Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "X" sosial şəbəkəsində Gənclər Günü münasibətilə təbrik ünvanlayıb. 

Prezident paylaşımda Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin gənc müəllimləri ilə çəkilmiş fotodan istifadə edib.

Qeyd edək ki, sözügedən məktəb rayon işğaldan azad edildikdən qısa müddət sonra tikilib istifadəyə verilib.

 

 

©Bizim.Media

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 2 fevral Azərbaycan Gəncləri Günü ilə bağlı paylaşım edib.

"Paylaşımda qeyd olunub:

"Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!".

Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib.

"Yol-xeber.az" xəbər verir ki, paylaşımda deyilir:

"Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər".

 

Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü diqqətə çatdırıb.

Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.

“Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib. Niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir”.

Bunu deputat Soltan Məmmədov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ikili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur. Deputat əlavə edib ki, Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir: “Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir.

Bu gün biz dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyirik. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir.

Yaşadığımız coğrafiyanın indiki mürəkkəb dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha böyük ehtiyacı var. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur”.

Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib:
Abdullayeva Gülnar Rizvan qızı
Ağamirova Rəvanə Seymur qızı
Ağazadə Taryel İsa oğlu
Allahverdiyev Ayxan Elman oğlu
Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı
Məhərrəmova Zərifə Hüseyn qızı
Məmmədov Ulucay Akif oğlu
Məmmədova Dinara Bəxtiyar qızı
Məmmədova Fatimə Nizami qızı
Mirələmli Pərviz Atamalı oğlu.Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib:
Abdullayeva Gülnar Rizvan qızı
Ağamirova Rəvanə Seymur qızı
Ağazadə Taryel İsa oğlu
Allahverdiyev Ayxan Elman oğlu
Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı
Məhərrəmova Zərifə Hüseyn qızı
Məmmədov Ulucay Akif oğlu
Məmmədova Dinara Bəxtiyar qızı
Məmmədova Fatimə Nizami qızı
Mirələmli Pərviz Atamalı oğlu.

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti bu ilin sonuna qədər (daha 1 il) uzadılıb.

Prezident Martin Çunqonqu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paşinyan hakimiyyətindən sızan məlumatlara görə, erməni baş nazir son vaxtlar uğraya biləcəyi siyasi xəyanət təhlükəsinə həmişə olduğundan daha ciddi yanaşmağa başlayıb... ABŞ və Qərbin Rusiyaya qarşı konkret addımlardan çəkinən erməni baş naziri əvəzləmək üçün artıq “düyməyə” basdığı, hakim komandanın önəmli bir hissəsini onun siyasi rəqibinin tərəfinə keçməsini təmin etməyə nail olduğu bildirilir...
Ermənistan dövlətçilik ənənələrindən və idarəçilik prinsiplərindən uzaq ölkəyə çevrilməkdə davam edir. Rəsmi İrəvan bu ölkəni qanunlar çərçivəsində deyil, məhz özəl siyasi maraqlar üzərindən idarə etməyə çalışır. Paşinyan hakimiyyəti özəl siyasi maraqlarının təmin olunması üçün isə ilk növbədə “şayiə texnologiyası”ndan geniş şəkildə istifadə edir. Və Ermənistan cəmiyyəti məqsədyönlü şəkildə Paşinyan hakimiyyətinə sərfəli istiqamətə yönəldilir.

Təbii Paşinyan hakimiyyəti “şayiə texnologiyası”ndan istifadə edərkən, eyni vaxtda bir neçə məqsəd güdür. Belə ki, bir tərəfdən Ermənistan cəmiyyətinin yaxın gələcəkdə atılacaq addımlara mümkün reaksiyası yoxlanılır. Digər tərəfdənsə, ictinai məkanda bəzi məsələlərin həlli metodlarına münasibətdə çaşqınlıq yaradılır. Və nəticədə rəsmi İrəvan gələcək manevrlər üçün əlavə həm zaman, həm də imkanlar qazanmış olur.

