![]() |
|
“Meyvələrin tərkibindəki vitaminlər və minerallar, eləcə də zəngin qida dəyəri orqanizm üçün çox faydalıdır. Ona görə ki, bu qidalar orqanizmi bir çox mikro və makro elementlərlə təmin edir. Lakin bu gün satışda olan çərəzlərin böyük hissəsi insanlara zərər vurur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova bildirib.
Əsasən də qərzəkli hesab edilən çərəzlərdən qoz, fındıq, badam və digərlərini qabıqlı şəkildə almaq daha doğru olar:
“Onları evdə sındırıldıqdan sonra istehlak etmək lazımdır. Belə olan halda tərkiblərindəki elementlər, hətta uçucu maddələr belə, orqanizm üçün daha faydalı olacaq. Ancaq həmin məhsulları qabıqlarını qırdıqdan sonra ləpə şəklində satılırsa, o zaman efir maddələri də uçub gedir və meyvənin faydalılıq əmsalı aşağı düşür”.
Müsahibimiz, bu çərəzlər olan təhlükələrlə bağlı məlumat verib:
“Həmin çərəzlərin və meyvələrin qurudulması zamanı qaydalara düzgün əməl olunmur, bir çox hallarda isə yanlış həyata keçirilir və meyvənin tərkibini dəyişəcək həddə açıq havada saxlanılır. Bu da süni və sənaye üsulu ilə emal olunmuş qida növünə aid edilir. Çünki, onlara həddindən çox istəlik verilir, bəzən də kimyəvi proseslərə məruz qalır.
Belə ki, rəngini dəyişməməsi üçün bəzi boyaq maddələrdən istifadə olunur. Ümumiyyətlə, qida boyası adı altında istifadə olunsa da, bunların hər biri kimyəvi qatqı maddəsi olduğu üçün müəyyən vaxt keçdikdən və ya açıq havada qaldıqda, yaxud da temperatur rejimi dəyişdikdə, həmin boyalar reaksiyalara məruz qalır və meyvələrin tərkibinə keçir ki, bu da insan orqanizmi üçün təhlükəli hal alır.
Bu baxımdan, kölgədə qurudulan quru meyvə və çərəzlər daha yaxşı və keyfiyyətli olur. Çünki, bu zaman hansısa kimyəvi qatqıdan istifadə olunmur”.
Ekspert qeyd edib ki, digər təhlükəli bir məqam, quru meyvələrin satışında mal qonşuluğu prisnipini pozulması yolu ilə satılmasıdır:
“Ümumiyyətlə, kimyəvi dəyişikliyə məruz qalmış belə meyvələrin bir-birinin yanında saxlanılması yolverilməzdir. Ancaq satış məntəqələrində buna əməl olunmur, üstəlik açıq şəkildə və çəki ilə satışı həyata keçirilir. Bununla da fiziki çirklənməyə məruz qalırlar. İstehlakçılar isə onları aldıqdan sonra yumadan yeyirlər ki, nəticədə çirklənmə onların orqanizminə keçir və mədə-bağırsaq sistemində pozulmalara, eyni zamanda həzm sistemində səbəb olur”.
Müsahibimiz vurğulayıb ki, qoz, fındıq və badam kimi çərəzlər düzgün saxlanılmadıqda, tərkibində kiflənmələr yaranır:
“Bəzən də bu, daxilində baş verir və kənardan baxdıqda, görünmür. Aflotoksin adlı maddə həm açıq şəkildə satılan çərəzlərin tərkibini dəyişdirir həm də mikrob, toz, kif kimi digər yad cisimləri özünə çəkir və birləşmə reaksiyası yaradır. Bu məhsulları yeyən insalarda isə xərçəng yaradır”.
Bir çox hallarda çərəzlərin qarışıq, yaxud duzlanmış və qovrulmuş şəkildə satılır:
“Əsasən də, kişmiş, qoz, badam, fındıq kimi qovrulmuş çərəzləri bir yerdə, qarışıq paketlənmiş şəkildə satılır. Bu paketlərə də bəzi qatqı maddələri vurulur ki, öz tamını dəyişməsin, bir-birinə yapışmasın və uzun müddət xarab olmasın.
