![]() |
|
Oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 5-9° isti olacaq.
Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.
Bu, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə rayon prokurorluqları və ərazi hərbi prokurorluqları onlar üçün müvəqqəti ayrılmış inzibati binalarda fəaliyyət göstərirlər.
Bunu Trend-ə özəl müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq aparılmış təhlillər nəticəsində yeni inzibati binaların tikintisi zəruri olan rayon və ərazi hərbi prokurorlar müəyyən edilərək aidiyyəti dövlət orqanlarına təqdim edilib.
"Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları üçün xidməti evlərin tikilməsi istiqamətində də işlər görülməkdədir.
Təbii ki, bu işlər hər bir rayonun Baş Planı təsdiq edildikdən sonra həmin plana uyğun olaraq aparılır və hazır olduqca həmin binaların açılışı həyata keçiriləcək.
Xüsusi qeyd olunmalıdır ki, bu işlərin həyata keçirilməsi cənab Prezident İlham Əliyevin prokurorluğa olan diqqət və qayğısı nəticəsində mümkün olur. Hazırda bir neçə rayon prokurorluğunun yeni inzibati binasının inşası aparılır. Belə ki, Pirallahı, Nəsimi, Nərimanov, Şəki, Kürdəmir rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi həyata keçirilir. Yəqin ki, yaxın zamanlarda həmin binaların açılışları olacaqdır", - deyə o əlavə edib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib.
Yol polisi oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı sürücülərin alternativ yollara yönəlməsini təvsiyə edib.
İdarənin baş insprektoru polis mayoru Araz Əsgərli tədbirin Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcəyini bildirib və beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutlarının isə paytaxtın mərkəzi küçə və prospektlərini əhatə etdiyini bildirib: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılatından xüsusən də sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Sözügedən ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etmələrini xahiş edirik’’.
Bildiyimiz kimi, Azərbaycanda "TikTok" sosial şəbəkəsi Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məhdudlaşdırılıb. Belə ki, buna səbəb "TikTok"da cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən, hərbi sirləri özündə əks etdirən dezinformasiya xarakterli məlumatların paylaşılması olub.
Məsələ ilə bağlı İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov açıqlamasında qeyd edib ki, vətəndaşların “TikTok”da hərbi sirləri və ya qeyri-dəqiq məlumatları yaymasıdır:
"Tiktokun özünə məxsus alqoritmi var ki, orada hansı tip məlumat videoya baxılarsa, növbəti axtarışlarda ona uyğun kontentli videolar qarşınıza çıxardır. Vətəndaş orada bir doğru məlumata baxmasına baxmayaraq, düşmən ölkə tərəfindən çox sayda yanlış məlumat sizə yönəldilə bilər və vətəndaş həmin informasiyanın qurbanına çevrilirə bilər. Buda “TikTok” sosial şəbəkəsinin ölkə daxilində bloklanması üçün kifayət qədər əsaslı səbəb verir. Lakin bir nüansı qeyd etmək istərdim ki, ümumi bloklanma tətbiqi aradan qaldırılmasına baxmayaraq hazırda bəzi provayderlər tərəfindən tətbiq edilən yenilənmələr həyata keçirilmədiyi səbəbindən sosial şəbəkə bütün istifadəçilər üçün əlçatan deyildir”.
Güman edirəm yaxın zamanda adı çəkilən sosial şəbəkə ölkə daxilimizdəki istifadəçilər üçün əlçatan olacaqdır – deyə Elvin Həsənov qeyd edib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən isə Referans.az-a bildirildi ki, "TikTok" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.
Sentyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir:
"Respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.
TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.
Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 14D ünvanına bildirə bilərlər.
Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.
APA xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.
Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.
Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.