2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, proses açıq və şəffaf şəkildə gerçəkləşdirilib, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.

Bülletenlərin ilk gün – yanvarın 30-da Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 36 seçki dairəsinə, növbəti 2 gün ərzində isə ölkənin digər bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.

Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir.

Tədbir çərçivəsində seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə media nümayəndələrinə məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap olunub.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Rəsmi İrəvanın “sülh çağırışları” Azərbaycanın arxayınlaşdırılaraq, diqqətinin yayındırılması məqsədi güdür, zaman qazanmağa çalışan Paşinyan hakimiyyəti Ermənistan ordusunu yeni müharibəyə hazırlayır... Ermənistan növbəti də sülh prosesindən maksimum səviyyədə uzaqlaşmış durumdadır, rəsmi İrəvanın son davranışları Azərbaycana qarşı yenə də ərazi iddialarının irəli sürülməsi imkanlarını gələcəyə daşımaq niyyətini biruzə verir...
Cənubi Qafqazda sülh prosesi “düyünə” düşüb. Son vaxtlara qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən yaxın vaxtlarda imzalana biləcəyi iddia edilirdi. Xüsusilə də, rəsmi İrəvan bu barədə daha tez-tez ehtimallar irəli sürürdü. Paşinyan hakimiyyətinin təmsilçiləri hətta sülh sazişinin imzalana biləcəyi vaxt barədə iddialarla da çıxış edirək, mövzunu “ilin sonu”, “yaxın 15 gün” kimi zaman intervalına bağlamağa çalışırdılr. Və onların açıqlamalarında yer alan bəzi məqamlar Ermənistanın hakim dairələrinin yekun sülh sazişi üzərindən siyasi manipulyasiyalar etdiyini sezdirirdi.

Məsələ ondadır ki, rəsmi İrəvan üç şərt çərçivəsində yekun sülh sazişinin imzalanmasına hazır olduğunu vurğulayırdı. Halbuki, rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün beynəlxalq hüquq normaları çərçivəsində beş vazkeçilməz prinsiplə çıxış etməkdədir. Cənubi Qafqazda dayanıqlı sülhün və əmin-amanlığın bərqərar olması üçün onların hamısının yekun sülh sazişində yer alması vacibdir. Və bu baxımdan, rəsmi İrəvanın sülhdən danışarkən, əslində, bu prosesin bloklanmasına cəhd göstərdiyi inkaredilməz reallıqdır.

Ona görə də, Paşinyan hakimiyyəti yekun sülh sazişindən danışdıqca, Ermənistan imzalanma prosesindən bir o qədər uzaqlaşmış kimi görünür. Baş nazir Nikol Paşinyanın son açıqlamaları isə ümumiyyətlə, sülh prosesinin arxa plana keçirilməsinə hazırlığa başlanıldığından xəbər verir. Çünki erməni baş nazir artıq yekun sülh sazişindən deyil, “hücum etməmək barədə pakt”ın imzalanma ehtimalından danışmağa başlayıb. Və bu, o deməkdir ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı deyil.

Baş nazir Nikol Paşinyan onu da vurğulayıb ki, “hücum etməmək barədə pakt”ın imzalanması barədə Azərbaycana təkliflə müraciət olunub. Erməni baş nazir “sülh gündəliyinə sadiq olduğunu” vurğulasa da, prosesin uzana biləcəyini də istisna etməyib: “Əgər, sülh prosesi gözlənildiyindən daha çox uzanarsa, “hücum etməmək barədə pakt”ın imzalanmasına ehtiyac yarana bilər. Eyni zamanda, Azərbaycana qarşılıqlı olaraq, silahlara nəzarət edilməsi barədə də təklif göndərmişik”.

