![]() |
|
ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edərək digər ölkələri oraya qoşulmamağa səsləməsi Vaşinqtonun sanksiya siyasətinin davamıdır.
Bu sözləri Axar.az-a ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsini şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, ABŞ məqsədi İran rejiminin əsas sütunlarından biri olan SEPAH-ı yox etməkdir:
“ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edərək digər ölkələri oraya qoşulmağa səsləməsi Vaşinqtonun sanksiya siyasətinin davamıdır. ABŞ və İranın Suriyadakı maraqları toqquşur. İran Rusiya ilə bir, ABŞ isə bəzi ərəb ölkələri ilə digər antiterror koalisiyasının üzvüdür. Bu iki koalisiya üzvlərinin terrora baxışları xeyli fərqlənir. İran və Rusiya Suriya rejimini və qanuni hökumətini dəstəkləyir, ABŞ isə müxaliflərə dəstək verir. Bu mənada ABŞ-ın İran siyasəti birbaşa Suriya ilə bağlı məsələlərdən qaynaqlanır”.
Ekspertin fikrincə, ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsi həm də bir növ İsrailə dəstəkdir:
“ABŞ Qolan təpələrini təsadüfən İsrail ərazisi kimi tanımadı. İsrail İranı Hizbullaha yardım etməkdə və Təl-Əvivə qarşı hərbi əməliyyatlar hazırlamaqda ittiham edir. ABŞ da İranı Suriyada İsrailə qarşı çıxış etdiyinə görə cəzalandırır”.
Politoloq SEPAH-a qarşı sanksiyaların ABŞ-la İran arasında hələlik ciddi hərbi qarşıdurmaya səbəb olacağına inanmır:
“Çünki ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaları yeni deyil. Ancaq gərginlik artarsa, vəziyyət hər an dəyişə bilər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Rəsmi Tehran da bu qərara adekvat olaraq ABŞ Silahlı Qüvvələrini terror təşkilatı kimi tanıyıb.
Venesuela hökuməti Amerika Dövlətləri Təşkilatını (ADT) tərk etmək qərarı verib.
Axar.az xəbər verir ki, buna səbəb ADT-nin Venesuela müxalifətinin lideri Xuan Quaidonun nümayəndəsini təşkilatdakı təmsilçisi kimi tanıması olub.
Qərarda deyilib ki, bu şantaj və gərginliyi artıracaq addımdan dolayı ölkə 27 aprel 2019-cu il tarixində təşkilatdan çəkiləcək.
2019.04.09. 09:45
İsrail parlament seçkisinə start verilib.
Axar.az xəbər verir ki, seçkidə 6,34 milyon seçicinin 10.460 seçki məntəqəsində yerli vaxtla səhər saat 07:00-dan 22:00-a qədər səs verəcəyi bildirilib.
Seçkidə əsas mübarizənin Likud Partiyası ilə mərkəzçi Kaxol-Lavan Bloku arasında gedəcəyi güman edilir. Belə ki, hər iki siyasi qüvvə baş nazir kürsüsünü ələ keçirməyə çalışır. Likud bu vəzifəyə yenidən Benyamin Netanyahunun, Kaxol-Lavan isə Baş Qərargahın keçmiş rəisi Beni Qantsın gətirilməsini istəyir.
Maraqlıdır ki, hər iki siyasi qüvvənin təhlükəsizlik və xarici siyasətlə bağlı mövqeləri demək olar ki, fərqlənmir, lakin daxili siyasət və ictimai həyata baxışda Kaxol-Lavan daha liberal mövqe tutur.
120 yer olan Knessetə (parlament) ümumilikdə 39 partiya və blokdan namizəd irəli sürülüb. İsrail qanunvericiliyinə əsasən, partiyaların parlamentə düşməsi üçün minimum 3,25% səs toplaması gərəkdir. Buna isə 39 siyasi qüvvədən 13-14-nün nail biləcəyi ehtimalı var.
Qeyd edək ki, Knesset tarixində indiyə qədər heç bir partiya parlamentdə yarıdan çox - 61 mandata sahib olmayıb.
***
Sağ blok Likud Partiyasının başçılığı ilə açıq-aşkar qələbə qazanıb.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Tvitter mikrobloqunda yazıb.
