![]() |
|
![]() ![]() ![]() ![]() |
İsrail Rusiyanın S-300 sistemlərinin yaxalaya bilməyəcəyi yeni hava-yer tipli supersonik “Rampage” raketlərini hazırlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Telepolis” nəşrinin jurnalisti Florian Retçer yazıb.
Onun sözlərinə görə, İsrail hərbçiləri yeni raketləri ötən həftə Suriya ərazisinə zərbələr zamanı istifadə edib.
“İsrail bu raketlərə Rusiyanın Suriyada S-300 komplekslərini yerləşdirməsinin nəticəsi, həmçinin rus HHM sistemini aldada biləcək vasitə kimi yanaşır”, - jurnalist bildirib.
Retçer bundan sonra Rusiyanın artıq S-400 zenit raket komplekslərinin imkanlarını nümayiş etdirməli olacağını vurğulayıb.
Qeyd edək ki, “Rampage” raketləri xüsusi olaraq HHM sistemləri tərəfindən çox yaxşı müdafiə olunan hədəfləri vurmaq üçün yaradılıb. Raket növbə ilə partlamaq imkanına sahib iki döyüş başlığına sahibdir.
Türkiyə-İraq sərhədində davam edən antiterror əməliyyatı çərçivəsində ötən gücə terrorçularla baş verən şiddətli atışmada türk ordusunun 4 əsgəri şəhid olub, 6 əsgər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, 2 hərbçi döyüş meydanında şəhid olub. 8 əsgər yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onlardan 2-sinin həyatını xilas etmək mümkün olmayıb.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti misilsizdir. Çünki Avropa Birliyi dünyanın ən nəhəng güclərindən biridir və bu saziş Azərbaycana Avropanı mütəffiq kimi qazandırır.
Bu sözləri Axar.az-a bəzi antimilli dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişə dair əsassız fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib. Bu tərəfdaşlığın Dağlıq Qarabağ probleminin həllinə müəyyən dərəcədə kömək göstərə biləcəyini qeyd edən politoloq sazişin iqtisadi əhəmiyyətindən də danışıb:
“Azərbaycanın nefti, qazı yüksək qiymətlə Avropa bazarlarına çıxarılır, Azərbaycan da Avropadan nanotexnologiyalarına uyğun müxtəlif materiallar alır. Əvvəllər tərəfdaş olmayan ölkə kimi Azərbaycan bu malları daha baha qiymətə alırdı. Tərəfdaşlıq sazişindən sonra isə alınan mallar ölkəmiz üçün xeyli ucuz qiymətə başa gələcək”.
Qabil Hüseynli onu da bildirib ki, tərəfdaşlıq sazişi Azərbaycan vətəndaşlarına Avropa ölkələrinə vizasız gediş-gəlişi üçün imkan yarada bilər:
“Aİ ilə tərəfdaşlıq sazişi vətəndaşlarımıza Avropa ölkələrinin hər hansı birinə viza almadan səyahət edə bilmək imkanı da qazandıra bilər. Doğrudur, vizasız gediş-gəliş hələ tam dəqiqləşdirilməyib, amma düşünürəm ki, bu, sazişdə öz əksini tapmalıdır. Nəticə etibarı ilə Azərbaycan və Avropa ölkələri arasında tərəfdaşlıq sazişi getdikcə təkminləşərək NATO və digər böyük təşkilatlara üzvlüyə yol aça bilər. Bu da Azərbaycanın mövqelərini xeyli möhkəmləndirə, onun daha sürətlə inkişafına təminat verə bilər. Bununla da, ərazi bütövlüyünün təmin edilməsində özümüzə yeni daha güclü tərəfdaşlar və müttəfiqlər tapmış olarıq”.
Mən çoxdan deyirəm ki, Rusiyada da güclü debatlar keçirilməlidir. Debatlar diqqət çəkilmək üçün uyğun zamanda keçirilməlidir. Bizdə isə elə alınır ki, Rusiyadan daha çox Ukraynadakı debatlara yer ayrılır.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynada prezidentliyə namizədlər arasında keçirilən debata münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
“Debatların keçirilməsi üçün stadionun seçilməsinə gəldikdə isə bu, sadəcə, görüntü xatirinə edilib. Studiyada debatlar daha düzgün keçirilə bilər, proqramı və öz komandanı təqdim edə bilərsən”, - Jirinovski qeyd edib.
Jirinovskinin fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, güc strukturlarının dəstəyi sayəsində Poroşenko qalib gəlmək üçün bütün imkanlara sahibdir.