Göründüyü kimi, rəsmi İrəvan yenə “suyu bulandırmaq” niyyətinə düşüb. Böyük ehtimalla Paşinyan hakimiyyəti Qərbdəki ermənipərəst himayədarlarından Azərbaycanla sülh sazişinin imzalanmasından imtina olunması barədə təlimat alıb və Ermənistana təhlükəsizlik təminatı vəd edilib. Əks halda, Cənubi Qafqaz regionunun sülh prosesindən uzaqlaşdırılmasına hədəflənmiş təkliflər uydurmağa cəsarət göstərməzdi. Və bu, rəsmi İrəvanın regional sülh prosesini siyasi manipulyasiyalar ilə “qaranlıq tunelə” çəkməyə çalışdığını biruzə verir.

Məsələ ondadır ki, Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sabitliyə yalnız yekun sülh sazişinin imzalanması təminat verə bilər. Çünki belə bir hüquqi sənədin imzalanması Azərbaycan və Ermənistan arasında bütün mübahisəli məsələlərin razılaşdırılması anlamı daşıyacaq. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımış olacaq, ərazi iddialarından imtina edəcək, sərhədlərin toxunuzlmazlığını qəbul edəcək. Nəticədə Azərbaycan və Ermənistan arasında yeni savaş üçün heç bir səbəb qalmayacaq.

Ancaq belə anlaşılır ki, rəsmi İrəvan bunu istəmir. Böyük ehtimalla Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını gələcəyə doğru daşımaqda maraqlıdır. Buna nail olmaq üçün isə indi rəsmi İrəvan müxtəlif siyasi manipulyasiyalat ilə vaxtı uzatmağa, zaman qazanmağa çalışır. “Hücum etməmək barədə pakt”ın uydurulması da, əslində, Paşinyan hakimiyyətinin zaman qazanmaq niyyətinə xidmət edir. Yəni, rəsmi İrəvan sülh danışıqlarını illərlə uzatmağa çalışmaqla yanaşı, həm də bu müddət ərazində Azərbaycanın hərbi müdaxiləsindən özünün sığortalamağa cəhd göstərir. Və “pakt” imzalamaqla, hərbi müdaxilə olmayacağını təminat altına almaq niyyəti güdür.

Ermənistanın hazırda zamana ehtiyacı var. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirə bilmək üçün vaxt qazanmağa cəhd göstərir. Çünki Ermənistanın darmadağın edilmiş ordusunu yenidən bərpa edərək, silahlandırmaq planları qurub. Bu prosesin illərlə davam edə biləcəyini Paşinyan hakimiyyəti anlayır. Ona görə də, “pakt” uydurması ilə Ermənistanın yenidən silahlanmasına nail olana qədər təhlükəsizliyinə təminat ala biləcəyini düşünür. Və bu, rəsmi İrəvanın silahlanma istiqamətində atdığı son addımlardan da qabarıq şəkildə nəzərə çarpır.

Belə ki, Ermənistan Fransa və Hindistandan hərbi texnika idxal etməyə başlayıb. Eyni zamanda, bir müddət öncə Rusiyanın da Ermənistana hərbi texnika göndərməsinə nail olunub. Üstəlik, Kremllə yeni hərbi-ticari müqavilələrin icrası barədə də müzakirələr aparılır. Baş nazir Nikol Paşinyan da artıq rəsmən etiraf edib ki, Ermənistan silah-sursat və hərbi texnika alınması üçün istehsalçı ölkələrlə bir neçə milyard dollar dəyərində müqavilələr imzalayıb. Eyni zamanda, daxili hərbi istehsal üçün də bir neçə yüz milyon dollarlıq maliyyə vəsaiti ayrılıb. Erməni baş nazir vurğulayıb ki, Ermənstan ordusunun gücləndirilməsinə hər hansı başqa alternativ variant yoxdur.