“Göstərilən etimada görə İsrail vətəndaşlarına təşəkkür edirəm. Bu gün axşam bizim tərəfdaşlarla hökuməti qurmağa başlayacağam", - deyə baş nazir bildirib.
Qeyd edək ki, Beni Qants da qələbə qazandığını elan edib.
***
“Ekzit-poll” nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun Likud Partiyası ilə Kaxol-Lavan Blokunun səsləri təxminən eynidir. Amma hazırkı hakimiyyətin koalisiya qurmaq şansı daha böyükdür.
“Kan” teleşirkətinin seçki məntəqələrinin qarşısında keçirdiyi sorğuya əsasən, Likud Partiyası parlamentdəki 120 yerdən 36-nı qazanıb, Kaxol-Lavan Bloku isə 37 yerə sahiblənib. 12-ci və 13-cü kanalın sorğusuna əsasən isə Likud 33-37 yer ala bilər.
“Kan” Netanyahu koalisiyasının 64 deputat toplaya biləcəyini elan edib.
ABŞ dünyada terrorizmin yayılmasında lider rolunu oynayır.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, Vaşinqtonun SEPAH-ı terror təşkilatı kimi tanıması ciddi səhvdir.
O, bu addımın SEPAH-ın İran xalqı arasında populyarlığını artıracağını bildirib.
Ruhani məhz ABŞ-ın Yaxın Şərqdə terrorizmin inkişafına yardım etdiyini deyib.
Seçkilər öncəsi İsrail Baş naziri Benyamin Netanyahuya hədiyyə verildi.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsini şərh edərkən yazıb.
“ABŞ regionda daha bir təhlükəli yanlış məcraya atıldı”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsinə cavab olaraq İran Ali Milli Təhlükəsizlik Şurası da bu ölkənin Silahlı Qüvvələrini terror təşkilatı elan edib.
Birinci tur prezident seçkilərinin nəticələri mənim üçün “xəstə dərs” oldu.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
Qeyd edək ki, Pyotr Poroşenko və şoumen Vladimir Zelenski seçkilərin ikinci turunda mübarizə aparacaqlar.
14 yaş özlüyündə psixoloji dəyişimin sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyil və s. ən sərt qaydalarını uşaqlara yoluxdurur.
Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdinin intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirərkən deyib. O, məktəblinin intiharında bir faktorların rolu olduğunu bildirib:
“Doğrudur, “günahkar kimdir” sualının cavabını hüquqi anlamda istintaqın gedişi müəyyən edəcək. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri "günah keçisinin" varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi? Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur "Gözlənilən bir qətlin tarixçəsi" əsərinin süjetini doğrudanmı xatırlamadınız? Uşaq məktəbə virusu ailədən daşıyır. Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır. Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çoxluğundan xəbərsizikmi? Ailə başçısı ilə məktəb başçısı, habelə sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır. Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib. 2 uşaq, 100 manat müavinət, 4 repititor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s.”
Millət vəkili qeyd edib ki, ailə ilə məktəb arasındakı uçurumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür:
“50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri-ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik. Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər, məktəb yoldaşlarının lağlağısı, ailədəki psixoloji sarsıntı və yaxud şantajı da səbəb ola bilər. Hətta bəlkə də bu məsələdə ən günahsız "köntöy" ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları və ailələrdəki vəziyyəti bir kənara qoyuram. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Ancaq müdaxilə edə biləcəyimiz bir sfera var, o da məktəbdir. Drektorlarla da, müəllimlərlə də çoxlu təmaslarım olur. Vallah, intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi direktora, müəllim obrazına bənzəmirlər. Bu təyinatların doğru meyarını tapmaq lazımdır. Şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil. Marsdan gətirmək imkanımız yoxdur. Ancaq savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil".
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda 38 vilayətin hamısında səslərin yenidən sayılması tələbi ilə çıxış edib.
Bununla bağlı artıq MSK-ya ərizə ilə müraciət olunub.
Partiyanın sədr müavini Əli İhsan Yavuz Tvitter paylaşımında Böyükçəkməcədə keçirilən səsvermənin nəticələrinin isə tamamilə ləğv edilməsini tələb etdiklərini yazıb.