Yol polisi "Ölkəmizi tanıyaq" layihəsinə belə dəstək olur - VİDEO
Məktəblilər yollarda təhlükəsiz şəkildə daşınır

Bir neçə ildir davamlı olaraq həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi bu il də davam etdirilir. Xaçmaz, Xızı, Şabran zonasında 5 avtobusdan ibarət karvan yola çıxıb. İçərisində məktəblilər olan karvanı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları müşayət edib.
Qeyd edək ki, yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir zamanı müxtəlif rayonlardan olan hərəsində 45 şagird olan avtobuslar rayonlara gedir və orda şagirdlər həmin rayonla tanış olurlar. Əvvəlcədən yol polisinə müraciət əsasında YPX əməkdaşları sürücüləri tibbi müayinədən keçirir, sənədlərini yoxlayır və daha sonra hər avtobusa iki patrul avtomobili olmaqla müşayət olunur.

Yol-xeber.az videonu təqdim edir:

 

Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz — Sürücülərin DİQQƏTİNƏ! - VİDEO
Təxminən 10 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100-dən çox vaxt keçməsinə baxmayaraq hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik.
Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bəlkə də, elə sürücülər də var ki, avtomobildə belə bir funksiyanın olmasından xəbərsizdir. "Vəsiqə var, maşın da həmçinin, çıxdın yola, sür" kimi düşüncəyə sahib sükən döndərənlər də fikayət qədərdir. Dönmə işığından istifadə ilə manevr etmək hərəkətin təhlükəsizliyi üçün vacib olan amillərdən hesab edilir.

Elməddin Muradlı Ekspert: "Bu əlifbadı. Əgər biz əlifbaya bu cür yanaşırıqsa, deməli, digər qaydalarda da bizim üzləşdiyimiz problemlər də çoxdur. Qaydalar belədir ki, biz hətta zolağı dəyişəndə də, sağa-sola dönəndə də, hərəkətə başlayanda da, dayananda da, mütləq bu siqanallardan istifadə etməliyik.
Amma bəzən elə vəziyyət yaranır ki, hərəkət də iflic olur. Qəzadan da yayınmaq müşkilə çevrilir. Problem təkcə iri şəhərlərdə deyil. Rayonlarda və magistral yolların keçdiyi yaşayış sahələrində bu elemantar siqnaldan istifadə etməmək ağır qəzalara səbəb olur.

Elməddin Muradlı Ekspert: "Dönmə yerinə çatanda bu adam hərəkət edir. Adam sağa dönməlidi, amma soldan 3 zolaqdan manevr edir. Bu artıq intihar etməkdir.

Qeyd edək ki, dönmə işığından istifadə etməməyə görə, 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.

Ağstafada avtomobil yolu yenidən qurulub - FOTO
Aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb

Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranmışdı.

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb.

 

Tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağının avtoqreyderlə profilə salınması, karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin təmiri işləri görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.

Qeyd edək ki, bundan öncə Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, sözügedən avtomobil yolunda yenidənqurma işləri aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.

 



Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jaluz-pərdə vurulmasına icazə verilirdi.

Bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:

“Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara pllyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır”.

E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:

“Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jaluz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürüclər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək”.

E.Muradlı bildirib ki, hazırkı qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka, jalüzləri açmayan sürücülər cərimələnəcək.

Qeydd edə ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.

Masazırda 1 manatlıq taksi sürücüsünün oyunu - 99 GH 843 - VİDEO
Yüksək sürətlə axına qarşı hərəkət edib

Əks istiqamətə çıxan sürücünün təhlükə saçan görüntüsü digər sürücü tərəfindən qeydə alınıb.
Yol-xeber.az xəbər verir ki, noyabrın 11-də Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 99-GH-843 qeydiyyat nişanlı "Opel" markalı taksi avtomobilinin sürücüsü, 1.1 xəttinin tələbini kobud şəkildə pozaraq əks istiqamətə çıxıb. O, axına qarşı hərəkət edərək qarşıdan gələn avtomobillərə təhlükə yaradıb və yüksək sürətlə hərəkətini davam etdirib.