Maraqlıdır ki, Ermənistanın “Hraparak” nəşri Paşinyan hakimiyyətinin “şayiə texnologiyası”na bağlı növbəti siyasi oyunları barədə məlumat yayıb. Erməni nəşri iddia edir ki, rəsmi İrəvan yerli idarəetmə orqanlarına dövlətlərarası yollar üzərində olan, dini xarakter daşıyan bəzi abidələrin, memorialların ləğv olunması barədə tapşırıq verib. Məlumata görə, Paşinyan hakimiyyəti bu tapşırığı Azərbaycanla sülh danışıqlarını və delimitasiya prosesinin özəllikləri ilə əsaslandırmağa çalışır.

Məsələ ondadır ki, “Hraparak” rəsmi İrəvanın Ermənistanı blokadadan çıxarılması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib hesab etdiyini vurğulayıb. Guya, iki qonşu ölkə ilə nəqliyyat kommunikasiya xətləri açıldıqdan sonra dövlətlərarası magistral yollardakı xristian simvolları müəyyən problemlər yarada bilər. Ona görə də, bu məsələlərin həmin vaxta qədər həll edilməsinə önəm verilir. Və bunun nə qədər həqiqətə uyğun məlumat olduğu indi ciddi mübahisə mövzusudur.

Unutmaq olmaz ki, hazırda Paşinyan hakimiyyəti Ermənistanın Qriqorian kilsəsi ilə kəskin ziddiyyətlər yaşayır. Erməni kilsəsi Ermənistanda Paşinyan hakimiyyətinin dəyişdirilməsinin əsas tərəfdarı rolunda çıxış edir. Rəsmi İrəvan isə din xadimlərinin Ermənistan cəmiyyəti üzərində olan təsir gücünü zəiflətməkdə birbaşa maraqlıdır. Ona görə də, Paşinyan hakimiyyəti məhz Ermənistanı tədricən erməni-xristian simvollarından “təmizləmək” niyyətinə düşüb. Bu niyyətini isə Azərbaycan və Ermənistan ilə münasibətlərin normallaşdırılmasının vacibliyi ilə ört-basdır etməyə çalışır.

Rəsmi İrəvanın digər önəmli propoqanda mövzusu isə məhz Ermənistanın dövlət simvollarının dəyiıdirilməsi ətrafında aparılır. Paşinyan hakimiyyəti indiki dövlət simvollarını dəstəkləyən erməni ideoloji düşüncə tərzini dəyişmədən Ermənistanı idarə etməyin çox çətin olduğunu anlayır. Ona görə də erməni siyasi radikalların ideoloji dayaqlarını sarsıdaraq, zəiflətmək üçün dövlət simvollarını yeniləri ilə əvəzləmək qərarına gəlib. Və bunu da sülh prosesinin tələbləri ilə ört-basdır etməyə çalışır.

Halbuki, rəsmi İrəvan bu məsələdə müəyyən mənada, haqlıdır. Çünki qonşu ölkələrə qarşı aqressivlik, düşmənçilik və ərazi iddiaları ilə yüklənmiş dövlət simvolları Ermənistanın sülh prosesində uğur qazanmasına ciddi əngəl törədə biləcək faktordur. Hər halda, Azərbaycan və Türkiyə ərazi iddialarından imtina etməmiş Ermənistanla münasibətləri normallaşdırmağa qətiyyən həvəs göstərməz. Və bu baxımdan, Ermənistan konstitusiyası, qerbi, himni qonşu ölkələrə qarşı düşmənçiliyi ifadə edir.    

Nəhayət, Paşinyan hakimiyyətini həm də Ermənistanda dövlət çevrilişi ehtimalı narahat etməyə başlayıb. “Hraparak” nəşrinin iddalarına görə, bu dəfə təhlükənin Rusiyadan deyil, məhz ABŞ və Qərbdən gəlməsi Paşinyan hakimiyyəti daxilində çaşqınlıq yaradıb. Belə ki, baş nazir Nikol Paşinyanın yaxın ətrafı artıq Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryana etibar etmir. Əsas səbəbsə, Armen Qriqoryanın ABŞ və Qərblə təmaslarda ciddi şəkildə ön plana keçməyə nail olub.

