|
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
“Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
"2003-2023-cü illərdə Prezident İlham Əliyev tərəfindən bir çoxu sosial-iqtisadi xarakterli olmaqla ümumilikdə 6080-dən çox fərman və 14 min 290-dan artıq sərəncam imzalanıb".
“Bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuata dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, dövlət başçısı müasir dünyagörüşünə malik, islahatçı lider olmaqla, idarəetmə mexanizminin müasir trendlər əsasında durmadan təkmilləşməsi, ictimai həmrəyliyin güclənməsi üçün çox mühüm təşəbbüslər irəli sürür, vətəndaşa və xalqa xidmətin yeni standartlarını və modellərini müəyyənləşdirir.
PA-nın şöbə müdiri qeyd edib ki, əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezidentin diqqətində olub: "Bu sırada şəhid ailələrinə və müharibə əlillərinə qayğı xüsusi yer tutur. Onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı 5 dəfə genişlənib. Təkcə son üç ildə bu qəbildən olan insanlara dövlət tərəfindən 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev, eləcə də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə dövlət başçısının göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib, Heydər Əliyev Fondu Vətən müharibəsi qazilərinin xaricdə müalicəsi, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində önəmli işlər görüb".
Kreml baş nazir Nikol Paşinyanı Rusiyaya qarşı təxribatda suçlayıb, rus diplomat Qərbin Ermənistanı yeni Ukraynaya çevirməyə çalışdığını vurğulayıb... Onun fikrincə, hazırda “ikinci Ukrayna” durumunda Moldovadır, “üçüncü Ukrayna” statusu isə Ermənistana aiddir...
Rusiya-Ermənistan münasibətləri artıq əməlli-başlı korlanıb. Rəsmi İrəvanın davranışları Kremlin səbrini tükətmək üzrədir. Paşinyan hakimiyyəti hər imkanda Rusiyanı Ermənistanın hansısa uğursuzluğunda ittiham edir. Rusiyadan isə buna dərhal sərt reaksiya verilir. Və nəticədə Rusiya-Ermənistan münasibətində açıq müstəviyə keçmiş çəkişmə mərhələsi dərinləşməkdə davam edir.
Onu da qeyd edək ki, MDB sammitində iştirak üçün Bişkekə səfərə “vaxt tapmayan” Ermənistan baş naziri Nikol Paşinyan cəmisi bir neçə gün sonra Fransaya getməklə, Kremlə hörmətsiz yanaşdığını növbəti dəfə təsdiqləyib. Halbuki, Kreml MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinə vasitəçilik planları qurmuşdu. Ancaq erməni baş nazir Kreml sahibinə Rusiyanı sülh prosesinə qayıtmaq şansı tanımadı, Rusiyanı yenə də oyundankənar vəziyyətdə saxladı.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan Avropa Parlamentində cəmisi 10 dəqiqəlik çıxışının əhəmiyyətli bir hissəsini məhz Rusiyanı öz hərbi müttəfiqi Ermənistanı savaş meydanında təkbaşına buraxmaqda ittihama həsr etdi. Ən ağır ittiham isə erməni baş nazirin Kremli Ermənistanda dövlət çevrilişinə cəhd göstərməkdə suçlaması ilə bağlıydı. Və bu, Rusiyanın rəsmi dairələri tərəfindən olduqca qəzəbli əhval-ruhiyyə ilə qarşılanıb.
Rusiyanın Xarici İşlər Nazirliyində erməni baş nazirin ittihamlarını düşməncə davranış kimi dəyərləndiriblər. Eyni zamanda, baş nazir Nikol Paşinyanı Rusiyaya qarşı məsuliyyətsiz açıqlamalarla münasibətlərin korlanması məqsədilə təxribat törətməkdə suçlayıblar. Adının açıqlanmasını istəməyən rus diplomatlardan biri isə Qərbin Ermənistanı Ukraynaya çevirməyə çalışdığını vurğulayıb. Onun fikrincə, hazırda “ikinci Ukrayna” durumunda Moldovadır, “üçüncü Ukrayna” statusunu isə Ermənistan qazanmaq üzrədir. Və Ermənistan baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir.
Onu da qeyd etmək lazımdır ki, bu, dolayısı ilə Rusiya tərəfindən Ermənistanın təhdid olunası anlamı daşıyır. Belə ki, buna qədər də, Rusiya Dövlət Dumasında Ermənistanın öz müstəqilliyini itirib, quberniyaya çevrilə biləcəyi barədə iddialar səsləndirilmişdi. İndisə, rus diplomatın dili ilə Kremlin hərbi müdaxilə siyahısında Ermənistanın Ukrayna və Moldovanın ardınca üçüncü sırada olduğuna eyham vurulur. Yəni, Ukrayna savaşı bitdikdən sonra əvvəlcə Moldovaya, ardıncasa, Ermənistana hərbi müdaxilə ola biləcəyi qabardılır.
