Dünya soyuq müharibə yox, dövlətlərin rəqabəti dövründə yaşayır.

Axar.az xəbər verir ki, bunu STV televiziyasına müsahibəsində NATO Hərbi Dəniz Qüvvələrinin baş komandanı vitse-admiral Klayv Conston deyib.

“Əgər yenidən soyuq müharibə vəziyyətində olduğumuz qənaətinə gəlsək, bu, çox təhlükəli olardı. Mən düşünürəm ki, biz rəqabət dövründə yaşayırıq. Dövlətlər ərazilər, resurlar və hakimiyyət üçün rəqabət aparırlar. Bu gün baş verənlər hansı dəyərlərdə qalacağımızın müzakirəsidir” – deyə o bildirib.

Onun sözlərinə görə, NATO Qara dəniz regionunda stabilliyin qorunmasında maraqlıdır:

“Biz həmçinin regionda qüvvələr balansının dəstəklənməsində maraqlıyıq. Əminəm biz ruslarla döyüşməyəcəyik. Ümid edirəm, bütün neqativ hadisələr dövrü bizi Rusiya ilə döyüşə məcbur etməyəcək”.

Krımın tanınması problemi Rusiya ilə müzakirə edilib, amma Belarus neytral qalmağa üstünlük verib.

Ardını oxu...

 

Əsəd rejimi kimyəvi silahdan istifadə edib

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ötən il aprelin 7-də Suriyanın Şərqi Quta əyalətinin Duma rayonunda Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı hazırlanan hesabatda bildirilir. Hesabatda şahidlərin ifadələri və əsaslı faktlar yer alıb. Sənəd BMT-nin Təhlükəsizlik Şurasına təqdim olunub. Məsələ ilə bağlı yaxın zamanlarda brifinq keçiriləcəyi bildirilib. 

Xatırladaq ki, ötən il kimyəvi silahla hücum zamanı 78 nəfər dünyasını dəyişmişdi.

 

Rusiya ABŞ-ın dərinliklərindəki hədəfi vurmaq imkanlarına sahib qeyri-nüvə raketlərini inkişaf etdirir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının rəhbəri general Terrens Şonessi danışıb.

Generalın sözlərinə görə, Rusiyanın “Avanqard” tipli raketlərinin ABŞ-a çatması üçün cəmi 15 dəqiqə tələb olunur.

O, həmçinin “Kalibr”lərin çox yüksək dəqiqliklə hədəfi vurduğunu və şimal sərhədləri üçün təhdid olduğunu qeyd edib.

Quba rayonunda bir vətəndaşın qəfəsdə saxladığı qonur ayı ilə bağlı qərar verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xatırladaq ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığını aşkar ediblər.

Abbas Zeynalovun həkim və xoşməramlı səfir olduğu bildirilir. Qeyd edilir ki, Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinidir.

Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.

Bidzina İvanişvilinin Rusiya və Amerika ilə eyni anda əməkdaşlıq oyunu alınmayacaq.

Axar.az xəbər verir ki, bu iddia ilə gürcü politoloq Nodar Xarşiladze çıxış edib.

“Əgər əvvəllər kiminsə ölkəni Bidzinanın idarə etdiyinə və hökumətin yalnız onun arzularının icraçısı olduğuna şübhəsi var idisə, indi bu tezis tam aydındır. Məsələ niyə Zurab Abaşidzenin Qriqori Karasinlə görüşdən öncə İvanişvili ilə görüşməyə cəhd etməsidir. Məncə, İvanişvili Gürcüstan adından iki ziddiyətli vəd verib. Bunlardan biri Boltonun səfəri zamanı amerikalılara İran məsələsində dəstək verəcəyi ilə bağlıdır. İkinci məsələ odur ki, o, Rusiyaya amerikalıların regionda güclənməsinə imkan verməyəcəyini və İran məsələsində bitərəf mövqe tutacağını söyləyib. İndi İvanişvilinin seçim zamanı çatıb. Bidzinanın oyunu artıq alınmayacaq. Ruslar artıq çox qıcıqlanıblar”, – deyə o bildirib.