“Bakı Metropoliteni” tələbələrin müraciətinə cavab verib: "Yolunu göstərin, bunu necə edək?!”
“Tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”

“Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, “tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib.

Xatırladaq ki, bir qrup tələbə Z.Hüseynova məktub ünvanlayaraq metroda qatarlar arasında intervalının azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəyiblər.

 

Ə.Osmanovun sözlərinə görə, tələbələrin qaldırdıqları məsələlərin hamısını həll etmək mümkündür, amma bu məsələlər metro tikiləndə nəzərə alınmalıdır: "Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək, bu, ancaq utopiya kimi görünə bilər. Eyni zamanda 2 dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz. Əlbəttə, biz metromuzu MDB ölkələri ilə müqayisə etməliyik. Biz İstanbul, Dubay, Honkonqla müqayisə apara bilmərik, çünki onlarda başqa bir metrodur. Yəni onlarda yollar, qatarlar başqadır və avtomatik hərəkət təmin olunub. Əgər birdən-birə Dubay olmaq istəsək, bu metronun hamısını söküb təzə CBTC (Rabitə əsaslı Qatar Nəzarəti – Communications-Based Train Control) adlanan sistem gətirməliyik. Bu yeni sistemdə qatarların radiodalğalarla idarə olunması, hərəkət relslərinin şovsuz, yəni tikişsiz olması hesabına sürətli hərəkəti, həm də öndə, ortada və arxada hərəkət edən qatarın bir-birinə maneə törətmədən hərəkət etməsi təmin olunur. Metropoliten çox mürəkkəb struktura malik sərnişin nəqliyyatıdır. Burada sərnişin daşımaq vacibdir, ancaq sərnişinin təhlükəsizliyini təmin etmək, ondan qat-qat üstündür”.

Yol çəkərkən 3-cü dəfə eyni xətti zədələdilər
Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub

Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər. Xatırladaq ki, dünən anoloji hadisə 3-cü dəfə idi ki, təkrarlanırdı. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.
Bakı-Gəncə sürət qatarının hərəkət cədvəli dəyişdirilir
Qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, qurum həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Belə ki, noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.

Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Keçmiş icra başçısının bağlatdığı yolu yeni icra başçısı açdı
Bu gün ilk işinə başlayan 38 yaşlı icra başçısı Anar Tağıyevin ilk əmri o yolda avtomobillərin hərəkətini bərpa edib, sakinlərin istifadəsinə vermək oldu

Yevlaxın əvvəlki başçısı Qoca Səmədov öz rahatçılığı üçün İcra Hakimiyyəti binasının qarşısından keçən avtomobil yolunu 15 ildən çoxdur ki, bağlamışdı. Bu yolun bağlı olması şəhərdə maşınların hərəkətində də müəyyən çətinliklər yaradırdı.

 

Bu gün ilk işinə başlayan 38 yaşlı icra başçısı Anar Tağıyevin ilk əmri o yolda avtomobillərin hərəkətini bərpa edib, sakinlərin istifadəsinə vermək oldu.

Yol polisi yağışlı hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib
Hazırkı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçıları – piyadalar və sürücülər yollarda diqqətli və həssas olmalıdırla

Hazırkı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçıları – piyadalar və sürücülər yollarda diqqətli və həssas olmalıdırlar. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a açıqlamasında deyib.

Vaqif Əsədov bildirib: “Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur. Bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər. Ona görə də şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və metroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa sürücü bundan yayına bilsin”.

 

Vaqif Əsədov bildirib ki, yağışlı hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Sürücülər sürət həddini hava şəraitinə uyğun seçməlidirlər. Şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir. Sürücünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir. Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir.

Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını vurğulayan V.Əsədov bildirib: “Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar. Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar. Hər halda günün qaranlıq vaxtları işiqlanma sistemi olsa belə, yol tam görünmür. Ona görə də piyadalar avtomobillər üçün ümumi istifadədə olan yollara çıxmadan səki ilə hərəkət etməyə üstünlük verməlidirlər”.

Xəbər lenti