Separatçı milyarder Ruben Vardanyanın apellyasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir.

Məlum olduğu kimi, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.

Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, BBC bu yaxınlarda Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.

27 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür.

Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanmışdır. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilmişdir.

Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir.

Terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış etmişlər.

Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.

Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik.

İran İrəvana görə Azərbaycanla savaşa girməz! - Tsinkerİran müharibəyə girməyəcək, Ermənistan üçün vuruşmayacaq, siyasi bəyanatlar verə bilər, amma hərbi addım atmayacaq.

Axar.az xəbər verir ki, bunu İsrail parlamentinin keçmiş deputatı, politoloq Aleksandr Tsinker deyib.

Politoloq bildirib ki, Bakı və Tehran arasında münasibətlər pisləşə və yaxşılaşa bilər, lakin İran onun şimal əyalətlərində (Cənubi Azərbaycan – red.) on milyonlarla azərbaycanlının yaşaması faktorunu gözardı edə bilməz:

“Tehran bu faktoru nəzərə alaraq Bakı ilə münaqişəyə getməyəcək. Yaxın gələcəkdə də İranla Azərbaycan arasında birbaşa hərbi toqquşmaların olacağına dair heç bir ilkin şərt görünmür”.

Tsinker İrəvana müttəfiq axtarışı rolunda başqa variantlar təklif edib:

“Ola bilsin ki, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilərin olmasını nəzərə alsaq, bu, müəyyən mənada çəkindirici faktor olan Fransa və ya Avropa Birliyi olacaq”.

Tsinker həmçinin qeyd edib ki, İran özü heç vaxt heç bir münaqişədə iştirak etmir, bunun üçün HƏMAS, Hizbullah və Ənsərullah timsalında əlaltıları var.
Türkiyə Zəngəzur dəhlizinin açılmasını istəyir: Tehran isə... - GƏLİŞMƏTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub. Ankarada baş tutan görüşdə Ərdoğan Rəisi ilə ikitərəfli əlaqələrin dərinləşməsi məsələlərini, Qəzza və Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətiriblər. Ərdoğan deyib ki, sanksiyalara görə İranla iqtisadi və ticarət əlaqələrinə son qoyulmayıb, bundan sonra da son verilməyəcək: "İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”.
İran Prezidenti İbrahim Rəisi də bildirib ki, Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur: "İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir". Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar. Ekspertin sözlərinə görə, Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasını, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır:

"Bu məsələdə Ankaranın yanaşması fərqli deyil. Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır. Ancaq bu məsələdə Tehran ikili oynayır. Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa İttifaqını müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır. Tehran isə Ermənistanı müdafiə edərək, hər dəfəsində Azərbaycan əleyhinə “sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” açıqlamasını səsləndirir. Bu isə Türkiyənin maraqlarına ziddir. Türkiyə Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasını istəyir. Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla Ərdoğan Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb".
2024-cü ildə sülh sazişi imzalanma ehtimalı... - BELƏ DAVAM EDƏRSƏ...Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyadan sonra öz suveren ərazisi haqqında məlumat əldə edəcək. Bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr sertifikatının olmaması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Tovmasyan bildirib ki, Baş nazir bəyanatında sərhədlərin delimitasiya edilməməsini nəzərdə tuturdu: "Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağını söyləmək mümkün olacaq". Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə təmasların olduğunu qeyd edib. Onun sözlərinə görə, tərəflər Prezident və Baş nazir administrasiyaları ilə yanaşı, xarici işlər nazirlikləri və digər dövlət qurumları səviyyəsində də əlaqə saxlayırlar. Sülh sazişi ilə bağlı sənədlərin mübadiləsini XİN həyata keçirir: "Danışıqların vasitəçi ilə, yaxud vasitəçisiz keçirilməsi Ermənistan üçün prinsipial məsələ deyil. Bizə Bakıdan sərhəddə görüş təklifi gəlməyib, amma belə bir təşəbbüs haqqında eşitmişəm”. Qeyd edək ki, rəsmi Bakının sülh prosesini apardığı vaxtda İrəvandan belə açıqlamanın verilməsi Ermənistan tərəfinin sülhdən yayınmaq cəhdləri kimi qəbul edilə bilər.
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az"a deyib ki, 44 günlük Vətən savaşından sonra Azərbaycan əslində istədiyini əldə edib. Professorun sözlərinə görə, 2023-cü ildə Qarabağda antiterror əməliyyatı ilə demək olar ki, bütün problemləri ortadan qaldırıb:

"Azərbaycan-Ermənistan arasında münasibətlər daha tez müddətdə həllini tapa bilərdi və tapmalı idi. Yəni sülh anlaşması imzalana bilərdi. Çünki Azərbaycan qarşısına qoyduğu hədəflərə çatmışdı, öhdəliklərini yerinə yetirmişdi. Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edirdi. Təbii ki, ikili görüşlər çərçivəsində sülh anlaşmasının imzalanması müsbət olardı. Problem ondadır ki, Ermənistan birbaşa təmaslar və müzakirələr əvəzinə kənar güclərdən özünə dəstək və təminat almaqla məsələni uzadır. Prosesə başqa gücləri cəlb etməyə çalışır. Amma ümumən, proseslərə nəzər yetirdikdə, sülh sazişinin 2024-cü ildə imzalanma ehtimalı yaxın görünür. Bakının mövqeyi, açıqlamaları konkret və aydındır. Ermənistan da başa düşür ki, artıq başqa yol, çarə yoxdur. O ki qaldı sərhədlərin müəyyənləşməsi, 8 kəndin qaytarılması məsələləri, bunlar bir müddət çəkə bilər".
Prezident Avstraliya General-Qubernatorunu təbrik edib

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram".

Qarabağ separatçılarının Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq.

Bu barədə Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib.

"Uzun illərdir Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayət törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb. Onların Azərbaycan məhkəmələri tərəfindən mühakimə ediməsi təmin olunacaq", - o vurğulayıb.

©Axar.az

Dünyanın iki düşmən qütbü arasında dəhşətli hərbi toqquşma hər an baş verə bilər... Son hadisələr, ortaya çıxan hərbi ssenarilər dünyanın həm qlobal savaşa, həm də davamında nüvə müharibəsinə doğru sürükləndiyini sezdirir...

Dünya yeni qlobal savaş təhlükəsinə doğru irəliləyir. Hər halda, üçüncü dünya müharibəsi heç vaxt indiki qədər yaxın olmayıb. Qərb strateqləri hazırda bu təhlükəni və ondan yayınmaq yollarını daha tez-tez gündəmə gətirməyə başlayıblar. Üstəlik, bu müzakirələr intensivləşdikcə, qlobal savaş təhlükəsi azalmaq əvəzinə, daha da artır. Və bu baxımdan, Qərb strateqlərinin mövcud situasiyanı doğuran əsas səbəbləri də açıq şəkildə gündəmə gətirməsinə ehtiyac olmamış deyil.

Məsələ ondadır ki, hər hansı təhlükənin əsas səbəblərini bilmədən və ya ört-basdır edərək, onun doğura biləcəyi nəticələrdən yayınmaq mümkün deyil. İndi dünyada qütbləşmə prosesi ən yüksək mərhələyə keçib. ABŞ və şəriksiz dünya hegemonluğuna can atan bu superdövlətin Qərbdəki əsas müttəfiqləri hərbi-siyasi rəqiblərinə qarşı amansız savaş açıb. ABŞ və Qərbin hərbi-siyasi hədəfində Şərq ölkələri yer alır. Xüsusilə də, Rusiya və Çinin hərbi-siyasi müstəvidə küncə sıxışdırılıb, sıradan çıxarılması əsas prioritet kimi görünür. Beynəlxalq qütbləşmə prosesində ABŞ və Qərbə rəqib düşərgəyə çevrilmək məcburiyyətində buraxılmış Rusiya və Çin hələlik vahid cəbhədə birləşməyə nail ola bilməyiblər.

 

77c0777c-05b7-42a8-92c8-63ae3bb0bd87.jpg (273 KB)

Böyük ehtimalla dünyanı real qlobal savaş təhlükəsindən müəyyən məsafədə saxlayan ən önəmli faktor da məhz bu məqamdır. Çünki Rusiya və Çin də vahid cəbhədə birləşərsə, bu iki qütb arasında savaşı qaçılmaz edə biləcək mərhələnin başlanğıcı olardı. Üstəlik, Rusiya və Çinin ətrafında ABŞ və Qərbdən vaxtaşırı ağır zərbələr alaraq, narazı düşmüş bir çox ölkənin də birləşə biləcəyi qətiyyən istisna deyil. Bu prosesin bir də maliyyə-iqtisadi, ərzaq və sosial böhranları stimullaşdıra biləcək istiqamətləri də olmamış deyil. Və bu, o deməkdir ki, mövcud situasiya yalnız üçüncü dünya müharbəsi deyil, həm də bəşəri xaosa bağlı kataklizmlər də vəd edir.

