Prezident olduğum dönəmdə Suriyadakı hərbi varlığımızın tək səbəbi İŞİD idi və biz onları məğlub etdik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

Qeyd edək ki, Ağ Evin yaydığı məlumatda ABŞ qoşunlarının Suriyadan çıxacağı deyilir.

İrana sanksiya həmlələri qarşısında Türkiyə və cənab Ərdoğanın mövqeyi qəti və aydın oldu.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, Türkiyə İran üçün önəmli qonşudur:

“ABŞ minlərlə km uzaqdan gəlib region ölkələrinin bir-biriləri ilə necə əlaqələr quracağını diqtə edə bilməz”.

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov rusiyalı jurnalistin sualına kəskin reaksiya verib.

Axar.az xəbər verir ki, Ura.ru portalının müxbirinin “Nə üçün Makqreqorla döyüşə Rusiya bayrağı ilə çıxmadığınız?” sualını Nurməhəmmədov “Mənə axmaq suallar verməyin!” deyə cavablayıb.

“Hər zaman çıxıram. ABŞ-da Dağıstanı, Çeçenistanı, Qafqazı tanımayan hər kəs mənə rus deyir. Yəni onlar üçün bir millətik. Önəmli olan Rusiya xalqının millətimizi etnik qruplara bölməməsidir. Yəni sizin kimilər... (sualı ünvanlayan jurnalist nəzərdə tutulur) Xahiş edirəm, mənə bu kimi mənasız suallar verməyin!”, - deyə idmançı bildirib.

Qərb anlayışı vahid formada artıq mövcud deyil.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksandr Venediktov deyib.

“Ümumi maraqları olan dövlətlərin klubu hesab edilən Qərb anlayışı artıq yoxdur. Bu oyunçuların hər birinin öz unikal prioritetləri ola bilər. Nümunə kimi ABŞ-la Avropanın regional təhlükəsizlik, iqtisadi ziddiyyətlər və ticarət müharibələriylə bağlı mövqelərinin üst-üstə düşməməsini göstərmək olar”, – deyə o bildirib.

Qırğızıstan KTMT baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təyinatını dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib.

O, Zasla görüşdüyünü və onunla bu barədə söhbət apardığını bildirib. Jeenbekov KTMT kimi önəmli təşkilatın baş katibsiz qalmaması gərəkdiyini deyib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının jurnalistlərlə ünsiyyətə necə hazırlaşmasından danışıb.

Axar.az xəbər verir ki, bu barədə Peskov NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük mətbuat konfransına hazırlıqlar gecə gec saatlara təxirə salınır. Buna səbəb isə Putinin daha erkən saatlarda təxirəsalınmaz iclaslarının olmasıdır.

“Heç nəyə baxmayaraq, tədbirlər keçirilir. Müdafiə Nazirliyinin kollegiya iclası və hansısa digər təxirəsalınmaz iclaslar var ki, onlar vaxtında keçirilir. Fasilələrdə və gecə gec saatlarda prezident nazirlər, qurum rəhbərləri, Prezident Administrasiyasının mütəxəssislərinin hazırladığı böyük həcmdə məlumatlarla mütləq şəkildə tanış olur”, - Peskov bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı 20 dekabr 2018-ci ildə keçiriləcək.

Böyük Britaniya Breksitin sərt variantı zamanı gözlənilməz vəziyyətlərə hazır olmaq məqsədilə ordunu yüksək hazırlıq vəziyyətinə gətirəcək.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson danışıb.

Nazirin sözlərin görə, yüksək hazırlıq vəziyyətinə gətirilmiş hərbçilərin sayı 3.500 olacaq.

ABŞ Prezidenti Donald Tramp yanvar ayında İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadiyyat Forumuna qatılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Açıqlamada Trampla yanaşı Maliyyə naziri Stiven Mnuçin, Dövlət katibi Mayk Pompeo və Ticarət naziri Uilbur Rossun da Davosa yollanacağı bildirilib.


Hesab edirik ki, İrəvan özündə cəsarət tapıb ABŞ-ın təzyiqlərinə qarşı dayanacaq.

Axar.az xəbər verir ki, bunu RİA-ya müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin deyib.

“Məsələ Moskvanın Ermənistan parlamentinin ABŞ-a doğru yön alacağından qorxması deyil. Narahatlığa səbəb ilk növbədə dost Ermənistan xalqında var. Vaçinqtonun baş verən radikal dəyişikliklər fonunda bu ölkənin daxili və xarici siyasətinə müdaxiləsi adi hala çevrilir.

Biz artıq ABŞ-ın İrəvandakı əvvəlki səfiri Riçard Milzin bununla bağlı açıq etiraflarına şərh verməli olmuşuq. Bu etiraf onunla fərqlənirdi ki, o, ictimai şəkildə erməni hökumətinə büdcənin formalaşdırılmasıyla bağlı dərs keçirdi və Vaşinqtondan ödəniş alan QHT-ləri hökumət üzərindən gözlərini çəkməməyi tələb edirdi. Con Bolton əslində erməni xalqının tarixi təcrübəsini təhqiramiz formada "tarixi klişe" adlandırdı, həmçinin Ermənistana Amerika silahları almağı və antiiran sanksiyalarına qoşulmağı məsləhət gördü. Əgər Ermənistan-Amerika münasibətlərinin ictimai tərəfi bu cürdürsə, o zaman kulisdə nələrin baş verdiyini yalnız təsəvvür etmək olar", - Karasin bildirib.

O, Ermənistan üçün Ukrayna və Gürcüstanı misal göstərib və Ukraynanın taleyinin faciəvi olduğunu xatırladıb:

"Kiyevin milli maraqlarının əksinə olaraq, onu öz qlobal strategiyasının reallaşdırılmasında itaətkar vasitəyə çevirmək üçün Qərb burada dövlət çevrilişi etdi. Bəs Gürcüstan? Axı məhz NATO üzvlüyü ilə vədlər Mixail Saakaşvilini Cənubi Osetiyada 2008-ci il avqust hərbi avantürasını yaratmağa gətirib çıxardı. Bu onun ölkəsinin ərazi itkisinə səbəb oldu.

Hesab edirik ki, parlament seçkisində lazımi mandat əldə etməyi bacaran Ermənistanın indiki rəhbərliyi özündə cəsarət tapıb, xarici şantaj və təzyiqlərə müqavimət göstərəcək, suveren haqqını müdafiə edərək, milli maraqlara uyğun olaraq müstəqil qərar verəcək”.

ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələr Komandanlığının yaradılması barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Yeni qurumun vəzifə əhatəsinə fəzada ölkənin mənafeyini qorumaq və hərbi əməliyyatlar aparmaq məsələləri daxildir.

Xəbər lenti