AKP bu gün saat 17:00-a qədər Ankara mahal seçki qurumuna müraciət edərək səslərin yenidən sayılmasını tələb edəcək.

Axar.az xəbər verir ki, mahal seçki qurumu razılıq verəcəyi halda Ankarada səslər yenidən sayılacaq, gözlənilən qərar qəbul edilməyəcəyi halda isə AKP bu dəfə Ali Seçki Qurumuna müraciət edəcək.

31 mart seçkiləri bir çox cəhətdən əlamətdar olub. Belə ki, uzun illərdir seçkilərdə üstünlüyünü qoruyan AKP, MHP ilə ittifaqı sayəsində növbəti dəfə parlaq qələbə çalsa da, bir sıra böyük şəhərlərdə rəqibi Millət İttifaqına məğlub olub. CHP-nin qalası sayılan İzmirdə qələbə qazanması gözlənilməz olmasa da, rəsmi olmayan nəticələrə görə, İstanbul və Ankara kimi şəhərlərdə qalib gəlməsi maraq doğurub.

İstanbulda gərgin rəqabətin getdiyi bir vaxtda CHP AKP-nin namizədi qarşısında 0.25 faizlik çox kiçik bir üstünlüyə sahibdir. Paytaxt Ankarada isə vəziyyət fərqlidir. CHP-nin namizədi Mansur Yavaş 50.93 faiz (1.662.183) səs toplayıb. AKP-nin namizədi Mehmet Özhaseki isə 47.12 faiz (1.537.694) səslə rəqibinə məğlub olub.

Dünya mətbuatının böyük təəccübünə və marağına səbəb olan isə məhz AKP-nin Ankarada etirazlar vasitəsilə apardığı mübarizədir. Belə ki, arada 100 min səsdən artıq fərq olmasına və təkrar sayımın nəticəni dəyişməyəcəyinə baxmayaraq, iqtidar partiyası hər səsi yerinə qoymaq istəyir, seçki nəticələrinin şəffaf, həqiqəti birmənalı şəkildə əks etdirən olmasına çalışır.

Xatırladaq ki, AKP Ankaranın 25 ilçəsində səslərin yenidən sayılması üçün müraciət etmişdi. Etirazdan sonra 12 ilçədə səslər yenidən sayılmış, 1805 səs AKP-çi Mehmet Özhasekinin səslərinə əlavə olunmuşdu.

Taliban qüvvələri Bağdis əyalətində yerləşən hərbi bazaya silahlı hücum təşkil ediblər.

Axar.az xəbər verir ki, bu barədə əyalət nümayəndəliyi məlumat yayıb.

Hücum zamanı 20 hərbçinin öldüyü, xeylisinin də yaralandığı deyilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, ABŞ-la Taliban arasında sülh müzakirələrinin aparıldığı ərəfədə belə hücumun baş verməsi hökumət qüvvələri üçün gözlənilməz olub.

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiyaya rəsmi səfərə yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.

Təyyarəyə minmədən əvvəl jurnalistlərin suallarını cavablandıran Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Suriyadakı vəziyyəti, həmçinin İsrail üçün əhəmiyyət daşıyan bir sıra digər məsələləri müzakirə edəcəyini açıqlayıb.

Qeyd edək ki, Netanyahunun Moskva səfəri ilin əvvəlindən baş nazirin Rusiyaya ikinci ziyarəti olacaq.

Venesuelada yaranmış situasiya ilə əlaqədar Karib böhranı təkrarlanmayacaq.

Axar.az xəbər verir ki, bunu “Moskvoskiy Komsomolets” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, “Lima Qrupu” adlanan ölkələrin belə Venesuelaya hərbi müdaxiləni dəstəkləmədiyini deyib.

Lavrov ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi zamanı Latın Amerikası ölkələrinin buna qarşı çıxacağını vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 zenit raket kompleksləri barədə açıqlama verib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

“S-400 məsələsi artıq bitmiş bir anlaşmadır. ABŞ son dəfə “Patriot” təklifi etsə də, satışın həyata keçiriləcəyinə zəmanət yoxdur”, - Çavuşoğlu deyib.

Bütün tərəflər bu seçkilərə çox ciddi hazırlaşırdı. Çünki bələdiyyə seçkilərindən sonra qarşıdakı 4 ildə seçki olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, bütün siyasi partiyalar, qüvvələr öz elektrotlarını səfərbər edərək seçkiyə qatılmağı qarşılarına məqsəd kimi qoymuşdu:

“Bu mənada əslində mövcud durum istər AKP-MHP koalisiyasının hazırki səviyyədə səs yığacağı, istərsə də CHP-nin bəzi böyük şəhərlərdə qalib gəlməsi gözlənilirdi. Digər tərəfdən Türkiyədə “sahilyanı zolaq” ifadəsi var. Bu zolaqda CHP həm bələdiyyə, həm də parlament seçkilərində hər zaman kifayət qədər səs toplaya bilir. Bu mənada mən deməzdim ki, hazırda ciddi bir sürprizin şahidi olmaqdayıq”.

Analitik vurğulayıb ki, bu seçkilər 2023-cü ildə keçiriləcək parlament və prezident seçkilərində maraqlı və yeni siyasi qarşıdurmanın yaşanacağından xəbər verir:

“Amma hələ səslər tam hesablanmayıb və son nəticələr açıqlanmayıb. İstanbulda kimin qalib gəldiyi hələ də müəyyənləşdirilməyib. İstanbulla bağlı bəzi mübahisəli məqamlar var. Buna görə də tam nəticələrin açıqlanmasını gözləmək lazımdır”.

