÖ nəzarətində olan təhsil müəssisələri qruplaşmadan geri alınacaq.

Qeyd edək ki, FETÖ Türkiyədə terror təşkilatı kimi tanınır.

12:44

YPG terror qruplaşması Menbiçdən geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazıb.

Qruplaşma Menbiç şəhərindən geri çəkildiyini və nəzarəti Bəşər Əsəd rejimi qüvvələrinə təhvil verdiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə ordusu Menbiçə girməyə hazırlaşır.

***

Suriya ordusu Menbiçə daxil olduğunu və artıq şəhərdə Suriya bayrağının dalğalandığını açıqlayıb.

Gürcüstan paytaxtı Tiflis şəhərinin ətrafında yerləşən Kvemo Poniçala kəndində 35 yaşlı Ramiş Güləhmədov qətlə yetirlib.

Report-un verdiyi xəbərə görə, hadisə dekabrın 26-da gecə saatlarında kənddə yerləşən kafelərdən birində baş verib.

R.Güləhmədovun həmkəndlisi Emil Əmirova 1 500 dollar məbləğində borcu olub. Borc üstündə yaranmış mübahisə nəticəsində E.Əmirov R.Güləhmədovu bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, qan itirməsindən onun həyatını xilas etmək mümkün olmayıb.

R.Güləhmədov evli və 3 azyaşlı uşaq atası idi.

Polis qətldə ittiham olunan E.Əmirovu “isti izlər”lə saxlayıb. O, günahını etiraf edib.

Faktla bağlı şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər yetirmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın eks-prezidenti Robert Köçəryana təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Köçəryanın mətbuat xidməti yayıb. Məlumata görə, məktubda Putin Köçəryanı Yeni il və Milad bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, dünən Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Moskvaya səfər edib. Səfər zamanı o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Köçəryan dekabrın 7-də İrəvanda həbs edilib. O, konstitusion nizamı dəyişməkdə ittiham edilib.

Xəbər lenti