Yaponiyada iki təyyarə toqquşdu

Yaponiyanın paytaxtı Tokiodakı Narita hava limanında iki karqo təyyarəsi toqquşub.

“Qafqazinfo” “Airturkhaber”ə istinadən xəbər verir ki, Şanxaya uçmağa hazırlaşan “All Nippon Airways” (ANA) şirkətinə məxsus təyyarə geri hərəkət edərkən dayanmış vəziyyətdə olan “Fedex”ə məxsus təyyarəyə çırpılıb.

Hadisə nəticəsində ANA-nın təyyarəsinin şaquli stabilizatoru dağılıb. “Fedex”in təyyarəsinin isə arxa mühərrikinə ziyan dəyib.

Qəza zamanı heç kimə xəsarət almayıb.

Hər iki təyyarənin reysi təxirə salınıb və təmirə göndərilib.

Əfqanıstanda keçirilən əməliyyat zamanı iki ABŞ hərbçisi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb. Agentlik əməliyyatın hansı qruplaşmaya qarşı aparıldığını açıqlamayıb.

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən etibarən Əfqanıstanda öldürülən amerikalı hərbçilərin sayı 4-ə çatıb. 2015-ci ildən bu yana Əfqanıstanda ölən amerikalı hərbçilərin sayı isə 65 nəfər təşkil edib.

 

İranın Xuzistan vilayətinin Dezful və Əndimeşk şəhərlərinin əhalisi arasında qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, iki şəhərin qarşıdurmasına səbəb Dezful şəhərinə giriş ilə bağlı lövhənin Əndimeşk şəhəri tərəfdən yerləşdirilməsidir.

Tərəflər arasında baş vermiş ciddi zorakılıqla müşahidə edilən qarşıdurmalar nəticəsində çoxlu sayda insan yaralanıb və avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə İran Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ezam edilib. Qarşıdurmalar zamanı polis maşınlarının da yandırıldığı qeyd edilir.

Qeyd edək ki, iki şəhərin sakinləri arasında qeyd edilən məsələ ilə bağlı ziddiyyət son bir neçə ay ərzində yaranəb və bundan öncə bir dəfə də tərəflər arasında qarşıdurma yaşanıb.

Mənim təbiətim belədir. Ağır danışıram, soyadım kimi iş görürəm.

Axar.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul bələdiyyəsinə namizədi Binəli Yıldırım Türkiyədə televiziyalardan birində qonaq olarkən deyib. O öz istəyi ilə bələdiyyə sədrliyinə namizəd olduğunu bildirib:

“Heç kim heç bir şərt altında mənə istəmədiyim bir işi gördürməyib. İstanbul bələdiyyə sədrliyinə namizəd olmağa özüm qərar vermişəm və çox istəkliyəm”.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Macarıstan Türk Axını boru xətti vasitəsilə 2021-ci ilin ikinci yarısından etibarən təbii qaz almağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri “Rossiya 24” televiziyasına açıqlamasında Macarıstanın Xarici İşlər naziri Peter Siyarto deyib.

“Nə qədər çox boru xətti olsa, bir o qədər yaxşıdır. Yeni marşrutlar bizim üçün çox önəmlidir. Buna görə də bolqar və serb həmkarlarımızla əməkdaşlıq edirik. İş təqvimini təsdiqləmək üçün dəfələrlə görüşmüşük. Təxminən 2021-ci ilin ikinci yarısından yeni xətt üzərindən qaz almaq şansımız var”, - deyə Siyarto bildirib.

Qeyd edək ki, Türk Axını təbii qaz boru xətlərindən birinin Türkiyəni, ikincisinin isə cənub və cənub-şərqi Avropa ölkələrini qazla təchiz etməsi nəzərdə tutulur.

Türkiyənin Amasya şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanasının məlumatında deyilir.

Zəlzələ yerli vaxtla 20:41-də, Doluca-Gümüşhacıköy ərazində, 5 km dərinlikdə meydana gəlib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

İran Silahlı Qüvvələri Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatda iştirak etməyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəsinə istinadən yayıb.

“Bazar ertəsi səhər Türkiyə PKK-ya qarşı hərbi əməliyyata başlayıb. Burada İran ordusu iştirak etməyib”, – deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK-ya qarşı birgə antiterror əməliyyatları keçirəcəyini açıqlamışdı. İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari isə Soylunun bu sözlərini təsdiqləmişdi.

Gürcüstanda NATO-nun komanda-qərargah təliminə start verilib.

Axar.az xəbər verir ki, təlim martın 29-na qədər davam edəcək. Təlimə təxminən 24 NATO ölkəsi və bloka tərəfdaş dövlətlərdən 350 hərbçi qatılacaq. Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimə Gürcüstan rəhbərlik edir.

Qeyd edək ki, Gürcüstanda bu tipli tədbir ikinci dəfədir keçirilir. 3 il bundan əvvəlki təlimə 14 ölkə qoşulmuşdu.

İraq ordusu ilə PKK döyüşçülərinin toqquşması nəticəsində iki iraqlı hərbçi həlak olub.

Axar.az xəbər verir ki, tərəflər arasında konflikt İraqla Suriya sərhədində yerləşən Snuni şəhərində baş verib. Toqquşma nəticəsində həmçinin PKK tərəfindən 2 döyüşçü zərərsizləşdirilib, 3 silahlı isə yaralanıb.

“Rudav” televiziyası isə ölənlərin hamısının PKK-nın tərkibində yer alan Sincarı Mühafizə Dəstəsinin üzvləri olduğunu bildirib.

Pakistan və Hindistan arasında artan gərginlikdən sonra hər iki ölkə raketləri hazır vəziyyətə gətirib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Qəzetin yazdığına görə, raketlərin hazır vəziyyətə gətirilməsindən sonra gərginlik pik həddə çatıb:

“Hətta bir Pakistan rəsmisi Hindistanı “Əgər bir raket atsanız, biz üçünü atacağıq” deyə təhdid edib”.

Xəbər lenti