Belə anlaşılır ki, Kreml tərəfindən rəsmi İrəvana müəyyən mənada, vaxt verilmiş kimi görünür. Həmin vaxt ən uzağı Ukrayna savaşının sona çatmasına qədər davam edə bilər. Əgər, rəsmi İrəvan bu müddət ərazində öz davranışlarına düzəliş etməzsə, Ermənistan adlı dövlət xəritədən silinəcək, əvəzindəsə, Rusiyanın tərkibində erməni quberniyası peyda olacaq. Və yəqin ki, Paşinyan hakimiyyəti Rusiyadan verilən belə sərt xəbərdarlıq mesajlarına maksimum səviyyədə ehtiyatlı davranmalı olacaq.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin hazırda Kremlin əsas hədəfləri sırasında olduğu qətiyyən şübhə doğurmur. Bunu hətta rəsmi İrəvan da vurğulayır, baş nazir Nikol Paşinyan isə Avropa Parlamentində Rusiyanın onu devirmək istəməsindən şikayətlənir. Belə vəziyyətdə Paşinyan hakimiyyətinin israrla Rusiya ilə münasibətləri daha da gərginləşdirməsi isə onun gələcək taeleyinin həllini tezləşdirə də bilər. Və bu baxımdan, Paşinyan hakimiyyətinin real təhlükə qarşısında olduğuna yönəlik iddialar intensivləşib.
Maraqlıdır ki, vaxtilə Rusiya ilə eyni problemləri yaşamış Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistan baş naziri Nikol Paşinyana xəbərdarlıq edib. O, öz təcrübəsindən çıxış edərək, Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətini devirəcəyini vurğulayıb. Keçmiş prezidentin fikrincə, Kreml sahibi “rəngli inqilablar”la hakimiyyətə gələnlərə nifrət edir. Və hesab edir ki, baş nazir Nikol Paşinyan bundan sonra nə etsə də, prezident Vladimir Putinin münasibətini dəyişməyə nail olmayacaq.
Xüsusilə də, M.Saakaşvili əmindir ki, rəsmi İrəvanın prezident Vladimir Putin barəsində həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəmsi barədə Roma statutunu ratifikasiya etməsindən sonra Paşinyan hakimiyyətinin ümumiyyətlə, şansı yoxdur. Rusiyanın Ermənistan hökuməti daxilindəki “5-ci kolonu” Paşinyan hakimiyyətini mütləq devirəcək. Yəni, baş nazir Nikol Paşinyan hazırda ilk növbədə öz yaxın ətrafından qorunmalıdır.
Ona görə də, M.Saakaşvili erməni baş nazirə məsləhət görüb ki, daha sürətlə hərəkət etsin. Ən qısa zamanda Rusiya bazalarını Ermənistandan çıxartsın. Ermənistanın MDB-ni, KTMT-nı və Gömrük İttifaqını tərk etməsini təmin etsin. Və yalnız bundan sonra Qərbə Ermənistanın dəstəklənməsi üçün müraciət etmək daha effektiv ola bilər.
Gürcüstanın keçmiş prezidentinin erməni baş nazirə əsas xəbərdarlığı isə ondan ibarətdir ki, Nikol Paşinyanın o qədər də çox vaxtı qalmayıb. Onun fikrincə, əgər, qətiyyətli davranıb, prinsipial addımlar atmazsa, xüsusilə də, Azərbaycanla sülh sazişinin imzalanmasına nail olmazsa, Rusiya mövcud qarşıdurma və gərginlik mühitindən əvvəl-axır istifadə edəcək. Və Paşinyan hakimiyyətinin devrilməsinə mütləq nail olacaq.(Yeni Müsavat)
AŞ PA-nın son sessiyasında Azərbaycana qarşı “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnaməsini ermənilər “bayram” kimi qəbul etdilər. Bütün ümidlərini itirən Ermənistan AŞ PA-nın “rəsmi Bakı öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın AŞ PA-nın 2024-cü ildə keçiriləcək ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolu qalmayacaq” bəyanatına seviniblər.