Ancaq nə qədər qəribə də olsa, hələlik dünyanı gözləyən bu təhlükəli prosesləri ön plana çəkmək həvəsi qətiyyən müşahidə olunmur. Əksinə, Qərb siyasi dairələrində yalnız Rusiyanın yaxın gələcəkdə Avropa ölkələrinə mütləq hərbi təcavüz edəcəyi müzakirə olunur. Buna qarşı müqavimət variantları təklif olunur. Avropa dövlətləri sürətlə yaxınlaşmaqda olan dağıdıcı müharibəyə indidən hazırlaşmağa çağırılır. Və bu, əslində, sülhün möhkəmləndirilməsi yollarının araşdırılmasına deyil, məhz birbaşa yeni qlobal savaşa çağırış anlamı daşıyır.

Maraqlıdır ki, ABŞ və Qərb Rusiya ilə savaşın qaçılmazlığı ilə bağlı tezisi artıq birmənalı şəkildə qəbul etmiş kimi görünür. Ona görə də, Rusiya ilə gələcək müharibəyə iki istiqamət üzrə hazırlıq prosesinə start verilib. Birinci istiqamət NATO dövlətlərinin, xüsusilə də Avropa Birliyi ölkələrinin öz hərbi büdcələrini ciddi şəkildə artırmasıyla bağlıdır. Yəni, Rusiya ilə savaşa hazırlaşan Qərb ölkələri artıq sürətlə silahlanma prosesinə start veriblər. Və bu, dünyanın növbəti dəfə “soyuq müharibə” dövrünə qaytarılması anlamı daşıyır.

cdb8440d-c1cd-45fa-9dc8-d4cc791a8a8f.jpg (233 KB)

İkinci istiqamət isə daha çox hərbi alətlərin birbaşa tətbiqini ön plana çıxarır. Belə ki, Ukrayna savaşı üzərindən Rusiyanın maksimum səviyyədə güc itirərək, zəifləməsinə cəhd göstərilir. Hələlik bu istiqamətdə atılmış addımlar müəyyən qədər effektiv sayıla bilər. Çünki Kreml bütün resurslarını Rusiyanın Ukrayna savaşına və Qərbin sanksiyalarına tab gətirməyə sərf etmək məcburiyyətində qalıb. Və bu baxımdan, Rusiya hərbi məğlubiyyətə uğradılmasa da, hər halda, savaşdan öncəki durumdan fərqli olaraq, ciddi şəkildə güc itirərək, zəifləyib.

Eyni zamanda, ABŞ və Qərb NATO-nun hərbi potensialının ön plana çıxararaq, Rusiya və Çinə qarşı güc nümayişinə də başlayıb. Belə ki, NATO-nun sıralarının genişləndirilməsində həlledici addımlar atılmaqdadır. Belə ki, Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsi ilə bu hərbi-siyasi alyans öz coğrafi əhatə dairəsini maksimum səviyyəyə çatdırıb. NATO indi Finlandiyadan sonra İsveçdə də öz hərbi bazalarını yerləşdirmək hüququ qazanıb. Bu isə o deməkdir ki, Rusiyanın qərb sərhədlərinin NATO hərbi bazaları ilə tam nəzarətə götürülməsi prosesi artıq yekun mərhələyə keçib.

Ancaq NATO-nun Rusiyaya qarşı güc nümayişi yalnız bununla məhdudlaşmır. Belə ki, bu hərbi-siyasi alyans may ayında öz tarixinin ən genişmiqyaslı hərbi təlimlərindən birini keçirməyə hazırlaşır. Bu hərbi təlimlərdə NATO-nun 90 min nəfərdən çox hərbi qüvvəsinin iştirakı, minlərlə hərbi texnikasının istifadəsi nəzərdə tutulub. Üstəlik, NATO-nun hərbi təlimləri məhz Rusiyanın qərb sərhədlərini əhatə edən üzv ölkələrin ərazilərində keçiriləcək. Və bu, NATO tərəfindən açıq-aşkar Rusiyaya qarşı hərbi güc nümayişi ilə Kremlin təhdid olunması anlamı daşıyır.

