![]() |
|
ABŞ-ın Suriyadan geri çəkilmə qərarı hərbi manevrdir.
Axar.az xəbər verir ki, bunu iraqlı hərbi ekspert Əhməd Şərifi bildirib.
Şərifi bölgədəki əsgərlərin İraqdakı bazalara göndəriləcəyini deyib:
"Amerikalılar artıq Ərbildə bazasını genişləndirməyə başlayıb. Əsgərlərin bəziləri Bağdad və İraq-Suriya sərhədləri arasındakı Eyn əl-Əsəd bazasına göndəriləcək. Bu əməliyyatın hüquqi əsasları Bağdadla Vaşinqton arasındakı əməkdaşlıq müqaviləsidir və Vaşinqton da Birləşmiş Millətlər Təşkilatının İŞİD əleyhinə fəaliyyət göstərmək səlahiyyətinə malikdir".
ABŞ-ın Suriyadakı qoşunlarını geri çəkəcəyinə inanmıram.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"ABŞ-ın Suriyadakı iştirakı Vaşinqtonun maraqları üçün vacibdir. Geri çəkilsə, ABŞ-ın xarici siyasəti Rusiyadakı imicini gücləndirəcək, çünki bu, ciddi bir addımdır. Ancaq hələ konkret nəsə baş verməyib. Hər hansı kanalda və ya Yutubda ABŞ-ın son hərbi maşınının Suriyanı tərk etməsini görsəm, buna inanıb-inanmayacağımı düşünəcəm", - Ryabkov deyib.
Gürcüstan Beynəlxalq Universiteti (GBU) Azərbaycan vətəndaşlarına saxta diplomların verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Report-un xəbərinə görə, özəl ali məktəbin rektoru Kaxaber Kordzaia “Rustavi 2” televiziya kanalının bu mövzuya aid yayımladığı sujetlə bağlı açıqlama verib.
O bildirib ki, süjetdə saxta diplomun verildiyi iddia olunan Azərbaycan vətəndaşı Mircəlal Zeynalov universitetə qəbul olunub və üç il orada təhsil alıb: “Diplomun verilməsinə qədər o, soyadının dəyişdirildiyi barədə Azərbaycanın müvafiq dövlət qurumlarından sənəd təqdim edib. Bundan sonra dəyişdirilmiş soyad universitetin, eyni zamanda Təhsil və Elm Nazirliyinin reyestrinə daxil edilib, diplom yeni soyadla təqdim olunub”.
Qeyd edək ki, GBU 1995-ci ildə yaradılıb. Universitet biznes, sosial elmlər, hüquq, tibb və şərabçılıq üzrə bakalavr, magistr və doktorantura üzrə təhsil proqramları təklif edir.
Ali təhsil müəssisəsi iki Gürcüstan və iki Azərbaycan vətəndaşına məxsusdur. Onlardan hər biri səhmlərin 25%-nə sahibdir.
Zalım və terrorçu İsrail dövlətinin baş naziridir.
Axar.az xəbər verir ki, bunu Şimali Kipr parlamentinin spiker müavini Zorlu Törə İsrail Baş naziri Netanyahunun Türkiyə və türk ordusu barədə dediklərini şərh edərkən bildirib.
"Suriya və Fələstin torpaqlarının bir hissəsini işğal altında saxlayan İsrail dövləti Qüdsdə də ABŞ-ın dəstəyi ilə mövcuddur. İndi də ABŞ-ın dəstəyi ilə Cənubi Kiprdə Türkiyəyə qarşı cəbhə yaradır", - Törə qeyd edib.
Qeyd edək ki, Netanyahu Tvitter hesabında Türkiyəni Şimali Kipri işğal etməkdə və kürd kəndlərində qırğın törətməkdə ittiham etmişdi.
Gürcüstan Prezidenti Salome Zurabişvili müşavirləri və komandasının bəzi üzvlərini təqdim edib.
Report-un verdiyi xəbərə görə, Prezident Administrasiyasının rəhbəri Laşa Jvania təyin olub.
