![]() |
|
Oksford universitetinin tədqiqatçıları yeni araşdırmanın nəticələrini açıqlayıblar.
Ölkə.az bildirir ki, elmi iş "International Journal of Epidemiology" jurnalında dərc edilib. Məlum olub ki, hər gün qırmızı (mal, donuz və qoyun) və işlənmiş ət (kolbasa, sosis, vetçina) qəbul etmək bağırsaq xərçənginə səbəb ola bilər.
Tədqiqat 6 il davam edib. Mütəxəssislər 500 min pasientin məlumatlarını toplayılblar. Elmi iş başlayanda yaşı 40-69 arası olan 2609 nəfərdə bağırsaq xərçəngi aşkar edilib. Tədqiqat nəticəsində məlum olub ki, gündə 76 qram qırmızı ət və emal edilmiş ət yeyən insanlar gündə 21 qram və daha az yeyənlərlə müqayisədə onkoloji xəstəliklərə 20% daha çox yoluxurlar.
Bundan başqa gündə 54 qram qırmızı ət yeyənlərdə bu nisbət gündə 8 qram qırmızı ət yeyənlərlə müqayosədə 15 faiz yüksək olub
Yunanıstan Baş naziri Aleksis Çipras Türkiyənin Egey dənizinəki fəaliyyəti ilə bağlı hesabatı ABŞ-a təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə rəsmi Afina məlumat yayıb. Məlumata əsasən, Çipras amerikalı senator Bob Menendezlə görüşüb.
"Yunanıstan və ABŞ arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat sahəsində strateji əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi, investisiyaların cəlb olunması kimi məsələlər müzakirə olunub", - xəbərdə qeyd edilib.
Diplomatik mənbələrin verdiyi digər məlumata görə isə Türkiyənin Egeydəki fəaliyyəti ilə bağlı Menendezə geniş hesabat təqdim edilib.
Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan sürücüsünün əmisi oğlunu “Noraqavit” avtonəqliyyat vasitələrinin sənədlərinin qeydiyyatı üzrə gömrük məntəqəsinin direktoru təyin edib.
Axar.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.
“Xatırladaq ki, iki həftə əvvəl Paşinyan bu gömrük məntəqəsində bayrağı divara söykədiyinə görə əməkdaşın işdən qovulması ilə bağlı göstəriş vermişdi. Daha sonra gömrük məntəqəsinin direktoru da işdən qovulub. Baş nazirin sürücüsünün əmisi oğlu yeni Ermənistanda vəzifədə çox sürətlə yüksəlir. Buna qədər o, hava limanının karqo rəisi təyin edilmişdi. Qeyd edək ki, bu vəzifə də kifayət qədər gəlirli hesab olunur”, - nəşr yazıb.
Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın nəzarətindəki parlament erməni soyqırımını tanıdığını bəyan edib.
Axar.az xəbər verir ki, Liviyanın şərqinə nəzarət edən parlament yaydığı bəyanatda 100 il öncə türklərin ermənilərə qarşı “soyqırım” həyata keçirdiyi deyilib.
Hələlik Türkiyə tərəfi bu bəyanatla bağlı rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Liviyada xeyli müddətdir ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmaqdan boyun qaçırır və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.
Haftar bir müddət əvvəl Tripoli uğrunda müharibəyə başlayıb. Bu savaş getdiyi vaxt ABŞ Prezidenti Trampın ona zəngi və marşalı “terrorizmlə mübarizəyə” çağırması diqqət çəkib.
İngiltərə Premyer Liqasında XXXV turun son matçı keçirilib.
Axar.az ONA-ya istinadən xəbər verir ki, yeganə oyunu Londonda baş tutub.
Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparan “Çelsi” öz meydanında “Bernli”ni qəbul edib. Məhsuldar keçən görüşdəki qollar ilk 24 dəqiqədə vurulub. Komandalar hərəyə 2 dəfə fərqlənərək, 1 xal qazanıblar.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 26-28-də baş tutacaq. Ayın 23-24-də isə təxirə salınan matçlar oynanılacaq.
İraqın suverenliyi və rifahına əhəmiyyət veririk. Bu ölkəyə dəstəyimiz davam edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo İraq Baş naziri Adil Əbdülmehdi ilə telefon danışığında bildirib.
Qeyd edək ki, ABŞ hökuməti bir müddət öncə İrana tətbiq edilən sanksiyalara baxmayaraq, sərbəstlik verdiyi 8 ölkə ilə bağlı güzəştli rejimin uzadılmayacağı bəyanatını verib. Bundan sonra İraqın Energetika Nazirliyi İrandan başqa alternativinin olmadığını bildirib.
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç seçkilərdə qələbə qazanması münasibətilə Vladimir Zelenskini təbrik edib.
Axar.az xəbər verir ki, eks-prezidentin təbrik mətnini mətbuat katibi Yuri Kirasir yayımlayıb.
“Hörmətli Vladimir Aleksandroviç! Mən sizi Ukrayna prezidenti seçilməniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Tarixin ölkəmiz üçün çətin məqamında ukraynalılar bu vəzifəni sizə etibar etdilər”, - Yanukoviç bildirib.
Yanukoviç Donbasdakı müharibəni xatırladaraq, bütün günahın hazırkı Prezident Pyotr Poroşenkoda olduğunu vurğulayıb:
“Seçicilər artıq səsvermə ilə ona birmənalı hökm verdilər. Tarix isə yəqin özünün daha ağır hökmünü verəcək”.
Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin 90.25 faizinin sayıldığını açıqlayıb.
Hazırkı nəticələrə əsasən Vladimir Zelenski 73.18 faiz, Pyotr Poroşenko isə 24.49 faiz səs toplayıb.
Buna qədər heç bir namizədin vətəndaşlar tərəfindən seçkilərdə bu cür dəstək almadığı bildirilib.
Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə onun yaxınları məlumat verib.
Bildirilib ki, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.
Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.
Şri Lankadakı hücum bəşəriyyətə edilmiş hücumdur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın eks-prezidenti Barak Obama deyib.
“Sevgi, xilas və yenilənməyə həsr olunmuş gündə qurbanlara görə dua edir və Şri Lanka xalqının yanında olduğumuzu bildiririk”, - Obama bildirib.
Qeyd edək ki, ötən gün Şri Lankada törədilən partlayışlar nəticəsində 290 nəfər ölüb, 500 nəfər yaralanıb.
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında YPG-PKK terror qruplaşmasının qərargahına tanklarla zərbə endirib.
Axar.az xəbər verir ki, zərbə nəticəsində 18 terrorçu məhv edilib.