Qeyd edək ki, AŞ PA Türkiyə əleyhinə də qətnamə qəbul edib. Petr Bayrın (Avstriya) məruzəsi əsasında hazırlanan qətnamədə deyilir ki, Ankara ölkə qanunlarına zidd fəaliyyətinə görə həbs edilən Osman Kavalanı 1 yanvar 2024-cü il tarixinə qədər azad etməsə, Türkiyə nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər. Ümumiyyətlə, AŞ PA-nın son sessiyası anti-Azərbaycan və anti-Türkiyə əhvalında keçib, erməni deputatlar hər iki ölkənin ünvanına böhtanlar səsləndiriblər. Məsələn, nümayəndə heyətinin üzvü Armen Gevorkyan Ermənistanı “demokratik” ölkə kimi təqdim edərək iddia edib ki, guya Ermənistan Türkiyə və Azərbaycan tərəfindən sıxışdırılır. Guya Avropa enerji resurslarına görə Ermənistana olan təzyiqləri görməzdən gəlir: “Beynəlxalq münasibətlərdə demokratik mədəniyyət, insan haqları və qanunun aliliyi əvəzinə ikili standartlar, güc siyasəti, neft və qaz üstünlük təşkil edən amillərə çevrilib”.
Daha sonra o təklif edib ki, Türkiyə və Azərbaycan AŞ PA-dan xaric edilsin: “Sözlərimi ümumiləşdirmək üçün qeyd etmək istərdim ki, Azərbaycan və Türkiyənin Avropa Şurasında bundan sonra da cəzasız qalması bu təşkilatın ideoloji ölümü ilə nəticələnəcək”.
Əlbəttə ki, Ermənistan kimi işğalçı dövlətin Türkiyə və Azərbaycanın qurumdan çıxarılması ilə bağlı çağırışı ciddi qəbul edilə bilməz, amma belə görünür ki, hər iki qardaş ölkəyə qarşı hücumlar bir mərkəzdən idarə olunur. Strasburqun Fransanın şəhəri olduğunu xatırlatmaq kifayət deyil, bu bir korrupsiyalaşmış ermənipərəst qüvvələrin Azərbaycana və Türkiyəyə sinxron hücumunun göstəricisidir.
Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında Avropa Şurasının ikiüzlü siyasətindən söz açdı: “Avropa Şurası Parlament Assambleyasının 12 oktyabr 2023-cü il tarixli qətnaməsi və tövsiyəsi Azərbaycan üçün qəbuledilməzdir. İlk növbədə, ona görə ki, real situasiyanı təhrif edən bu çirkli kağız parçalarının qərəzli və sifarişlə qəbul olunması şübhə doğurmur.
Avropa Şurası yaradılarkən kifayət qədər ali niyyətlər ifadə olunub. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməli olduğunu bəyan edib. Azərbaycan məhz bu dəyərləri bölüşdüyünə və özünün konstitusiyasında təsbit olunmuş ali niyyətlər və dövlətin ali məqsədləri ilə üst-üstə düşdüyünə görə Avropa Şurasına üzv olub.
Azərbaycanın Avropa Şurasının üzvü olduğu 22 il ərzində biz bu qurumdan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməmişik. Baxmayaraq ki, AŞ PA özü bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmiş, bununla işğal faktını tanımışdı, lakin işğala son qoyulması ilə bağlı bu qurum danışmamağa üstünlük verdi. Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, 10-larla insan müharibə cinayətlərinə qurban gedərkən AŞ PA Ermənistana münasibətdə nəinki heç bir qərar, yaxud qətnamə qəbul etmədi, ümumiyyətlə, susmaqla İrəvanın cinayətlərinə xeyir-dua vermiş oldu. 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq qərbi azərbaycanlının haqlarından bir dəfə də olsun bəhs etməyən bir təşkilatın dünyada ədalətin və sülhün əsası olan ümumi anlaşma və onların sadiq qaldığı insan hüquqlarına riayət etməklə təmin olunan əsas azadlıqlara sadiqliyi sual doğurmalıdır. Fransanın göstərişləri ilə hərəkət edən, işğal və separatizmin müdafiəçisinə çevrilmiş bir təşkilatın qərəzli qərarı bizim üçün mötəbər ola bilməz. AŞ PA anlamalıdır ki, bu tip davranışlarla özünü ifşa edir və onsuz da bu təsisata azalmaqda olan etimadı heçə endirir".