Bəzi məlumatlara görə, son vaxtlar rəsmi İrəvan Armen Qriqoryanın baş nazir Nikol Paşinyanı hakimiyyətdə əvəzləyə biləcəyi barədə mesajlar da almağa başlayıb. Üstəlik, bu mesajlar əsasən ABŞ və Avropa Birliyinin təmsilçiləri tərəfindən gündəmə gətirilməkdədir. Rəsmi İrəvana eyham vurmağa başlayıblar ki, əgər, Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatlarını, istəklərini yerinə yetirməkdən imtina edərsə, onu əvəzləyəcək şəxs artıq hazırdır. Və Armen Qriqoryan Qərbin bütün istəklərini qeyd-şərtsiz icra edə bilər.

Maraqlıdır ki, ABŞ və Qərbin Paşinyan hakimiyyətini konkret seçim qarşısında qoyduğu da bildirilir. Belə ki, Qərbdə rəsmi İrəvanın Rusiya siyasətindən o qədər də məmnun deyillər. Çünki ABŞ və Qərb Paşinyan hakimiyyətinin Rusiyaya qarşı qətiyyətli siyasət yürüdə bilmədiyi qənaətindədir. Ona görə də, rəsmi İrəvandan Rusiyaya qarşı daha sərt və birbaşa addımların atılması tələb olunur. Və Qərb bu məsələdə güzəştə getmək, yaxud da uzun müddət gözləmək niyyətində deyil.

Paşinyan hakimiyyətindən sızan məlumatlara görə, erməni baş nazir son vaxtlar bu məsələyə həmişə olduğundan daha ciddi yanaşmağa başlayıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın ABŞ və Qərblə müstəqil oyunlar qurmağa çalışması artıq onu narahat etməyə başlayıb. Hər halda, vaxtilə Qərbin dəstəyi və “Soros” Fondunun qurduğu planlar üzərindən hakimiyyəti ələ keçirtmiş baş nazir Nikol Paşinyan onun əvəzlənməsinin o qədər də çətin olmayacağını anlamamış deyil.

Bu baxımdan, erməni baş nazirin artıq siyasi rəqib kimi gördüyü Armen Qriqoryanın sıradan çıxarılmasına çalışacağı qətiyyən istisna deyil. İndi onun qarşısındakı ən böyük təhlükə bu qarşıdurmada hakim komandada çatların əmələ gələrək, parçalanma prosesinin başlanması ilə birbaşa bağlıdır. Hər halda, ABŞ və Qərbin baş nazir Nikol Paşinyanı əvəzləyərkən, hakim komandanın əhəmiyyətli bir hissəsinin Armen Qriqoryanın tərəfinə keçməsini təmin edəcəyi qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)

Avropa Birliyi Zəngəzur qərarını açıqladı: Azərbaycana qarşı mövqe dəyişdi - GƏLİŞMƏPolitoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Avropa Birliyi (AB) Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılması məqsədilə Orta Asiyanın strateji nəqliyyat infrastrukturu obyektlərinə 1.5 milyard avro ayıracaq. Söhbətin Azərbaycandan da keçən Orta dəhlizdən getdiyi bildirilir. Zəngəzur dəhlizinin də bu xəttin bir parçası olduğunu nəzərə alsaq, Avropa Birliyinin bu həmləsi bölgəmizdə hansı gəlişmələrə yol aça bilər?