Yaxud, əgər çərəzlər duzlanmış şəkildədirsə, o zaman sintetik mənşəli monosodium-klutomatdan istifadə olunur ki, bu da insanda asılılıq yaradır, həzm olunmur, üstəlik mərkəzi beyin sisteminin sıradan çıxmasına və ağızdakı ənənəvi dad reseptorlarının pozulmasına səbəb olur. Buna görə də belə çərəzlərdən uzaq durmaq və ya az istifadə etmək lazımdır. Yaxşı olardı ki, belə meyvə və çərəzləri etibar etdiyiniz və ya tanıdığınız, yaxud bağlı yerlərdən almağa çalışın”.
Zəfər parkına doğru keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq.
Abidə iki güclü əlaməti - Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri və oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq. Azadlıq Bayrağı Meydanına gedən yol Vətən müharibəsinin rəmzi kimi 44 bürünc döşəmədən ibarət olacaq.
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları halı pisləşən erməniəsilli ailənin övladına yardım göstəriblər.
Bu barədə “Report”un Laçına ezam olunmuş müxbiri məlumat verib.
Erməniəsilli ailə üç gündür yolda olduqlarını söyləyib:
“Sağ olsunlar ki, azərbaycanlılar bizə yardım etdilər, su verdilər. Arayik Arutyunyan kimilər və onun ətrafı güllələnməlidir. Lənətə gəlsin bu rejimi. Bizi məcbur evimizdən çıxardılar. Niyə də geri qayıtmaq olmasın, əlbəttə, istəyərdik. Biz sizdən eşidirik ki, geri qayıtmaq olar. Azərbaycan tərəfinin heç bir təzyiqini görmədik. Azərbaycanlılar qardaşdırlar. Türklər mərddirlər”.
Müdafiə Nazirliyi 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat yayıb.
Həmin məlumatı təqdim edirik:
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Siyahıya baxmaq üçün aşağıdakı linkə tıklayın.
Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı
Millət vəkili Qənirə Paşayevanın səhhətində müsbət dəyişikliklər müşahidə olunur.
Bunu Ölkə.Az-a hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu barədə Q.Paşayevanın əmisi professor Qəzənfər Paşayev məlumat verib.
“Hörmətli deputatımız Qənirə xanımın səhhətində müsbət dəyişikliklər müşahidə olunur. Həkimlərimiz əllərindən gələni edir və inşallah əziyyətləri yerdə qalmaz”.
Qeyd edək ki, sentyabrın 23-ü saat gecə yarısı Q.Paşayeva təcili yardımla xəstəxanaya yerləşdirilib. Komaya düşən millət vəkilinin vəziyyətinin ağır olduğu bildirilirdi. Əmisi ötən gün Qənirə Paşayevanın süni nəfəs aparatına qoşulduğunu açıqlamışdı.
Baş həkim "Xəzər Xəbər”ə bildirib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiyada davam etdirilir.
Onun sözlərinə görə, vəziyyətində cüzi stabilləşmə var.
Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev isə onun vəziyyətiylə bağlı bildirdi ki, cüzi də olsa yaxşılaşma var.
Millət vəkilinin səhhətindəki durumla bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 23-ü saat 03:01 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.
Bu barədə Hikmət Hacıyev “X” hesabında məlumat verib.
“23 saat 51 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Beynəlxalq Humanitar Hüquqa ciddi əməl olunması və bütün vasitələrlə zərərin qarşısının alınması təqdir edilib.
Ermənistanın baş nazirinin özünün də etiraf etdiyi kimi, mülki şəxslərə zərər dəyməyib. Bununla bağlı Aİ, Fransa və Almaniya rəsmilərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır.
BQXK ilə görüşdə bildirdik ki, dərman, ərzaq və digər malların BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək.
Azərbaycan tərəfi BQXK vasitəsilə erməniəsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır. Sorğu nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq.
Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər. Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır.
Biz BQXK-nın Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik. Biz, həmçinin Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq.
Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik. Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir.
Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar.
Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - Prezidentin köməkçisi əlavə edib.
Qarabağda antiterror tədbiri zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 gün sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Həmin kadrları əldə edib.
1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyulan tank abidəsi götürülub.
Bu barədə görüntülər sosial media hesablarında yayılıb.
Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Azərbaycanda Tiktok sosial şəbəkəsinə qoyulan giriş məhduddiyyəti aradan qaldırılıb.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, Azərbaycanda Tiktok sosial şəbəkəsinə giriş sentyabrın 19-u məhdudlaşdırılmışdı.