Bakıda iş adamı əməliyyat zamanı vəfat edib.

Publika.az xəbər verir ki, klinikalardan birində böyrəyindən əməliyyat edilən Tovuz rayon Aşağı Quşçu kənd sakini, iş adamı Mehman Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, M.Həsənov rayonda Məşədi Mehman adı ilə tanınıb və “Nərmin” şadlıq sarayının sahibi olub.

Allah rəhmət eləsin!

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı zəif və qorxaq göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqon Post” qəzetində yayımlanan məqlədə qeyd edilib. Salmanın Qaşıqçı cinayəti və bu istintaq çərçivəsində həbs edilənlərlə bağlı ABŞ Konqresindən edilən etirazları diqqətə almadığı bildirilib:

“Tramp ölkə xaricində haqsız şəkildə həbs edilən amerikalıları azadlığa çıxartması ilə fəxr edir. Ancaq ərəb əsilli ABŞ vətəndaşının saxlanılması barədə heç bir şey deyə bilmir. 33 yaşlı Səudiyyə Ərəbistanı vəliəhdi ABŞ prezidentini zəif və qorxaq göstərir”.

İstanbulun Əsənyurd bələdiyyəsindən çoxlu tenderlər almış “Özyurt Mədənçilik İnşaat” şirkəti CHP-nin bu bələdiyyədə qalib olmasından sonra 96 işçisini çıxarıb.

Axar.az xəbər verir ki, işçilərə nə təzminat, nə də bir aylıq maaşları ödənib. Şirkətin rəhbəri Özgür Qarabulud deyib ki, yeni bələdiyyə ilə işləməyəcəklər:

“Təzə bələdiyyənin vəziyyətdən xəbəri yoxdur. Bu firma AKP ilə birlikdə formalaşıb. Martın 15-də firmanın bələdiyyə ilə sazişi bitib. Seçkinin nəticəsini gözləyirdik”.

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməsi qərarı İrana qarşı istənilən addımlara haqq qazandırmaq imkanı yaradacaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında ABŞ-ın Beynəlxalq Siyasət Mərkəzinin baş elmi əməkdaşı Metyu Hou deyib. Onun sözlərinə görə, bu plan ABŞ-a İrana qarşı müharibənin başladılması üçün bəhanə yaradacaq:

“Bu taktika Amerikada tarixi boyunca daim izlənilib. Hədəfə çatmaq, bu hədəfi şeytanlaşdırmaq lazımdır. Bu, sadə və effektiv taktikadır. Müharibəyə haqq qazandırmaq üçün amerikalıları qəzəbləndirmək, onları İraqdan olduğu kimi, İrandan da qorxmağa məcbur etmək lazımdır.

Pentaqonun bir müddət əvvəl 608 amerikalının İraq müharibəsində iranlılar tərəfindən öldürülməsi xəbərini yayması təsadüfi deyil. Görünür, ABŞ yenidən müharibə və ya İranda rejim dəyişikliyi istəyir. Ona görə də növbəti qisas üçün arqumentlərini sıralayır”.


“Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri Liviyadakı vəziyyətlə bağlı birgə bəyanat qəbul edib.

Axar.az Report-a istinadən xəbər verir ki, sənəddə həmin ölkələrin, habelə Avropa İttifaqıın xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Mogerininin bu ölkədəki vəziyyətdən narahatlığı ifadə olunub.

Bəyanatda münaqişə tərəfləri Tripoli ətrafındakı hərbi əməliyyatları dayandırmağa və vəziyəti nizamlanmaq, habelə vətəndaş müharibəsinin qarşısının almaq üçün güc variantından imtina edərək, danışıqlara başlamağa çağırılıb.

“Yeddilik” ölkələri eyni zamanda BMT-nin münaqişənin həll variantının tapılması istiqamətindəki səylərini dəstəklədiklərini də bəyan ediblər.

Xatırladaq ki, bir qədər əvvəl Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar bütün qoşun növlərinə 48 saat ərzində paytaxt Liviyaya nəzarəti ələ keçirmək əmri verib.

Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində deyib.

E. Litzenberqer bildirib: "Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".

Miqrasiya məsələsində Avropa Birliyi bürokratlarının yerinə AB-nin üzv ölkələri öz qərarlarını almalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban bildirib.

AB-nin miqrant siyasətinə sərt reaksiya göstərən Orban macar əsilli, amerikalı iş adamı Corc Sorosa bağlı qeyri-hökumət təşkilatlarının miqrantlara, AB-nin isə Sorosa bağlı təşkilatlara yardım göstərdiyini iddia edib.

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.

Axar.az xəbər verir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan “Ibuka” Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.

Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərini araşdırılacağını bəyan edib.

Komissiyanın fransız tarixçisi Vinsent Duklertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.

Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Ruandada 1994-cu ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.

Ukraynanın Batkivşina Partiyasının lideri Yuliya Timoşenko prezidentliyə namizədlərlə debatda iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turundan qalib çıxmış Vladimir Zelenski siyahıda onu təqib edən hazırki Prezident Pyotr Poroşenko ilə debata çıxacaq. O, Kiyev stadionunda keçiriləcək debata Timoşenkonun moderatorluq etməsini istəmişdi.

Venesueladakı Rusiya hərbçilərinə adekvat cavab verməyə hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo NATO ölkələri xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz bu məsələni Rusiyanın dünya miqyasındakı digər addımları ilə birgə müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı mənfi səpkidə olan fəaliyyətini, Azov dənizində etdiklərini müzakirə etdik. Hər olayda kollektiv şəkildə cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün veriləcək cavab hazırdır”, - deyə ABŞ rəsmisi bildirib.

Xəbər lenti