İşləməsək, nəticə əldə etmək mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bələdiyyə seçkiləri ilə bağlı danışan Ərdoğan bunları qeyd edib:

"Qarşımızda bir zillət ittifaqı, bir xəstəlik ittifaqı var. Bunun qarşısında da Cümhur İttifaqı olaraq bizim güclü olmağımız lazımdır. Bu seçkiləri ittifaqımızın xeyrinə yekunlaşdıraraq, 1 apreldən etibarən Türkiyədə yeni bir günə çıxmağımız lazımdır".

Ukrayna ən müasir silahlar almağa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko yerli mediaya açıqlamasında deyib. Dövlət başçısı bu yöndə ABŞ-la əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu dilə gətirib:

“Əməkdaşlığı genişləndirməyi hədəfləyirik. Birləşmiş Ştatlardan ən yeni silahlar alınacaq”.

Poroşenko onu da bildirib ki, Donbas cəbhə xətti tamamilə video-müşahidə altındadır.

Türkiyə bir çox ölkə kimi, Venesuelada seçki ilə iqtidara gələn Maduro hökumətini qanuni hakimiyyət kimi tanıyır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

"Türkiyə Venesuela ilə ticarətini beynəlxalq qaydalara uyğun və şəffaf şəkildə aparır. Türkiyə tərəfdaşı kimi gördüyü bütün Latın Amerikası ölkələri ilə əlaqələrini qarşılıqlı hörmət, dostluq və maraq əsasında davam etdirəcək", - Aksoy vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Maduroya dəstək verən ölkələri sanksiyalarla təhdid edib.

İndoneziya hökuməti 2020-ci ilin yanvarından Komodo adasını turistlər üçün bağlayacaq.

Trend-in məlumatına görə, qərar ətraf mühitin mühafizəsi, xüsusilə də Komodo varanlarının saylarının artırılması ilə bağlıdır.

Qeyd olunur ki, bir müddət əvvəl bölgə rəhbərliyi 41 ədəd Komodo varanını qanunsuz olaraq aparmağa çalışan qaçaqmalçıları saxlamışdı.

Komodo adasının qeyri-müəyyən müddətə bağlanacağı deyilir.

Komodo adası 1986-cı ildən YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.

Minsk Avropa Birliyi ilə əməkdaşlığını inkişaf etdirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Minskdə Avstriya kansleri Sebastian Kurtsla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, bu əməkdaşlığın yalnız milli maraqlar çərçivəsində genişləndirilməsi gərəkdiyini bildirib:

“Avropanın mərkəzini (Belarus nəzərdə tutulur – red.) AB ilə sıx əməkdaşlıqdan uzaq tutmaq olmaz. Biz bu əməkdaşlığa hazırıq, amma hər zaman milli maraqlar nəzərə alınmalıdır”.

Lukaşenko həmçinin AB-nin zəifləməsi və süqutuna qarşı olduğunu deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

Türkiyədə kömür mədəni çökdü

Türkiyənin Zonquldaq vilayətində kömür mədəni çöküb. 

“Qafqazinfo” Hurriyet-ə istinadən xəbər verir, hadisə nəticəsində 4 işçi ağır yaralanıb. 

Çökməyə səbəb mədənin tavanından kömür və daşların aşması olub.

Ereyli Dövlət Xəstəxanasına yerləşdirilən işçilərin vəziyyəti hazırda qənaətbəxş hesab edilir. 

Rusiya vətəndaşlarının ölkəmizə pasportsuz gəlməsi ilə bağlı danışıqlar aparırıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Rusiya Xarici İşlər naziri Sergey Lavrov martın 28-də Antalyaya gələcək. Bu görüşdə vizanın ləğv edilməsini də müzakirə edəcəyik", - Çavuşoğlu bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində qapalı iclas keçirəcək.

Teleqraf.com "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Vladimir Karapetyan məlumat yayıb.

Onun sözlərinə görə, iclas bu gün axşam saatlarında baş tutacaq.

Paşinyanın sözçüsü iclasın detalları barədə informasiya verməyib.


Myanmanın Şan əyalətinin Monqmao şəhərində tikinti materialları, qaz balonları və müxtəlif partlayıcı maddələrlə dolu anbarda partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 16 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Xəbər lenti