2019.03.31. 16:40

Ukraynada keçirilən prezident seçkiləri ilə bağlı ilk “ekzit-poll” nəticələri məlum olub.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Qujva sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, hələlik seçkilərə şoumen Vladimir Zelenski 27-29 faiz səslə liderlik edir. İkinci yerdə 16-17 faiz səslə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Üçüncü və dördüncü yeri Yuri Boyko və Yuliya Timoşenko 14-14.5 faiz səslə tutub. İlk beşliyi 6-6.5 faiz səslə Anatoli Qritsenko tamamlayıb.

“Eyni vaxtda bir neçə sorğu aparılır. Ancaq onlar da demək olar ki, üst-üstə düşür. Fərq 2-3 faizdir”, - jurnalist yazıb.

***

Daha bir "ekzit-poll"un nəticəsi açıqlanıb. Məlumatda qeyd edilib ki, namizədlərdən heç biri 50%-dən artıq səs toplamayıb.

İlk yerdə isə şoumen Vladimir Zelenski 30%-dən bir qədər çox səslə qərarlaşıb. Prezident Poroşenko 18%, Batkivşina Partiyasının lideri Timoşenko 14, Yuri Boyko isə 9,8% toplayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla 20:00-da başa çatan seçkilərin ilkin rəsmi nəticələri hələ açıqlanmayıb.

***

Ukrayna Mərkəzi Seçki komissiyası seçkinin ilk nəticələrini açıqlayıb.

Hazırda seçki bülletenlərinin cəmi 0,12 faizi sayılıb. hazırkı nəticəyə görə, Prezident Poroşenko 28,69% səslə liderdir.

Şoumen Vladimir Zelenski 24,27% səslə ikinci, Yuliya Timoşenko isə 15,12% ilə üçüncüdür.

Müxalif Platforma – Həyat Uğrunda Partiyasının lideri Yuri Boyko 4,5% səs toplayıb.

***

Sayılan 0,41 faiz seçki bülletenlərinə görə, V.Zelenski 28,41 faiz səslə seçkilərə liderlik edir. Timoşenko isə 18,18 faizlə hələ ki, ikinci yerdə qərarlaşıb. Hazırki prezident P.Poroşenko isə 17:49 faizlə üçüncüdür.

***

Seçki bülletenlərinin 1,1 faizi sayılıb. Son göstəricilərə görə, Zelenski 26,99 faizlə liderlik edir. Poroşenko 17,57, Timoşenko 16,4, Yuri Boyko 9,39, Oleq Lyaşko isə 8,89%-lə müvafiq sıralamanı bölüşdürür.

***

Səslərin 5,02 faizi sayılıb.

Zelenskinin səs faizi 28,7-ə faizə çatıb. Poroşenko isə 17,31 faizlə onu təqib edir.

Timoşenko isə 14,61-lə 3-cü yerdə qərarlaşıb.

Rusiyanın S7 hava yolu şirkətinin rəhbərlərindən olan Nataliya Filevanın da içində olduğu təyyarə Almaniyada qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə S7-nin mətbuatla əlaqələr şöbəsi məlumat yayıb.

Açıqlamada N.Filevanın atasının da təyyarədə olduğu və hər ikisinin, eləcə də pilotun həlak olduğu bildirilib.

Bizdə olan məlumatlara görə, seçkiləri Əkrəm İmamoğlu qazanıb.

Axar.az xəbər verir ki, bu iddia ilə CHP lideri Kamal Kılıçdaroğlu çıxış edib.

“Bütün dostlarımıza səslənirəm: 48 saat heç kim yatmayacaq, seçki qutuları tərk edilməyəcək. Görəcəksiniz, İstanbula da bahar gələcək. Ankaraya gəldiyi kimi...”, - deyə CHP lideri bildirib.

Qeyd edək ki, İstanbulda səslərin 98,78 faizi sayılıb. Binəli Yıldırım 48,71 faizlə rəqibi, 48,65% səs toplayan CHP-çi Ə.İmamoğluna çox cüzi fərqlə qalib gəlir.

B.Yıldırım qeyri-rəsmi sayımların bitdiyini və artıq seçkilərdə qələbə qazandığını bəyan edib.

Son rəsmi nəticələr isə hələ açıqlanmayıb.

ABŞ-a Venesuelanı təhdid etməyi, iqtisadiyyatını boğmağı və açıq şəkildə beynəlxalq hüququ pozaraq, daxili müharibəyə təhrik etməyi dayandırmağını tövsiyə edirik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, Rusiyanın Venesuelada hərbi əməliyyat aparması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Venesuelada ölkə mənafeyini şəxsi məqsədlərindən üstün tutan bütün siyasi qüvvələri dialoqa çağırırıq. Bu dialoqun qurulmasına hər formada kömək etməyə hazırıq”.

Sözçü Vaşinqtonun Karakasla bağlı planlarını Moskvanın üzərinə yıxmaq istədiyini vurğulayıb:

“Bu çərçivədə saysız-hesabsız ABŞ hərbi ekspertlərinin Venesuela və qonşu Kolumbiyada nə iş gördüyünü öyrənmək istəyirik. Bundan əlavə, digər qonşusu Braziliya nə üçün Ağ Ev tərəfindən NATO zirvəsinə dəvət edilir? Bunun NATO-nun nizamnaməsinə zidd olduğunu xatırlatmaq istəyirəm”.

Xəbər lenti