Belə anlaşılır ki, rəsmi İrəvanın sülh çağırışları Azərbaycanın arxayınlaşdırılaraq, diqqətinin yayındırılması məqsədi güdür. Əslindəsə, Paşinyan hakimiyyəti bütün bu sülh manipulyasiyalarına paralel olaraq, Ermənistan ordusunu yeni müharibəyə hazırlayır. Əgər, belə davam edərsə, Ermənistan növbəti də sülh prosesindən maksimum səviyyədə uzaqlaşmış olacaq. Və hazırda rəsmi İrəvanın davranışları Ermənistanın sülh prosesindən imtina etmək, gələcəkdə Azərbaycana qarşı yenə də ərazi iddiaları irəli sürmək üçün məkrli planlar qurmaq niyyətində olduğunu biruzə verir.(Yeni Müsavat)

Prezident Dənizkənarı Bulvar İdarəsinə sədr təyin etdi

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

“Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bizim tək dərdimiz guya ermənilər imiş... - HƏQİQƏTƏN DƏ...Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakıya ünvanladığı iki təklifi keçərli deyil. Birinci təklifi iki ölkənin qarşılıqlı silahlara nəzarət mexanizminin yaradılmasıdır. Bu təklifini artıq necənci dəfədir ki, səsləndirir. İkinci təklifi sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə iki dövlətin hücum etməmək haqqında qarşılıqlı pakt imzalamasıdır.
Azərbaycan yalnız Ermənistana görə silahlanaraq ordusunu modernləşdirmir. Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarı olsa da, Rusiya və İranda istənilən an durum dəyişə və bunun bölgəyə mənfi təsirləri ola bilər. Bu səbəbdən Azərbaycan həm ordusunu gücləndirməli, həm də ən müasir hərbi texnikaya malik olmalıdır. Azərbaycanın silahlanmasına heç bir ölkə nəzarət edə bilməz. Rusiyanın Ermənistandakı hərbi bazasındakı silahlara kim nəzarət edəcək? Nikol Paşinyan deyəcək ki, bunların Ermənistana aidiyyatı yoxdur, ancaq müharibə halında raketlər havada uçuşacaq. İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Paşinyan hücum etməmək barədə pakt irəli sürməkdənsə ərazi bütövlüklərinin tanınması şərtilə sülh sazişini imzalasa bu onun ölkəsi üçün daha faydalı olar. Paşinyan bunun əvəzinə “paktla” Azərbaycanın 8 kəndini güc yolu ilə geri qaytarmayacağı barədə təminat əldə etmək istəyir. Dünya tarixində müxtəlif ölkələr arasında o qədər hücum etməmək barədə paktlar imzalanıb ki, maraqlar toqquşduğu halda zibil qutusuna atılan kağız parçalarına çevriliblər.

Elxan Şahinoğlu
Paşinyan vəziyyətdən çıxış yolu axtarır... - TƏKLİF EDİR Kİ...Paşinyan Azərbaycana təqdim etdikləri təklifləri açıqlayıb. Bu təkliflərdə iki məqam xüsusilə diqqət çəkir:
- Silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması;
- Sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanması;
Birinci təklif absurd səslənir. 44 günlük müharibədə Ermənistanın hərbi arsenalı böyük ölçüdə məhv edilib və hazırda Bakı İrəvanın silah mənbələrindən tutmuş aldığı hərbi texnikaya qədər hər şeyə böyük ölçüdə nəzarət edə bilir. Bu situasiya fonunda Azərbaycan öz hərbi arsenalını niyə Ermənistanın üzünə açmalıdır?! Nikol da anlayır ki, Bakı bunu etməyək, lakin belə bir təkliflə “süldən yana olan Ermənistan həbi arsenalını da açmağa hazırdır” görüntüsü yaratmaq istəyir.
İkinci təklif əslində Ermənistanın sülh sazişini imzalamayacağından xəbər verir. Mövcud şərtlərdə İrəvanın iki yolu var: ya Bakının şərtləri ilə sazişi imzalamalı, ya da prosesi bacardığı qədər uzatmalıdır;
İkinci yol Ermənistan üçün təkcə “dalan ölkə” olaraq qalmaq yox, həm də hərbi müstəvidə gələcək təhlükələr vəd edir. İrəvanda düşünürlər ki, Qərbin dəstəyi azalarsa, yaxud bölgədə xüsusilə Ermənistana hələ də manevr etməyə imkan verən mövcud şərtlər dəyişərsə, Azərbaycan problemlərin həllini hərbi müstəviyə keçirə bilər. Misal üçün, Bakı delimitasiya olunmayan sərhədi daha əvvəlki illərin xəritələrinə uyğun çəkmək, SSRİ dövründə ermənilərə “əkin və otlaq” adı altında bağışlanan ərazilərin ən azı sərhədboyu hissəsinə nəzarəti bərpa etmək istəyə bilər. Paşinyanın tez-tez dilə gətirdiyi “Sülh sazişi imzalansa, Ermənistan kadastr sənədi əldə edəcək” sözləri də bu kontekstdə təsadüfi deyil. Çünki sərhəd delimitasiya edilmədiyi, Bakı ilə rəsmi sülh sazişi imzalanmadığı müddətdə tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın legitimlik problemi qalacaq.
Paşinyan vəziyyətdən çıxış yolu axtarır: həm mövcud şərtlərdə sülh sazişi imzalamaq istəmir, həm də “silahlara nəzarət”, “hücum etməmək haqda pakt” kimi gedişlərlə Azərbaycanın əl-qolunu bağlamağı planlaşdırır;
Hərçənd, rəsmi Bakı dəfələrlə gündəmə gələn “Ermənistana hücum edəcək” iddialarını təkzib edib, mövcud şərtlərdə bu ssenari o qədər də sərfəli görünmür. Buna rəğmən, Paşinyanın irəli sürdüyü təkliflər “Azərbaycan hücum edəcək” iddialarını bəsləmək məqsədi də daşıyır.

