f

 
"Yol-xeber.az" xəbər verir ki, Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon rəsmiləri və ictimaiyyət iştirak edib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlardan sonra geniş konsert proqramına başlanılıb. Konsertdə Biləsuvar, Salyan və Neftçala rayonlarının incəsənət ustaları musiqi nömrələri, rəqs qrupları isə şux rəqslərlə tamaşaçıların zövqünü oxşayıb. Konsert proqramı axşam saatlarınadək davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub və xatirə şəkilləri çəkdirilib.
 

f
f
f
f
f
f
f

Zəfər Gününün ikinci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.

44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.

Masallının RİH-nin başçısı dediyi sözü tutdu - “Qanunsuz tikilib, sökülməlidir!” demişdi, belə də oldu - FOTO
Son aylar Masallıda hamının gözü bir nöqtəyə dikilmişdi – rayona bir neçə ay öncə təyin olunmuş Araz Əhmədov əvvəlki rayon rəhbərinin xeyir-duası ilə icra hakimiyyətinin 10-15 metrliyində qanunsuz tikilmiş marketi sökdürə biləcək, ya yox?

Hə gün bir xəbər yayılırdı. Biri deyirdi, təzə gələn də payın alıb, göz yumacaq. Digəri deyirdi, icra başçısı olmur, kim olur olsun, bu böyüklükdə obyekti sökdürə bilməz, onun arxasında çoxlu pul və güclü adamlar var və s.

Bu gün, noyabrın 6-da həmin obyektin söküntüsünə başlanıldı. Obyekti yüngül konstruksiya ilə inşa edən Rusiya vətəndaşı Azər İsmayılov və onun vəkili bura toplaşan əhali qarşısında çıxış edərək bildirdi ki, sənədlərimiz qanunidir, əlimizdə məhkəmə qərarı var və sair.

İcra hakimiyyətinin nümayəndəsi kimi şəhər nümayəndəliyinin əvəzi Vahid Əhədov isə öz çıxışında onun dediklərini təkzib etdi. V. Əhədov bildirdi ki, tam qanunsuz tikilidir. Bu ərazi dövlət torpağıdır. Tikintiyə heç bir icazə, hər hansı smeta sənədləri yoxdur. Obyektin yaxınlığında, daha dəqiq desək, obyektə bitişik ərazidə yaşayan bir qrup yaşlı qadın narazılıqlarını bildirdilər ki, bu bina normal yaşayışımıza mane olur, burada bağça, qəşəng ağaclar var idi, hamısını məhv etdilər, pəncərəni qabağın tutublar, ətrafı görmürük, binanın zirzəmisini də zəbt ediblər.

Obyekti inşa edən Azər İsmayılov bir dəfə çıxış edərək obyektin sökülməsini haqsızlıq, qanunsuzluq olduğunu bildirdi. Dəymiş ziyana görə kompensasiya tələb edəcəyini söylədi və sair.

Şəhər nümayəndəsi əvəzi Vahid Əhədov təkrar-təkrar qeyd etdi ki, bu binanın inşası üçün qanuni sənədlər yoxdur. Dövlət torpağı dükan yeri kimi satıla bilməz. Ortada Fövqəladə Hallar Nazirliyinin sərəncamı var ki, bu tikili müvafiq normalara uyğun deyil və sökülməlidir. Biz də bu qərarı icra edirik.

O həmçinin qeyd etdi ki, obyektə çoxlu ərzaq yığılıb. Dəfələrlə demişik ki, bu ərzaqları yığışdırın, lakin icra etməyiblər. Ona görə obyektdəki bütün məhsulları yığıb, müvafiq anbarları daşıyırıq. Bundan sonra obyekt söküləcək və digər müvafiq tədbirlər görüləcək.

Obyektin sökülməsinə az da olsa etiraz edənlər də oldu. Əksəriyyətin fikri isə bundan ibarət idi ki, belə qanunsuz əməllərin baş günahkarı sabiq icra başçısı Şahin Məmmədovdur. Necə olur ki, rayonun ucqarında bir daş-daş üstdə qoyulanda aləm dəyir bir-birinə, amma icra hakimiyyəti binasının 10 addımlığında, həm də icra başçısının yaşadığı evin bir addımlığında ağaclar kəsilir, bağça dağıdılır... amma icra başçısının xəbəri olmur?

