Ağ Ev iranlı liderlərin ABŞ Prezidenti Donald Trampla birbaşa əlaqə saxlaya bilməsi üçün iki ölkə arasında vasitəçilik edən isveçrəli diplomatlara telefon nömrəsi verib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. İranlıların bu addıma laqeyd qalma ehtimalının yüksək olduğunu deyən mənbə iranlılar xüsusi olaraq tələb etmədikləri müddətdə İsveçrənin nömrəni iranlılara verməyəcəyini bildirib.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı yeni sanksiya dalğasının qüvvəyə minməsindən sonra İran Prezidenti Həsən Ruhani ölkəsinin nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin bir hissəsini icra etməkdən imtina etdiyini açıqlamışdı.

ABŞ lideri Tramp isə iranlı liderlərin onunla telefon əlaqəsi saxlaması gərəkdiyini və müzakirələrə hazır olduğunu açıqlamışdı.

Çeçenistanın Nozay-Yurt kəndində yanacaqdoldurma məntəqəsində qaz sisterni partlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“Nozay-Yurt kəndində yanacaqdoldurma məntəqəsi yanır. Yanğınsöndürmə briqadasının gəlişinə qədər bir sistern partlayıb. Digəri isə hazırda yanır”, - deyə bildirilib.

Qeyd edilir ki, partlayışın baş verdiyi ərazidən 400-500 km məsafədə yaşayış evləri yerləşir.

Rusiyanın ən yaşlı sakini vəfat edib.

Axar.az xəbər verir ki, İnquşetiyadan olan Appaz İliyev 123 yaşında dünyasını dəyişib.

İnstaqram hesabında onun ölüm xəbərini yayan İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov İliyevin dəyişən nəsil və dövrlərdə yaşadığını bildirib:

“O, 8 övlad, 35 nəvə və 20-dən çox nəticə sahibi idi. Şəxsən görüş zamanı onun mehriban, həyatı sevən qoca olduğuna əmin oldum”.

Aralıq dənizinin Tunis sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 70 nəfər ölüb.

Report xəbər verir ki, qayıqda olan 16 nəfər sağ xilas edilib.

Ölənlərin sayının artacağı ehtimal olunur.


12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.05.09. 22:34

Rusiyalı jurnalist, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko həyatını itirib.

Axar.az RİA-ya istinadən xəbər verir ki, Dorenko motosikletdə ölüb.

“Jurnalist motosikletlə hərəkət etsə də, ölümə səbəb yol-nəqliyyat hadisəsi olmayıb”, - deyə bildirilib.

***

S.Dorenko motosiklet idarə edərkən özünü pis hiss edib və yerə yıxılıb. Məlumatda deyilir ki, ölüm təbii səbəbdən olub və qəza şəraitində baş verməyib.

 

Heydər Əliyevin anadan olmasından 96 il ötür

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

 





















 

Ali Seçki Qurumu haqsızlığın ünvanı oldu.

Axar.az xəbər verir ki, bunu CHP başqanı Kamal Kılıçdaroğlu ASQ-nin İstanbulda bələdiyyə seçkilərinin ləğv edilməsi barədə qərarına münasibət bildirərkən deyib.

"Qarşılarında dayanacağıq, susmayacağız. Haqqı, hüququ, ədaləti və vicdanı qoruyacağıq. Onlardan qorxmayacağıq. Haqsızlıq qarşısında susan dilsiz şeytandır. Şeytanlardan olmayacağıq", - Kılıçdaroğlu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Suriyaya yönəlik fövqəladə vəziyyətin uzadılması və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların daha bir il müddətinə artırılması ilə bağlı Konqresə məlumat verib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilib.

Paşinyan hökumətinin məqsədi rəsmi Təl-Əvivin İrəvana olan münasibətini dəyişmək və Azərbaycana qarşı müttəfiq olmaqdır.

Bu sözləri Axar.az-a son vaxtlar Ermənistanın İsrailə yaxınlaşmaq cəhdlərinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Paşinyan İsraillə yaxınlaşmaqla Bakı-Təl-Əviv münasibətlərinə mənfi təsir göstərə biləcəyini düşünür:

“İsrail hökuməti yaxşı başa düşür ki, Ermənistanın əsas istəyi onlardan istifadə etməkdir. Ermənistan uzun illərdi öz qondarma soyqırımını dünyada tanıtmağa çalışır. Bu qondarma soyqırımı İsrail də tanımır. İsraildə ermənipərəst siyasətçilər tez-tez çalışır ki, Ermənistanla münasibətləri düzəltməyə doğru addımlar atılsın, lakin heç bir nəticə vermir”.

Politoloq İsrail-Azərbaycan münasibətlərinin dərin kökləri və iqtisadi, siyasi əlaqələri haqqında danışıb:

“Müstəqillik illərinin əvvəlindən İsrail-Azərbaycan münasibətləri daha da dərinləşib. Azərbaycandan İsrailə köçən yəhudilərin siyasi fəallığı da bu münasibətlərin böyüməsində rol oynayıb. 2000-ci ilin əvvəlindən Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq inkişaf etməyə başlayıb. Bakı-Tiflis-Ceyhan neft kəməri fəaliyyətə başladıqdan sonra İsrail hökuməti neftimizin əsas alıcısına çevrildi. İsrailin idxal etdiyi neftin 20 faizi Azərbaycan neftidir. Bu əməkdaşlıq bir daha onu göstərir ki, İsrail həm hərbi-texniki, həm də iqtisadi sahədə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir”.

Qeyd edək ki, İsrail Müdafiə nazirinin keçmiş müavini Efraim Sne “Stmegi.com” saytına müsahibəsində İsrail-Azərbaycan qardaşlığından danışıb. O bildirib ki, İsrail heç vaxt Azərbaycanın düşməninə - Ermənistana bir güllə də satmaz.

Vaşinqton bundan sonra da Kuba və Venesuela münasibətlərinə əngəl olacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter hesabında yazıb.

Boltonun sözlərinə görə, Venesuela xalqı azadlıq uğrunda çıxış etməyə başlayanda Kubanın bu ölkəyə təsirinə son qoyulacaq.

“ABŞ Kuba və Venesuela arasındakı əlaqələri qırmağa davam edəcək”, - Bolton bildirib.

Xəbər lenti