![]() |
|
Şərqi Türküstanın Kaşqar şəhərinin önəmli din xadimlərindən sayılan uyğur əsilli islam alimi Süleyman Töhti Çindəki həbsxanalardan birində işgəncə ilə öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Türkistan Press” məlumat yayıb.
86 yaşında öldürülən alim həyatı boyunca din dərsləri verməklə məşğul olub.
Xalq arasında qazandığı sevgi və hörmətdən dolayı hər kəs ona "Ağsaqqal" deyə müraciət edirdi.
Qeyd edək ki, S.Töhti 2017-ci ildə “dini ekstermist və terror qruplaşmasına üzv olma” maddəsi ilə həbs edilmişdi.
Kılıçdaroğlu mühafizəçilərinin nə iş gördüyünə bir baxsın. Onlar mənə bağlıdır. Mən bunun hesabını soruşaram.
Axar.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu CHP başqanı Kamal Kılıçdaroğlunun şəhidlərdən birinin dəfn mərasimində hücuma məruz qalmasına münasibət bildirərkən deyib.
"Getdiyimiz yer cənazə yeridirsə, narahatlıq yaratmamaq lazımdır. Sərt şəkildə bunun son olmasını deyirlər. Nə deyirəm ki: buradakı emosiyaların bəzilərinə nəzarət etmək olur, bəzilərinə yox. CHP-nin seçki öncəsi HDP ilə siyasi əlaqəsinin olduğu dəqiq müəyyən edildi. Bu uşaqlar sərhədlərimizi qorumaq üçün şəhid oldu. DİN rəhbəri olaraq, "getməsin" deyə bilmirəm", - Soylu vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımı ziyarət etməsinə ümid edirik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Krım Tatar Hərəkatının sədri Fevzi Kubedinov çıxış edib.
Kubedinov Ərdoğana yarımadanın son 5 ildə necə dəyişdiyini göstərməyə hazır olduqlarını bildirib:
"Krım tatarları Ərdoğanın səfərini gözləyir. Yarımadanın son 5 ildə necə dəyişdiyini ona göstərmək istəyirik. Krım tatarlarının sıx şəkildə məskunlaşdığı yerlər inkişaf edir. Ramazan və Qurban bayramları rəsmi tətil günləri elan edilib və region səviyyəsində geniş miqyasda qeyd olunur. Uzun illərdir Simferopolda gözlədiyimiz "Cümə" məscidi tikilir. Edilənləri və planlaşdırılanları çox saya bilərik".
Ermənistan Respubkaçılar Partiyasından keçmiş deputat və sabiq müdafiə naziri Aram Arutyunyan və Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Poqosyan toxunulmazlıqlarından yararlanaraq ölkəni tərk edə biliblər.
Report xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.
“Miqran Poqosyan iri həcmdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun barəsində Ermənistanda axtarış elan olunub. Rusiyanın hüquq-mühafizə orqanları onu Kareliyada tutublar. Hazırda Poqosyanın Ermənistana ekstradisiyası barədə danışıqlar aparılır”, - o deyib.
Baş nazir vurğulayıb ki, Aram Arutyunyan iri məbləğdə rüşvət almaqda qanunsuz qolla əldə etdiyi var-dövlətin leqallaşdırılmasında ittiham olunur: “Məhkəmə qiyabi olaraq onun barəsində həsb qətimkan tədbiri seçib və axtarış elan edib”.
Hər iki məmur 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərinədək Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının deputatı olub.
“Onlar toxunulmazlıq hüquqlarından yararlanıblar. Əgər onları saxlasaydılar, onda deyəcəkdilər ki, bəs qanun, onun aliliyi harada qaldı? Dünya çox kiçikdir, hara gedəcəklər?”, - o qeyd edib.
Nikol Paşinyan Rusiyanın yaxın günlərdə keçmiş deputatları Ermənistana ekstradisiya edib-etməyəcəyi ilə bağğlı suala cavab verməkdə çətinlik çəkib: “Bildiyimə görə, keçmiş müdafiə naziri Rusiya vətəndaşıdır və biz bunu nəzərə almalıyıq. İndi elə bir şərait yaranıb ki, qanun icazə vermədiyindən biz öz vətəndaşmızı ekstradisiya edə bilmirik”.
Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb.
Report xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib.
Belə ki, rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yaxın zamanlarda Ermənistan Xarici İşlər Nazirliyi bir sıra ölkələrdə fəaliyyət göstərən səfirləri və diplomatları istefaya göndərəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Past” yayıb. Qəzet xaricdəki bir sıra səfirlərə yeni hökumətin öz sələflərinin nümayəndəsi kimi baxdığını və onları daimi olaraq sabotaj yaratmaqda ittiham etdiyini bildirib. Artıq Paşinyanın Ermənistan xarici işlər nazirindən arzuolunmaz diplomatların siyahısını tələb etdiyi vurğulanıb:
“Paşinyan öz komandasındakı adamlarına bu şəxslərin yerinə yeni namizədlər tapmağı tapşırıb. Mənbəmizin bildirdiyinə görə, yeni səfirlərin kastinqi ilə Paşinyanın mətbuat katibi Vladimir Karapetyan məşğuldur”.
1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş vermiş faciənin ildönümüdür.
ABŞ Latın Amerikasında tam nəzarət etməyə cəhd edir.
Axar.az xəbər verir ki, bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov deyib. Onun sözlərinə görə, ABŞ Latın Amerikasını özünün milli maraqları üçün vacib strateji zona hesab edir. O, ABŞ-ın xarici siyasətinin regionun təhlükəsizliyi üçün əsas təhdid olduğunu bildirib:
“Latın Amerikası ölkələrinin əksəriyyəti ABŞ-dan asılı vəziyyətdədir. Daha dəqiq desək onlar amerikalıların maliyyə strukturundan asılıdırlar”.
O həmçinin Latın Amerikasında xüsusilə müsəlman terrorçular üçün hazırlıq düşərgələrinin peyda ola biləcəyini iddia edib. Kostyukov regionda Əl Qaidə və İŞİD kimi terror təşkilatının nümayəndələrinin fəaliyyətlərinin qeydə alındığını deyib:
“Onlar Yaxın Şərq və Orta Afrikada öz sıralarının doldurulması üçün döyüşçü axtarırlar. Üstəlik, buradakı 6 milyon müsəlman arasında ekstremist ideologiya təbliğ edilir”.
Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə "İlin gənc müəllimi-2019" müsabiqəsinə start verilib.
Axar.az xəbər verir ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.
Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan formu doldurmalı, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər. 2-ci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.
Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.
Nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.
I yerin qalibi – 1000 AZN
II yerin qalibi – 500 AZN
III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.
Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.
Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.
I mərhələdə qeydiyyatdan keçmək üçün son tarix: 20.05.2019, saat 17:00
Qeyd edək ki, müsabiqəyə müraciəti BU linkdən edə bilərsiz.
Koreya yarımadasının denuklearizasiya prosesi üçün Pxenyanın öz təhlükəsizliyi və suverenliyinin qorunması ilə bağlı zəmanətə ehtiyacı var.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Zəmanətlərin nə dərəcədə real olması və Koreya xalqının maraqlarına cavab verməsi barədə danışmaq üçün çox tezdir”, - Putin bildirib.