- Avropa Birliyi və beynəlxalq maliyyə şəbəkələrinin Orta dəhlizlə bağlı qərarı davam edən Rusiya-Ukrayna müharibəsi kontekstində düşünülüb. Bilirsiniz ki, Rusiyadan keçən kommunikasiya xətlərinə məhdidiyyət və qadağalar qoyulub. Bundan başqa, razılaşdırılan Hindistan-Yaxın Şərq-Avropa dəhlizi də İsrail-HƏMAS müharibəsi səbəbindən arxa plana keçib və perspektivi də bəlli deyil. Bu fonda Orta dəhliz yeni ticarət xətti kimi önə keçir. Bu, Azərbaycanın önəmini artırır. Çindən başlayan bu xətt Orta Asiyanın türk cümhuriyyətləri, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Zəngəzur üzərindən Avropaya uzanacaq.

Bir sözlə, son gəlişmə göstərir ki, bəzi Avropa dairələrindəki anti-Azərbaycan ab-havası ermənilərin kriminal maliyyə şəbəkələri və lobbiləri tərəfindən formalaşdırılıb. Belə bir durum Avropa Birliyinin geosiyasi və iqtisadi maraqlarına cavab vermir. Eyni şey ABŞ-yə də aiddir. Təəssüf ki, bir qrup şəxs bu cür böyük geosiyasi məkanları ermənilərin kriminal maliyyə şəbəkələrinə qurban verir. Amma geosiyasi və strateji maraqları bu güc mərkəzlərinin Azərbaycana nə qədər ehtiyaclarının olduğunu göstərir. Çünki Azərbaycan burada körpü ölkədir. Bu məsələ Azərbaycansız çözülməyəcək.

Azərbaycanın nəqliyyat dəhlizləri kontekstində çox ciddi, inkişaf etmiş infrastrukturu var. Azərbaycan yenə də bu infrastrukturun inkişafı ilə bağlı layihələr düşünür. Bu xüsus Azərbaycanın dünya ticarəti üçün nə qədər önəmli, strateji və etibarlı tərəfdaş olduğunu göstərir. Avropa Birliyində də Azərbaycana yox, öz ayaqlarına atəş açdıqlarının fərqindədirlər. Son gəlişmələr bunu təsdiqləyir.

- Avropa Birliyinin nəqliyyat dəhlizləri ilə bağlı maraqları və bu yöndə artan səyləri Zəngəzurla bağlı yanaşmasını Azərbaycana yaxınlaşdıra bilərmi?

- Buna qətiyyən şübhəniz olmasın. Avropa Birliyinin son qərarı Zəngəzur dəhlizinin açılması üçün perspektiv vəd edir. Çünki Bakı Naxçıvana keçid məsələsini həll edib, bu, İran üzərindən olacaq. Ortadakı fərq cəmi bir neçə kilometrdən ibarətdir. Qərbin, xüsusən də ABŞ-nin istəyi odur ki, Azərbaycan İran üzərindən keçən kommunikasiyadan imtina etsin. Azərbaycan bundan imtina etmir, çünki bu, onun mövqeyini gücləndirən amildir.

Ermənistan Qərbin sifarişi ilə tormozlayıcı rol oynamaqda davam etsə, Azərbaycan bu prosesi dayandıra bilər. Azərbaycan öz problemlərini Gürcüstan üzərindən keçən dəmir yolu və digər xətlər vasitəsilə həll edir, İran üzərindən də yol çəkilir. Yəni burada blokadada qalacaq ölkə yenə Ermənistan olacaq. Ayrıca, qlobal səviyyədə riskli və təhlükəli çağırışlar fonunda sülhdən yayınması Ermənistan dövlətçiliyinin gələcək varlığını təhlükə altında qoyur. Artıq xaricdə yaşayan erməni ziyalıları da bu yöndə həyəcan təbili çalırlar.

Əgər Qərb, yaxud Avropa Birliyi bu kontekstdə qərar verirsə, demək, Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın maraqları mütləq nəzərə alınacaq. Çünki onların Ermənistana təsir imkanları böyükdür. Eyni zamanda, Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının maliyyələşməsini Avropa qurumları öz üzərinə götürüb. Ermənistanın belə bir infrastrukturu inşa edəcək iqtisadi və maddi gücü yoxdur. O səbəbdən də düşünürəm ki, Avropa Birliyinin bu qərarı Zəngəzur dəhlizi kontekstində çox ciddi hadisədir və yaxın perspektivdə bu yolun açılacağını göstərir.