d8940ee12d4732b4bd20d5e4c376e001.jpg (269 KB)

Təbii ki, bütün bunları nəzərə aldıqda, Qərb siyasi dairələrinin davranışlarında Rusiya və Çinlə ehtimal olunan savaşdan yayınma cəhdlərinin müşahidə olunması barədə danışmaq qətiyyən mümkün deyil. Əksinə, belə anlaşılır ki, ABŞ və Qərb bu iki superdövləti daha çox təhdid edərək, geri çəkilmək məcburiyyətində buraxmağa üstünlük verir. Yəni, Qərb strateqləri üçün Rusiya və Çinlə anlaşmaq variantı o qədər də cəlbedici deyil. Ona görə də, daha çox qarşı tərəfi Qərb ölkələrinə hərbi təcavüz planlarından imtinaya yönləndirmək taktikası önə çıxarılır. Və bu, hansısa mərhələdə qütblər arasındakı qarşıdurmanın nəzarətdən çıxaraq, yeni qlobal savaşa çevrilməsinə də yol aça biləcək təhlükəli variantdır.

Hər halda, nəzərdən qaçırtmaq olmaz ki, həm Rusiya, həm də Çin nüvə dövlətləridir. Ona görə də, bu iki dövlətin qarşı tərəfin hərbi təhdidləri ilə öz beynəlxalq mövqelərini rəqiblərinə verməyə razılaşa biləcəkləri qətiyyən inandırıcı görünmür. Deməli, Rusiya və Çin də sürətlə silahlanma prosesində birbaşa iştirak etmək məcburiyyətində qalacaq. Üstəlik, sahib olduqları hərbi potensial Rusiya və Çinə öz beynəlxalq mövqelərini qorumaq üçün yetərli olmazsa, onda nüvə silahından istifadəyə cəhd göstərəcəkləri də istisna deyil. Bu baxımdan, dünyanın indiki proseslər ucbatından həm qlobal savaşa, həm də nüvə müharibəsinə doğru sürükləndiyi qətiyyən şübhə doğurmur.(musavat.com)

Azərbaycan AŞPA əməkdaşlığını pozan səbəblər – Səməd Seyidov faktları açıqladıAvropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və ölkəmizə qarşı digər qərəzli qərarların qəbulu ilə bağlı məsələlərin gündəmə gəlməsi açıq riyakarlıqdır. Buna cavab olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühit fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, AŞPA-nın bu “qərar”ının heç bir əsası yoxdur və tamamilə qərəzdən ibarətdir: “Bu “qərar”ın bir səbəbi var, o da Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, müstəqil dövlət kimi yüksəlməsi, söz sahibinə çevrilməsidir. Ölkəmizin dünyada özünəməxsus yer tutması, geosiyasi proseslərə təsir imkanalarının artması, xalqımızı irəliyə aparan qüvvələrin birliyi məhz Avropanın qəbul edə bilmədiyi məsələlərdir”.

“Çox düşündülər, fikirləşdilər ki, Azərbaycanda prezident seçkilərinə, daxili işlərə necə müdaxilə etsinlər. Təbii ki, məqsəd Azərbaycanda fəaliyyətdə olan institutlara kölgə salmaq idi. Azərbaycanın təzyiq altında davranışlarını dəyişəcəyini düşünürdülər. Amma bu mümkün olan bir şey deyil. Heç bir ölkə, hansısa qurum Azərbaycanı şantaj edib, başqa tərzdə danışa bilməz. Çünki ölkəmizdə azad, möhkəm birlik nümayiş etdirən qalib xalq var”- millət vəkili bildirib.

O hesab edir ki, AŞPA-dakı dözülməz mühitdə Azərbaycana, Azərbaycançılığa, türkçülüyə, İslama, dəyərlərimizə qarşı olan münasibətə yalnız bu hərəkət götərilməli idi: “Bu düzgün hərəkətdir. AŞPA bundan sonra hansı “qərar”ı qəbul edir-etsin, mənasızdır. Parlament Assambleyası və Avropa Şurası bununla özünü məhv edir. Bu, uçurum yoludur. Azərbaycanın Avropa Şurasında mövcudluğu Avropa üçün daha çox lazımdır. Azərbaycan Avropa Şurasız da yaşaya bilər. Biz dəyərlərimizi, münasibətimizi qorumaq və müdafiə etmək iqtidarında olduğumuzu göstərmişik. Sadəcə olaraq bunu başa düşmürlər”.

