Ermənistanla Azərbaycan arasında sülhə hazırlıqla bağlı bəyanatlar xarici təsirlə yox, danışıqların nəticəsi olaraq verilir.

Axar.az xəbər verir ki, bunu “Rusarminfo” portalına müsahibəsində erməniyönlü rusiyalı politoloq Modest Kolerov deyib.

“Sülhə hazırlıqla bağlı bu bəyanatlar Paşinyan-Əliyev və Mnatsakanyan-Məmmədyarov arasındakı danışıqlar prosesinin dəqiq adıdır. Yəni əgər onlar sülh hazırlamırlarsa, o zaman niyə görüşürlər? Vasitəçilər onları həllə itələyirlərmi? Yox, itələmirlər”, – deyə o bildirib.

O, tərəflər arasında yüksək səviyyədə baş tutan altı görüşün danışıqlarda bənzəri görünməmiş tələskənliyin olmasına şahidlik etdiyini bildirib.

Qeyd edək ki, Kolerovun iddiasına baxmayaraq, Məmmədyarovla Mnatsakanyan arasında Münhen Təhlükəsizlik Konfransında əvvəlcədən vəd olunan görüş baş tutmadı.

Tramp Kimlə görüşmək üçün Vyetnama getdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşmək üçün Vyetnamın paytaxtı Hanoya yola düşüb.

liderlərin ikinci sammiti 27-28 fevral tarixlərinə planlaşdırılır.

Trampla Kim Çenin görüşdən əvvəl birgə nahar edəcəkləri bildirilir.

BMT Təhlükəsizlik Şurasındakı islahatlara ehtiyac ilk növbədə burada inkişafda olan ölkələrin olmaması ucbatından yaranıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“BMT Təhlükəsizlik Şurasındakı reformların gecikməsi faktdır. Hər şeydən öncə bu gecikmə Asiya, Afrika və Latın Amerikası regionlarından olan inkişafda olan ölkələrin olmamasıyla əlaqədardır”, – deyə o bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləriylə bağlı islahatlara qarşı çıxan ölkələr arasında əsas yeri Rusiya və ABŞ tutur.

İranın Suriyada möhkəmlənməsinə mane olmaq üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacağıq.

Ardını oxu...

Türkiyənin İstanbul şəhərinə yağan şiddətli qar səbəbilə məktəblərdə tətil elan edilib.

Axar.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerliqaya sosial şəbəkə hesabında məlumat yayıb.

O, yağıntının davam etməsinə görə sabah dərs olmayacağını bildirib.

Gürcü Arzusu Partiyasından deputat Eka Beseliyadan sonra daha bir neçə nəfər çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə İPN agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb. Partiyadan qovulanlar arasında deputat Otar Çrdileli və digər daha bir neçə deputatın da olduğu vurğulanıb. Onların hamısı partiyadan Beseliyanın müəllifi olduğu hakimlərin təyinatının müvəqqəti dayandırılması haqqında qanun layihəsini dəstəkləməsinə görə qovublar.

Qeyd edək ki, Gürcü Arzusu Partiyasının təsisçilərindən olan Eka Beseliya dünən partiyadan ayrıldığını bildirib. Buna səbəb Beseliyanın 8 deputatla birgə hazırladığı qanun layihəsi olub. Parlamentdəki səsvermə zamanı isə qanun layihəsini ümumilikdə 15 deputat dəstəkləyib.

Dünya nüvə silahlanması ərəfəsindədir, lakin ondan qaçıb, Rusiya ilə münasibətləri yoluna qoymaq olar.

Axar.az xəbər verir ki, bu sözlər Almaniya parlamentinin deputatı Yurgen Trittinin “Frankfurter Rundschau” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Avropa ölkələri yeni silahlanma yarışı təhdidinə düzgün reaksiya vermirlər və bütün hər şeydə Rusiyanı ittiham etməyə cəhd edirlər:

“Təkcə Rusiyanı hədəf olaraq göstərmək heç nəyə yardım etməyəcək. Münhendə Merkelin vəd etdiyi kimi hərbi xərclərin iki dəfə artırılması tezliklə silahlanma yarışına səbəb olacaq”.

O həmçinin ABŞ-ın qlobal razılaşmaları dağıtmağa davam etməsi, dünyanı daha böyük təhlükələrə atdığını bildirib:

“ABŞ-ın hazırkı administrasiyasının fəaliyyətinə Trampın xaotik destruktivliyi və Penslə Boltonun neokonservatik aqressiyası xasdır. Bu, toksik qarışıqdır və o, Avropanın təhlükəsizliyi üçün təhdid kəsb edir.

Avropanın təhlükəsizliyi yalnız Rusiya vasitəsilə mümkündür. NATO təkcə özünün taktiki nüvə silahlarını Avropadan çıxartmamalı, həm də Amerikanın raket hücumundan müdafiə sistemlərindən imtina etməlidirlər. Eyni addımı Rusiya da atmalıdır”.

2018-ci ildə Latviyanın əhalisi 0,98 faiz, yəni 18 min 830 nəfər azalıb.

Azərtac “Worldometers” beynəlxalq təşkilatının açıqladığı rəqəmlərə əsasən bildirir ki, bu göstərici ilə Latviya əhalisi sürətlə azalan birinci ölkədir. Latviya Statistika İdarəsi ölkə əhalisinin azalması faktını qəbul etsə də, bu rəqəmin daha az olduğunu qeyd edib.

