Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülür.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.

 
  •  
 

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Gündüz yağışda fasilə olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

2023-cü il oktyabrın 6-da Ermənistan Daxili İşlər Nazirliyindən İstintaq Komitəsinin Mərkəzi Cinayət Axtarış İdarəsinə Qarabağdakı “Artsaxbank” QSC-nin Martuni (Xocavənd) şəhərindəki filialın meneceri müraciət edib. 2023-cü ilin sentyabrın 22-də Qarabağda əhalinin təxliyəsi barədə xəbər tutan menecer “Artsaxbank” QSC-nin Martuni filialından bütün pulu, təqribən 60.000.000 dram və girov qoyulmuş 100-ə yaxın qızıl-zinət əşyaları dolu olan kisəni götürüb şəxsi avtomobilinə qoyub və ertəsi gün Ermənistana getmək üçün evinə gedib”.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, səhəri gün menecer naməlum şəxsin avtomobilinin şüşəsini sındıraraq salondan qeyd olunan pulların və qızıl-zinət əşyalarının oğurlandığını görüb.

Daxil olan məlumata əsasən oktyabrın 9-da cinayət işi başlanıb.

İstintaq Komitəsi oğurluğu törədən şəxsin Ermənistana daxil olub-olmaması ilə bağlı araşdırma aparıldığını da açıqlayıb.

Onun özünün hadisəni törətməsi və qarışıqlıqdan istifadə etməsi də istisna deyil.

Xatırlatmaq yerinə düşər ki, Xankədidə neft çəninin partlaması da erməni sakinlərinin oradan tələsik şəkildə oğurluq etməsi səbəbindən yaşandığı bildirilmişdi.

Bu gün Füzulinin daha 88 sakini doğma yurduna qayıdıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 

Milli Məclisin sabiq deputatı, mərhum Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev və qardaşı Hüseyn Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, məktubda deyilir:

"Möhtǝrəm cənab Prezident!

Əziz Mehriban xanım!

Ağır günlərimizdə göstərdiyiniz diqqət va qayğını ailəmiz heç vaxt unutmayacaq. Qənirə Paşayeva Ulu Öndərin və Sizin amalı xalqa və dövlətə sədaqətlə, fədakarlıqla xidmət etmək olan məktəbinizi keçmişdi. O, həyatını bütövlükdə bu müqəddəs işə həsr etmişdi.

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əzizimiz Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladığınız, mərhumun II Fəxri xiyabanda dəfn olunması barədə göstərişiniz, adınızdan əklil göndərməyiniz ailəmizə heç nə ilə əvəzolunmaz təsəlli oldu.

Tapşırığınıza əsasən, vida və yas mərasimlərinin Ulu Öndərimizin adını daşıyan "Heydər məscidi"ndə yüksək səviyyədə təşkil olunduğuna görə Sizə minnətdarıq. Zaman keçdikcə ən ağır yaralar belə sağalır, unudulur. Lakin qəlb yarasına heç bir həkim, heç bir loğman əlac tapa bilmir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan! Siz misilsiz dövlətçilik təfəkkürünüz və uzaqgörən siyasətinizlə 200 ildən artıq torpaqlarımızda kök salan yad ünsürləri birdəfəlik kökündən kəsib atmaqla Azərbaycan xalqının qəlbində qövr eyləyən yaranı sağaltdınız. Xalqımıza Azərbaycan tarixinə qızıl hərflərlə yazılan fərəhli günlər, gələcək nəsillərə dinc həyat bəxş etdiniz.

Qənirə Paşayevanın ən böyük arzusu Qarabağı tam azad görmək idi. Nə edəsən ki, sevinc və kədər qoşa yaranıb. Ailəmizə hər ikisi eyni vaxtda qismət oldu.

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əzizimiz Qənirə Paşayevanın vəfatı ilə əlaqədar göstərdiyiniz diqqət və qayğıya görə ailəmiz adından Sizə sonsuz minnətdarlığımızı bildiririk".

Natiq Qasımova Milli Qəhrəman adı verilsin - ÇAĞIRIŞ

Millət vəkili Fazil Mustafa Birinci Qarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən azərbaycanlı döyüşçü Natiq Qasımovun Azərbaycanın Milli Qəhrəmanı adını alması məsələsini işıqlandırıb. O, bunu Milli Məclisdə gündəmə gətirəcəyini bildirib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu millət vəkilini təşəbbüsünə görə alqışlayıb.

“Təşəbbüsə görə Fazil Mustafa sağolsun, gözəl addımdır. Biz bu məsələni 10 il bundan öncədən deyirdik, sosial şəbəkədə, mediada da yazırdıq. Gec də olsa, onun haqda həqiqət üzə çıxdı. Biz 1992-ci ildən N.Qasımovun qəhrəmanlığını və şəhid olduğunu bilirdik. Nə yaxşı ki, film yayıldı və bu məsələ gündəmə gəldi. Biz də “Qarabağ qaziləri” Birliyi olaraq bu məsələni dəstəkləyirik və onun Milli Qəhrəman adına layiq görülməsini xahiş edirik”, - o bildirib.

Şəhid Baş Leytenant Həmid Qasımovun anım günü
image_20231004110658.jpg

Yol-xeber.az" xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası tərəfindən polis əməkdaşlarının xidməti fəaliyyətini, həyatını işıqlandırmaq məqsədi ilə ənənəvi media müsabiqə təşkil olunub. Müsabiqədə ölkəmizin təmsilçiləri də iştirak ediblər. Müsabiqənin nəticələri sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən növbəti iclası zamanı elan olunub. Müsabiqənin nəticələrinə əsasən DİN Mətbuat Xidmətinin Bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynovun və  müstəqil fotoreportyor Rac Stevenin təqdim etdikləri fotolar “Şərəf duyuram!” nominasiyası üzrə, çəkiliş qrupunun inspektoru, polis mayoru Anar Qafarovun hazırladığı videoçarx isə həmin nominasiya üzrə videomüsabiqədə II mükafatlara layiq görülüblər.

Bundan əlavə, Mətbuat Xidmətinin əməkdaşı, polis serjantı Gümüş Stevenin çəkdiyi foto isə “Təbiətin hər çağı gözəldir” nominasiyasında III mükafata layiq görülüb.

Mükafata layiq görülən fotoları təqdim edirik.

Gümüş

Zeyni

Raj

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.

Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti isti olacaq.

Xəbər lenti