|
Azərbaycan Prezidenti İlham Əliyev əhalinin müdafiəsini gücləndirmək məqsədi ilə növbəti sosial paketi təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının imzaladığı paket bu istiqamətdə həyatda keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.
Prezidentin imzaladığı müvafiq sərəncamlarla minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb.
Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılıb. Bundan başqa imzalanmış sərəncamlarda hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması nəzərdə tutulub.
Eyni zamanda, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, İlham Əliyevin imzaladığı sərəncamlar sentyabrın 1-də qüvvəyə minəcək.
İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə ölkəmizdə səfərdə olan BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov arasında görüş olub.
"Qafqazinfo"nun məlumatına görə, görüşdə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf məsələləri, bununla əlaqədar yerli və regional səviyyədə görülən işlər və irəli sürülən təşəbbüslər, xüsusən də Xəzər dənizinin bioloji resurslarının mühafizəsinə yönəlmiş səylər müzakirə edilib.
Leyla Əliyeva IDEA-nın son illər əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.
Tərəflər, həmçinin ətraf mühit və davamlı inkişaf məsələləri üzrə BMT-nin xoşməramlı səfirləri qismində həyata keçirdikləri fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
"Qafqazinfo" xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.
Aqil Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.
Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək, Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.
İyunun 17-də Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Neftçalada yerləşən Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xıllı nərə balıqartırma zavodu 2003-cü ildə istismara verilib. Bu zavod Xəzər regionunda ən iri nərə balıqartırma müəssisəsidir. Burada bölgə, nərə, kələmo və uzunburun kimi nərə cinsli balıq növləri artırılaraq Kür çayının mənsəbinə buraxılır. Zavodun istehsal gücü ildə 15 milyona qədər nərə balıq körpələridir. Ümumi sahəsi 15 hektar olan zavodda 4 nohur, 54 beton hovuz var.
Müəssisə ilə tanışlıqdan sonra Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi oldu.
Mərasimdə iştirak edən BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov jurnalistlərə müsahibəsində dedi: "Hər dəfə Azərbaycana gələndə təəssürat içində oluram. Bu gün mənim üçün daha bir səhifə açılıb. Leyla xanım Əliyeva ekologiya problemi ilə kifayət qədər çoxdan və ciddi məşğul olur. O, aydın başa düşür ki, Yer üzündə ən böyük sərvət insandır. İnsan isə yalnız ekologiyanın normal olduğu yerdə, normal təbii şəraitdə salamat qala bilər. Odur ki, bu işlə məşğul olur. Əlbəttə, bu, Birləşmiş Millətlər Təşkilatında təbiəti mühafizə ilə məşğul olan təşkilatın səfiri kimi məni çox sevindirdi. Bu problemlə getdikcə daha çox məşğul olduğum üçün deyə bilərəm ki, indi bu, ən başlıca məsələdir".
Qeyd edək ki, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın "Mavi Dəniz Fondu" (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.
Qaxda ikinci dəfə xəstəxanaya gətirilən şəxs dünyasını dəyişib.
“Qafqazinfo” xəbbər verir ki, 1970-ci il təvəllüdlü Qax rayon Qaxbas sakini Anar Fazil oğlu Bayramov iyunun 15-də səhhəti ilə bağlıQax rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Elə həmin gün axşam saatlarında isə öz istəyilə xəstəxananı tərk edin. Ötən gecə axşam saatlarında A.Bayramov yenidən təcili tibbi yardım şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirilib. Xəstə xəstəxanya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ağstafanın Sadıxlı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Təxminən 16 yaşlı yeniyetmə qan davası üstündə 4 nəfəri silahla qətlə yetirib. Ölənlərdən biri 1977-ci il təvəllüdlü, digəri 1984-cü il il təvəllüdlüdür. Üçüncü şəxs isə qətlə yetirilənlərdən birinin anası olub. Öldürülən digər şəxsin təsadüfən hadisə yerində olduğu və aldığı güllə yarasından öldüyü bildirilir. Cinayəti bazarda insanların arasında törədən yeniyetmə hadisədən sonra qaçıb.
Qeyd edək ki, qətlə yetirlənlər həbsdən yeni azadlığa buraxılıblar. Onlar illər əvvəl torpaq üstündə qeyd edilən 16 yaşlı gəncin atasını və əmisini öldürüblər.
Astarada çətənə bitkisi yetişdirən ər-arvad saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində həmin kəndin sakini Xəyalət Zakirov və həyat yoldaşı T. Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin sakinlərlər növbəti səyyar görüşü keçirilib.
İcra başçısı 3 saylı Zobucuq qəsəbəsində vətəndaşları qəbul edib. Görüşdə rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev çıxışında bildirib ki, qəsəbədə hazırda 1662 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir.
Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1662 nəfərə hər ay 99720 manat vahid aylıq müavinət ödənilir, 13 ailəyə ünvanlı sosial yardım təyin edilib, 5 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. 3 saylı Zobucuq qəsəbəsində 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili var.
Qəsəbə sakinlərindən 255 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 207 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, musiqi məktəbi və mənzil istismar sahəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.