“Ukraynanın bölünməsi – hazırkı böhranı həll etmək üçün yeganə yoldur. Poroşenko bunu daha tez reallaşdıracaq”, - partiya sədri qeyd edib.
Suriya məsələsi Türkiyə ilə İran arasında yeganə ziddiyyətli məsələdir. Buna baxmayaraq, sıx əlaqələr və güclü iradə sayəsində əhəmiyyətli bir fürsət yaxaladıq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Türkiyədəki səfiri Məhəmməd Fərəzmənd çıxış edib.
"Son 6-7 il ərzində Türkiyə ilə münasibətlərimizin daha çox inkişaf etməsinin səbəblərindən biri Suriya məsələsidir. Biz də Türkiyənin köməyi sayəsində Suriyada qarşıdurmaların azalmasını təmin etdik. Cenevrə danışıqlarının tərəfləri Suriyanın problemlərini həll etmək məsələsində demək olar ki, heç bir şey edə bilmədilər. İndi İdlibdə və Suriyanın şərqində bəzi problemlərimiz var. XİN rəhbəri Cavad Zərif Şamdan Ankaraya gəldi. Dəməşq və Ankarada apardığı danışıqların mövzularından biri də İdlib və Suriyanın şərqi oldu. Bu problemləri də həll edəcəyimizə inanıram. Bölgədəki problemləri ən yaxşı şəkildə Türkiyə və İran dostluğu həll edə bilər", - səfir qeyd edib.
Vladmir Zelenski debatdan yayındığı kimi, vaxtilə ordudan da yayınmışdı.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“O, 2014-cü ildə hərbi komissarlıqdan göndərilən 4 çağırış vərəqəsini rədd edib. Təəssüflər olsun ki, 2014-cü ildə xeyli fərarinin olduğunu bilirik. O, əsgərlərin gözlərinin içinə necə baxacaq? Bəs ölən əsgərlərin valideynlərinin gözlərinə necə baxacaq?” - deyə Poroşenko bildirib.
İstanbul Böyükşəhər bələdiyyəsi uğrunda mübarizədə uduzan hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım rəqibi Əkrəm İmamoğlunu yenidən təbrik edib.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bundan sonra da Türkiyə üçün çalışacağını söyləyib.
“Bu gün Bərat qəndilidir. Əkrəm İmamoğluna da xeyirli olsun dedim. Eşitməyənlər üçün bir daha söyləyirəm: Xeyirli olsun. Amma partiyamızın və Milliyyətçi Hərəkat Partiyasının Yüksək Seçki Qurumuna etiraz prosesi davam edir. Heç vaxt kreslo dalınca qaçmamışam. Mənim üçün ən böyük vəzifə insanların könlündəki yerdir, mən hələ də İzmirin deputatıyam. Daim ölkəmə xidmət göstərmişəm, vəzifəm hansı olur-olsun, xidmət göstərməyə davam edəcəyəm”, - deyə Binayli Yıldırım söyləyib.
![]() ![]() ![]() ![]() |
Belarus BelAZ və MAZ kimi maşınqayırma müəssisələrini satmağa hazırdır, məsələ sadəcə qiymətdədir.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko danışıb.
“BelAZ və MAZ-ı da satmağa hazıram, lakin sahibini təmin edən bir qiymət ödəməlisiniz. Onlar (potensial alıcılar) pulsuz istəyirlər. Pulsuz heç tələdə pendir də olmur. Buna görə də tələsmək lazım deyil”, - Belarus prezidenti bildirib.
İndoneziyalı siyasətçi Mixail Qorbaçov parlament seçkilərində məğlubiyyətlə üzləşib.
Axar.az xəbər verir ki, M.Qorbaçov məğlubiyyətə baxmayaraq siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edib.
O, 2024-cü ildə baş tutacaq parlament seçkilərində də namizədliyini irəli sürəcəyini açıqlayıb.
Seçki ilə bağlı mübahisələri kənara qoyaraq iqtisadi və təhlükəsizlik məsələləri başda olmaqla əsas gündəlik məsələlərə diqqətimizi yönəltməliyik.
Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.
O, Türkiyədəki sabitlikdən danışaraq keçiriləcək islahatlarla bağlı ismarış verib:
“Terrora qarşı mübarizəni qəti şəkildə sürdürməklə yanaşı, inşallah, ölkəmizin ehtiyacı olan infrastruktur islahatlarını həyata keçirməyə davam edəcəyik”.
Xatırladaq ki, müxtəlif bölgələrdə keçirilən seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olmuşdu.