Rəsmi məlumata görə, ötən il ölkə əhalisinin sayında 14 min nəfər azalma müşahidə edilib ki, bu da 0,74 faiz deməkdir. Lakin bu rəqəmlər də Latviyanın əhalisinin azalma sürətinə görə dünya ölkələri sırasında birinci olması faktını dəyişmir. Çünki ikinci yerdə olan Bolqarıstanda bu göstərici 0,68 faizə bərabərdir.

Qeyd edək ki, Latviya əhalisinin azalmasının əsas səbəbi başqa ölkələrə köçdür.

"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son addımları Kremli narahat etməyə bilməz.

Ardını oxu...

Politoloq Zaur Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan fərqli olaraq, Rusiya ilə yaxınlaşma siyasətinə üstünlük verdiyini daha qabarıq şəkildə göstərir. ABŞ-ın buna reaksiyası necə olacaq?

- Ermənistan Rusiya ilə hər zaman yaxın olub. Bu gün də Ermənistan dövlətinin atdığı bir çox addımlar Rusiya tərəfindən diktə olunur. ABŞ bunu çox yaxşı başa düşür. Digər məqam ondan ibarətdir ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Qərb çox ehtiyatlı mövqe tutmağı seçmişdi. Fakt budur ki, inqilab nəticəsində hakimiyyətə gələn Paşinyanı Qərb ölkələrinə çağırmırdılar. Paşinyanla Qərb liderləri arasında (Makronu çıxmaq şərti ilə) görüşlər baş tutmayıb. Bunun əksinə, Paşinyan hakimiyyətə gələndən sonra Avropa və ABŞ-ın qapılarını döyərək, dövlət və hökumət başçıları ilə görüşlərdə maraqlı olduğunu göstərdi.

Paşinyan ABŞ-a səfəri zamanı nə dövlət başçısı, nə də Dövlət Departamentinin rəhbərliyi tərəfindən qəbul edildi. Bütün bunlar onu göstərir ki, ABŞ Paşinyanın Qərb ab-havası ilə hakimiyyətə gəlsə və xalqını aldada bilsə də, manevr imkanlarının məhdud olacağını və bu yeni hakimiyyətin də bundan əvvəlki siyasi rejimin kursunu davam etdirəcəyini əvvəlcədən bilirdi.

- Baş nazir Nikol Paşinyan Rusiya ilə strateji tərəfdaşlığın xarici siyasət konsepsiyasının əsasını təşkil etdiyini elan etdi. Yəni Paşinyan Qərbdən tam imtina etdi?

- Rusiya ilə strateji tərəfdaşlığın xarici siyasət konsepsiyasına daxil edilməsi normalı bir haldır. Ermənistanın xarici siyasət konsepsiyasında bu, hər zaman belə olub. Əgər indi Paşinyan Rusiyanı xarici siyasət konsepsiyasında əsas strateji tərəfdaş adlandırmasaydı, o zaman Kremlin bir çox cəza-təzyiqinə məruz qala bilərdi. Ermənistanın xarici və daxili siyasətində manevr imkanları məhduddur. Demək olar ki, yoxdur. Buna görə də Paşinyan Rusiyanın diktəsi altında oturaraq, daxili-xarici siyasəti davam etdirəcək.

- Son zamanlar rəsmi Vaşinqton Gürcüstan və Ermənistanın Rusiya ilə yaxınlaşmaq cəhdləri fonunda regionda siyasətini necə müəyyənləşdirəcək?

- Doğrudur, son zamanlar Gürcüstan və Ermənistan ilə Rusiya arasında hər hansı işbirliyinin olması ilə bağlı mülahizələr irəli sürülür. Gürcüstan və Ermənistan, eləcə də Rusiya siyasiləri arasında keçirilən görüşlərin sayında da artım hiss olunur. Əsas müzakirə mövzusu qaz və Ermənistana gedəcək yüklərin Gürcüstan vasitəsi ilə daşınmasıdır.

Bu gün ABŞ-ın dünyada əsas prioritetləri sırasında Cənubi Qafqaz regionu ilk yerlərdə deyil. Amma İran ətrafında baş verən hadisələr, Ermənistan tərəfindən 83 hərbçinin Suriyaya göndərilməsi Azərbaycanın strateji və tərəfdaş nüfuzunu Qərb ölkələri yanında (ilk olaraq ABŞ) qaldırır. ABŞ-n bizim regionda yerləşən 3 dövlət arasında Azərbaycana verdiyi önəm Gürcüstana verdiyi önəmdən belə çoxdur.

Hər halda Qafqazın 3 dövlətinə də nəzər yetirəndə aydın görünür ki, milli maraqlardan çıxış edən, tam şəkildə müstəqil siyasət yeridən, xalqının və dövlətinin maraqlarını reallaşdıran yeganə ölkə Azərbaycandır. Regionda Ermənistanın və Gürcüstanın apardığı siyasət milli maraqlara cavab verən siyasətdən uzaqdır. Ermənistan Rusiyanın forpostudur. Gürcüstan isə bu gün heç də gözlənilən ümidləri doğrultmadı.

Dəhşətli məqam ondan ibarətdir ki, torpaqlarının işğal olunmasına baxmayaraq, rəsmi Tiflis Ermənistana tranzit yolu açılmasından sonra Cənubi Osetiyanı sərhəd məntəqəsi kimi tanıyacaq. Nəqliyyat dəhlizinin açılması Gürcüstan və Ermənistan xalqlarının da maraqlarına xidmət etmir. Azərbaycan üçün isə bu, o qədər də önəmli məsələ deyil. Faktiki olaraq, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi bundan artıq olmayacaq. Azərbaycanın bölgə dövlətlərindən əsas istəyi isə sadiq və bərabərhüquqlu münasibətlər aparmaları, sülhə nizamlanmış siyasət yürütmələridir.

Xəbər lenti