Bu işdə sabiq məmurlar – Məmmədhüseyn Hüseynov, Əbülfəz Nuriyevin, Abbas Mikayılovun adları hallansa da, əsas günahkarın sabiq icra başçısı Şahin Məmmədov olduğu heç kimə sirr deyil. Obyekt sahibini də ziyana saldı, keçmiş işçilərini də.

Xatırladaq ki, bu Şahin Məmmədovun ilk belə addımı deyil. İcra hakimiyyəti binasının qarşısındakı Qazanxana da onun tamahının badına getdi. Belə ki, Qazanxana təmir olunmaq əvəzinə, sabiq 1-ci müavin M. Hüseynovun qohumuna satıldı. Qısası, əvvəlki rəhbərliyin belə qanunsuz əməllər onlarladır və hamısı araşdırılır.

Mahmudavar kənd sakini Fariz Fərəcov bizimlə söhbətində bildirdi ki, icra başçısı bu məsələdə çox cəsarətli və qətiyyətli addım atdı. Yəqin çoxlarına dərs oldu ki, qanunsuz addım heç vaxt cəzasız qalmır. Şəxsən bu addımına görə ona hörmətim xeyli artdı. Bəlli oldu ki, dediyi hə sözün sahibidir. Deməli, hansı vəd verirsə, arxasındadır.

Söküntü ilə bağlı yazdıqlarımıza əlavə olaraq bildiririk ki, olayın əvvəlində obyekt tikən şəxs içəridəki malların özləri tərəfindən daşınmasına etiraz etsə də, sonradan öz adamları vasitəsi ilə buradakı ərzaqların daşınmasına başladı və binanın sökülməsində özləri də iştirak etdi.

6 may 2022-ci il, saat 17. 30 radələrinə kimi marketdəki əsas mallar daşınıb qurtarmış, artıq ilk söküntü işlərinə başlanılmışdır.

Söküntü işləri bu gün yekunlaşmalıdı.

Qeyd: Söküntü zamanı cenubxəbərtv canlı yayım təşkil etmişdi. Çəkiliş həvəskar operator tərəfindən aparıldığı üçün bir qədər zəif alınmışdı. Daha mükəmməl çəkiliş isə yaxın vaxtlarda sizlərə təqdim olunacaq.

Cenub.az. Zahir Əmənov
g

"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisinə start verilib.   

Layihə üzrə keçidin ümumi uzunluğu 42.5 metr, hərəkət hissəsi 2.25 metr, aşırım hissəsinin uzunluğu 37.5 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır. 

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Tədbirlər planına uyğun olaraq cari ildə Agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 və 18.5-ci km-lik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib. 

Hazırda sözügedən magistral yolun 20.2 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.  

YOLUNUZ AÇIQ OLSUN... 

 

g
g
g
g
g
g
g

f

"Yol-xeber.az" xəbər verir ki, Cəbrayıl Tarix -Diyarşünasılıq Muzeyi Qələbənin 2-ci il dönümünə həsr olunan "Zəfərin Mübarək Şuşa! "adlı ədəbi-bədii tədbir təşkil etmişdir.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin Rəisi Alisultan Sadixov ,Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əbil Vəliyev ,deputat köməkçisi Rəşad Quliyev,"Xudafərin "qəzetinin redaktoru Şükür Albalıyev ,Şəhid Anaları,Qazilər iştirak etdilər.
 

f
f
f
f
f
f

Sabahdan Azərbaycanda dörd günlük tətil başlayır.

Qeyri-iş günləri noyabrın 6-sı, 7-si, 8-i və 9-u tarixlərini əhatə edəcək.

Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.

İrəvanda keçirilən sorğuda iştirak edən ermənilər bildiriblər ki, Ermənistanın baş naziri Azərbaycanın prezidentinin yanında zəif bənddir və onun heç bir siyasi iradəsi yoxdur. 

Onların fikrincə, Ermənistanın mövcud vəziyyəti ilə bağlı heç bir ölkə kömək etməyəcək. 

Sorğuda iştirak edən Ermənistan vətəndaşları bildiriblər ki, Qarabağ məsələsini öz xeyirlərinə həll etmək üçün artıq gecikiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar.

Bu sözləri DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev Gununsesi.info-ya açıqlamasında deyib.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da nazir müavini vəzifəsindən azad olunub.

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Vüsal Nəsirli, nazirlik tərəfindən avtomobillərlə təmin edilən 44 Vətən müharibəsi qazisi iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət olunub.

Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatacaq.

Xəbər lenti