![]() |
|
Çinin Hərbi Dəniz Qüvvələrinə aid qırıcı təyyarə Haynan əyalətində qəzaya düşüb.
Axar.az xəbər verir ki, qəza nəticəsində təyyarənin hər iki pilotu həlak olub.
Faktla bağlı araşdırma başladılıb.
Türkiyə ilə Qətər arasında “Altay” tanklarının satışı ilə bağlı müqavilə imzalanıb.
Axar.az xəbər verir ki, müqaviləyə əsasən Qətər Türkiyəyə 100 ədəd tank sifarişi verib.
Məlumata görə, ilk mərhələdə Qətərə 40 ədəd tank təhvil veriləcək.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində erməni hərbçisi ölüb.
Axar.az xəbər verir ki, onun martın 12-də saat 06:50-də hələlik müəyyən edilməyən şəraitdə, odlu silahdan açılan atəş zamanı aldığı ölümcül yaradan öldüyü bildirilib.
Ölən hərbçinin 2000-ci il təvəllüdlü Karen Karapetyan olduğu açıqlanıb.
Türkiyənin Van şəhərindən Prezident Rəcəb Tayyib Ərdoğanın Hakkaridə keçiriləcək mitinqinə gedən polisləri daşıyan mikroavtobus sərnişin avtobusu ilə toqquşub.
Axar.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 6-sı polis olmaqla 15 nəfər yaralanıb.
Yaralılar Vanda yerləşən xəstəxanalara çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, sərnişin avtobusunda olan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Əfqanıstand a güc strukturu əməkdaşları son sutka ərzində 60-dan çox “Taliban” döyüşçüsünü zərərsizləşdiriblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət qoşunu, eyni zamanda talib liderlərindən birini yaralaya bilib.
Xüsusi əməliyyat Əfqanıstanın beş əyalətində keçirilib.
Güc strukturu əməkdaşları və dinc sakinlər arasında ölənlərin olması ilə bağlı məlumat verilmir.
Efiopiya hava yollarına məxsus təyyarənin qəzaya düşməsi nəticəsində azı 12 BMT əməkdaşı ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi təşkilatdakı mənbəsinə istinadən məlumat yayıb.
Daha əvvəl sərnişinlərdən birinin BMT pasportuna sahib olduğu açıqlanmışdı.
Xatırladaq ki, sərnişin təyyarəsi radardan itərək uçuşdan 6 dəqiqə sonra qəzaya düşüb. Göyərtəsindəki 157 nəfərin hamısı ölüb.
Rumıniyada artıq 166 nəfər qripdən dünyasını dəyişib.
Axar.az xəbər verir ki, sonuncu dəfə Buxarestdə 69 yaşlı kişi A tipli qripdən ölüb. Bu barədə Rumıniya Epidemiyalara Nəzarət Mərkəzi məlumat yayıb. Vəfat edən adam qripdən peyvənd olunmayıb.
Qeyd edək ki, yanvarın sonunda Rumıniya Səhiyyə naziri Sorina Pintea ölkədə qrip epidemiyasının olduğu barədə məlumat vermişdi.
Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.
Axar.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "Qatar Eyrveys”” aviaşirkətinin yerli vaxtla saat 21:10-da "QR 353” saylı Dohadan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Qatar Eyrveys” aviaşirkətinin yerli vaxtla saat 22:10-da Bakıdan Dohaya olan "QR 354” saylı uçuşu da ləğv edilib. Aviareyslər "Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Əfqanıstanda prezidentliyinə namizədlərdən olan Əfqanıstan Milli Konqres Partiyasının lideri Əbdül Lətif Pedram Kabildəki partlayış nəticəsində xəsarət alıb.
Axar.az xəbər verir ki, bu məlumatı 1TV yayıb.
Partlayış Kabilin qərbində mücahidlərin lideri Əbdül Əli Məzarinin ildönümünə həsr edilən tədbirdə baş verib.
Şəhərdə eyni anda 10 partlayışın baş verdiyi də qeyd edilib.
2018-ci ildə dünyada 30 milyon dollardan çox sərvəti olan şəxslərin (multi-milyoner) sayı ən yüksək templə Rusiyada artıb.
Axar.az xəbər verir ki, bu məlumat “Knight Frank” konsaltinq şirkətinin hazırladığı “The Wealth Reрort 2019” hesabatında yer alıb. Hesabata əsasən, Rusiyada bu tip milyonçuların sayı 1500-ə qədər yüksəlib. Bu isə keçən ilki göstəricidən 7% çoxdur.
Hesabatda həmçinin Rusiyanın milyarderlərin sayına görə dünyada 5-ci yerdə qərarlaşdığı bildirilib. Şirkətin analitikləri Rusiyanın bu mövqeyi yaxın 5 il ərzində qoruyub saxlayacağını bəyan ediblər.
Hesabatda ümumilikdə dünyada 30 milyon dollardan çox sərvəti olan şəxslərin 198.342 nəfər təşkil etdiyi vurğulanıb. Bu siyahıda ilk yeri ABŞ, ondan sonrakı yeri isə Yaponiya və Almaniya tutub.