Türkiyənin də bu yöndə ciddi informasiyaya malik olduğu qənaətindəyəm, bunu da göstərən odur ki, qardaş ölkədə dəhlizlə bağlı hazırlıq başlayıb. Bu xətt üzrə Qarsdan Naxçıvana dəmir yolunun çəkilişi hazırlığına start verilib. Bütün bunlar göstərir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox ciddi hadisələr baş verir.

- Zəngəzur dəhlizinə nəzarət də problemdir. Ermənistan özü nəzarət etmək istəyir, Rusiya buna qarşı çıxır, Qərb də Rusiyanın nəzarətində olmasını istəmir. Belə bir mürəkkəb fonda məsələ necə çözüləcək?

- Artıq maliyyə ayrılıbsa və Zəngəzurla bağlı qərar veriləcəksə, bu, Ermənistanın adına Qərbin nəzarəti demək olacaq. Pulu kim verirsə, musiqini də o sifariş edir. Bu durumda Rusiyanın edə biləcəyi bir şey qalmır. Ermənistan da buna razı deyil, nəzarətin onda olacağını bəyan edir. Ermənistan rəhbərliyi Rusiyaya güzəştə getmək istəmir. Ermənistan Qərbin tələbi ilə bu iddiasında israrlıdır. Hesab edirəm ki, bu kommunikasiya xətti açılacaqsa, Rusiyanın nəzarətində olmayacaq. Ermənistanın adına Qərb nəzarət edəcək.

Son gəlişmələr fonunda bir məqam da diqqət çəkir: İranın dini lideri Xameneyinin müşaviri bugünlərdə İrəvanda oldu. Xameneyinin müşaviri Nikol Paşinyanla görüşündə məhz Zəngəzur dəhlizinin gələcək perspektivini müzakirə etdi. İran Ermənistanın dəhlizə nəzarəti Qərbə verməsindən narahatdır. Yekun qərar verilsə, İran nə qədər hədələyici tonda çıxış etsə də, heç nə edə bilməyəcək. Çünki Tehran anlayır ki, bu qərarın arxasında duran Ermənistan deyil, Qərb dünyasıdır. Ona görə də bu məsələ İran rəsmisi ilə Paşinyan arasında müzakirə edildi.

- Bəs, dəhlizə kimin nəzarəti Azərbaycan üçün məqbuldur?

- Azərbaycanın marağı budur ki, yollar dəhliz statusunda açılsın, keçid maneəsiz olsun, ən azı “Kalininqrad dəhlizi” modelində fəaliyyət göstərsin. Amma bu olmasa, Azərbaycandan Azərbaycana prinsipi ilə açılsın, yəni heç bir maneə olmasın, gömrük rüsumu tətbiq edilməsin. Ancaq digər dövlətlərin keçidi gömrük rüsumları və yoxlamalara məruz qalacaq.

Könül istərdi ki, bütün bu prosesə Azərbaycan və Türkiyə nəzarət eləsin. Amma ortada bir də geosiyasi reallıqlar var. Əgər Azərbaycan vətəndaşları və yükləri üçün maneəsiz keçid olacaqsa, bu, bizim maraqlarımız çərçivəsindədir. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan kommunikasiya xətlərini bir qədər də şaxələndirəcək. Gürcüstanın ardınca İran və Zəngəzur üzərindən açılan xətlər imkan verir ki, gələcəkdə hansısa bir problem yaranarsa, Azərbaycan bu yöndə təzyiqlərlə üzləşməsin. Alternativlərin çoxluğu Azərbaycana qlobal diqqət və marağı da artıracaq.

Xəbər lenti