Qaşıqçının öldürülməsi ilə ən böyük zərbə Səudiyyə Ərəbistan timsalında vəliəhd Məhəmməd bin Salmana vuruldu.

Ardını oxu...

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hadisə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyat zamanı baş verib.

Qəza Kauka bölgəsində qeydə alınıb, nəticədə 4 nəfər həlak olub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

2018.10.20 - 14:42

Əfqanıstanda parlament seçkisi sabaha qədər uzadılıb.

Ardını oxu...

Vaşinqton orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən geri çəkiləcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp belə bir qərar verməsinə səbəb kimi Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsini göstərib.

Qeyd edək ki, sözügedən müqavilə 1987-ci ildə Sovet İttifaqı ilə ABŞ arasında imzalanıb.

Tanınmış azərbaycanlı müğənni Elnur Məmmədov fanatı olduğu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan hədiyyə alıb.

Ardını oxu...

Makedoniya parlamenti ölkənin NATO və Avropa Birliyinə üzv olması üçün dövlətin adını dəyişdirməyə dəstək verib.

Axar.az xəbər verir ki, parlamentin 120 deputatından 80-i adın dəyişdirilməsinin lehinə səs verib. 39 nəfər isə buna qarşı çıxıb.

Qeyd edək ki, sənəd təsdiqlənməsi üçün bundan sonra Prezident Georgi İvanova göndəriləcək. Prezident isə bunu imzalamayacağını artıq rəsmən bəyan edib. O, vədinə sadiq qalacağı təqdirdə sənəd yenidən parlamentə müzakirə üçün göndəriləcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Yuri Xaçaturov başqası ilə əvəzlənəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan çıxış edib.

O qeyd edib ki, ya KTMT baş katibinin namizədliyini irəli sürən ölkə yeni namizədi təklif etməli, yaxud da təşkilata sədrlik əlifba sırası ilə başqasına keçəcək.

Ermənistan siyasi böhran vəziyyətindədir.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı jurnalist Ves Martinin “Nəşnl İnterest” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Con Boltonun Ermənistana səfəri zamanı onu heç də asan situasiya gözləmir.

O, Nikol Paşinyanın ölkədəki hüquq-mühafizə orqanlarından öz siyasi rəqibləri ilə hesablaşmaq üçün istifadə etdiyini bildirib:

“Paşinyanın ilk hədəfi eks-prezident Robert Köçəryan oldu. Paşinyan həmçinin erməni KİV-lərindən, xüsusi-xidmət və hüquq-mühafizə orqanlarından da yararlanmağa çalışır. Qorxulu olan onun təkcə Köçəryana təzyiqi deyil, həm də dekabr seçkisində populyarlığından istifadə edərək, qalib gələcəyi və bundan sonra onun öz kampaniyasını sonuncu rəqibi məhv olana qədər davam etdirəcəyidir. Əgər böyük güclər onu çərçivələr daxilində qalmağa məcbur etməsələr, o öz düşmənlərini məhv etməyi dayandırmayacaq. Paşinyan Ermənistanda demokratiyanı məhv etməklə bərabər Qafqaz regionunu da böyük destabilizasiyaya itələyəcək. ABŞ və AB Paşinyanın sözlərinə əvvəlki kimi inanmağa davam etsə, çox şey itirə bilər. Qərbin hərəkət etmək vaxtı çatıb”.

ABŞ Dövlət katibi Mayk Pompeo Ukrayna Pravoslav Kilsəsinə avtokefaliyanın verilməsini dəstəkləyib.

Ardını oxu...

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin keçmiş müşaviri İkramcan İlmiyanov Moskvadan Bişkekə ekstradisiya olunub.

Ardını oxu...

Xəbər lenti