|
Yeni formalaşan Kosova ordusunun arxasında ABŞ, Almaniya və Böyük Britaniya dayanır.
Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Bu gün tam aydındır ki, albanlar və onların sponsorları heç vaxt kompromis istəmirlər. Məlum məsələdir ki, ABŞ, Britaniya və Almaniya Kosova ordusu ilə bağlı cərəyan edən proseslərin arxasında dayanır. Biz bu faktdan dolayı narahatıq. Lakin bu bizim üçün xəbər deyil”, - deyə Vuçiç bildirib.
Qeyd edək ki, Kosova ordusu barədə parlament qərarından NATO da ciddi narahatlıq keçirdiyini açıqlamışdı.
Pakistanın Bəlucistan əyalətinin Keç dairəsində terrorçuların mühafizə dəstəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı həlak olub.
Axar.az xəbər verir ki, hücum zamanı 14 əməkdaş yaralanıb.
Qanlı hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Rusiyalı rəsmilər viza sərbəstliyi ilə bağlı konkret təklif ediblər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim bildirib.
Viza ilə bağlı danışıqlarda mühüm məsafə qət etdiklərini deyən Səlim rusiyalı rəsmilərin artıq pozitiv addımlar atmağa başladığını söyləyib.
O qeyd edib ki, rusiyalı rəsmilər Türkiyə vətəndaşlarının Rusiyaya vizasız səfər etmələrinə müsbət yanaşıblar.
Ermənistanda olan sonuncu rusdilli telelayihə - “Nə? Harada? Nə zaman?” bağlanacaq.
Kult.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Təhsil naziri Araik Arutyunyan paylaşıb. O, proqramın yeni sezondan erməni dilində yayımlanacağını bildirib. Arutyunyan hökumətin veriliş üçün 17 milyon dram ayıracağını deyib.
Dövlətin suverenliyi müqəddəsdir və mən bunun itirilməsinə imkan verməyəcəyəm.
Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən hər zaman suverenliyin itirilməsi təhdidini hiss edirəm. Prezidentin işində əsas məsələ ölkənin suverenliyinin təmin edilməsidir. Hazırda dünyada tam müstəqil dövlətlər yoxdur, amma suveren dövlətlər hələ də var. Sizin Jirinovskinin təklif etdiyi kimi bizi vilayətlərə bölüb, Rusiyaya birləşdirmək istəyirlərsə, bu heç vaxt mümkün olmayacaq. Əgər Rusiya rəhbərliyi belə kateqoriyalarla fikirləşirsə, bu, Rusiyanın ziyanınadır” – deyə o bildirib.
Lukaşenko Rusiya neft sənayesindəki vergi manevri məsələsinə də toxunub və bunun Belarusun müstəqilliyinə təhdid olduğunu deyib. Onun sözlərinə görə, Rusiya hazırda Belarusu tərkibinə qəbul etmək gücündə deyil:
“Rusiya Belarusu vilayətlərlə və ya ümumilikdə tərkibinə qəbul etməyə hazırdımı? Siz nəticələr barədə düşünün. Siz buna hazırsınızmı? Buna sizin və bizim ölkədə, eləcə də dünyada necə baxılacaq? Bəlkə də nə zamansa biz buna da gəlib çıxacağıq, amma buna heç bir problem yaratmadan getmək lazımdır. Əks təqdirdə bizə deyəcəklər ki, siz neftə görə ölkəni satdınız”.
Avropa Birliyi ölkələrinin liderləri Brüssel sammitində Avrozonanın maliyyə böhranlarından qorunması üçün reformlar paketini razılaşdırıblar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının Prezidenti Donald Tusk deyib. Onun sözlərinə görə, tərəflərin bankların maliyyə sağlamlaşdırılması proseduru zamanı onların sığortalanması üçün birgə mexanizm yaradılması barədə razılaşıblar. Üstəlik, AB liderləri Avropa Stabilləşmə Mexanizminə (ESM) maliyyə böhranlarının qarşısının alınması və idarə edilməsi üçün geniş səlahiyyətlər veriblər.
Bundan sonra ESM ölkələrə krediti onların defolt təhdidiylə üz-üzə qaldığı zaman yox, daha tez veriləcək.
Almaniya kansleri Angela Merkel isə bank reformları ilə yanaşı liderlərin Avrozona büdcəsinin yaradılması təşəbbüsüylə də çıxış etdiyini bildirib:
“Bu, AB büdcəsinin bir hissəsi olacaq və Avrozona üçün gərəklidir. Belə bir büdcənin hədəfi rəqabət qabiliyyətini gücləndirmək və Avrozona ölkələrinin inteqrasiyasını artırmaq olacaq”.