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, bu mövqelər qərəzlidir: “Ermənistan və AŞ PA Azərbaycan və Türkiyəyə qarşı şər-böhtan, təhdid kampaniyasına start veriblər. Azərbaycanın 30 il ərzində əraziləri işğal altında qalanda, suverenliyi kobud şəkildə pozulanda onda niyə Avropa Şurası Ermənistana qarşı sanksiyalardan danışmırdı?! Azərbaycan və Ermənistan arasında 30 il bu problem olanda hamısı susmuşdu. Rəsmi Bakı və Ankaranın regionda uğurlu tandemi Ermənistan və havadarlarını çox narahat edir və təlaşlandırıb. Ermənistan bir tərəfdən Azərbaycanla sülhdən və Türkiyə ilə diplomatik münasibətlərin qurulmasından danışır, reallığa gəldikdə isə beynəlxalq meydançalarda bizim ölkələrimizin üstünə gedirlər. Azərbaycan və Türkiyə Ermənistanın bu ənənəvi, riyakar, qeyri-sabit mövqeyini qətiyyən gözardı etməməlidir və bir daha bu ölkə ilə gələcək münasibətlərini nəzərdən keçirməlidir. Ermənistan anti-Azərbaycan və anti-Türkiyə ritorikasını, siyasi-diplomatik meydançada davam etsə, rəsmi Bakı ilə Ankara İrəvana xəbərdarlıq mesajları verməlidirlər ki, əgər onlar həqiqətən sülh istəyirlərsə, bu mövqelərdən əl çəkməlidirlər, əks halda, hansısa sülh razılaşması və diplomatik münasibətlərdən söz gedə bilməz. Ermənistan Azərbaycanın üstünə ona görə gedir ki, biz geri çəkilib onların istədikləri kimi ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsinə imza ataq. Biz də əksinə, belə olan halda təkcə Türkiyəni deyil, həm də Rusiya və İran kimi region ölkələrini yanımıza alıb, Cənubi Qafqazda Ermənistanı təkləyib, üstünə getməliyik. Ona görə də Zəngəzur dəhlizi məsələsindən imtina etməməliyik”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd etdi ki, Avropa Şurası belə qətnamələrlə özünü gözdən salır, Ermənistanı yanlış yola çəkir: “ Nəzərə almaq lazımdır ki, AŞ PA Azərbaycana qarşı qərəzli davranan yeganə beynəlxalq təşkilat deyil. Zaman-zaman digər beynəlxalq qurumlar da oxşar mövqelərdən çıxış edib. Tamamilə korrupsiyalaşmış bir çox beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda ortaya qoyduqları qərəzli mövqeləri ilə Ermənistana "əl-qol açmağa" şərait yaradıblar. Bir çox hallarda İrəvan məhz bu qətnamə və “tövsiyələrə” arxalanaraq öz destruktiv mövqeyini davam etdirib.
Beynəlxalq qurumların qərəzli, qeyri-obyektiv münasibətinin əsas səbəblərindən biri onlara erməni diasporunun güclü təsiridir. Məhz erməni lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq təşkilatların bir çoxu açıq-aydın ermənipərəst mövqedən çıxış edir.
İkinci bir tərəfdən, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasına Fransa kimi riyakar dövlətlərin təsiri kifayət qədərdir. Parisin Bakı, Ankara və İrəvana münasibəti məlumdur. Odur ki, Fransanın diktəsi ilə bir sıra beynəlxalq təşkilatların Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyi təəccüblü deyil. Azərbaycan bütün əngəllərə rəğmən, öz hədəflərinə çatıb, beynəlxalq hüququ özü təmin edib. Odur ki, Avropa Şurasının belə qətnamə və tövsiyələri bundan sonra da nəyisə, hansısa reallığı dəyişməyəcək. Əksinə, özü bədnam kimi tanınacaq. Əgər qurum Ermənistanla Azərbaycan arasında sülhdə, regional əməkdaşlıqda maraqlıdırsa, onda bu cür qərəzli davranışlarını dayandırmalıdır. Əks halda, öz səmimiliyini şübhə altına atmış olacaq. Bu baxımdan, beynəlxalq təşkilatın bu qətnamələri və qərəzli tövsiyələri əslində özünə ziyandır.
Avropa Şurası qərarlarına redaktələr etməsə, özü gözdən düşməyə, etibarını itirməyə davam edəcək".
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti tərəfindən Azərbaycanın Pekindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizdən danışıb. Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib.
Səfər çərçivəsində Baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib.
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik: “18 oktyabr. Müstəqilliyin Bərpası Günü”.
Oktyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfər üçün yola düşüb.
"Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak edəcək.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.
On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.
İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Tarixə şahidlik edən bu körpülər qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.
Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri həm də simvolik abidə hesab olunur. Azərbaycan memarlıq məktəbinin bu əzəmətli abidəsi dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır. Tədqiqatçıların bir çoxunun fikrincə, körpülərin dayaqları çayın ortasındakı olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.
Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.
Hazırda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi davam etdirilir.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun, o cümlədən Xudafərin körpüsünün işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, bu ilin mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır, layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Azərbaycan xalqı 1991-ci ildən sonra üçüncü dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Bu il isə Azərbaycanda Müstəqilliyin Bərpası Günü tamam başqa ab-havada qeyd edilir. 2023-cü ilin sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.
Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.