Asif Nərimanlı
Delimitasiya ilə bağlı növbəti görüş: İrəliləyiş, yoxsa yerində qaçış? - GƏLİŞMƏErmənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.

Maraqlıdır, delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların növbəti görüşlərində müəyyən razılaşmanın əldə olunması, səkkiz kəndin qaytarılması məsələsi öz həllini tapacaq?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədulluzadə "Cebhe.info"-ya bildirib ki, bu görüşlərdə hər hansı ciddi irəliləyiş gözlənilmir:

"Hesab edirəm ki, hazırkı vəziyyətdə delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların növbəti görüşlərində müəyyən şifahi razılaşmalar əldə oluna bilər. Amma bu görüşlərdə ciddi irəliləyişlərin olacağını gözləmirəm. Çünki hazırda sülh prosesində durğunluq yaşanır.

Xatırladım ki, bu yaxınlarda AŞPA-da Azərbaycan nümayində heyətinin etimadnaməsinin qəbul edilməməsi Ermənistanda məmnunluqla qarşılanıb. Ermənistan hakimiyyəti bunu özünün diplomatik qələbəsi kimi qələmə verir.

Məhz bu da sülh prosesinə mənfi təsir göstərir. Hesab edirəm ki, hazırk şəraitdə delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların növbəti görüşlərində müsbət nəticələr əldə olunacağı inandırıcı görsənmir".
İlham Əliyev Hulusi Akarı qəbul etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Br verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

 
 

 

 

Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.

Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.

Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq.

Bunu nazir “Report”un Ankara bürosuna müsahibəsində deyib.

O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək.

“Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, - nazir söyləyib.

Türkiyənin təhsil naziri Y.Tekinin “Report”a geniş müsahibəsi gün ərzində yayımlanacaq.

“Ermənistanın baş naziri Nikol Paşinyanın ordu günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha onun ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını nümayiş etdirir”.

Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Sülh istəyən ölkə, necə olur ki, milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür? Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”, “silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri Birinci və İkinci Dünya müharibələri arasındakı dövrü xatırladan “hücum etməmək haqqında pakt” kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə, sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistan prezidenti və parlament sədrinin ordu günü münasibətilə açıqlamalarında işğalçı Birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi, İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer alır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır.

Bundan əlavə, bir sıra qərb ölkələrinin Ermənistanın ordu günü münasibətilə verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə suallar doğurur”.

Xəbər lenti