![]() |
|
Rusiya ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyat hazırlığının işartılarını görür. Bu planın reallaşdırılıb-reallaşdırılmayacağını zaman göstərəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
O, ABŞ-ın rəhbərlik etdiyi Qərbin yeni çoxqütblü
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində aprelin 25-i saat 11:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, sürücülərdən sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Son günlər İranın bir sıra əyalətlərini cənginə alan leysan yağışları möcüzəvi hadisəni ortaya çıxardı desək, yanılmarıq.
Axar.az xəbər verir ki, leysanın əmələ gətirdiyi sel suları 1982-ci ildə, İran-İraq müharibəsi zamanı itkin düşən iraqlı əsgər Əbdüləmir Hacı Cabbarın cəsədini ölkəsinə gətirib.
Hərbçinin meyiti 37 il sonra İraqın Misan şəhəri yaxınlığında tapılıb.
Belə ki, qol saatı, üzərində müxtəlif əşyaların tapılması ilə cəsədin Cabbara aid olduğu məlum olub.
Daha sonra yaxınları tərəfindən Cabbarın nəşi doğulduğu Fəcr ərazisində torpağa tapşırılıb.
Qeyd edək ki, 37 il öncə ailəsi Ə.H.Cabbardan uzun müddət xəbər almayınca onu itkin olaraq qəbul edib.
Uzun illər sonra ailə üzvləri ondan ümidini kəssə də, gənc əsgəri boya-başa çatdığı torpaqda dəfn etmək istəyirdilər.
İranın bir çox şəhərlərini viran qoyan sel suları isə onların bu istəyini “yerinə yetirdi”.
Fransada Azərbaycanın Dostları Assosiasiyası (FADA) erməniləri fevralın 26-nı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanımağa çağırıb.
Report xəbər verir ki, bu barədə FADA Prezidenti Jan-Fransua Manselin kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə vurğulanıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün ölkədə qondarma "erməni soyqırımı qurbanları"nın xatirəsi günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Əslində, fevralın 26-nın Xocalı soyqırımı qurbanlarının xatirə günü kimi ermənilər tərəfindən tanınması və anılması ədalətli olar. Çünki 1992-cı il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 613 sıravi vətəndaş, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Bu gün erməni icmasının nümayəndələri Türkiyəyə yaddaş borcunu yerinə yetirməmədiyinə görə iradlarını bildirirlər. Bəs Ermənistanın öz yaddaş borcunu yerinə yetirməsinin vaxtı artıq çatmayıbmı?"
İran ABŞ-la danışıqlar masasına əyləşə bilər, amma hazırda bunun üçün lazımi şəraitin yarandığını düşünmürük.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani deyib.
“Əgər ABŞ-ın təzyiqləri dayansa və üzrxahlıq edilsə, danışıqlar mümkündür. Bəziləri hesab edir ki, ABŞ danışıq istəyir, amma İran bundan imtina edir. Bu, belə deyil. ABŞ hazırda dialoq aparmağa hazır deyil. Vaşinqtonun yaratdığı şərait danışıqlar prosesi üçün məntiqsizdir. Əvvəlcə biz sübut etməliyik ki, ABŞ səhvə yol verib”, – deyə o bildirib.
Rusiyanın özünün qərb və cənub hərbi dairələrindəki qüvvələrinin tərkibini NATO və ABŞ-ın artan aktivliyinə cavab olaraq gücləndirmək məcburiyyətindədir.
Axar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. Onun sözlərinə görə, bu dairələrdəki qüvvələrin tərkibi digər hərbi dairələrdəki qüvvələrin sayının azaldılması hesabına gücləndiriləcək.
Gerasimov bildirib ki, ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemlərini yerləşdirməsinə cavab olaraq Rusiya öz qoşunlarına perspektivli silahların tədarükünü prioritetə çevirib.
Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsi Rusiyanın cənub sərhədlərinin müdafiəsinə cavabdehdir. Belə ki, bu hərbi dairənin tərkibində Krımdakı, Rusiyanın Ukrayna ilə sərhədindəki, Şimali Qafqazdakı, Abxaziya, Cənubi Osetiya və Ermənistandakı qoşunları daxildir. Xəzər donanması və Qara dəniz donanması da Cənub Hərbi Dairəsinin tərkibində yer alır.
Bu hərbi dairə həmçinin Rusiyanın Suriyadakı əməliyyatlarına da nəzarəti həyata keçirir.
Rusiya Slovakiyada nüvə silahının olacağı ABŞ hərbi bazalarının yerləşdirilməsi bəyanatını təxribat kimi qəbul edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib. O bunun NATO-Rusiya razılaşmasına zidd olduğunu bildirib. Qruşko bu razılaşmanın nüvə silahı olmayan ölkələrdə nüvə silahının yerləşdirilməsini qadağan etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə slovakiyalı siyasətçi Peter Marçek ABŞ-ın Slovokiyada hərbi baza açacağını və burada nüvə silahı yerləşdirəcəyi haqqında məlumat yayıb.
Sudan ordusu etirazçılara güc tətbiq etməyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sudan Hərbi Şurasının rəhbəri general-leytenant Əbdülfəttah Əbdülrəhman Burhan deyib. Onun sözlərinə görə, Sudan ordusu hakimiyyətə ölkənin təhlükəsizliyini təmin etmək üçün gəlib:
“Etirazçılar istənilən yerdə nümayiş keçirmək haqqına sahibdirlər. Ordu geri çəkiləcək və kazarmalarına qayıdacaq. Əgər mülki etirazçı qruplarla razılaşma əldə edilsə, Hərbi Şura bir neçə gün sonra hakimiyyəti təhvil verəcək”.
Tramp keçməyəcək!
Axar.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro Tviter mikrobloqunda yazıb.
Dövlət başçısı bildirib ki, Ağ Ev rəhbəri Venesuela ilə bağlı öz hədəflərinə çatmayacaq.
Ali Seçki Qurumunun (ASQ) Qanun Hökmündə Qərarnamə ilə bağlı qərarı doğrudur.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu çıxış edib.
"Qanun Hökmündə Qərarnamə ilə ictimai xidmətdən azad edilmiş şəxslər daha öncə səs vermişdi. ASQ-nin qərarı doğrudur", - Kılıçdaroğlu deyib.