Qeyd edək ki, Praqaya Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinlə görüşə getməzdən öncə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze gözlənilmədən Bidzina İvanişvili ilə görüşüb. Praqadakı görüşdən sonra Karasin “Kommersant” qəzetinə açıqlama verərək, Abaşidzenin İvanişvilinin diliylə danışdığını bildirib. O, həmçinin Gürcüstanın NATO-ya inteqrasiyadan imtina etməli olduğunu tələb edib.


Fevralın 28-i Avstriyada temperaturun ölçüldüyü son 250 ildə bu ayın ən isti günü kimi tarixə düşüb.

Azərtac xəbər verir ki, bu il fevralın 28-də ölkənin bəzi regionlarında (Cənubi Burqenland və Qərbi Ştiriya) havanın hərarəti 24,2 dərəcəyə çatıb. Bu göstərici 1960-cı il fevralın 29-da Avstriyanın Bruk an der Mur şəhərində qeydə alınmış rekord göstəricini (23,6 dərəcə) geridə qoyub.

Fevralın 28-də ölkədəki 280 meteoroloji stansiyada havanın temperaturunun müsbət 20 dərəcədən yuxarı olduğu qeydə alınıb.


Ben Ladenin oğlunun yerini deyənə 1 milyon veriləcək

ABŞ “Əl-Qaidə” terror təşkilatının rəhbəri Usama ben Ladenin oğlu Həmzə ben Ladenin yerini söyləyənə 1 milyon dollar mükafat verəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun başçısı Maykl Evanoff  bildirib.

Evanoffun sözlərinə görə, ABŞ əvvəlcə Həmzəyə qarşı sanksiya tətbiq etsə də, artıq o, Amerika vətəndaşları üçün ciddi təhlükə riski daşıyır.


Ben Ladenin oğlu harada gizlənir?

ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun rəhbəri Maykl Evanoff axtarışda olan “Əl-Qaidə” terror təşkilatının sabiq rəhbəri Usama ben Ladenin oğlu Həmzə ben Ladenin yeri ilə bağlı versiyalar səsləndirib.

Ardını oxu...


ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo Vyetnamda keçirilən sammitlə bağlı açıqlama veriblər.

Axar.az xəbər verir ki, Tramp qarşılarında bir sıra seçimlər olsa da, hələlik bunların heç birindən istifadə etməməyə qərar verdiklərini bildirib.

“Şimali Koreya ilə bağlı Kim Çen İnlə görüşlərdə son dərəcə konstruktiv danışıqlar aparıldı. Hər hansı bir sənəd imzalamaqla bağlı qərar vermədik, bunun müsbət bir addım olmadığını düşündük. Bəzi seçimlər vardı və bu seçimlərdən heç birini istifadə etmədik. Bəzən masadan uzaqlaşmaq lazım gəlir. Hazırda sanksiyalar hələ də tətbiq edilir. Şimali Koreya sanksiyaların tamamilə aradan qaldırılmasını istədi. İstədiyimiz hər şeyi etmədikləri üçün razılıq əldə edilmədi. İstədiyimiz vəziyyətə gələ biləcəyimizi düşünürəm. Kim Çen mənə söz verdi, nüvə sınaqları keçirməyəcəklərini söylədi”, - Tramp bildirib.

ABŞ Dövlət katibi Mayk Pompeo da Ağ Evin istədiyi nəticəni əldə edə bilmədiyini bildirib:

“Yenə də ümidliyəm, nələr olacağını zaman göstərəcək. İrəliləyişə nail olacağıq. Daha artığını etməkdə qərarlıyıq. Bir az daha yaxşısını edə bilərdik, ancaq birlikdə çalışmaqla bağlı razılaşaraq masadan ayrıldıq”.

Qeyd edək ki, bundan öncə liderlərin görüşünün planlaşdırıldığından daha tez başa çatdığı barədə məlumat yayılıb.

Xəbər lenti