Administrasiyanın rəhbər müavini Ketevan Maxaraşvili olacaq. O həmçinin Gürcüstan Prezidentinin milli azlıqlar və gender bərabərliyi ilə bağlı fəaliyyətini də koordinasiya edəcək. K.Maxaraşvili müvəqqəti olaraq mətbuat katibi vəzifəsini də icra edəcək.
Prezidentin parlament üzrə katibi Dmitri Qabunia, məhdud imkanlı şəxslərin işi üzrə müşaviri Simon Petridis, diaspor və vətəndaşlıq üzrə müşaviri Natia Sulava təyin olunub.
Dövlət başçısı həmçinin hərbi məsələlər, ictimaiyyətlə əlaqələr, mədəniyyət, təhsil və elm sahələri üzrə də müşavirlərini təqdim edib.
Qeyd edək ki, K.Maxaraşvili bu vaxta qədər Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin direktoru olub.
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.
Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
Vaşinqton, tezliklə, Ermənistana Qarabağ məsələsində güzəşt etməsi üçün təzyiqlər edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın “Ay Data” ofisinin rəhbəri və Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan deyib. Onun sözlərinə görə, Ermənistandakı daxili proseslər Azərbaycanın danışıqlar prosesinə yanaşmasında müəyyən dəyişikliklərə gətirib çıxarıb:
“Ermənistan artıq Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların reallaşdırılmasından danışmır. Ona görə ki, baş nazir Azərbaycan prezidenti ilə atəşkəs rejiminin pozulmasının azaldılması barədə razılaşıb.
Tezliklə, Ermənistana Qarabağın həlliylə bağlı xüsusilə ABŞ-dan təzyiqlər başlayacaq. İrəvandan Qarabağ məsələsində güzəşt tələb ediləcək. Bu o demək deyil ki, Ermənistan təzyiqlər qarşısında geri çəkiləcək. Vyana və Sankt-Peterburq razılaşmaları reallaşdırılmadan Qarabağın birbaşa həlli Ermənistan üçün təhlükəlidir”.
Gələn il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha əlverişli ab-havanın yaradılacağına dair ehtiyatlı nikbinlik duyuram.
Report xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında gələn il münaqişənin həlli perspektivləri ilə bağlı danışarkən deyib.
Səfir xatırladıb ki, bunun üçün əsaslar bu il də - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi ilə qoyulub.
"Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bununla bağlı qiymətləndirməsini eşitmişəm və bilirəm ki, yanvar ayına növbəti görüş planlaşdırılıb. Rusiya bu tendensiyanı alqışlayır və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, bu cür görüşləri dəstəkləməyə davam edəcək", - M.Boçarnikov söyləyib.
İranın keçmiş məhkəmə sədri Mahmud Haşimi Şahrudinin səhhəti pisləşib.
Axar.az xəbər verir ki, bu barədə İran rəsmi xəbər agentlikləri məlumat yayıb. Şahrudinin hazırda koma vəziyyətində olduğu bildirilib.
70 yaşı olan Haşimi Şahrudi 1 ildir səhhətində yaranan problerlə mübarizə aparır. Keçən il Almaniyada müalicə üçün xəstəxanaların birinə yerləşən Şahrudinin müalicəsi insan hüquqları müdafiəçilərinin etirazından sonra yarımçıq qalıb və o, İrana aparılıb.
Qeyd edək ki, Şahrudi İraqın Nəcəf şəhərində anadan olub. Hazırda “Məclisi Xubrəqan”ın (Seçilmişlər məclisi) üzvüdür. Bundan əvvəl məhkəmə sistemimin başçısı olub.
O, minlərlə insana edam hörmü çıxarması ilə məşhurdur. Onun dövründə bir çox islahatçı qəzetlər Şahrudinin göstərişi ilə bağlanılıb. Mirhüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarlarına qarşı təzyiqlər göstərilib.
O, Xameneidən sonra İranın Ali dini rəhbərliyinə ən şanslı namizədlərdən biri sayılırdı.