![]() |
|
Venesuelanın Lara ştatının Barkisimeto administrativ mərkəzində Maduro tərəfdarları ilə müxalif qruplar arasında qarşıdurma yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə “El Nasional” məlumat yayıb.
Qarşıdurma mərkəzi xəstəxanada, BMT-nin İnsan Haqları üzrə komissiyasının üzvlərini gözləyən zaman baş verib.
Digər bir məlumata görə, olayda hökumətin silahlı qrupu sayılan “Kollektivos” iştirak edib.
Ərazidə yaranan iğtişaşın qarşısını almaq üçün Milli Qvardiya qüvvələrinin də hərəkətə keçdiyi deyilib.
Moskvanın “Şeremetyevo” aeroportundan havaya qalxan “Boinq 737-800” sərnişin təyyarəsi qanadında nasazlığın yaranması səbəbindən Soçi Beynəlxalq Hava Limanına eniş edib.
Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
“Eniş etdikdən sonra təyyarənin qanad mexanizmində problemin olduğu aşkara çıxıb. Təyyarədə 106 sərnişin olub. Beynəlxalq aeroportun operativ xidməti tam hazır vəziyyətə gətirilib və təyyarəyə baxış keçiriblər. Eniş uğurlu alınıb”, - deyə məlumatda bildirilib.
Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında uzunluğu 27 kilometr, eni 2,5 metr olan tunellər tapılıb.
Axar.az xəbər verir ki, rəsmilər sözügedən tunellərin müxalif qüvvələrə məxsus olduğunu bildirib.
Məlumata görə, artıq ərazidəki digər tunellər də aşkar edilib. Sözügedən tunellərə görə ərazidəki binaların aşma təhlükəsinin olduğu vurğulanıb.
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən “Əl Nur” məscidində törədilən teraktdan sonra şəhərə Baş nazir Jakinda Ardern gəlib.
Axar.az xəbər verir ki, o, şəhərdə miqrant mərkəzlərindən birini ziyarət edərək, burada müsəlmanlarla görüşüb. Görüş zamanı Ardern hicab taxıb.
Ardernlə bərabər teraktın törədildiyi “Əl Nur” məscidi qarşısına minlərlə şəhər sakini axın edib. Onlar məscidin qarşısına müxtəlif çiçəklər düzüblər.
İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.
İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.
Hücuma məruz qalanlar arasında 27 yaşlı bir gəncin yaralandığı bildirilib. Polis hadisədən dərhal sonra axtarışa başlayıb.
Qeyd edək ki, ötən gün Yeni Zelandiyada iki məscidə silahlı hücum edən şəxs 49 nəfəri qətlə yetirib, 48 nəfər yaralanıb.
ABŞ və Kanadanın sanksiyalarına praktiki cavab veriləcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Bəyanatda Şimali Amerika ölkələrinin bu qərarlarında gözlənilməz və təəccüblü heç bir şeyin olmadığı deyilib:
“Sanksiyaların əsas məqsədi Moskvaya təzyiq göstərməkdir. Lakin onların istədiyi nəticə hasil olmur. Onlar inanclarının əsiri olaraq bir az da basqı etməklə Rusiyanı əmrlərinə tabe edəcəklərini düşünürlər. Amma belə olmayacaq”.
Qeyd edək ki, ABŞ və Kanada Ukraynadakı vəziyyət və Kerç boğazındakı olaylar səbəbindən ötən gün Rusiyaya qarşı növbəti sanksiya tətbiq ediblər.
20:53
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov martın 18-də Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.
***
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun qrafikində fors-major halın yaranması səbəbindən nazirlər arasındakı danışıqlar daha sonrakı tarixə təxirə salınıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Qeyd edək ki, bundan öncə M.Çavuşoğlunun Yeni Zelandiyada məscidlərdəki teraktla bağlı bu ölkəyə səfər edəcəyi açıqlanmışdı.
Ukraynanı indiyə qədər 10 milyondan çox insan tərk edib.
Axar.az xəbər verir ki, bunu “Nyusvan” televiziyasına açıqlamasında ukraynalı deputat Nestor Şufriç deyib. O, hazırda Ukrayna əhalisinin 28-29 milyon nəfər təşkil etdiyini bildirib.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, Ukrayna əhalisi 2001-ci ildə 48 milyon nəfər olub. 2017-ci ildə əhali sayı 42 milyon nəfərə qədər azalıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə Natalia Tamirisa təyin edilib.
Bunu Report-a fondun Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
O deyib ki, Natalia Tamirisa BVF-nın Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb: "Təyinatı barədə Azərbaycan tərəfi xəbərdar edilmişdi”.
A.Qədirli yeni rəhbərin rəsmi təqdimatının tarixini açıqlamayıb.
Qeyd edək ki, nümayəndəliyin əvəvlki rəhbəri Məhəmməd əl Qorçu həmin vəzifədə 2015-ci il noyabrın 10-dan çalışıb.
Bakı ofisinin rəhbəri həmçinin N.Tamirisanın fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin müşaviri olduğunu diqqətə çatdırıb: “Yaxın Şərq və Mərkəzi Asiya Departamentində bir neçə il ərzində regional tədqiqatlar şöbəsinin başçısı işlədiyinə görə Qafqaz və Mərkəzi Asiya regionlarındakı iqtisadi vəziyyətə yaxından bələd olan Tamirisa BVF-də çalışdığı 20 il ərzində iqtisadi siyasətə dair bir çox mövzunu, o cümlədən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı icmalları, erkən xəbərdarlıq çalışmalarını işləyib. Həmçinin Çex Respublikası, Avrozona, Malayziya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistanda çalışmış N.Tamirisanın elmi məqalələri beynəlxalq kapital axınları, makroiqtisadi proqnoz kimi mövzuları əhatə edir. Havayi Universitetində iqtisadi elmlər namizədi elmi dərəcəsi əldə edib”.
1992-ci il sentyabrın 18-dən BVF üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.
Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO üçün milli təhlükəsizlik problemi təşkil edir, çünki F-35 qırıcılarının Rusiya sistemlərinin yanında yerləşdirilməsi mümkün deyil.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” ABŞ rəsmilərinə istinadla informasiya yayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, Türkiyənin S-400 almasına kommersiya xarakterli qərar deyil, milli təhlükəsizlik məsələsi kimi baxılmalıdır.
“Türkiyənin NATO və ikitərəfli əlaqələrdə iştirakının dəyişməz və maneəsiz olacağına zəmanət üçün müxtəlif variantlar üzərində işləyirik”, - yazıda bildirilib.