![]() |
|
Sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Azərbaycan ordusunun qazandığı zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.
1. “BakıKart” mobil tətbiqini “Google Play” (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud “App Store” (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;
3.Pul kisəsində balansı ən azı 1 manat artırmaq;
5.Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.
1.QR bilet yalnız bir gediş üçün etibarlıdır;
3.QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
5.QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.
Yol-xeber.az" xəbər verir ki, Qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.
Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
Belə ki, Y-55-36 ( 7 km, İnçə ) – Aşağı Şabalıd-Baş Şabalıd avtomobil yolunun Zunud kəndi ərazisindən keçən hissəsində sel suları iri yarğanlar, çökmələr əmələ gətirmiş və avtonəqliyyatın hərəkətini çətinləşdirmişdir.
İntensiv yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Qeyd edək ki, sözügedən ərazi nəzarətdə saxlanılır.
Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət “Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.
Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.
Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.
Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.
Sosial şəbəkələrdə ucuz qiymətə məktəbli formalarının satışı ilə bağlı məlumatlar yayılıb.
Bu məlumat cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Dərzinin sözlərinə görə, ucuz qiymətə satılan məktəb formaları Çin məhsuludur və keyfiyyəti nisbətən daha aşağıdır.
Ətraflı Baku TV-nin süjetində:
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar sərnişindaşımada yaranabiləcək hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə hərəkət cədvəlini optimallaşdırır. Belə ki, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub.
Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub.
8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək.
Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub
ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir və bu sorğulara əsasən xidmət səviyyəsini yüksəldir.
Qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını mümkün edəcək.
Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.
Qeyd edək ki, ADY sərnişindaşımada xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər planlaşdırır. Bu ilin sonu, gələn ilin əvvəlində ümumilikdə 10 yeni sürətli sərnişin qatarının ölkəyə gətirilməsi Abşeron dairəvi dəmir yolu xətti üzrə əlavə reyslərin təyin edilməsində önəmli dəstək göstərəcək.
Yaxın 10 ildə paytaxt Bakıda sökülən köhnə binaların sayı artdıqca və onların yerində yeni binalar tikildikcə ucuz kirayə mənzil tapmaq çətinləşəcək.
Bunu “açıqlamasında əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, tələbələrin kirayə mənzillə bağlı problemləri daha da ciddiləşəcək:
“Bir zamanlar Bakının bir sıra yerində ali təhsil müəssisələrinin yataqxanaları vardı. Lakin Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin bir hissəsi həmin yataqxanalara sığındılar. Onların böyük əksəriyyəti dövlət tərəfindən evlə təmin olundu. Həmçinin işğal altında olan torpaqlarımız azad olundu ki, orada da tikinti-bərpa işləri aparılır və məcburi köçkünlər mərhələli şəkildə öz yurd-yuvalarına köçürülür”.
Ekspertin sözlərinə görə, həmin yataqxanalar artıq yaşayış üçün yararlı deyil və oraya tələbələrin yerləşdirilməsi mümkün deyil: “Lakin onların hər birinin böyük həyətyanı sahələri var. Düşünürəm ki, həmin torpaq sahələrində yeni, müasir tipli və hündür mərtəbəli tələbə yataqxanaları inşa olunarsa, tələbələrin böyük hissəsinin ev problemi həll olmuş olar. Məsələn, tələbələr 15 mərtəbəli yataqxanalara köçürülərsə, onların bir qismi bahalı kirayə mənzil problemindən yaxa qurtarar.
E. Fərzəliyev yataqxanaların bütün dünyada ödənişli olduğunu deyib: “Tələbələr minimal ödənişlə həmin yataqxanalarda kirayə qalarlarsa, bu, 4-5 il ərzində yataqxanaların tikintisinə yatırılmış sərmayənin geri dönməsinə səbəb ola bilər”.
“Hər il minlərlə tələbə bölgələrdən Bakıya üz tutur. Bu da minlərlə mənzilin sırf tələbələr tərəfindən kirayələnməsi deməkdir. Bu addım atılarsa, nəinki tələbələr, həmçinin paytaxt sakinləri və bölgələrdən paytaxta üz tutan vətəndaşlar kirayə mənzil tapmaqda çətinlik çəkməzlər. Problem həllini taparsa, kirayə mənzil bazarında da qiymətlərdə enmələr olar”, - deyə ekspert əlavə edib.
Son vaxtlar adı tez-tez medianın gündəmindən düşməyən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına nəhayət son qoyuldu. O, sentyabrın 1-də ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.
AZAL-ın rəhbəri həm də Milli Aviasiya Akademiyasında çalışır. Belə ki, o, hazırda Akademiyanın Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur.
Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-sədri idi. 27 il AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
AZAL-ın təyyarələri ilə uçan sərnişinlər daim bu şirkətin təyyarələrində biletlərin baha satılmasından şikayətlənib. //Modern.az
Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, evləri, binaları standartlara uyğun tikmirlər, ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır:
“Kürdəmirdə və digər yerlərdə bəzi evlərdə çatlar olub. Bu normaldır, köhnə evlər, köhnə binalardır. Evin bər-bəzəyinə çoxlu pul tökürlər, fundamentinə diqqət etmirlər. O çatlar da olmalıdır. Ümumiyyətlə, yeraltı təkanlar 5-6 bal gücündə heç bir çatlara səbəb olmur. Əgər bina inşa ediləndə tikinti materialları, konstruktiv elementlərə düzgün riayət edilirsə, binalarda təxminən 10 bala qədər heç bir dağıntı ola bilməz. Seysmik ərazilər olduğu üçün zəlzələlər olacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir. Amma heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir”.