"Sarı jiletlilər" hərəkatı İsrailə sıçrayıb.
Axar.az xəbər verir ki, etirazçılar ölkədəki qiymət artımına qarşı hərəkata başlayıb.
Fransadakı etirazların rəmzi sayılan "sarı jilet" geyən bir qrup ərzaq sektoru ilə yanaşı, digər sahələrdəki bahalaşmaya etirazlarını bildiriblər. 300 nəfərdən ibarət bir qrup paytaxt Təl-Əviv küçələrini gəzərək şüarlar səsləndiriblər.
Polislə qarşıdurma yaşanıb, 10 etirazçı saxlanılıb.
Qeyd edək ki, "Sarı jiletlilər" hərəkatı Fransada başlayıb. Daha sonra Belçikada da anoloji etiraz aksiyası keçirilib.
ABŞ-la Almaniya arasında S-400-ə alternativ raket əleyhinə sistem yaradılması üçün gizli görüş keçirilib.
Axar.az xəbər verir ki, "Defens Nyus"un yaydığı məlumata əsasən, yeni sistem Almaniyanın TLVS adlı raket əleyhinə müdafiə sistemi əsasında yaradılacaq. Böyük miqdarda ABŞ-ın PAC-3 sistemindəki texnologiyalardan istifadə ediləcək.
Məlumata görə, ABŞ avropalı müttəfiqlərini qorumaq üçün yeni sistem istehsal edilənə qədər Almaniyaya PAC-3 kompleksləri sata biləcək.
Ermənistanın yeni hakimiyyətinin ciddi problemləri həll etmək üçün təcrübəsi çatışmır.
Trend-in məlumatına görə, bunu buraxılmış parlamentin Respublika Partiyasından olan deputatı Xosrov Arutyunyan deyib.
O bildirib ki, daxili və xarici siyasətdə mürəkkəb problemlərin həlli üçün təkcə ixtisaslaşmış deyil, həm də təcrübəli parlament lazımdır:
"Söhbət ondan gedir ki, yeni parlamentin peşəkarlığı yoxdur. Hansısa sahədə biliklərə malik olmaq kifayət deyil, mürəkkəb vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq üçün təcrübə də lazımdır. Bu təcrübə isə xüsusilə hakim qüvvədə çatışmır ki, bu da ikiqat təlaşlandırır".
X.Arutyunyan qeyd edib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsinə cəhdləri əslində erməni tərəfinin danışıqlar prosesini dondurması ilə nəticələnir: "Bütün bunlar təcrübəsizlikdən yaranır".
Sabiq deputat rəsmi Yerevanın qondarma rejimin hərbi rəhbərliyi ilə münasibətlərinin gərginləşməsini son dərəcə arzuolunmaz adlandırıb. O, qondarma rejimin hərbi rəhbərliyinin Ermənistan üçün əhəmiyyətli faktor olduğunu da bildirib.
Bakıya da satdığımız “Polonez”ləri İrəvana təklif etdik, lakin Ermənistan bundan imtina elədi.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bəli, mənim üçün azərbaycanlılar yad deyil, ancaq biz sizinlə həmişə birlikdə olmuşuq və buna görə də bizi Azərbaycanla silah ticarəti apardığımıza görə günahlandırmaq lazım deyil. Bizi raket komplekslərinə görə tənqid edirlər. Odur ki, siz də bilin: Biz “Polonez” komplekslərini əldə edəndə, silahlanmaya qəbul edəndə həm erməniləri, həm azərbaycanlıları, həm də rusları sınaqlara dəvət etdik. Sınaqlar zamanı Azərbaycan tərəfi bu silahın yüksək dəqiqliyindən əmin oldu və almaq istədi. Biz isə buna qədər Çindən aldığımız krediti qaytarmalıydıq. Bu zaman dedim: “Yaxşı, mən sizə bu kompleksləri satıram”. Ermənilərə də “Analoji kompleksi sizə də satmağa hazıram” dedim. Ermənilər Rusiya istehsalı “İsgəndər”ləri olduğunu deyib, imtina etdilər”, - Lukaşenko xatırladıb.
Lukaşenko həmçinin Belarusun Azərbaycan üçün silah tədarükünün həcmi baxımından 4-5-ci yerdə olduğunu, Bakı ilə silah ticarətində birinci yeri Moskvanın tutduğunu bildirib.