Səməd Seyidov vurğulayıb ki, Azərbaycanı məqsədyönlü şəkildə heç bir gücü olmayan, qüsürlu dövlətlər siyahısına daxil etmək istəyirlər: “Bu qüsurlu dövlətlərin aqibətini hamı gördü. Azərbaycan isə başqa bir dövlətdir. Biz xalq-dövlət olaraq özümüzü müdafiə etmək iqtidarındayıq”.
Ermənistan Azərbaycanla yeni müharibə istəyir? - NƏ BAŞ VERİR?Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiya təhlükəsi qalmaqdadır. Mirzoyan bildirir ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürüb.
Mirzoyanın eskalasiya təhlükəsi ilə bağlı açıqlaması regionda yeni müharibənin başlanması ehtiamllarını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, bu açıqlama ilə bir daha aydın olur ki, Ermənistan siyasi rəhbərliyi sülh sazişinin imzalanmamasına görə məsuliyyəti üzərindən atmağa çalışır:
"Son dövrlər ermənistan rəhbərliyi ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müxtəlif dairələrə müraciətlər edirlər. Məqsəd də Azərbaycana qarşı cəbhə formalaşdırmaq, siyasi təzyiq rıçaqlarını işə salmaqdır".
Millət vəkili deyir ki, diqqət yetirsək xarici kənar dairələrin sərgilədiyi mövqe ilə Ermənistanın mövqeyi arasında kifayət qədər ciddi oxşarlıqların olmasını görərik:
"Sanki təlimatlar Avropadan Ermənistana ötürülür və bununla da bu ölkənin sülh danışıqları prosesində mövqeyi formalaşır. Bütün bu təşəbbüslərdə məqsəd Ermənistanı sülh sazişi imzalamaqdan yayındırmaqdır. Azərbaycan Ermənistanın sülh sazişini imzalamaqdan yayınması üçün bütün manevr imkanlarını əlindən alıb. Ermənisan əvvəllər Azərbaycan ərazisindəki ermənilər üzərindən manevrlər edirdi. Separatçılar torpaqlarımızdan təmizləndikdən sonra bu imkan da Ermənistanın əlindən çıxdı. Daha sonra onlar sərhəd məsələsi üzərindən spekulyasiyalar etməyə çalışdılar. Azərbaycan tərəfi bildirdi ki, sülh sazişindən sonra da delimitasiya işləri aparıla bilər".

Millət vəkili bildirir ki, indi müxtəlif platformalarda Azərbaycan qarşı yenidən hücumlar həyata keçirilməkdədir:
"Faktiki olaraq Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması məsələsi qaldırılıb. İndiki şəraitdə Azərbaycana qarşı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Ermənistanın Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsi üçün ABŞ və Avropanın əlində bir alət kimi çıxış etməsi faktdır. Ermənistana bunun müqabilində yardımların edilməsi ilə bağlı vədlər verilib. Yenidən eskalasiya olacağı ehtimalının Ermənistan tərəfindən səsləndirilməsi göstərir ki, bu ölkə hansısa təxribatlara yenidən cəhd edə bilər. Ermənistan bütün məsuliyyəti Azərbaycanın üzərinə qoymaq istəyir".
Politoloq Samir Hümbətov isə hesab edir ki, Mirzoyanın bu cür açıqlama verməsi Ermənistanın eskalasiya yaratmaq arzusunda olmasının göstəricisidir:
"Ermənistan XİN rəhbəri bunu öncədən bəyan etməklə beynəlxalq KİV-də özünə haqq qazandırmaq cəhdləri etmiş olur. Azərbaycan rəhbərliyi açıq şəkildə bəyan edib ki, biz yeni müharibə istəmirik, sülh tərəfdarıyıq, bunun üçün də təmaslar davam etdirilməlidir".

Politoloq güman edir ki, Paşinyanın hakim komandasının tərkibində çatlar var:
"Çünki Ermənistan Baş nazirinin də çıxışında sülhlə bağlı çağırışlar edilir. Amma görürük ki, sülhü baltalayan açıqlamalar da gəlir. Bu fikir ayrılıqları müxtəlif cür yozula bilər. Ola bilsin ki, Paşinyan özünü sülhpərvər göstərsə də, hökumət tapşırıq verib ki, sülh prosesini pozan addımlar atılsın".

Xəbər lenti