İsrail ordusu hücumlarını davam etdirsəydi, bir neçə saat sonra Təl-Əviv vurulacaqdı.

Axar.az xəbər verir ki, bu sözləri İslami Cihad Hərəkatının Baş katibi Ziyad ən-Nəhhalə deyib.

Baş katib İsrail ordusunun Böyük Qayıdış Yürüşü nümayişlərinin iştirakçılarına atəş açdığını və bu səbəbdən də snayperlərin əsgərləri vurmağa məcbur qaldığını bildirib. Qəzza zolağında yaşanan son hadisələri döyüş güllələrilə keçirilmiş bir təlim kimi qiymətləndirən ən-Nəhhalə qaçılmaz olaraq gördükləri böyük savaşa hazırlaşdıqlarını ifadə edib.

Nəhhalənin sözlərinə görə, İsrail ordusunun atəşkəsi pozmasına dərhal qarşılıq verilməsi ilə bağlı Fələstindəki qruplar arasında anlaşma baş tutub, İslami Cihad Hərəkatı və HƏMAS Qahirədə ortaq əməliyyat bölməsini aktivləşdirməyə qərar verib.

Ermənistanda yeni siyasətçilər və müxalif partiyalar yaranır. Bu da güclü siyasi qüvvənin meydana gəlməsinə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, yeni müxalifətin işində iştiraka qatılmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, keçən il ölkədə baş verən etiraz aksiyaları cəmiyyətdə toplanan narazılıqlar və dəyişikliklərin olmaması ucbatından baş verib:

“Mən bunu inqilab adlandırmazdım. Ona görə də cəmiyyətdə aqressiyanın, hökumətdə isə diletantlıq və populizmin böyük pay sahibi olmasını istisna etsək, ölkədə heç bir dəyişiklik baş verməyib”.

Vladimir Zelenskinin idarəçiliyi dönəmində Arsen Avakov Ukrayna daxili işlər naziri olaraq qalmalıdır.

Axar.az xəbər verir ki, bunu “Bihus.info” saytına müsahibəsində ukraynalı iş adamı İqor Kolomoyski deyib.

“Mən hesab edirəm ki, bu, son beş ilin ən uğurlu və peşəkar naziridir. Hesab edirəm ki, o, vəzifəsində qalmalıdır. O, stabilləşdirici faktordur. Ölkədə nə baş verməsindən asılı olmayaraq, o, fundament sayılır”, – deyə o bildirib.

Qeyd edək ki, Avakov əslən Bakı ermənisidir. O, 2014-cü ilin fevralından bu yana Ukrayna daxili işlər naziridir.

Avakov onu nazir təyin edən Poroşenkoya xüsusilə son prezident seçkilərində xəyanəti ilə diqqət çəkib.

Rusiyadan alınan S-400 zenit raket komplekslərini idarə edəcək təxminən 100 türk əsgəri bu ayın sonunda Rusiyadakı hərbi bazalardan birində təlimlərə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.

Sözügedən təlimlərin təxminən 5 ay davam edəcəyi bildirilir.

Türk əsgərlərin mart ayının ortalarında eyni hərbi bazada təlimlərə başlayan çinli əsgərlərlə birlikdə olacağı qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərdən danışıb.

Teleqraf.com xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin keçmiş baş nazir Binəli Yıldırım olduğunu açıqlayıb.

Prezident məsələ ilə əlaqədar müttəfiqi, MHP lideri Dövlət Bağçalı ilə telefonla danışdığını və namizəd məsələsini razılaşdırdıqlarını bildirib.

Seçkilərdə iştirak edəcək CHP-nin namizədi isə Əkrəm İmamoğludur.

Martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələri ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

YSK fövqəladə iclasında AKP-nin şikayətini qəbul edib.

İstanbuldakı seçkilərin nəticələrinin ləğv edilməsindən dərhal sonra CHP hərəkətə keçib.

Axar.az xəbər verir ki, partiya başqanı Kamal Kılıçdaroğlu fövqəladə toplantı keçirir.

Qeyd edək ki, YSK bir az əvvəl İstanbuldakı seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Co Bayden ölkə başçısı Donald Trampı “kloun” adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

“Ona vermək istədiyim bir çox ləqəb var. Biz hələlik sadəcə “kloun”la başlaya bilərik”, - Bayden bildirib.

Fələstin döyüşçüləri İsraili “Eurovision”la hədələdi

Fələstin döyüşçüləri İsraili “Eurovision” mahnı müsabiqəsi ilə hədələyiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, radikallar bu barədə bəyanatla çıxış ediblər. Onlar düşmənə mane olmağa və Fələstinə ziyan vurmaq məqsədi daşıyan tədbiri pozmağa hazırlaşdıqlarnı bildiriblər.

Qeyd edək ki, müsabiqə 10 gün sonra Tel-Əvivdə başlayacaq.


Türkiyə şəhid verdi

Türkiyənin Şırnak bölgəsində terroçularla hərbçilər arasında silahlı toqquşma olub.

“Qafqazinfo” Türkiyə KİV-“Hürriyet”ə istinadən xəbər verir ki, 2 türk hərbçisi həlak olub. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik və Silahlı Qüvvələr komandanlığı Türkiyə xalqına başsağlığı verib.

 

Xəbər lenti